tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
III
. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə
yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
IV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin
heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət
hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində
daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin
təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam
vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs
məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə
yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur . VI . Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
M a d d ə 3 0 . Əqli mülkiyyət hüququ I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
M a d d ə 3 1 . Təhlükəsiz yaşamaq hüququ I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
II. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla,