2. MÜASİr azərbaycan tariXİ metodika (kurikulum) Sİtuasiya və psixoloji suallar ümumi DÜnyagöRÜŞ



Yüklə 377,59 Kb.
səhifə2/132
tarix12.05.2022
ölçüsü377,59 Kb.
#57623
1   2   3   4   5   6   7   8   9   ...   132
Cəmilə müəllimə (1)

ADI

Işğal tarixi

Azadlıq tarixi

ərazisi

XANKƏNDİ

26 dekabr 1991

10 noyabr 2020

1048 km2

XOCALI

26 fevral 1992

10 noyabr 2020

940 km2

ŞUŞA

8 may 1992

8 noyabr 2020

289 km2

XOCAVƏND

2 oktyabr 1992

10 noyabr 2020

1458 km2

AĞDƏRƏ

7 iyul 1993

10 noyabr 2020

1705 km2

LAÇIN

18 may 1992

01 dekabr 2020

1875 km2

KƏLBƏCƏR

2 aprel 1993

25 noyabr 2020

1936 km2

AĞDAM

23 iyul 1993

20 noyabr 2020

1154 km2

FÜZULİ

23 avqust 1993

17 oktyabr 2020

1112 km2

CƏBRAYIL

23 avqust 1993

4 oktyabr 2020

1050 km2

QUBADLI

31 avqust 1993

25 oktyabr 2020

826 km2

ZƏNGİLAN

29 oktyabr 1993

20 oktyabr 2020

707 km2


  1. NOYABR QƏLƏBƏ GÜNÜ



APREL DÖYÜŞLƏRİ HAQQINDA


2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və

Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ

Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə.

Döyüşlər Azərbaycan SilahlıQüvvələrinin qələbəsi ilə nəticələnmişdir.

İşğaldan azad olunmuşdur : 1.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər



  1. Seysulan kəndi

  2. Cəbrayıl rayonunun Lələ təpəyüksəkliyi və Cocuq Mərcanlı

  3. Goranboy rayonunun Gülüstankəndi

  4. Tərtər rayonunun Qazaxlar kəndi

  5. Tərtər rayonunun Madaqiz kəndi istiqamətində

• 320 hərbçi ölüb, 500 hərbçi yaralanıb

“BÖYÜK QAYIDIŞ “-COCUQ MƏRCANLI HAQQINDA


Cocuq Mərcanlı kəndi 1993-cü ilin oktyabr ayında işğal edilmişdi. 1994cü il yanvarın 5-də isə Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. Amma bununla belə, kəndin ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb. Ötən ilin aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi bütünlüklə Silahlı Qüvvələrimizin nəzarətindədir. Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. Hələ ki, Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. "kiçik Mərcanlı kəndi" mənasındadır.

Bakı Dövlət Bayrağı Meydanı haqqında


2003-ci il oktyabırın 5-də imzalanıb.

  • Dövlət Bayrağ Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə- istirahət parkı. Meydanın açılışı 2010-cu ilin sentyabrın

1-də keçirilmişdir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 20000 m2 ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan

Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda haqqında Muzeyi də yaradılıb. • Ərazisi – 20.000 m2



  • Dayağın hündürlüyü – 162 m

  • Bayrağın eni - 35 m

  • Uzunluğu – 70 m

  • ümumi sahəsi - 2450 m2

  • kütləsi isə təqribən - 350 kq

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar.



Mart soyqırımı— 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Qanlı Yanvar— 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat

23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.



Daşaltı əməliyyatı- Şuşa yaxınlığında yerləşən Daşaltı

kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat. 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.



Yüklə 377,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin