№2 Təbiət elmləri seriyası 2010



Yüklə 264,33 Kb.
Pdf görüntüsü
tarix18.01.2017
ölçüsü264,33 Kb.
#5830

 

40

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№2                                        Təbiət elmləri seriyası                                  2010 

 

 

 

 

«AVESTA» QANUNLAR TOPLUSUNDA  VƏ  

«KİTABİ-DƏDƏ QORQUD» DASTANINDA  TƏBİƏTƏ MÜNASİBƏT    

 

A.T.MƏMMƏDOV, Q.T.MUSTAFAYEV, M.Ə.QASIMZADƏ 

 Bakı Dövlət Universiteti 

mamedoveko@mail.ru 

 

Məqalədə qədim zamanlardan ekologiyanın yaranmasına qədər olan dövrdə əhalinin 

ətraf  mühitə  münasibətlərinin  ən  parlaq,  ibrətamiz  nümunələrindən  bəhs  olunur. «Avesta» 

qanunlar toplusunda təbiətə münasibətin, eləcə də Dədə Qorqud dastanının Azərbaycan xalqı 

tərəfindən  sevilməsi  ənənəsinin  ekoloji  aspektləri  açıqlanıb,  əhalidə  ekoloji  mədəniyyətin 

formalaşmasında əhəmiyyəti göstərilib. 

 

Еkologiyanın  bir  elm  kimi  yaranmasına  qədər  əhalinin  qədim  dövrlərdən 



başlayaraq ətraf mühitə pozitiv münasibətləri olub. Bu münasibətlərin cəmi «Ekolo-

giyadan  əvvəlki  «ekologiya»  adlandırılıb  (7).  O  dövrdə  bitki  və  heyvanlar  istifadə 

edilərkən onların yaşadığı mühit nəzərə alınıb, təbii sərvətlərdən istifadəyə səmərəli 

istiqamət  verilib.  Məsələn,  qədim  yunan    alimi    və  filosofu  Aristotel  (e.ə.  IV  əsr) 

bioloji  məqsədəuyğunluq  təlimini  yaradıb.  Platonun  məktəbində  dərs  alan  Aristotel 

suda  yaşayan  heyvanları  iki  qrupa  ayırıb:  ilk  su  heyvanları  və  sonradan  təkrar  su 

mühitinə  qayıtmış  heyvanlar.  Aristotelin  «Poetika»  adlı  əsərində  bədii  ədəbiyyatın 

təsvir obyektini və predmetini təbiət və cəmiyyətin əlaqəsi təşkil edir. Məlumdur ki, 

təbiət  hər  şeydən  öncə  əhali  üçün  bioloji  həyat,  ekoloji  təminat,  estetik  zövq  və 

gözəllik  mənbəyidir.  Lakin  kim    bilir,  bəlkə  də  dünyanın  nəsil-nəsil  rəssamlarının, 

şair  və  yaradıcılarının,  alim  və  mütəffəkkirlərinin  təbiəti  vəsf  etmə  incəlikləri 

Aristotelin  «Poetika»sından  qaynaqlanır?!  Aristotelin  müəllimi  Hippokrat  əhalidə 

xəstəliklərin  yayılmasında  suyun,  torpağın  və  havanın  iştirakını  göstərib.  Bir  sözlə, 

əhali  yarandığı  dövrdən  başlayaraq  indiyədək  təbiəti  öyrənməklə  yanaşı,  həm  də 

ondan faydalanmağa çalışıb. Bu işdə «uğurlar» da olmuş, uğursuzluqlar da.  

Qədim  Azərbaycanda  ətraf  mühitə  qayğıkeş  münasibət  həyatın  əsas  şərti 

hesab  edilmişdir.  Azərbaycan  xalqının  maddi-mədəniyyət  abidələrində,  folklorunda, 

dini-fəlsəfi baxışlarında təbiətə doğma münasibət aydın görünür. 

 

Məlum olduğu üzrə «Avesta» atəşpərəstlərin qanun-qayda toplusu olub, era-



mızdan 9-6 əsr  əvvəl  Yaxın  və  Orta  Şərq  ölkələrində,  o  cümlədən  Azərbaycanda 

meydana gəlib və bu xalqların qədim mədəniyyət abidəsidir (6, 10).   

 

«Avesta»nın  bir  çox  müddəaları  Xəzər  (Kaspi)  dənizi  ilə,  habelə  azərbay-



canlıların  yaşadıqları  ərazilə  bağlıdır.  Belə  ki,  «Avesta»da  hava,  torpaq,  od  və  su 

müqəddəs  sayılır.  Bu  da  Yaxın  Şərq  xalqlarının,  xüsusən  də  Azərbaycan  xalqının 

fəlsəfi, ictimai, ekoloji və bədii fikrində geniş yayılmış hadisədir. «Avesta»da deyilir 

ki, su ilə odun qarışığından müqəddəs  bir maye yaranır, onun mənbəyi Xəzər dəni-

zinin  dibidir.  O,  zahirə  çıxdıqda  alışıb  yanır,  yəni  söhbət  sadəcə  olaraq  dəniz  nef-


 

41

tindən,  Xəzərin  təkindən  çıxan  neftdən  gedir  ki,  bu  da  «Avesta»nın  Azərbaycan 



mənşəli olduğunu göstərir.  

«Avesta»da əhalidən cismani təmizlik (bədənin, evin və digər əşyaların təmiz 

saxlanması)  və  əxlaqi  təmizlik  (niyyətlərin,  əməllərin  və  hərəkətlərin)  təmiz  olması 

tələb  olunur.  Cəmiyyətin  xeyrinə  əmək,  xüsusən  əkinçi  əməyi  ən  yaxşı,  ən  yüksək 

nemət sayılır. «Avesta»nın təbliğ etdiyi əxlaq ən əvvəl əkinçilərin, digər kənd əmək-

çilərinin əxlaqıdır. 

 «Avesta» qanunlar toplusunda işıq ilə qaranlığın, xeyir ilə şərin, nur və zül-

mətin  kəskin mübarizəsi göstərilir, lakin sonda xeyir qalib gəlir.  Canlılar məhvedici 

qüvvələrdən  qorunur,  bunun  üçün  müqəddəsləşdirmə  variantına  üstünlük  verilir. 

«Heyvan  qurbanlıq  üçündür»  fikri  «Avesta»da  qəbul  edilmir,  bunun  əksinə  canlı 

təbiətə sonsuz sevgi aşılanır.   

  «Avesta»da qeyd olunur ki, dünyanın  naz-nemətlərindən qaydasında istifadə 

edilməli, bunlar insanlara fayda verməli, həyatı rövnəqləndirməlidir. Şərabı az içmək 

lazımdır,  yalnız  bu  halda  şərab  qidanın  həzminə  kömək  edir,  həyat  atəşini  alovlan-

dırır,  qan  dövranını  sürətləndirir,  rəngi  duruldur,  dərdi  dağıdır,  zehnin  fəaliyyətini  

gücləndirir, hafizə itiləşir, görmə və eşitmə qabiliyyəti artır, nitq rəvanlaşır, yuxu şi-

rinləşir,  gümrahlıq  insanın  qəlbində  xeyirxahlıq  oyadır,  dostluq  münasibətlərini 

möhkəmləndirir . 

«Avesta»nın gözəlliyə və əməksevərliyə çağırışı, həyatı daim zənginləşdirmək 

və zinətləndirmək şüarları bizim dövrümüz üçün də mənasını, əhəmiyyətini itirməmiş 

və indi də müasir səslənir. Bu sözlər həmin fikri daha da mənalandırır, cazibədar edir: 

«Güc-qüvvət,  səadət,  xoşbəxtlik,  var-dövlət  həmişə  olacaqdır,  tənəklər  həmişə  çi-

çəkləyəcək,  bar  verəcəkdir.  Lakin  zövq-səfa,  həzz,  röya  ötüb  keçir,  gül  tikansız  ol-

madığı kimi, səadət də əzabsız, məşəqqətsiz olmur» (6, 10). 

Ətraf  mühitə  qayğıkeş  münasibət  milli  abidəmiz  olan  «Kitabi-Dədə  Qorqud»  

dastanında (VI-VII əsrlər) daha aydın görünür.  Zəngin tariximizin,  qədim mədəniy-

yətimizin və  milli-mənəvi  dəyərlərimizin qürur duyulası  nümunələrindən olan  «Ki-

tabi-Dədə  Qorqud»  qəhrəmanlıq  eposudur,  özü  də  bir  igid  haqqında  yox,  bütöv  bir 

xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Lakin eyni zamanda «Kitabi 

Dədə  Qorqud»  bizim  etika  kitabımız,  əxlaq  kodeksimiz,  həm  də  ətraf  mühitə  mü-

nasibətimizin ən sivil, ən pozitiv, ən nümunəvi bir göstəricisidir. Qısaca desək «Ki-

tabi-Dədə  Qorqud»  bizim  irsi  proqramla  gəlmiş  ekoloji  təfəkkürümüzdür,  özü  də 

ibrətamiz ekoloji təfəkkürümüz. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, 

namus və qeyrət, ailəyə, torpağa, bitkilərə, heyvanlara, ən nəhayət, vətənə sədaqətdir. 

Bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü  ilə,  

ata nəfəsi ilə birlikdə daxil olur və sona qədər qalır (1, 11, 12). 

Eposdakı  təbiət  təsvirləri,  eləcə  də  canlılara  münasibətin  forması,  oğuz  türk-

lərinin  ətraf  mühitə  necə  doğmalıqla,  ehtiyatla  yanaşmasını  göstərir.  Təbiət  ele-

mentlərini  müqəddəs  varlıq  kimi  dəyərləndirən  oğuzlar  təbiəti – insan,  insanı  da – 

təbiət kimi qəbul ediblər. «Kitabi-Dədə Qorqud»da təbiəti qorumağa aid elə maraqlı, 

təsirli,  ibrətamiz  tövsiyələr  var  ki,  onların  ekoloji  mənasına  və  müasirlik  üçün  nə 

qədər böyük əhəmiyyətə malik olduğuna heyran olmamaq mümkün deyil. Dirsə xanın 

namuslu,  ismətli  qadını  nələr  hesabına  yeganə  övlad  əldə  etdiyindən  və  bu  yolda 

nəzir-niyazlar verdiyindən, Allaha xoş getsin deyə nə kimi savab işlər gördüyündən 

danışarkən  bu  əməllər  sırasında  «quru-quru  çaylara  suçu  saldım,  dilək  ilə  bir  oğul 

buldum.»- deyir. Görün bu sözlərdə nə qədər dərin ekoloji məna var! Məlum olur ki, 



 

42

hələ o vaxtlar quruyan çayları xilas etmək üçün tədbirlər görülür, suçulardan istifadə 



olunur və bu səvab, nəcib bir iş sayılıb, nəzir-niyazla bərabər tutulurmuş.  

Pak  və  müqəddəs  işlərin,  səvab  və  nəcib  hərəkətlərin,  halal  əməllərin  xoş 

nəticələr verəcəyinə və əksinə, murdar və rəzil hərəkətlərin, çirkin və haram əməllərin 

pisliklə  bitəcəyinə  inanan,  Allah  haqqı  sevən  bir  çoban  kafirlərə  nifrət  və  qəzəbini 

bildirərkən  deyir  ki, «sizin  tutduğunuz  alçaq  əməllər  üzündən  təbiət  də  ağlayır. 

Dağlar otsuz, çaylar susuz qalmışdır:  

«Mərrə, dini yox, əqilsiz kafir!.                                                          

Ysu yox, dərnəksiz kafir! 

Qarşı yatan qara dağlar. 

