Sinif– bir və ya bir neçə eyni atributlara malik obyektlər çoxluğudur; bu atributlar sinfin xassələr
sahəsi adlanır. Obyektin atributları arasında hər zaman digər obyektlərlə qarşılıqlı əlaqəsinin xüsusiyyətini təyin
edən atributlar vardır. Obyektlərin birləşməsi üçün onlarn bir hissəsi vacib, digərləri isə əhəmiyyətsiz ola
bilər. Məsələn, təhsil qrupları eyni vaxtda bir təhsil müəssisəsinə qəbul olmuş insanları birləşdirir. Bu
zaman tələbənin boyu, gözlərinin və saçının rəngi və digər fərdi xüsusiyyətlər əhəmiyyət daşımır. Sistem–hər biri ayrı-ayrılıqda sistemin ümumilikdə xassələrinə malik olmayan, lakin onun ayrılmaz
hissəsi olan qarşılıqlı əlaqəli komponentlər məcmusudur.
Müxtəlif sahələrdə proses, hadisə və proseslərin tədqiqatı üçün insanlar hər zaman modelləşdirmədən
istifadə edirlər. Modelləşdirmə əsaslandırılmış və düşünülmüş qərarları qəbul etməyə və öz fəaliyyətinin
nəticələrini əvvəlcədən görməyə kömək edir. Bu prosesdə müasir güclü informasiya emalı vasitəsinin, yəni
kompüterin istifadəsini vurğulamaq üçün “kompüter modelləşdirilməsi” anlayışı daxil edilmişdir.
Model–real obyekt, proses və ya hadisənin sadələşdirilmiş təsvirdir. Modelləşdirmə – obyekt, proses
və ya hadisələrin tədqiqi və öyrənilməsi üçün modellərin yaradılmasıdır.
Burada haqqlı olaraq bir sual yaranır: nə üçün orijinalın özü tədqiq edilmir, modeli yaradılır? Cavab
olaraq bunları qeyd etmək olar.
Birincisi, artıq mövcud olmayan və ya həqiqətdə olmayan orijinalı (prototipi) modelləşdirmək
mümkündür.
İkincisi, orijinal çoxlu xassələrə və qarşılıqlı əlaqələrə malik ola bilər. Bəzən hər hansı bir xassəni
tədqiq etmək üçün daha az əhəmiyyət daşıyanlardan imtina etmək, ümumiyyətlə onları nəzərə almamaq
faydalıdır.
İstənilən təsnifat ümumi xassələrin (əlamətlərin) ayrılmasından və, ehtimal ki, obyektlərin müxtəlif
qruplara (siniflərə) aid edilməsi üçün onların qiymətlərinin təyin edilməsindən başlanır. Təsnifat qrafiki
(qraflar şəklində) və mətn (cədvəllər və ya siyahılar şəklində) formalarında verilə bilər.