AzJESS
Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı Number 2, Volume 1, 2015
84 | Elxan Mikayılov
.
Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində
rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə
Azərbaycanın mövcud milli standartlaşdırma sistemi və
onun qida təhlükəsizliyində rolu
Məlum olduğu kimi standartlaşdırma dedikdə məhsullara və xidmətlərə dair mövcud və
potensial problemləri həll etmək üçün göstəricilərin optimal səviyyəsinin əldə edilməsinə
yönəlmiş, ümumi və təkrar istifadə üçün nəzərdə tutulan tələblərin müəyyən edilməsi məqsədilə
standartların hazırlanması, qəbulu və tətbiqi prosesindən ibarət fəaliyyət nəzərdə tutulur [1, s.
4]. Milli standartlaşdırma sistemi isə məhsulların və xidmətlərin təhlükəsizliyinin və rəqabət
qabiliyyətliyin təmin edilməsinə yönəlmiş standartlaşdırma, texniki tənzimləmə, uyğunluğun
qiymətləndirilməsi (sertifikatlaşdırma, akkreditləşdirmə, inspeksiya və s.) və məhsulların
tələblərə uyğunluğuna nəzarət fəaliyyətlərin özündə birləşdirən bir sistemdir. Göründüyü kimi
bu sistemin əsasın məhsullara, xidmətlərə və istənilən fəaliyyətə və onun nəticələrinə dair
standartların hazırlanması və qəbulu, onların tətbiqinin təmin edilməsi və məhsulların
standartların tələblərinə uyğunluğuna istehsalda və bazarda dövlət nəzarəti təşkil edir.
Hazırda ölkəmizdə keçmiş sovet dövlətlərin əhatə edən və Standartlaşdırma,
Dostları ilə paylaş: