Tələbə bilməlidir:
- sarğı otağında işləyən tibb bacısının vəzifələrini
- cərrahi stasionarda xəstəxanadaxili infeksiyaların profilaktikasını, infeksion təhlükəsizliyini təmin etmək üçün təlimatlar, əmrlər və tələbləri
- cərrahi yaranın müxtəlif sağalma mərhələlərində müalicə prinsiplərini
- diaqnostika üsullrını, əməliyyatdan sonra ağırlaşmalara səbəb olan risk amillərini
Tələbə bacarmalıdır:
- sarğı materiallarını sterilizasiyaya hazırlamağı
- cərrahi alətləri sterilizə etməyi, onları hazırlamağı
- steril stolu hazırlamağı
- sarğılar qoymağı:
- öhdəsində olan xəstənin yaranmış problemləri, yarada olan dinamik dəyişiklikləri nəzərə almaqla müvafiq dərmanlar seçməyi
- yaranı yumağı, drenajlanmış yaraların daimi antiseptiklərlə yuyulmasını təmin etməyı
- yaranın təftiş edilməsində həkimə köməklik etməyi (üsulların qeydiyyatı aparılır)
Dostları ilə paylaş: |