Qarıyıbdır otu bitməz, 

Qanlı-qanlı irmaqlar 

Quruyubdur suyu gəlməz.» (5) 

 

Boyların birində Beyrək ana təbiətin bizə bəxş etdiyi nemətlərdən, dağlardan, 



yaylaqlardan,  soyuq-soyuq  sulardan  danışır.  Acı-acı  şikayətlər  edən  «qara  bağrının 

dəlindiyini» söyləyən qız isə başına gələn müsibətlər sırasında «dağın parçalanmasını, 

kölgəlik ağacın məhv olmasını, dünyəlikdə bircə qardaşının tutulduğunu bildirir. Tə-

biət ilə cəmiyyətin, əhali ilə ana təbiətin qarşılıqlı münasibətinə, vəhdətinə əsaslanan 

bu  sözlərin  dərin  humanist,  etik-ekoloji,  əsl  bəşəri  mənası  aydın  görünür.  Təbiətin 

dərdləri qardaşın aparılması ilə bir tutulur, bir arada qeyd olunur. Qeyd edək ki, bütün 

bu  fikirlər  müasir  ekologiyanın  tədqiqat  obyektidir.  Onu  da  unutmayaq  ki,  bu 

fikirlərin 1300  il tarixi var.  

«Kitabi-Dədə  Qorqud»  eposunda  təbiətin  canlanmasına,  qorunmasına,  yararlı 

hala  düşməsinə  və  bu  halda  saxlanmasına  bütün  el  sevinir.  Bunu  vətənpərvərliklə  ana 

torpağın qeyrətini çəkmək, onu qorumaq ilə yanaşı tuturlar. Oğluna öyüd-nəsihət verən, 

qardaşını axtarmağa, oğuz bəylərinə kömək göstərməyə göndərən ananın dililə deyilir:  

 

«Qarşı yatan qara dağın 



 

Yıxılmışdı ucaldı axır. 

 

Axıntılı görklü suyun 



Soğulmuşdu çağladı axır. 

Qaba ağacda dal budağın 

Qurumuşdu, göyərdi axır!» (5) 

«Kitabi-Dədə Qorqud» dastanı üçün səciyyəvi olan ümumi cəhətlərdən biri də 

altruist əxlaqın təbliğidir. Altruizm, latınca «alter-başqası» sözündəndir. Belə bir əx-

laqi prinsipə görə, adam gərək öz  eqoizmini (latınca «eqo»- mən deməkdir ) atsın, 

təmənnasız  olaraq  başqasına  xeyir  versin.  İslam  dinində,  ümumiyyətlə,  Yaxın  Şərq 

ədəbiyyatında və fəlsəfəsində əhaliyə təmənnasız xeyir vermək, xüsusən də əzilənə, 

zəifə kömək etmək fikri geniş yer tutur (11, 12).  

«Dədə Qorqud»da ağaca, suya, dağlara, təbiət hadisələrinə, çırağa and içilir, 

onlar müqəddəsləşdirilir. Maraqlıdır ki, «Dədə Qorqud»da təbiətdəki canlı və cansız 

varlıqlar tərif və vəsf olunarkən islam dininə və onunla bağlı olan hadisələrə istinad 

edilir, bu varlıqlar islam dini baxımından şərh olunur. Məsələn, Qazan xan «su haqq 

didarın  görmüşdür»  deyib  ona  müraciət  edərkən  suyun  xassələrini  sadalayır  və  onu 

«Həsən ilə Hüseynin həsrəti» «Ayişəylə Fatimənin nigahı» adlandırır. 

Qazan xanın oğlu Uruz ağacla söhbətində onu: «Məkkə ilə Mədinənin qapısı; 

Musayi Kəzimin əsası; Şahmərdan Əlinin düldülüyünün əyəri; Şah Həsənlə Hüseynin 

beşiyi» adlandırır. 



 

43

Oğuzların ətraf mühitə münasibətində antisanitar şəraitə qarşı mübarizə aydın 



görünür. Qaraca çoban öldürdüyü düşmənlərin meyitlərini yığıb yandırır. Beləliklə də 

hər  hansı  infeksiya  təhlükəsi  törədilərək  yolxucu  xəstəliklərin  təbii  mənbələrinin 

əmələ  gəlməsinə  imkan  qalmır.  Bu,  mikrobiologiyanın  olmadığı  o  dövrdə  yaşamış 

ulularımızın ətraf mühitin sağlamlaşdırılması qayğısına qalmalarını göstərir.  



 

ƏDƏBİYYAT    

1. Abdullayev K.  Sirr içində dastan və yaxud  gizli Dədə Qorqud - 2. Bakı: Yeni  Nəşrlər Evi, 

Elm, 1999, 288 s. 

2. Cəmşidov Ş. «Kitabi-Dədə Qorqud»u vərəqləyərkən. Bakı: Gənclik, 1969, 98 s. 

3. Əfəndiyev Elçin. Kitabi Dədə Qorqud aliliyi. Bakı: Azərbaycan, 2003, 146 s. 

4. Hacıyev T. Dədə Qorqud:  dilimiz, düşüncəmiz. Bakı: Yeni  Nəşrlər Evi, Elm, 1999, 216 s. 

5. Kitabi-Dədə Qorqud  Ensiklopediyası. 2 cilddə, 1 cild. Bakı: Yeni Nəşrlər Evi, 2000, 620 s. 

6. Makovelski A.O. Avesta, Bakı: 1960, 130 s. 

7. Mustafayev Q.T. Təbiətin qorunması (dərs vəsaiti). Bakı: Bakı Universiteti, 1970, 194 s. 

8. Mustafayev Q.T.,  Məmmədov A.T. Həyat və poeziya. Bakı: MBM, 2006, 544 s. 

9. Müseyibov M. «Dədə Qorqud»un coğrafiyası. Bakı, BDU, 2000, 30 s. 

10. Qasımzadə F.F.  «Avesta»dan bu günədək, Bakı: Bilik, 1982, 52 s. 

11.  Qasımzadə F.F. İki fenomen və islam, Bakı: İrşad, 2003, 220 s. 

12. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I cild. Bakı: Çıraq, s.174-536. 

 

ОТНОШЕНИЕ К ПРИРОДЕ В СВОДЕ ЗАКОНОВ «АВЕСТА»  

И НАРОДНОМ ЭПОСЕ «КИТАБИ-ДЕДЕ КОРКУД» 

 

А.Т.МАМЕДОВ, Г.Т.МУСТАФАЕВ, М.А.КАСИМЗАДЕ 



 

РЕЗЮМЕ 

 

Экология,  как  наука  сформировалась  со  второй  половины 19-го  века.  Однако 

взаимоотношение  между  природой  и  людьми  существует  от  самого  начало  появления 

человека.  Статья  посвящена  идеям  и  трудам  человеческого  общества,  приложенным  в 

направлении доброго отношения к окружающей среде до появления экологии как науки 

в  Азербайджане.  Статья  посвящена  экологическим  аспектам  законодательства    «Авес-

та» и  этнического эпоса  «Деде Коркуд». Предлагается поощрение позитивного отно-

шения людей к окружающей среде до появлении экологии как науки. 

 

ENVIRONMENTAL FRIENDLINESS IN “AVESTA” COLLECTION OF LAWS 

AND “KITABI-DEDE GORGUD” EPOS 

 

A.T.MAMMADOV, G.T.MUSTAPHAYEV, M.A.QASIMZADEH 

 

SUMMARY 

 

Ecology, as a separate science formed after the second half of the XIX c. Nevertheless the 

interrelation between the nature and people has existed since the beginning of the man’s ap-

pearance. The article is dedicated to the ideas and works of the human society applied in the 

direction of a friendly relation to the environment until the appearance of Ecology as a science in 

Azerbaijan. Some ecological aspects of “Avesta” and  the national epos  “Dede Gorgud” are reflec-

ted in the article. In the end, some encouragements of people’s environmental friendliness before 

the appearance of contemporary Ecology are presented.



                 

 

Yüklə 264,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin