qanunvericilik normalarının olmaması; 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları
olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik
normalarının tətbiq edilməsi;
1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə
qanunvericiliyin məğzinin, hüququn
ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid
prinsiplərin tətbiq edilməsi;
1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan
normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu);
1.0.21. lokal normativ hüquqi akt –
qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt; 1.0.22. texniki normativ hüquqi aktlar – texniki reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki
məcəllələr, aviasiya qaydaları, zoogigiyena, baytarlıq, baytarlıq-sanitariya normaları və qaydaları, sanitariya
normaları və qaydaları, gigiyena normativləri, farmakopeya məqalələri və normaları, yanğın təhlükəsizliyi
qaydaları, texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları, təhlükəli
yüklərin təhlükəsiz daşınması normaları və qaydaları, yerin təkinin qorunması və səmərəli istifadəsi normaları
və qaydaları, ixtisaslaşdırılmış məlumat kitabçaları, dövlət statistika müşahidələrinin formaları və onların
doldurulmasına dair göstərişlər, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydaları, dövlət
statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatlar, idarə hesabat formaları və onların
doldurulmasına dair göstərişlər, daşınmaz maddi tarixi-mədəni dəyərlərin qorunması zonalarının layihələri,
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə texniki normativ hüquqi aktlara aid edilmiş və
129
Esed_muellim_rustemli
051-395-94-95
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş) digər
normativ hüquqi aktlar;
1.0.23.