Beynəlxalq təcrübə
Beynəlxalq təcrübəyə nəzər saldıqda inzibati amirlik sisteminə dayanan və Azərbaycanda
mövcud olan standartlaşdırma sisteminin qida təhlükəsizliyində tamamilə fərqli rolunun olduğu
məlum olur. Bazar iqtisadiyyatı ölkələrində məhsulun təhlükəsizliyi dövlət tənzimləməsinin,
məhsulun keyfiyyətin isə bazar tənzimləməsinin predmetidir. Dövlət yalnız bazarı təhlükəli
mallardan qoruyur, bazar isə istehlakçının alıcılıq qabiliyyətinə uyğun aşağı və yuxarı
keyfiyyətli malları təklif edir. İstehlakçıların alıcılıq qabiliyyəti yüksəldikcə bazardan aşağı
keyfiyyətli məhsullar da çıxarılır. Ancaq buna qədər istehlakçı seçim hüququndan məhrum
edilmir. Yeyinti məhsullarına münasibətdə isə məhsullara nəzarət səhiyyə və kənd təsərrüfatı
nazirlikləri tərəfindən məhsulların daşıdığı risk səviyyəsinə (aşağı, orta və yüksək riskli) uyğun
olaraq aparılır. Ərzaq istehlakının insan orqanizminə təsiri tibbi məsələ olduğundan qida
təhükəsizliyi səhiyyə orqanı tərəfindən təmin edilir və milli standartlaşdırma sistemi bu
prosesdə bizdəkindən fərqli olaraq aktiv rola malik deyil.
AzJESS
Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı Number 2, Volume 1, 2015
Dostları ilə paylaş: |