- Adi xəstəlik kimi qəbul et -
diyi miz qripin təhlükəlilik də rə-
cəsi barədə nə deyərdiniz?
- Doğurdan da çox vaxt əhali ara -
sında qripə adi xəstəlik kimi baxırlar.
Amma elə deyil. Məlumdur ki, qrip
virus tərəfindən törədilən nəfəs yol-
larının kəskin infeksiya xəstəliyidir.
Əsas simptomları titrəmə, qızdırma,
boğazda göynəmə, sümük, əzələ ağ-
rıları, kəskin baş ağrısı, öskürmə,
zəiflik və ümumən narahatlıqdır.
Əslində bu, çox təhlükəli xəstəlikdir.
Tarixdən məlumdur ki, 1918-ci ildə
yayılan və İspan qripi adı ilə tanı-
nan H1N1 virusu 1 il ərzində davam
edən pandemiyaya səbəb olub və 20
milyondan 50 milyona qədər insanın
ölümü ilə nəticələnib.
Bu da qripin nə dərəcədə təhlükəli
olduğunu düşünməyə əsas verir.
Daha çox 1-5 yaşlı uşaqlar, xroni-
ki xəstələr, yaşlı adamlar, xüsusən
də ağ ciyər, ürək-damar sistemində
problemləri olanların həyatı üçün
təhlükə yaradır.
Hazırda geniş yayılan bu qrip
ilk olaraq 2013-cü ilin sentyabrın-
da ABŞ-da başladı, oradan Avro-
paya, Avropadan Türkiyəyə keçdi
və bizə də gəlib çatdı. Xəstəliyin
genişlənməməsi üçün tədbirlər
görülsə də faydası olmadı, yayıldı.
H3N2 ağır formada keçən bir qrip
virusudur. Bu, reformasiya olunub
insanlar arasında sürətlə yayıla bi-
lir. Bəzən onun əlamətləri insanları
çaş-baş salır ki, bu qripə oxşamır.
Xəstəlik başlayır, ancaq xəstədə
kataral əlamətlər meydana çıxmır,
xəstəlik toksiki formada keçir ki, bu
da çox təhlükəlidir.
Əsasən mərkəzi sinir sisteminə,
ürək-damar sisteminə toksiki təsir
göstərir.
Məlumdur ki, qrip sürətlə inkişaf
edən bir xəstəlikdir. Bir neçə saat
ərzində xəstəni yatağa sala bilir.
İlk dövr- bir-iki gün ərzində kataral
əlamətlər olmur, toksiki əlamətlər,
quru öskürək olur, sonrakı dövrlər
kataral əlamətlər qoşulur, öskürək
yumşalır.
Qrip olan şəxs mütləq yataq
rejimində olmalıdır. Xəstəlik zama-
nı hərarətin yüksəlməsi 2-6 gün
davam edir və bu müddətdə xəstə
yataq rejimində olmasa, ağırlaşma-
ların baş vermə ehtimalı dəfələrlə
yüksəlir. Xəstələrin xəstəxana şə-
raitində müalicə olunmasına elə
də ciddi ehtiyac yoxdur, müalicə ev
şəraitində də aparıla bilər. Xəstəliyin
sağalması üçün yüksək effektli təsirə
malik spesifik müalicə preparatları
da yoxdur və son zamanlar aparılan
tədqiqatlar göstərir ki, H3N2 viru-
sunun mövcud antivirus preparatlara
qarşı rezistentliyi-davamlılığı var.
Dostları ilə paylaş: |