İNKLÜZİV TƏHSİL
İnklüziv təhsil (fr. inclusif — "özünə daxil edən", lat. include — "daxil edirəm") — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır.
İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma
hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. İnklüziv təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır.
Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir. İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün faydaları çoxdur. Belə ki,
1.Xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyətə
inteqrasiya edir.
Dostları ilə paylaş: |