III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya
imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən
imtina oluna bilməz. V.
Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir .
VI . Sağlamlıq imkanları məhdud olanlar , onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. M a d d ə 2 6 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi I. Hər kəsin
qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə
etmək hüququ vardır.
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
M a d d ə 2 7 . Yaşamaq hüququ I. Hər kəsin yaşamaq hüququ vardır.
II.
1)Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, 2)məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və
3)qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək , yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə
olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin
qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol
verilmir.
M a d d ə 2 8 . Azadlıq hüququ I. Hər kəsin azadlıq hüququ vardır.
8
Esed_muellim_rustemli
051-395-94-95
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada