intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
10.2.Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların
törədilməsi
mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb
edilməsi Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
10.3.Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri bu
Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
10.4.Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi
inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş
qaydada
intizam məsuliyyətinə səbəb olur:
10.4.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət
orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya
qarşı mübarizə aparan orqan bu barədə
vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir .
10.4.2.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya
qarşı mübarizə aparan orqan bu barədə
müvafiq seçki komissiyasına məlumat verir . Həmin seçki komissiyası
isə bu barədə materiallar ona daxil olduğu gündən
beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə
onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir. 10.4.3.Azərbaycan Respublikasının dövlət orqanlarında
seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə,
onlar barəsində Azərbaycan Respublikası