MÜHAZİRƏ Mühazirə – leksiya (lektio) latın sözü olub, hərfi mənası «oxu» deməkdir. Orta əsr universitetlərində mühazirə dinləyicilərə yeni biliklərin çatdırılmasının əsas yolu idi. Çünki bu dövrdə kitablara nadir hallarda təsadüf olunurdu. XVIII əsrdə ali təhsil müəssisələrində mühazirə geniş surətdə tətbiq olunmağa başlandı. Artıq o dövrdə mühazirəyə və mühazirəçinin nitqinə verilən tələblər formalaşdı. Mühazirədə qoyulan məsələlərin dərk edilməsi üçün mühazirə materialı aydın şəkildə şərh olunmalı, «əzbərçiliyə» yol verilməməlidir.
XX əsrin əvvəllərində mühazirə formasına münasibət dəyişdi. Belə bir fikir söylənirdi ki, mühazirə tələbələri «keyləşdirir», onlar biliklərin müstəqil olaraq əldə edilməsinə meyil göstərmirlər. Universitetdə elmlərin öyrənilməsinin əsasını müşahidə, araşdırma, tənqidi təhlil təşkil etməlidir.
SOVETDƏ MÜHAZİRƏ Sovet hakimiyyətinin ilk 10 ilində ali məktəbdə mühazirələr təlim prosesinin təşkilinin aparıcı forması idi. 1930-cu illərin əvvəllərində təlimin “briqada-laborator” forması mühazirəni “sıxışdırmağa” başladı. Lakin bu yenilik uzun sürmədi və hökumətin qərarı ilə bu metod ləğv edildi, mühazirə yenidən ali təhsil sistemində “özünəlayiq” yer tutdu. Yaxşı qurulmuş mühazirə tələbəni düşündürür, mühazirə müddətində meydana çıxan suallara cavab tapmağa təhrik edir. Mühazirəçiyüksək nitq mədəniyyətinə, zəngin mənəviyyata malikdirsə, onun mühazirəsi daha qüvvətli təsirə malik olur. Ali məktəb mühazirələri qarşısında aşağıdakı vəzifələr durur:
Təlimin məqsəd və vəzifələrini müəyyənləşdirmək;