Dünya Azərbaycanlılarının I qurultayı haqqında
Dünya Azərbaycanlılarının I Qurultayı — Dünya azərbaycanlılarının ilk Qurultayıdır. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Dünya azərbaycanlılarının I qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir.Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa,
Gürcüstan, Avstriya, Rumıniya,İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna,
Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya,
Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan
Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan,elm,təhsil,mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dostları ilə paylaş: |