Dövlət qulluğu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Qanunun məqsədi
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət
qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi
vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.
M a d d ə 2 . Dövlət qulluğu
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər
qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının
həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə
yetirməsidir.
2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının
aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti,
xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət
xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi
və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət
qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan
Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət
qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər
prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla,
Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq
dövlət qulluğunun xüsusi növüdür.
Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla)
aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu
olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan
fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.
2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan
Respublikasının Prezidentinə , Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və
vitse-prezidentlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına,
Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan
Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və
üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və
auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının
Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.
2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin
işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.
2 . 6 . Ç ı x a r ı l ı b
M a d d ə 3 . Dövlət qulluğunun əsas vəzifələri
3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları
əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;
3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul
edilməsi, icrası və icraya nəzarət edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən
vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.
M a d d ə 4 . Dövlət qulluğunun prinsipləri
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat
verməsi;
4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında
qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq
yerinə yetirilməsi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni
tələblərini icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;
4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul
edilməsi;
4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına
uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial
mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən,
ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə
dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq
bərabərliyi;
4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq
səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;
4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri
üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi;
4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik
daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanının
cavabdehlik daşıması.
4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları
yaradılmır.
4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası
Konstitusiyasını qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər
qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi partiyaların və ictimai birliklərin
qərarlarının onlara dəxli yoxdur.
M a d d ə 5 . Dövlət qulluğunu idarəetmə orqanları
5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət
qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət
qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan
Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—
Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının
Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri
tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə
müəyyən edilir.
5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla
həyata keçirirlər.
5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün
müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli
Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
tərəfindən təmin edilir.
M a d d ə 6 . Dövlət qulluğu haqqında qanunvericilik
Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi
cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini
müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.
I I f ə s i l
DÖVLƏT ORQANLARI
M a d d ə 7 . Dövlət orqanı anlayışı
7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş
hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının
dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və
müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun
büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.
7.2. Dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə
tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki,
özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir
hissəsini həyata keçirir.
M a d d ə 8 . Dövlət orqanlarının təsnifatı
8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional
və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının
qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının
fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,,
Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi
səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,
ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan
Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilən dövlət orqanları –Naxçıvan Muxtar Respublikasının Ali Məclisi,
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının
Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət
orqanları);
8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və
Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən
dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi
Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı,
Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli
Televiziya və Radio Şurasının Aparatı (2-ci kateqoriya dövlət orqanları);
8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-
cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra
hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının
Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları,
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər
məhkəmələri, inzibati-iqtisadi məhkəmələr, hərbi məhkəmələr, Naxçıvan Muxtar
Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət
orqanları);
8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci
və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra
hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər)
məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya
dövlət orqanları);
8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-
cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri,
müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə
nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət
orqanları).
8.2. Çıxarılıb
8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin müvafiq kateqoriyalara
aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Qanun əsasında müəyyən
edilir.
I I I f ə s i l
DÖVLƏT QULLUĞU VƏZİFƏSİ
M a d d ə 9 . Dövlət qulluğu vəzifəsinin anlayışı
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən
struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan
şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı
olaraq müəyyən edilir.
M a d d ə 1 0 . Dövlət orqanlarında vəzifələrin təsnifatı
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının
məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq
inzibati və yardımçı vəzifələrə bölünür.
10.2. Çıxarılıb
10.3. Çıxarılıb
10.4. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə
müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi
onlara şamil edilmir.
10.5. İnzibati vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri
rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin
vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın
səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə
müəyyən edilir.
10.6. Yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata
keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi,
sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu
müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə
təlimatları ilə müəyyən edilir.
M a d d ə 1 1 . İnzibati və yardımçı vəzifələrin təsnifatı
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır:
11.1.1. inzibati vəzifələrin ali təsnifatı:
11.1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,
Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan
dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin
vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların
rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin
vəzifəsi.
11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:
11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin
müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi,
Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan
Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
aparat rəhbərlərinin müavinləri vəzifələri, Azərbaycan dövlətinin başçısının icra
səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi, habelə həmin dövlət
orqanlarında bölmə rəhbərlərinin vəzifələri;
11.1.2.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər
orqanların rəhbərlərinin birinci müavinləri və müavinləri, habelə həmin orqanlarda bölmə
rəhbərlərinin vəzifələri;
11.1.2.3. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri.
11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:
11.1.3.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə
rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin
aparatlarında bölmə rəhbərinin müavini vəzifəsi;
11.1.3.2. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən
orqanın Aparatında bölmə rəhbərinin müavini vəzifəsi;
11.1.3.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər
orqanların bölmə rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.3.4. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin,
bölmə rəhbərlərinin vəzifələri;
11.1.3.5. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat
rəhbərlərinin vəzifələri;
11.1.3.6. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin, Azərbaycan Respublikasının xarici
ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin
vəzifələri;
11.1.3.7. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.
11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:
11.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və
Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssislərin vəzifələri;
11.1.4.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər
orqanların mütəxəssislərinin vəzifələri;
11.1.4.3. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən
orqanın Aparatında mütəxəssislərin vəzifələri;
11.1.4.4. 1-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin müavinlərinin
vəzifələri;
11.1.4.5. 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların
müavinlərinin vəzifələri;
11.1.4.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparat
rəhbərlərinin müavinlərinin və bölmə rəhbərlərinin vəzifələri;
11.1.4.7. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinlərinin vəzifələri.
11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:
11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarının aparatlarında mütəxəssislərin
vəzifələri;
11.1.5.2. 2-ci kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların
müavinlərinin vəzifələri;
11.1.5.3. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları bölmə
rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.5.4. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.
11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:
11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;
11.1.6.2. Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra
hakimiyyəti orqanlarının aparat rəhbərlərinin vəzifələri;
11.1.6.3. 3-cü kateqoriya dövlət orqanları bölmə rəhbərlərinin və onların
müavinlərinin vəzifələri;
11.1.6.4. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının
yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan
orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların
rəhbərlərinin vəzifələri;
11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:
11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;
11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının bölmə rəhbərinin və
onun müavininin vəzifələri;
11.1.7.3. 4-cü kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının
yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan
orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların
rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.7.4. 5-ci kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının
yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında,
tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinlərinin
vəzifələri.
11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:
11.1.8.1. 4-cü və 5-ci kateqoriya dövlət orqanları – müvafiq icra hakimiyyəti
orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra
hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların, rayon (şəhər)
məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının,
müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra
hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət
xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin
mütəxəssislərinin vəzifələri;
Dostları ilə paylaş: |