qanunvericilik aktlarında müəyyən edilir.
15.6.
Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər. M a d d ə 1 5 - 1 . Dövlət qulluqçusunun şəxsi işi 15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır. 15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (AR Prezidenti) tərəfindən müəyyən olunur. 15-1.4. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 1 5 - 2 . Dövlət qulluqçusunun xidməti vəsiqəsi 15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir. 15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir. 15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı (AR Prezidenti) tərəfindən müəyyən edilir. M a d M a d d ə 1 6 . Dövlət qulluqçularının ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun
ixtisas səviyyəsini göstərir , dövlət qulluqçusuna
inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.
16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir: