20 yanvar faciəsi düşünülmüş və xüsusi hazırlıq prosesindən keçmiş, bir plan idi. Belə ki, 1988-ci ildən başlanan xalq hərəkatını dağıtmaq və demokratik hərəkatı boğmaq üçün müvafiq vaxt yetişirdi. Keçmiş ssri-nin



Yüklə 9,72 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix02.01.2022
ölçüsü9,72 Mb.
#2533
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   38
Aida TƏHMƏZoVA,

tarix üzrə fəlsəfə doktoru

Eldar İSMAYIL

20 yanvar şəhidlərinə.

Bakı tufan içində,

Bakı al-qan içində.

Yanır divar, yanır daş,

Tüstü, duman içində.

Küçələri çığnayıb

Tanklar şığıyıb keçir.

Döngələrdə, səkidə

Avtomatlar qan içir.

Günahsız insan qanı

Axır asfalt üstündə.

Cəlladsifət əsgərlər

Qoca-cavan qəsdində.

Güllə ilə vurulan

Tankla tapdanır bir də.

Bu günahsız qadınlar

Güllələnir evində.

Qonşuya gedən yerdə.

Meyitlər döşənibdir

Küçə boyu yan-yana.

Axıb çay tək qarışır

Torpaq üstə qan-qana.

Qalxıb göyə yüksəlir

Fəryad səsi, ah səsi.

Dolu kimi tökülür

Qarbaçovun gülləsi!

Divarlar deşik-deşik,

Səkilər qazım-qazım.

Dərd üstündə əsirəm,

Bu dərdi necə yazım?

Ağlayır ata-ana,

Ağlayır oğul-uşaq.

Yaralılar, meyitlər

Üst-üstə, qalaq-qalaq,

Allah, bu nə zülümdü,

Zülüm özü ölümdü!

Belə zülüm görməmiş

Tarix özü heç zaman.

Vəhşi faşist ordusu

Vermir millətə aman.

Yaralını götürən

Həkimlər güllələnir.

Pəncərədən boylanan

Sakinlər güllələnir.

Şümşad boylu körpələr

Qızıl qana boyanır!

Üz tutaraq göylərə

Yana-yana deyirəm:

Allah əli olmayan

Bu taxt-taca min lənət!

Milləti məlul qoyan

Bu hərraca min lənət!

Nələr gördün canım Bakım,

Nələr çəkdin bəyaz qarım?

O günahsız insanların 

Al qanına sən boyandın.

Necə dözdün  bu dərdlərə,

Tank altında sızıldayan 

Şəhidlərin o zülmünə?

Necə dözdün anaların

Naləsinə, canım Bakım?

Səhidləri torpağına dəfn edəndə,

cəsədləri dolu idi 

düşmənin atəş açdığı 

zəhərli güllələr ilə.

Onların ağ kəfənləri

bulanmışdı al qan ilə.

Dağ dözməzdi,

Necə dözdün bu dərdlərə?

Darıxma sən, canım Bakım,

Alacağıq qisasını

nahaq yerə axıdılan 

hər damla şəhid qanının!



Jalə ƏLIYEVA, 

Elmi-Tədqiqat Mamalıq-

Ginekologiya İnstitutunun 

əməkdaşı

BAKI AL-QAN 

İÇİNDƏ

Xalqımızın başına gətirilən 20 yanvar faciəsindən artıq 24 il keçir

XALQIN QAN YADDAŞI- 20 YANVAR

Necə dözdün bu dərdlərə


http://www.amu.edu.az

15 yanvar 2013-ъц ил

4



2013-cü  ilin  sonun-



da  ATU-nun    Tədris 

Cərrahiyyə 

Klinika-

sında  təhsildə  yeni 

istiqamət  olan  rezi-

denturanın  uğurları  və 

problemləri  ilə  bağlı 

toplantı keçirilib. Artıq 

3 ilin arxada qaldığını, 

bu  il  birinci  buraxılı-

şın  olduğunu  deyən 

universitetin  rektoru, 

millət vəkili, akademik 

Əhliman  Əmiraslanov 

bu  sahədə  narahat-

lıq  doğuran  bir  çox 

məsələlərin  mövcud-

luğunu,  ona  görə  də 

açıq  söhbətə  ehtiyac 

yarandığını  vurğulayıb: 

“İstəməzdim  ki,  burada 

təkcə  biz  danışaq,  yal-

nız rezidentura şöbəsinin 

müdirini  dinləyək.  Qoy 

müəllimlərimiz,  profes-

sorlarımız,  rezidentlərin 

rəhbərləri  çıxış  etsinlər, 

təkliflərini 

versinlər. 

İndiyə  qədər  diplom-

dan  sonrakı  hazırlıq 

bizi  qane  etmirdi.  Hər 

birimiz  deyirdik  ki,  1 

il  ərzində  mütəxəssis 

yetişdirmək 

mümkün 

deyil. 

Rezidenturaya 

ümidlərimiz  çox  böyük-

dür.  Qarşımıza  müəyyən 

çətinliklərin 

çıxması-

na,  hətta  tələbələrin  ilk 

vaxtlar  buna  qarşı  eti-

raz  mitinqi  keçirməsinə 

baxmayaraq 

praktiki 

mütəxəssis  hazırlamaq 

üçün  bu  yolu  seçdik. 

Təəssüf  ki,  rezidentlərin 

bilik    səviyyəsi  imtahan 

götürən  mütəxəssisləri 

də,  elə  mənim  özümü  də 

razı  salmır.  Görünür,  ilk 

növbədə rezidentlərin ha-

zırlığına  münasibətimizi 

dəyişməli, 

nəzarəti 

gücləndirməliyik”.

Rezidentura 

şöbəsinin 

müdiri, 

dosent 

Rizvan 

Məmmədov 

2011-ci  ildən  re-

zidenturaya  qəbul  aparıldığını 

bildirərək  qeyd  edib  ki,  hal-

hazırda  ATU  üzrə  rezidentura-

nın I kursunda 143 nəfər, II kur-

sunda  132  nəfər,  III  kursunda 

isə 118 nəfər olmaqla 35 ixtisas 

üzrə 393 nəfər təhsil alır. 

2013-2014-cü  tədris  ilində 

müxtəlif  səbəblərdən  16  nəfər 

rezidenturadan  xaric  edil-

miş,  15  nəfər  sosial  (analıq) 

məzuniyyətinə  çıxmış,  4  nəfər 

akademik  məzuniyyət  götür-

müşdür.  Cari  tədris  ilində  po-

tasiya  keçmək  üçün  1  nəfər 

Almaniyaya,  9  nəfər  Türkiyəyə 

göndərilmişdir.  Ümumiyyətlə, 

indiyədək 38 nəfər rezidentimiz 

müxtəlif  ixtisaslar  üzrə  xarici 

ölkələrdə rotasiya keçmişlər.

Rezidentura 

şöbəsinin 

əvvəlki  illərdə  ən  böyük 

probleminin  fərdi  iş  planı  və 

gündəliklərlə  bağlı  olduğunu 

deyən  R.Məmmədov  diqqətə 

çatdırıb  ki,  artıq  cərrahi  yö-

nümlü  və  stomatoloji  ixti-

saslar  üzrə  fərdi  iş  planları 

gündəliklərlə  birlikdə  60-70 

səhifə  həcmində  çap  edilərək 

rezidentlərə  paylanır.  Terapi-

ya  yönümlü  fərdi  iş  planları  və 

gündəliklər  isə  yaxın  günlərdə 

rezidentlərə  veriləcəkdir.  O, 

bəzi  problemlərin  hələ  də 

qaldığına  diqqət  yönəldərək 

bildirib  ki,  rezidentlər  bəzən 

klinikalarda  xəstələrin  azlı-

ğından,  potasiya  keçdikdən 

sonra  onlara  sonuncu  gün 

xasiyyətnamə verilməməsindən 

və  ya  gecikdirilməsindən  şika-

yətlənirlər.  Bazalarda  təmir 

işləri  ilə  əlaqədar  yaranan 

problemlərə  də  toxunan  şöbə 

müdiri  artıq  Tədris  Cərrahiyyə 

Klinikasının fəaliyyətə başlama-

sı  ilə  bu  problemin  də  aradan 

qaldırıldığını deyib. 



ATU-nun  Tədris  Terapevtik 

Klinikasının 

direktoru, 

professor  Surxay  Musayev

 

rəhbərlik  etdiyi  klinikada  138 



nəfər  rezident  üçün    vahid 

bir  mexanizmin  işlənib  ha-

zırlandığını 

bildirib: 

“Belə 

demək  mümkündürsə,  re-



zidenturanın  texniki,  kliniki 

məsələlərini “rezidentura özünü  

idarəetmə sistemi”  ilə qururuq. 

Hacəttəpə 

Universitetindən 

gələn  mütəxəssislər  də  bunu 

bəyənirlər. Bu sistemi ixtisaslar, 

şöbələr  üzrə  də  tətbiq  etmişik 

və özünü doğruldur. Yəni bizdə 

3  kurs  rezident  var,  Türkiyədə 

buna  “daha  irəlidə    olan  rezi-

dent”  deyirlər.  III  kursdan  eyni 

ixtisas üzrə rəhbərlik bir nəfərə 

tapşırılır, köməkçi II kursdan, ic-

raçı isə I kursdan təyin olunur.  

İstər  növbələrə  qalan  zaman, 

istərsə  də  gündəlik  iş  zamanı 

ümumi  rəhbərliyi  rezidentlərin 

rəhbərləri, qalan məsələləri isə 

rezidentlər  özləri  həll  edirlər. 

Əgər  birinci  il  valideynlər  öv-

ladlarının  növbəyə  qalması-

nı  istəmirdilərsə,  artıq  belə 

söhbətlər yoxdur”.

III  kurs  rezidentlərinə  xəstə 

qəbul etməyə icazə verdiklərini 

söyləyən  klinikanın  direkto-

ru  qeyd  edib  ki,  bizim  klini-

ka  elektron  klinika  tipində 

fə aliyyət  göstərir.  Sirr  de-

yil  ki,  yaşlı  nəsil,  orta  nəslin 

də  bir  qismi  bu  sistemdən 

yetərincə  istifadə  edə  bilmirlər. 

Rezidentlər bu baxımdan nəinki 

klinikaya, 

professor-müəllim 

heyətinə də yaxından köməklik 

edirlər.  Rezidentlərimizin  nə-

zəri  biliklərinin  daha  da  güc-

ləndirilməsi  məqsədilə  həf-

tə nin  III  günü  rezidentlərin 

rəh bərlərinin,  həmin  şöbənin, 

kafedranın  professor-müəllim 

heyətinin  də  qatıldığı  semi-

narlarda  hər  dəfə  2  rezidentin 

məruzəsi  dinlənilir və məruzələr 

klinikanın  saytında  oturdulur. 

Mayda  ATU-nun  Tədris  Tera-

pevtik Klinikasında Azərbaycan 

Tibb Universiteti rezidentlərinin 

I elmi-təcrübi konfransının keçi-

rildiyini  söyləyən  S.Musayev  II 

konfransa  hazırlaşdıqlarını  da 

diqqətə çatdırıb. 




Yüklə 9,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin