Cərrahiyyə şöbəsində təcrübə Diplomqabağı təcrübənin məqsədi tələbənin tibb müəssisəsində təhsil aldığı dövrdə yiyələndiyi biliyin və bacarığın möhkəmləndirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Diplomqabağı təcrübə gələcəkdə sərbəst əmək fəaliyyətinə başlayacaq feldşerin peşə bacarığını və hazırlığını yoxlamaq üçündür. Cərrahiyyə şöbəsində diplomqabağı təcrübə cərrahi xəstələrin diaqnostikasında təcrübi vərdişlərə yiyələnmək üçün, feldşer taktikasının və manipulyasiyon texnikanın öyrənilməsi üçün aparılır. Təcrübə prosesində tələbə sosial nəticələri, etik tələbləri nəzərə almaqla professional qərarlar qəbul etməli, təşəbbüs göstərməli, məsuliyyətli və humanist olmalıdır. Təcrübənin məzmununa kompleks yanaşma xüsusi təcrübi vərdişlərə yiyələnməyə kömək edir.
Cərrahiyyədən diplomqabağı təcrübənin gedişində tələbələr cərrahi profilli xəstəyə tibb bacısının qulluğunu təşkil etməlidirlər. Davranışın etik normalarına diqqət yetirmək xüsusilə vacibdir.