oğlu Həmzəyevin gərgin axtarışlarının bəhrəsi
olan və “ Şərq-Qərb” Nəşriyyat Evi mətbəəsində
nəfis tərtibatla işıq üzü görən “Parodont
xəstəlikləri” adlı dərs vəsaitidir.
ATU-nun
stomatologiya
fakültəsinin
(VII-VIII
semestrlər üçün) kredit sistemi ilə təhsil alan IV kurs
tələbələri üçün nəzərdə tutulmuş bu kitabda “parodon-
tun quruluşu, onun-anatomik-fizioloji xüsusiyyətləri, pa-
rodont xəstəliklərinin etiologiyası və patogenezi, onla-
rın müasir diaqnostikası və metodları” haqqında ətraflı
məlumat verilmiş, bu xəstəlikləri törədən səbəblər, on-
ların müalicə və profilaktikası dərindən araşdırılmışdır.
İlk dəfə Azərbaycan dilində latın qrafikası ilə çap edilən
bu kitab 4 fəsildən ibarətdir.
Müəlliflər “Parodontun anatomiya və fiziologiya-
sı” fəslində parodontun inkişafı, onun quruluşu, qan
təchizatı, ilmfa sistemi barədə oxucularda müfəssəl
məlumat yaratmaqla yanaşı, paradontun funksiyaları-
nın onun anatomo-fizioloji xüsusiyyətləri ilə bağlı elmi
təhlilini vermişlər.
“Xəstəliklərin müayinəsi” adlı ikinci fəsildə para-
dont xəstəliklərinin metodları, paradontoloji statusun
göstəriciləri, üçüncü fəsildə isə “Parodont xəstəliklərinin
klinika və diaqnostikası” ilə əlaqədar məlumatların elmi
şərhi oxucuların diqqətinə çatdırılmışdır.
Parodontoz-bütün parodont toxumalarını zəhərləyən,
generalizə olunmuş distrofik prosesdir. Əsas simptom-
ları alveol sümüyünün horizontal destruksiyası, travma-
tik okklüziya, dişlərin boynunun açılması, pazabənzər
qüsurların yaranması, dişlərin cüzi laxlaması prosesi-
dir ki, onun müalicəsi insan sağlamlığı üçün mühüm
şərtlərdəndir. “Parodont xəstəliklərin müalicə və pro-
filaktikası” fəslində bu haqda geniş məlumat verən
müəlliflər bir sıra yerli qıcıqlandırıcı təsirə malik fak-
torların aradan qaldırılması üçün profilaktik tədbirlərin
həyata keçirilməsinin vacibliyini vurğulayan müəlliflər
tibb sahəsində çalışanların, tələbələrin və qeyri-ixti-
saslı oxucuların maraq dairəsini nəzərə alaraq bütün
fəsillərin sadə, aydın və oxunaqlı dildə yazılmasına nail
olmuşlar.
Dostları ilə paylaş: |