metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura kimi fəaliyyət göstərən qurum
tərəfindən hazırlana QOST standartları qüvvədədir. Həmin QOST standartları konkret
məhsullara dair həm təhlükəsizlik, həm də keyfiyyət tələbləri müəyyənləşdirir. Yeyinti
məhsullarına isə bunlarla yanaşı sanitar norma və qaydalar da müəyyənləşdirilir. Ancaq,
bununla yanaşı beynəlxalq və regional standartlar əsasında milli standartlar da işlənib hazırlanır.
Milli standartlar isə məhsullara və xidmətlərə dair məcburi və tövsiyyə xarakterli tələblər
müəyyənləşdirir. Milli standartlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi (SMPDK) tərəfindən hazırlanır. Sanitariya norma və qaydaları isə Səhiyyə və Kənd
təsərrüfatı nazirlikləri tərəfindən tərtib edilir. Ancaq SMPDK həmin norma və qaydaları dövlət
qeydiyyatına almalıdır. Deməli, hazırda milli standartlaşdırma sistemi yeyinti məhsulları üçün
normativ sənədlərin hazırlanmasında birbaşa iştirak edir.
Yeyinti məhsulları bir çox qurum tərəfindən sertifikatlaşdırılır. Belə ki, heyvan mənşəli
yeyinti məhsullarına baytarlıq, bitki mənşəli məhsullara fitosanitar sertifikat, bütün yeyinti
məhsullarına isə gigiyenik və uyğunluq sertifikatları verilir. Uyğunluq sertifikatı isə
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilir və məhsulların
həm baytarlıq (heyvan mənşəli olduqda), həm fitosanitariya (bitki mənşəli olduqda), həm
gigiyenik, həm də standartların tələblərinə uyğun olduğun təsdiq edir. Deməli, hazırda milli
standartlaşdırma sistemi yeyinti məhsullarının sertifikatlaşdırılmasında da iştirak edir.
Sertifikatlaşdırılmış məhsulların istehsalının standartların tələblərinə uyğunluğuna
nəzarəti hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, bazarda
məhsulların standartların tələblərinə uyğunluğuna nəzarəti isə İqtisadiyyat və Sənaye Nazirliyi
həyata keçirir [6, 7]. Ümumiyyətlə qeyd edək ki, milli standartlaşdırma sisteminin ən mühüm
tərkib elementlərindən biri istehsalata və bazara dövlət nəzarətinin aparılmasıdır. Çünki, məhz
bu mərhələ vasitəsilə məhsulların təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi təmin
edilir. Adı çəkilən iki qurum standartların tələblərinə riayət olunmasına nəzarət edən aparıcı
AzJESS
Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı Number 2, Volume 1, 2015
Dostları ilə paylaş: |