müvafiq qanunvericiliklə tənzimlənir.
M a d d ə 9 . İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununa uyğun
olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər,
rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin
normalarına uyğun olaraq yazılışı müvafiq qurum
(Dil Komisiyası) tərəfindən müəyyənləşdirilir. Bu
maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bilər.
Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir. M a d d ə 1 0 . Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi 10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun
olaraq yazılışı müvafiq qurum
(Dil Komisiyası) tərəfindən müəyyənləşdirilir.
10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi
Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir. M a d d ə 1 1 . Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi 11.1. Azərbaycan Respublikasının
hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının
dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə
edə bilərlər.
1 1.2. Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və