M a d d ə 110 1 . Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə , Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər . M a d d ə 1 1 1 . Hərbi vəziyyət elan edilməsi Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal
olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan
Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya
alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının
bütün ərazisində və ayrı- ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı
24 saat müddətində Azərbaycan
Respublikası
Milli Məclisinin təsdiqinə verir.
M a d d ə 1 1 2 . Fövqəladə vəziyyət tətbiq edilməsi Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və
başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı
qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar
yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu
törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının
ayrı-ayrı yerlərində fövqəladə
vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı