məktəb,xalq, yaş, müqayisəli ,idman, tibbi pedaqogika, pedaqogikanın tarixixüsusi pedaqogika magistr pedaqogikası və s.
PEDAQOJİ CƏRƏYANLAR
Praqmatizm - Həyatda məktəblilərin iştirakının təmin edilməsi, uşaqların marağına diqqət yetirilməsi və fərdi xüsusiyyətlərinin nəzərə alınması, məktəbin ictimai həyatla əlaqəsini təmin dilməsi,konkret situasiyada uşağın gözlənilmədən meydana çıxan maraq və tələbi ödənilməsi .BUNLARA GÖRƏ TƏLİM TƏRBİYƏ CƏMİYYƏTİ , İNSANLARI FORMALAŞDIRIR
Ekzistensializm Bu fəlsəfə hər kəsin özünə gün ağlamasını, heç kimdən imdad gözləmə-məsini tələb edir. BUNLARIN FİKRİNCƏ, ADAMIN XARAKTERİNİ FORMALAŞDIRAN TƏLİM, TƏRBİYƏ DEYİL, ŞƏXSİN ÖZÜDÜR, insan təbiəti dəyişməzdir. Nə müəllim, nə də valideyn uşağın daxili aləminə nüfuz edə bilməz.
Neotomizm pedaqogikası. Neotomistlər insanın və onun ictimai həyat tərzi formalarının ilahi qüvvə tərəfindən yarandığını iddia edirlər.. NEOTOMİSTLƏRİN FİKRİNCƏ, DİNİ GÖRÜŞ REAL BİLİKDƏN ÜSTÜNDÜR.
Pedaqoji futurologiya. gələcək haqqında nəzəriyyə mənasını verir.
Onlar isbat etməyə çalışırlar ki, gələcəkdə “cəmiyyət məktəbsiz” olacaq, məktəblər “tədris mərkəzləri” nə, “evdə məktəblərə” çevriləcək, müxtəlif texniki vasitələrdən, xüsusən elektron vasitələrindən geniş istifadə olunacaq, fərdi təlim üstünlük təşkil edəcəkdir.
Konstruktivizm mahiyyətcə, əsas prinsipi yeni biliklərin, ideyaların əvvəlcədən bildiyimiz ideyaların sintezi yolu ilə əldə edilməsi haqqında nəzəriyyədir. Bir çox tədqiqatçılar deyirlər ki, hər bir fərd biliyi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”.