dəyişikliklər edilməsi
haqqında”06 may 2016-cı il tarixli 230-VQD nömrəli Azərbaycan Resublikası Qanunu
(“Azərbaycan” qəzeti, 25 may 2016-cı il, № 112) ilə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində “min manatdan yeddi min
manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə yeddi” sözləri “üç min manatdan yuxarı,
lakin on min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə on” sözləri ilə əvəz
edilmişdir. Yəni Azərbaycan Respublikası CM-nin 177—187, 189 və 189-1-ci
maddələrində «xeyli miqdar» dedikdə üç min manatdan yuxarı, lakin on min manatdan
artıq olmayan məbləğ, “külli miqdar” dedikdə on min manatdan artıq olan məbləğ başa
düşülür. Lakin sözügedən epizoddan görünür ki, mənimsənilməsinə cəhd olunan 1.186
(min yüz səksən altı) manat artıq «xeyli miqdar» təşkil etmir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin
(hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin
(hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən
edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə
68
cəlb oluna və cəzalandırıla bilməz.
Həmin Məcəllənin 10.3-cü maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin)
cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud
cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi
vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya
hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin
məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.
Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət
təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən
imtina edilməsini bildirməlidir.
Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə
baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül
cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri
çıxartmaq hüququna malikdir.
Odur ki, 25 may 2016-cı il tarixdən əməlin xeyli miqdarda mənimsəmə və israf etmə
kimi tövsif edilməsi üçün, vurulmasına cəhd edilmiş zərərin məbləğinin üç min manatdan
yuxarı həddə müəyyən edilməsi nəzərdə tutulduğundan, eləcə də dövlət ittihamçısı həmin
hissədə cinayət təqibindən imtina etdiyindən Azərbaycan Respublikası CPM-nin 41.3 və
397-ci maddələrinin tələblərinə uyğun olaraq, sözügedən epizod üzrə “xeyli miqdarda”
müddəası ittihamdan və hökmdən xaric edilməlidir.
Bundan başqa hazırkı vəziyyətdə Azərbaycan Respublikası CM-nin 75.1.1 və
Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1-ci maddələrinin tələblərinə əsasən,
Hüseynov Sahib Şahlar oğlunun Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1
(bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə
tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilməsinə dair müddəalar Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmündən xaric
edilməklə həmin hökm dəyişdirilməlidir.
Belə ki, iş materiallarından görünür ki, “vəzifə saxtakarlığı”(CM-nin 313-cü
maddəsi) cinayəti 2013-cü ilin oktyabr ayından 2014-cü ilin fevral ayına kimi olan
müddətdə baş vermiş, hadisənin baş verdiyi vaxtdan hazırda iki ildən artıq vaxt keçmişdir.
Hüseynov Sahib Şahlar oğlunun törətmiş olduğu cinayətlərdən biri, yəni Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət böyük
ictimai təhlükə törətməyən cinayətdir. Çünki Azərbaycan Respublikası CM-nin 15.2-ci
maddəsinə görə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə
azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən
və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan
məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə
törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinin
sanksiyasında da beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki
ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan
məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası CM-nin 75.1.1-ci madəsinə görə, böyük ictimai təhlükə
törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb
edilə bilməz.
69
Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən
ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət
törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
Azərbaycan
Respublikası
CPM-nin
39.1.3-cü
maddəsinə
əsasən,
cinayət
məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin
dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət
təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət
işi üzrə icraata isə xitam verilməlidir).
Həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə, bəraət hökmü və ya cinayət təqibinə
xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü
maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü
maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə, ittiham
hökmü çıxarır.
Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində
təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və
40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam
verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.
Lakin müdafiə tərəfinin apellyasiya şikayətindən, habelə müdafiəçlərin məhkəmə
çıxışından, eləcə də məhkum edilmiş şəxsin son sözündən görünür ki, müdafiə tərəfi
məhkum edilmiş şəxsin barəsində bəraət hökmünün çıxarılması üçün israr edirlər. Odur ki,
məhkəmə kollegiyası hesab edir ki, belə olan halda Hüseynov Sahib Şahlar oğlunun
barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət
təqibinə xitam verilə bilməz. Ancaq məhkəmə kollegiyasının qənaətincə, Lənkəran Agır
Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmündən
”Hüseynov Sahib Şahlar oğlunun Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1
(bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə
tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilməsinə” dair müddəalar xaric edilməlidir.
Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Ağayev Mahir Fərhad oğlu və
Şirinov Yusif Əli oğlu hazırkı hökmdən apellyasiya şikayəti verməsələr də Azərbaycan
Respublikasının CPM-nin 397-ci maddəsinə və eləcə də yuxarıda qeyd olunanlara əsasən,
ittihamdan və hökmdən Ağayev Mahir Fərhad oğlunun və Şirinov Yusif Əli oğlunun öz
qulluq mövqeyindən istifadə edərək onlara etibar olunmuş xeyli miqdarda özgə əmlakını
mənimsəmə yolu ilə talamağa cəhd etmələrinə (yuxarıda göstərilən epizod üzrə),
Azərbaycan Respublikası CM-nin 29,179.2.4-cü maddəsi ilə təqsirli bilinmələrinə və
Azərbaycan Respublikası CM-nin 29,179.2.4 və 313-cü maddələri ilə cəza təyin
edilməsinə dair müddəalar xaric edilməli, Ağayev Mahir Fərhad oğluna və Şirinov Yusif
Əli oğluna Azərbaycan Respublikası CM-nin 29,179.2.1 və 29,179.2.3-cü maddələri ilə
yenidə cəza, habelə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən
cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, həmçinin Lənkəran Agır Cinayətlər
Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Azərbaycan
Respublikası CM-nin 70-ci maddəsi tədbiq olunmaqla 2 (iki) il sınaq müddəti müəyyən
edilməklə şərti hesab olunmuş cəzaların həddi müəyyənləşdirilməlidir.
Eyni zamanda məhkəmə kollegiyası məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar
oğluna birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına
və məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə
70
edərək hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə
törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın
şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları lazımınca nəzərə
almamış, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin
tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etməmişdir.
Belə ki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət
törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə
alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza
təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü
yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri
və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən
və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun
ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və
vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai
təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu
cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında
tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti
törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası,
məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Həmin Məcəllənin 59.1.9-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alma,
cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə
edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə, 59.1.10-cu maddəsinə əsasən,
cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım
göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq
ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi,
zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi
cəzanı yüngülləşdirən hallar hesab edilir.
Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin
59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal
qismində nəzərə alına bilər.
Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.9 və 59.1.10-cu
maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran
hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin
dörddə üçündən artıq ola bilməz.
“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li
Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə
71
cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın
məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata
keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən
CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin
xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın
şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən
cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə
təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.
Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən
halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə
tutulmamış hallar da cəzanı yüngülləşdirici hal kimi nəzərə alına bilər.
Həmin Qərarın 5-ci bəndinə görə, CM-nin 60-cı maddəsində müəyyən olunan
qaydalar 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallardan ən
azı birinin olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq oluna bilər.
Cəzanı ağırlaşdıran hallar dedikdə CM-nin 61-ci maddəsində sadalanan hallar başa
düşülməlidir.
Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD nömrəli Azərbaycan
Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu
maddəsinin 9-cu
hissəsinə
uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə
aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır,
çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də
aydın görünməlidir».
Ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir
ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların
təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət-
Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun
19 aprel 2002-ci il tarixli qərarı).
Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt
Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə
01 oktyabr 1982-ci il tarixli qərar; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il
tarixli qərar və s.) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata
keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir».
Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası
CM-nin 59 və 61-ci maddələrinə əsasən, təqsirləndirilən şəxs Sahib Hüseynovun cəzasını
yüngülləşdirici və ağırlaşdırıcı halları müəyyən edilməmişdir.
Lakin iş materiallarında olan, Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
15 dekabr 2014-cü il tarixli 3397 nömrəli arayışından görünür ki, Bağırova Sahibə Əvəz
qızının qəyyumluğunda Hüseynov Mustafakamal Sahib oğlu adında əlil uşaq olmaqla ona
sosial müavinət verilir.
72
İş materiallarında olan, Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 15
dekabr 2014-cü il tarixli 3126 nömrəli arayışından görünür ki, Bağırova Sahibə Əvəz qızı
II qrup əlil olmaqla daimi pensiya alır.
İş materiallarında olan, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcəbədi şəhər
inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 yanvar 2015-ci il tarixli 193 nömrəli
arayışından görünür ki, Hüseynov Sahib Şahlar oğlu ailə üzvləri; anası Həcər Hüseynova,
arvadı Sahibə Bağırova, qızı Jalə Hüseynli, oğlanları Bəhrəm Hüseynli və Mustafakamal
Sahib oğlu olmaqla hal-hazırda Ağcabədi şəhəri, Nəsimi küçəsi, 29 nömrəli ünvanda
yaşayırlar.
İş materiallarında olan, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının 12
yanvar 2015-ci il tarixli 04 nömrəli arayışından görünür ki, Hüseynov Sahib Şahlar oğlu
01.05.2002-ci il tarixdən YAP-ın üzvü olmuşdur.
İş materiallarında olan, Gəncə Dövlət Universitetinin 20 yanvar 2015-ci il tarixli 20
nömrəli arayışından görünür ki, Hüseynov Sahib Şahlar oğluna Aərbaycan Respublikası
Prezident yanında Ali Attestasiya Komissiyasının 18 iyul 2011-ci il tarixli 21 nömrəli
qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
.
İş materiallarından görünür ki, Hüseynov Sahib Şahlar oğlu “Mircəlal Paşayevin elmi-
pedaqoji fəaliyyəti” mövzusunda dissertasiyanın müəllifidir.
İş materiallarından görünür ki, Hüseynov Sahib Şahlar oğlu Azərbaycan Respublikası
Təhsil Nazirliyinin ilk peşə və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi tərəfindən müsbət
xarakterizə edilir.
Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya
məhkəməsi Hüseynov Sahib Şahlar oğluna Azərbaycan Respublikası CM-nin 29, 179.3.2,
308.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə cəza təyin edərkən Azərbaycan
Respublikası CM-nin, Azərbaycan Respublikası CPM-nin, Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4
nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında»
25 iyun 2003-cü il tarixli 4 nömrəli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD nömrəli Azərbaycan
Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu
maddəsinin 9-cu
hissəsinə
uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarlarının yuxarıda
sadalanan normalarının tələbləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda
göstərilən presedentləri nöqteyi-nəzərindən törədilmiş cinayətlərin xarakterini və ictimai
təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Hüseynov Sahib Şahlar oğlunun şəxsiyyətini, o
cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın
onunn islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini lazımınca nəzərə almamışdır.
Beləliklə, məhkəmə kollegiyası Hüseynov Sahib Şahlar oğlunun əvvəllər məhkum
olunmamasını, ilk dəfə cinayət törətməsini, pedaqogika üzrə fəlsəfə doktoru olmasını, iş
yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində II qrup əlil arvadının, əlil uşağının,
yaşlı anasının olmasını nəzərə alır, lakin onun azadlıqdan məhrum etmə cəzası çəkmədən
islah olunmasını mümkün hesab etmir. Eyni zamanda, məhkəmə kollegiyası yuxarıda
göstərilən yüngülləşdirici halları, onun ailə vəziyyətini, habelə şəxsiyyətini iş üzrə
yüngüləşdirici hallar hesab edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-
ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Hüseynov Sahib Şahlar oğluna Azərbaycan
73
Respublikası CM-nin 29, 179.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanı 1 (bir) il müddətə
dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan
məhrum edilməklə 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan
Respublikası CM-nin 311.3.2, 311.3.3 və 311.3.4-ci maddələri ilə təyin edilmiş cəzanı 1
(bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul
vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum
etmə cəzası həddinədək azaldılması, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü
maddələrinə əsasən hazırkı qərarla təyin edilmiş cəzaları və Lənkəran Agır Cinayətlər
Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Azərbaycan
Respublikası CM-nin 308.1-ci maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli
özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum
edilməklə 2( iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə
qismən toplamaq yolu ilə ona qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8
(səkkiz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını mümkün
sayır.
Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə görə, apellyasiya
şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi
barədə qərar qəbul etməyə haqlıdır.
Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş
cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci
instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün
əsasdır.
Həmin Məcəllənin 404-cü maddəsinə görə, cinayət qanununun müvafiq maddəsi ilə
müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə
görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun
olmayan cəza hesab edilir.
Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi
cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun
olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya
məhkəməsinin hökmünü dəyişdirir.
Həmin Məcəllənin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması
nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm
və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə
əsaslanaraq ləğv edilə bilməz.
Bununla da, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya
məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara,
həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayətləri üzrə apellyasiya
instansiyasında aparılmış qismən məhkəmə istintaqının nəticələrinə əsaslanıb, eyni
zamanda onlara obyektiv hüquqi qiymət verərək Hüseynov Sahib Şahlar oğlunun
əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər maddəsinə
(maddələrinə) tövsif edilməsi, birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək
cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi, yaxud birinci
instansiya məhkəməsinin hökmünü ləğv edib yeni hökm çıxarmaqla məhkum edilmiş şəxsə
bəraət verilməsi üçün əsas görmür, lakin itthamdan və hökmdən məhkum edilmiş şəxs
74
Sahib Hüseynova münasibətdə yuxarıda göstərilmiş epizod üzrə “xeyli miqdarda”
müddəası, habelə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cəza təyin
edilməsinə dair müddəaları xaric edilməklə ona CM-nin 29, 179.3.2-ci maddəsi ilə təyin
edilmiş cəzanın 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-
məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7(yeddi) il müddətə azadlıqdan
məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3 və 311.3.4-cü
maddələri ilə təyin edilmiş cəzanın 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8
(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılması, Azərbaycan
Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla təyin edilmiş
cəzaları və Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-
09/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təyin
edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul
vəzifə tutmaq hüququndan məhrum edilməklə 2( iki) il müddətə azadlıqdan məhrum etmə
cəzasını cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 2(iki) il
müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq
hüququndan məhrum edilməklə, 8 (səkkiz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum
etmə cəzası təyin etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il
tarixli, 1(089)-09/2015 nömrəli hökmündən məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar
oğlu, onun müdafiəçiləri Əhmədova Ulduzə Mehdi qızı və Həsənov İmamqulu Vəliqulu
oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsini
və həmin apellyasiya şikayətlərinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13
avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmünün dəyişdirilməsini
məqsədəuyğun hesab edir.
Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikasının CPM-nin 397-ci
maddəsinə əsasən, ittihamdan və hökmdən Mahir Ağayev və Yusif Şirinovun Azərbaycan
Respublikası CM-nin 29,179.2.4-cü maddəsi ilə təqsirli bilinmələrinə və Azərbaycan
Respublikası CM-nin 29,179.2.4 və 313-cü maddələri ilə cəza təyin edilməsinə dair
müddəaların xaric edilməsini, Ağayev Mahir Fərhad oğluna və Şirinov Yusif Əli oğluna
Azərbaycan Respublikası CM-nin 29,179.2.1 və 29,179.2.3-cü maddələri ilə yenidən cəza,
habelə Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin
məcmusu üzrə qəti cəza təyin olunmasını, həmçinin Lənkəran Agır Cinayətlər
Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Azərbaycan
Respublikası CM-nin 70-ci maddəsi tədbiq olunmaqla 2 (iki) il sınaq müddəti müəyyən
edilməklə şərti hesab olunmuş cəzaların həddinin müəyyənləşdirilməsini məqsədəuyğun
saymaqla hökmü Mahir Ağayev və Yusif Şirinova münasibətdə də dəyişdirməyi zəruri
hesab edir.
Şərh olunanları və Azərbaycan Respublikasının CPM-nin 324-341, 397-399, 404, 405,
407-410 və 412-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyası
Q Ə R A R A A L D I:
Hüseynov Sahib Şahlar oğlunun Azərbaycan Respublikası CM-nin 29, 179.3.2,
308.1, 311.3.2, 311.3.3, 311.3.4 və 313, Ağayev Mahir Fərhad oğlunun və Şirinov Yusif
Əli oğlunun Azərbaycan Respublikası CM-nin 29, 179.2.1, 29, 179.2.3, 29, 179.2.4, 308.1
75
və 313-cü maddələri ilə məhkum olunmaları barədə Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 nömrəli hökmündən məhkum
edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlu, onun müdafiəçiləri Əhmədova Ulduzə Mehdi
qızı və Həsənov İmamqulu Vəliqulu oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya
şikayətləri qismən təmin edilsin.
Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015
nömrəli hökmü məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlunun, onun müdafiəçiləri
Əhmədova Ulduzə Mehdi qızının və Həsənov İmamqulu Vəliqulu oğlunun apellyasiya
şikayətlərinə əsasən dəyişdirilsin.
İttihamdan və hökmdən Hüseynov Sahib Şahlar oğlunun “Ağcabədi şəhər sakinləri -
Abbasova Sənubər Nazim qızı və Cavadova Afərim Köçəri qızının, paltarsaxlayan
vəzifəsinə isə Əliyeva Leyla Səməd qızının təyin olunmasını rəsmiləşdirməklə, həmin
şəxslərin faktiki olaraq işləmədikləri, öz xidməti işlərini yerinə yetirmədikləri halda, tamah
niyyətilə müvafiq rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə “Kapital bank”
ASC-nin Ağcabədi rayon filialından adlarına hazırlanmış plastik bankomat kartlarını
götürüb özündə saxlamaqla və baş mühasib Ağayev Mahir Fərhad oğluna 2013-cü ilin
oktyabr ayından 2014-cü ilin fevral ayına kimi guya işdə olmalarına dair tabelin tərtib
edilməklə təqdim olunub adlarına əmək haqqı hesablatdıraraq, özünün ehtiyaclarına sərf
etmək üçün cəmi 1.186 (min yüz səksən altı) manat məbləğində pulun həmin şəxslərin
bank hesablarına müvafiq saxta cədvəllər tərtib olunmaqla əmək haqqı üzrə ödənişlərin
köçürülməsini təmin etmiş, lakin aparılmış əməliyyat-axtarış tədbirləri zamanı həmin
plastik kartlar götürüldüyündən, bilavasitə həmin cinayəti törətməyə yönəldilmiş qəsdən
edilən əməlini iradəsindən asılı olmayan göstərilən səbəblərə görə başa çatdıra bilməyərək,
öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş xeyli miqdarda özgəəmlakını
mənimsəmə yolu ilə talamağa cəhd etmə” epizodu üzrə “xeyli miqdarda” müddəası,
habelə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və
yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum
edilməklə
1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə
cəzası
təyin edilməsinə
dair müddəalar xaric edilsin.
Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015
nömrəli hökmü ilə Hüseynov Sahib Şahlar oğluna Azərbaycan Respublikası CM-nin 29,
179.3.2-ci maddəsi ilə təyin edilmiş cəza 1 (bir) il müddətə dövlət və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə
7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin
311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təyin edilmiş cəza 1 (bir) il 6 (altı) ay müddətə
dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan
məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası həddinədək
azaldılsın.
Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla
təyin edilmiş cəzaları və Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il
tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci
maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər
və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2( iki) il müddətə
azadlıqdan məhrum etmə cəzasıı ilə cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə
Hüseynov Sahib Şahlar oğluna qəti olaraq 2(iki) il müddətinə dövlət və yerli özünüidarə
76
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8
(səkkiz) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
Azərbaycan Respublikasının CPM-nin 397-ci maddəsinə əsasən, ittihamdan və
hökmdən Ağayev Mahir Fərhad oğlunun öz qulluq mövqeyindən istifadə edərək ona etibar
olunmuş xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etməsinə,
Azərbaycan Respublikası CM-nin 29,179.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə və
Azərbaycan Respublikası CM-nin 29,179.2.4 və 313-cü maddələri ilə cəza təyin
edilməsinə dair müddəalar xaric edilsin.
Ağayev Mahir Fərhad oğluna Azərbaycan Respublikası CM-nin 29,179.2.1 və
29,179.2.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında
rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə
azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla
təyin edilmiş cəzanı və Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il
tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci
maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər
və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətə
azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə
Ağayev Mahir Fərhad oğluna qəti olaraq 1(bir) il 3(üç) ay müddətinə dövlət və yerli
özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum
edilməklə, 3 (üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-
09/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq
olunmaqla Ağayev Mahir Fərhad oğluna 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti
hesab olunmuş cəza 3 (üç) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzası həddində müəyyən
edilsin.
Azərbaycan Respublikasının CPM-nin 397-ci maddəsinə əsasən, ittihamdan və
hökmdən Şirinov Yusif Əli oğlunun öz qulluq mövqeyindən istifadə edərək ona etibar
olunmuş xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamağa cəhd etməsinə,
Azərbaycan Respublikası CM-nin 29,179.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə və
Azərbaycan Respublikası CM-nin 29,179.2.4 və 313-cü maddələri ilə cəza təyin
edilməsinə dair müddəalar xaric edilsin.
Şirinov Yusif Əli oğluna Azərbaycan Respublikası CM-nin 29,179.2.1 və 29,179.2.3-
cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və
maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan
məhrum etmə cəzası təyin edilsin.
Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla
təyin edilmiş cəzanı və Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il
tarixli, 1(089)-09/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci
maddəsi ilə təyin edilmiş (1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər
və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1(bir) il müddətə
azadlıqdan məhrum etmə cəzasını cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə
Şirinov Yusif Əli oğluna qəti olaraq 1(bir) il 3(üç) ay müddətinə dövlət və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç)
il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
77
Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-
09/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq
olunmaqla Şirinov Yusif Əli oğluna 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab
olunmuş cəza 3 (üç) il 6(altı) ay azadlıqdan məhrum etmə cəzası həddində müəyyən
edilsin.
Lənkəran Agır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015
nömrəli hökmü məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlu, onun müdafiəçiləri
Əhmədova Ulduzə Mehdi qızı və Həsənov İmamqulu Vəliqulu oğlunun apellyasiya
şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməsin.
Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu
maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Amil Dosiyev
Hakimlər: Zəki Babayev
Ələsgər Novruzov
Dostları ilə paylaş: |