orqanı rəhbərinin əmri ilə araşdırma aparılır , dövlət qulluqçusundan
yazılı izahat alınır. Zərurət olduqda, müvafiq
dövlət orqanının rəhbəri
xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi
rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.
25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı
(AR Prezidenti) tərəfindən müəyyən
edilir.
25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi
gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini
müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt
həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri
(Dövlət Qulluğuna Xitam) vəzifələrin icrası zamanı kobud və ya
mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun
20-ci maddəsində
nəzərdə tutulmuş
məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun
qulluq keçdiyi dövlət
orqanının rəhbəri tərəfindən ,
25.2.1 -ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə,
habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən
səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər)
tərəfindən tətbiq oluna bilər.
25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən
7 iş günü müddətində
müvafiq icra hakimiyyəti orqanına
(tabelik qaydasında yuxarı dövlət orqanına) şikayət vermək olar. Bu zaman həmin
orqan tərəfindən intizam tənbeh tədbiri
10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq
olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının