inkişafına şərait yaradır , azad
sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə yol
vermir.
M a d d ə 1 6 . Sosial inkişaf və dövlət I.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi , onun s
osial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
II. Azərbaycan dövləti
mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım
göstərir, ölkənin
təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
M a d d ə 1 7 . Ailə, uşaqlar və dövlət I. Cəmiyyətin əsas özəyi kimi
ailə dövlətin xüsusi himayəsindədir.
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək
valideynlərin borcudur . Bu borcun yerinə
yetirilməsinə
dövlət nəzarət edir.
III. Valideynləri və ya qəyyumları olmayan,valideyn qayğısından məhrum olan uşaqlar
dövlətin himayəsindədirlər. IV. Uşaqları onların
həyatına, sağlamlığına və ya
mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb
etmək qadağandır.
V.
15 yaşına çatmamış uşaqlar
işə götürülə bilməzlər. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir.
M a d d ə 1 8 . Din və dövlət I. Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır . Bütün dini etiqadlar
qanun qarşısında bərabərdir.
II.
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların)
yayılması və təbliği qadağandır.
III. Dövlət təhsil sistemi