Hüseynov Sahib Şahlar oğlu Azərbaycan Respublikası CM-nin 29,179.3.2, 308.1,
311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin
törədilməsində təqsirli bilinərək, CM-nin 29,179.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay
müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq
hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına,
CM-nin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında
rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə
azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 2
(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə
tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə
cəzasına, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il
6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan
Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə
cəzaları müvafiq olaraq qismən toplamaqla və əsas cəzaya əlavə cəza birləşdirilməklə ona
qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-
məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan
məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində
çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2014-cü il tarixdən hesablanmış,
29
hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş həbs qətimkan tədbiri
dəyişdirilmədən saxlanılmış,
01 yanvar 1950-ci ildə Ağcabədi şəhərində anadan olmuş,
Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli,
Ağcabədi Pedaqoji Kollecində baş mühasib işləyən, əvvəllər
məhkum olunmamış, Ağcabədi şəhəri, H.Aslanov küçəsi, ev 308-
də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına
vermə qətimkan tədbiri seçilmiş
Ağayev Mahir Fərhad oğlu Azərbaycan Respublikası CM-nin 29,179.2.1,
29,179.2.3, 29,179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin
törədilməsində təqsirli bilinərək, CM-nin 29,179.2.1, 29,179.2.3 və 29,179.2.4-cü
maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-
məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum
etmə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir)
il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il
müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma
hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına
məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən
təyin edilmiş əsas və əlavə cəzaları müvafiq olaraq qismən toplamaqla və əsas cəzaya əlavə
cəza birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli
özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum
edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan
Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilərək ona təyin edilmiş 4 (dörd) il müddətə
azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən
edilmiş, üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat
vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, barəsində seçilmiş polisin
nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən
saxlanılmış, onun davranışına nəzarət Ağcabədi Rayon İcra Şöbəsinə həvalə edilmiş, sınaq
müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış və
01 aprel 1950-ci ildə Ağcabədi rayonunun Yeni Qaradolaq
kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,
ailəli, ali təhsilli, Ağcabədi Pedaqoji Kollecində metodist
vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ağcabədi
şəhəri, Füzuli küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan,
barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş
Şirinov Yusif Əli oğlu Azərbaycan Respublikası CM-nin 29,179.2.1, 29,179.2.3,
29,179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində
təqsirli bilinərək, CM-nin 29,179.2.1, 29,179.2.3, və 29,179.2.4-cü maddələri ilə 1 (bir) il
müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq
hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-
nin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər
30
və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə
azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət
və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan
məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum
olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin
edilmiş əsas və əlavə cəzaları müvafiq olaraq qismən toplamaqla və əsas cəzaya əlavə cəza
birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə
orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4
(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası
CM-nin 70-ci maddəsi tədbiq edilərək təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan
məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, onun
üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən
daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, barəsində seçilmiş polisin nəzarəti
altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən
saxlanılmış, onun davranışına nəzarət Ağcabədi Rayon İcra Şöbəsinə həvalə edilmiş, sınaq
müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, iş üzrə maddi sübut
kimi tanınmaqla Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan, üzərində lüminisent qələmlə
«KQMİ 2014 Rüşvət» sözləri yazılmış 450 (dörd yüz əlli) manat pulun Azərbaycan
Respublikası Baş Prokurorluğuna verilməsi, təqsirləndirilən şəxs S.Ş.Hüseynovdan
götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında
saxlanılan 5.432 (beş min dörd yüz otuz iki) manat pul vəsaitinin cinayət yolu ilə əldə
edildiyindən Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə
tədbiq edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınması, təqsirləndirilən S.Ş.Hüsyenovun
cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin qalan 630.819 manatının ondan alınaraq dövlət
nəfinə ödənilməsi, xidməti iş otağındakı dəmir seyfdən götürülmüş bir ədəd göy rəngli,
üzərində “2013/2014 əyani” sözləri yazılmış, kollecdə təhsil alan tələbələrin adları və
soyadları, ünvanları, telefon nömrələri, oxuduqları qrupların nömrələri və hər birinin ad və
soyadları qarşısında pul məbləğləri yazılmış jurnal, bir ədəd telefon nömrələri yazılmış
jurnal, 56 (əlli altı) ədəd «Kapital Bank» ASC tərəfindən verilmiş plastik ödəmə kartları
və həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqələri, Əliyeva Leyla Səməd qızı,
Cavadova Afərim Köçəri qızı və Abbasova Sənubər Nazim qızının adlarına olan «Kapital
Bank» tərəfindən verilmiş plastik ödəmə kartları, həmin kartların pin-kodu olan açılmamış
vərəqlər, S.Ş.Hüseynovun yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş “Kapital bank”ın
möhürü olan 31 yanvar 2014-cü il tarixli, 02 ədəd qəbz, “Köçürmə/alınma haqqında” 01
ədəd bildiriş, 01 ədəd A4 formatda olan vərəqə, S.Ş.Hüseynovun xidməti otağından
götürülmüş 2 ədəd faksimile klişe, 08 və 18 №-li əmrlər kitabları, tələbələrdən
götürülmüş 32 ədəd plastik bankomat kartları, video və audio yazılar olan 3 ədəd diskin
cinayət işinin materiallarında saxlanılması, 891 manat ekspertiza xərcinin 824 manat 33
qəpiyinin təqsirləndirilən şəxs S.Ş.Hüseynovdan, təqsirləndirilən şəxslər M.F.Ağayev və
Y.Ə.Şirinovun hər birindən isə 33 manat 33 qəpik alınaraq dövlət büdcəsinə ödənilməsi
hökm edilmişdir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015
nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlu, onun
müdafiəçiləri Əhmədova Ulduzə Mehdi qızı və Həsənov İmamqulu Vəliqulu oğlu həmin
hökmdən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
31
Apellyasiya şikayətlərinin dəlilləri:
Məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlu apellyasiya şikayətini onunla
əsaslandırmışdır ki, guya o, tələbə Məmmədbağırova Cahan Nadir qızından 450 manat pul
istəmişdir. Belə ki, tələbə Məmmədbağırova Cahan Nadir qızı Respublika Baş Prokururun
yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə rəsmi ərizə ilə müraciət edərək
imtahanlardan keçmək üçün ondan 450 manat pul istənildiyini yazmışdır. Keçirilmiş
əməliyyat zamanı həmin pul Cahan tərəfindən ona təklif olunmuş, lakin o həmin pulu
əməliyyat keçirilməsini bilmədən belə götürməmiş və bildirmişdir ki, gedib imtahanlara
hazırlaşsın. Tələbə Cahan Məmmədbağırova ona təklif olunan rüşvətin götürülmədiyini
görüb həmin pulu saxlamaq və kirayə pulu adıyla evində kirəyədə qaldığı kollecdə
qabyuyan işləyən Tamaşa adlı şəxsə vermişdir. Əməliyyatşılar pulu ondan deyil,
Tamaşadan götürmüşlər. Cahan üzərinə qurlaşdırılmış audio və video qurğularla bunların
bütün hərəkətlərini çəksə də onlar elə həmin anda onu həbs etmişlər. İş üzrə dindirilmiş
digər tələbələrin onlardan rüşvət istənilməsi barədə ərzələrinin, yəni rəsmi şikayətlərinin
olmamasına baxmayaraq, digər tələbələr də qanunsuz və əsassız dindirilmişdir. Hətta
Tamaşa dilindən notarius kağız da vermişdir ki, həmin 450 manat pulu o, kirayə pulu bilib
götürmüş, hara qol çəkdiyini bilməmiş, çünki o latın qrafikasını bilmir, savadsızdır, yalnız
dörd sinif qurtarıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin onun haqda olan bu hökmünü
kifayət qədər qanunsuz və əsassız hesab edərək həmin hökmün ləğv olunmasını və
barəsində bəraət hökmünün çıxarılmasını zəruri hesab edir. Bundan başqa ona ittiham
verilmişdir ki, guya o qeyri-qanuni olaraq 125 nəfər tələbəni əyani şöbədən qiyabiyə
keçirmişdir. Bu hal da sübuta yetirilməmişdir. Birinci, bu avqust ayında mərhum direktor
Vaqif Hüseynov tərəfindən həyata keçirilmişdir. Ikincisi də bu qanunidir. Həmin 125
nəfər tələbə hal-hazırda beş qrupda qiyabi təhsil alır. Müəllimlər də 5 qiyabi qrupda tədris
elədiyi dərsə görə onun həbsdə olduğu 1il 6 ay ərzində hər ay əmək haqqı almışlar. Belə
olan halda niyə 1.679 manat dövlətə qaytarılmışdır? Halbuki yenidən həmin qrupa əmək
haqqı verilir. Ona başqa bir ittiham da verilmişdir ki, guya o, 15 müəllimə 2 qrup
vermişdir. Kollec yaranandan müəllim çatışmadığına görə bir müəllimə 2 qrup verilmişdir.
Ona başqa bir ittiham verilib ki, guya o, 32 tələbənin təqaüd kartlarını pin kodları
açılmadan seyfdə saxlamağı dövlət malını yeməyə cəhddir. 200-ə yaxın tələbə ifadə
verərkən aydın oldu ki, 32 nəfər həqiqətən kollecdən uzaq rayonlarda praktikada olduqları
üçün kartlarını götürməyiblər. Həm də təqaüd kartlarının bir qismi tələbələrin ərizələri ilə
itirdiklərinə və vaxtı qurtardıqlarına görə dəyişdiriliib və eləcdə təqaaüdlərini onlar özləri
alıb. Ona cəza təyin edilərkən aşağıda göstərilənlər məhkəmə kollegiyası tərəfindən nəzərə
alınmamışdır: 1. Kollecdə cəmi 4 ay direktor əvəzi işləməyi, heç bir imtahan və zaçota
qarışmamağı, imtahanların kompüterlə götürülməsi və imtahana qərargahın nəzarət etməsi;
2. Pedoqogika üzrə fəlsəfə doktoru olması, yazdığı kitabların respublikada dərs vəsaiti kimi
istifadə olunması və elmi işlərinin yarımçıq qalması; 3. Yeni Azərbaycan Partiyasının
Ağcabədi rayonunda ilk təşkilatını yaradanlardan biri və Yeni Azərbaycan Partiyası ilk
təşkilatının sədri olması; 4.Qarabağ müharibəsi veteranı olması, sağlamlığını
torpaqlarımızın azadlığı yolunda verməsi və I qrup şəkər xəstəsi olması(elə bunun
nəticəsidir ki, istintaq təcridxanasında həkim nəzarətindədir); 5. Öhdəsində az yaşlı və 80
yaşında çox uşaqlı və əmək veteranı qoca və gözündən əlil anası olması. Odur ki,
apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını və barəsində
32
ədalətli qərar qəbul edilməsini Şirvan Apellyasiya Məhkəməsindən xahiş etmişdir.
Müdafiəçi
Əhmədova
Ulduzə
Mehdi
qızı
apellyasiya
şikayətini
onunla
əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il,
1(089)09/15 nömrəli hökmünü məhkum edilmiş Hüseynov Sahib Şahlar oğluna aid hissədə
qanunsuz və əsassız hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsi hökm
çıxararkən Azərbaycan Respublikası CPM-nin 399.1.2 və 399.1.3-cü maddələrinin
tələblərini pozmuşdur ki, bu hallar da birinci instansiya məhkəməsinin hökm və qərarının
apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirlməsi üçün əsaslardandır. Hüseynov
Sahib Şahlar oğlu ona görə təqsirli bilinmişdir ki, o, tələbə Məmmədbağırova Cahan Nadir
qızından 450 manat pul istəmişdir. Belə ki, Məmmədbsğırova Cahan Nadir qızı Respublika
Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə rəsmi ərizə ilə müraciət
edərək, Ağcabədi pedoqoji Kollecinin direktor əvəzi işləmiş Hüseynov Sahib Şahlar
oğlunun ondan imtahanlardan keçmək üçün 450 manat pul istədiyini bildirmişdir.
Keçirilmiş əməliyyat tədbiri zamanı məhkum edilmiş şəxs Şahlar Hüseynov ona təklif
edilən pulu götürməmiş və tələbə Cahan Məmmədbağırovaya bildirmişdir ki, “get
imtahanlara hazırlaş”. Sonuncu isə Şahlar Hüseynovun ona təklif edilən rüşvəti
götürmədiyini görərək həmin pulu kirayə pulu adı ilə evində kirayədə qaldığı Kollecdə
qabyuyan işləyən Tamaşa adlı qadına vermişdir. Əməliyyatşılar pulu məhkum edilmiş
şəxs Şahlar Hüseynovdan deyil, Tamaşa adlı qabyuyan qadından götürmüşlər. Cahan
Məmmədbağırovanın üzərinə qurlaşdırılmış audio və video çəkiliş qurğuları
əməliyyatçıların bütün hərəkətlərini çəksə də, onlar elə həmin anda Sahib Hüseynovu həbs
etmişlər. Bütün bunlardan sonra da Sahib Şahlar oğlu Hüseynova etmədiyi cinayətlərə
görə qanunsuz və əsassız ittihamlar verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində
cinayət işinə baxılarkən dindirilmiş 118 nəfər şahidin hamsı bildirmişdir ki, istintaq zamanı
onlar aldadılmış, onlara hədə-qorxu gəlinmiş, onların ifadələri kütləvi şəkildə istintaqçılar
tərəfindən yazılaraq onlara oxutdurulmadan imza etdirilmişdir. Hətta həmin ifadələrdə nə
yazılmasından belə şahidlərin xəbərləri olmamışdır. Bütün bunlardan başqa məhkum
edilmiş şəxsin tanımadığı tələbələrdən 80 nəfərə yaxın məhkəmə zamanı dindirilmiş
olsalar da heç biri Sahib Hüseynova rüşvət vermədiklərini və istintaqdakı ifadələrində də
nə yazıldığını bilmədiklərini göstərməklə məhkəmə zamanı vermiş olduqları ifadələrini
təsdiq etmişlər. Sonradan da əməliyyat qrupu S.Hüseynova rüşvət kimi təklif edilən 450
manat pulu da Tamaşa adlı qadının üzərindən axtarış zamanı aşkar etmişdir. Tamaşa nə
qədər desə də ki, həmin pulu saxlamaq üçün götürmüşdür, lakin yenə də onun sözünə heç
bir əhəmiyyət verilməmişdir, hətta Tamaşanın ürəyi getmişdir. Məhkum edilmiş şəxsə
rüşvət təklif edilən zaman tələbə Cahan Məmmədbağırovanın üzərində aparat olmuşdur ki,
bu hərəkətlər də video çəkilişlə aparılmışdır. Göstərilənlərə əsasən, Lənkəran Ağır
Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il, 1(089)09/15 nömrəli hökmünü məhkum
edilmiş şəxs Hüseynov Sahib Şahlar oğluna aid hissədə ləğv edərək onun barəsində bəraət
hökmü çıxarılmasını, apellyasiya şikayətinə məhkmə baxışını məhkum edilmiş şəxslərin və
zərərçəkmiş Məmmədbağırova Cahan Nadir qızının iştirakını təmin etməklə və məhkəmə
istantaqı aparılmaqla keçirlməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir.
Müdafiəçi Həsənov İmamqulu Vəliqulu oğlu apellyasiya şikayətini onunla
əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi belə nəicəyə gələrkən maddi və
prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Belə ki, birinci instansiya
məhkəməsi ittiham tərrəfindən məhkəmə baxışına təqdim edilmiş bütün sübutları məhkəmə
iclasında tədqiq etmədən məhkəmə istintaqını yekunlaşdırmış, məhkəmə istintaqı zamanı
33
baxılmamaış sübutları CPM-nin 144-145-ci maddələrində nəzərdə tutulmuş qaydada
yoxlayıb, qiymətləndirmədiyi halda ittiham hökmündə həmin ziddiyyətli və bir-birini inkar
edən şahid ifadələrinə və ekspert rəylərinə istinad etmiş, iş üzrə mühüm əhəmiyyət kəsb
edən bütün faktiki halları araşdırmamış, CPM-nin 346.1.1-346.1.6-cı və 346.1.8-ci
maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verilmədiyinə baxmayaraq,
S.Hüseynovun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh
etməməklə onun təqsirini qərəzli olaraq sübuta yetirmiş hesab etmiş, eləcə də məhkəmənin
gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən etdiyi kimi göstərdiyi
halları əslində subuta yetirməmiş, irəli sürülmüş ittihamın məhkəmədə hərtərəfli, tam və
obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqini
məhdudlaşdırmış, ittiham hökmü çıxararkən CPM-nin 349.3-349.5.3-cü maddələrinin
tələblərinə əməl etməmiş, cinayət qanunu normasını düzgün tətbiq etməmiş, təqsirsizlik
məsələsini həll edərək məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmalı
olduğu halda bunu etməmiş, təqsirləndirilən şəxslərdən M.Ağayevə və Y.Şirinova fərqli
mövqe göstərək bərabərlik prinsipini pozaraq onlara təyin edilmiş cəzanı sınaq müddəti
ərzində şərti hesab etdiyi halda, hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə isə
məhkəmə baxışı zamanı onun təqsiri sübuta yetirilmədiyi halda ittiham aktının mətnini
hökmə köçürtməklə və şahidlərin ifadələrini təhrif etməklə cinayət hadisəsi törətmiş
S.Hüseynovu həddən ağır cəzaya məhkum etmişdir. Ağcabədi Pedaqoji Kollecində
müəllim və metodist vəzifəsində çalışan şəxslər təşkilati-sərəncamverici və ya inzibati-
təsərrüfat funksiyalarını həyata keçirən şəxslər hesab edilmirlər. “Korrupsiyaya qarşı
mübarizə haqqında” Qanunun 2-ci maddəsinin 2.1.4-cü bəndinə görə, “Dövlət orqanlarının
müvafiq struktur vahidlərində dövlət idarə müəssisə və təşkilarında, habelə dövlətin
nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya
inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər, həmin Qanunun 2.1-ci maddəsinə
əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər. Müstəntiq Tural
Vəlibəyov tərəfindən ekspertlər qarşısında ekspertizanın predmetinə aid olmayan, hüquqi
məsələyə aid olan belə bir sual qoyulmuşdur: Sahib Hüseynov Kollecdə təhsil alan digər
tələbələrin intahanlardan müvəffəq qiymətlər almaları, dərsə gəlməmələri, imtahanlarda
iştirak etməmələri qarşılığında, pedoqoji təcrübənin edilməsi və ya yaşadıqları yerdə
təcrübəni keçmələri üçün və ya tələbələrin qiyabi təhsilə keçirilmələri müqabilində və
dövlət imtahanlarından tələbələrə qiymətlər almaları qarşısında qeyd edilən xüsusatlar üzrə
ayrı-ayrılıqda tələbələrdən, ümumilikdə, hansı məbləğdə rüşvət almışdır? Müdafiə tərəfi
hesab edir ki, rüşvətin alınmasını müəyyən etmək üçün istintaqçı tərəfindən təyin olunmuş
ekspertizanın bu növü qanunvericlikdə nəzərdə tutulmamışdır. Belə bir eksperizanın
keçirilməsi ekspertlərin səlahiyyətlərinə aid olmayan hüquqi xarakterli məsələdir. Ona görə
də ekspert qarşısında belə suallrın qoyulması yolverilməzdir və CPM-nin 97.1, 97.2 və
97.3-cü maddəsinin tələblərinə ziddir.Birinci instansiya məhkəməsi isə öz hökmündə şahid
ifadələrinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət vermək əvəzinə şahid
T.Cəbrayılovanın məhkəmədəki ifadəsini (“11 fevral 2014-cü il tarixdə saat 11 radələrində
o, bufetdə işlədiyi zaman ona yaxınlaşıb pul vermiş, pulu saxlamasını, pulun onda
qalmasını
demişdir.
Lakin
həmin
pulun
miqdarını
bilməmişdir.
O,
Cahan
Məmmədbağırovadan pulu alıb saxlamışdır. Cahan Məmmədbağırovadan pulu götürmək
barədə Sahib Hüseynov ona göstəriş verməmişdir. Cahan Məmmədbağırovadan pulu
aldıqdan sonra prokurorluq əməkdaşları onu saxlamış və pulu təqdim etməsini tələb
etmişlər. Cahan Məmmədbağırovadan aldığı pulu prokurorluq əməkdaşlarına təqdim
34
etmişdir”) əsas götürmək əvəzinə, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsasız və
qanunsuz olaraq mötəbər sübut kimi qəbul etmişdir. Yəni öz hökmündə Tamaşa
Cəbrayılovanın ibtidai istintaq zamanı aldadılıb alınan ifadəsini mötəbər sübut kimi qəbul
etmişdir. Məhkəmə bu ifadələr arasında ziddiyyətləri aradan qaldırmadan və CPM-nin
349.5.1, 351.3.2, 351.3 və 351.3.3-cü maddələrinin tələblərini pozmaqla şahidin
məhkəmədəki ifadəsini deyil, istintaqdakı ifadəsini mötəbər sübut kimi qəbul etmişdir.
CM-nin 311.1-ci maddəsinin dispozisyasına görə “rüşvət alma, yəni xidməti vəzifəsinin
icrası ilə əlaqədar hər hansı hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya
laqeydlik müqabilində özü, yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən
və ya vasitəçidən istifadə etməklə almada ifadə olunur. Göründüyü kimi burada tövsifedici
əlamət olan “xidməti vəzifəsinin icrası ilə əlaqədar” yuxarıda sadalanan əmək funksiyaları
mövcud deyildir və hüquqları müdafiə etdiyi şəxs korrupsiya ilə əlaqədar hüquqpozmaların
subyekti ola bilməz. Həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların
subyektləri--Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş
qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; xüsusi səlahiyyət əsasında
dövlət orqanlarını təmsil edən şəxslər; inzibati vəzifə tutan dövlət qulluqçuları; dövlət
orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəsssisə və təşkilatlarında,
habelə dövlətin nəzarət səhm zərfin sahib olduğu təsərrüfat subyektlərində təşkilati-
sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarının həyata keçirən şəxslər; qanunla
müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətini yerinə yetirən qeyri-dövlət
orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən
şəxslər; öz nüfuzundan və ya əlaqələrindən istifadə edərk vəzifəli şəxsin qərarına qanunsuz
təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən
şəxslər; vəzifəli şəxsə qanunuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər
təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə
vasitəçilik etmiş şəxslər kimi müəyyən edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs
Hüseynov Sahib Şahlar oğlu 2005-ci ildən 2013-cü ilin 7 oktyabrına kimi hər hansı bir
təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını deyil, müəllimlik peşəsi ilə
bağlı fuksiyanı yerinə yetirmişdir ki, bu şəxslər isə vəzifəli şəxs, yəni CM-nin 311-ci
maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv sayıla bilməz. Çünki Sahib Hüseynov
Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeyd hissəsində sadalanmış vəzifəli
şəxslər kimi xarakterizə edilmiş heç bir qrupa aid deyildir. Eyni zamanda istintaq orqanı
bir tərəfdən S.Hüseynova “990 nəfərdən rüşvət alma”ya görə ittiaham verir, digər tərəfdən
isə CM-nin 312-ci maddəsində “rüşvət vermə”nin cinayət əməli olduğu halda həmin
şəxslərə bu maddə ilə ittiham vermir və ya onlara maddi zərər dəydiyi halda onlar
zərəçəkmiş şəxslər kimi tanınmır və onlara dəyən zərərin ödənilməsi ittiham aktında
göstərilmir. Halbuki, CM-nin 312-ci maddəsinin “Qeydinə” görə rüşvət verən şəxs o şərtlə
cinayət məsuliyyətindən azad edilə bilər ki, o, cinayət işi başlanana kimi “rüşvət vermə
haqqında müvafiq dövlət orqanın könüllü məlumat versin” və ya “rüşvət verən şəxs
vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət versin”. Lakin iş
materiallarında S.Hüseynova rüşvət verməsi ehtimal edilən 990 nəfər şəxsin 4-7 il bundan
əvvəl ”rüşvvət vermələri haqqında“ ərizələri mövcud deyildir və ola da bilməz. Çünki belə
bir ərizələr olsaydı 4-7 il bu ərizələr hərəkətsiz saxlanılmazdı və vaxtında müvafiq tədbirlər
görülərdi. Daha sonra məhkəmə istintaqında dindirlmiş bütün şahidlər göstərmişdir ki,
S.Hüseynov onlara hədə-qorxu gəlməmiş və onlar hüquqlarını müdafiə etdiyi şəxsə rüşvət
35
verməmişlər. Eləcə də S.Hüseynov elə səlahiyyətlərə malik olmamışdır ki, tələbələrə
imtahanlardan məqbul qiymət yazılmasına təsir etsin və ya onun əmrinə əsasən tələbələr
kollecdən qovulsun. Son 4-7 ildə belə bir fakt istintaq tərəfindən aşkar olunmamışdır ki,
şahid kimi dindirilmiş və rüşvət verdikləri halda məsuliyyətə alınmamış şahidlərdən bir
nəfəri belə S.Hüseynovun ona hədə-qorxu gəldiyi barədə dövlət orqanlarına və ya kollecin
rəhbərliyinə şikayət etsin. Bununla da müdafiə tərəf hesab edir ki, CM-nin 212-ci
maddəsini istisna edən “hədə-qorxu nəticəsində rüşvət vermə” əlaməti istintaq orqanının
mülahizəsidir. Belə ki, CM-nin 312.1-ci maddəsinə görə “rüşət vermə, yəni xidməti
vəzifəsini icrası ilə əlaqədar hər hansı hərəkətin edilmısi və ya belə bir hərəkətin
edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və üçüncü şəxslər üçün
birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət,
imtiyaz və ya güzəşt təklif olunması, rədd edilməsi və ya verilməsi”də ifadə olunur. Eyni
zamanda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli
Qərarının 36-cı maddəsində göstərilir ki, “rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə
cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də
rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq
etmiş şəxsə verilmiş pul, ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və
həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılması yox, rüşvətin müqabilində onun
xeyirnə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin edilməsini gözəyir. İzah
edilsin ki, özgənin əmlakını ələ keşirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə
görə onun səlahəiyyətlərinə aid olmayan hər hansı hərəkətin edilməsini vəd edərək buna
görə pul aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır
ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul vermiş şəxsin əməli rüşvət
verməyə cəhd kimi CM-nin 29,312-ci maddəci ilə tövsif edilir, onların zərər çəkmiş
qisimində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş
hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri
məsələsi qanuna müvafiq qaydada həll olunur. Məhkəmədə ifadə vermiş şahidlərin
ifadələri ilə təsdiq olunur ki, istintaqın ehtimalı ilə 990 nəfər tələbə S.Hüseynova rüşvət
verərkən CM-nin 312-ci maddəsinin qeydindəki hallar mövcud olmuşdur. Lakin istintaq
orqanı bu halda da qanunu düzgün tətbiq etməmişdir. Plastik bankomot kartları ilə əlaqədar
aparılan istintaq hərəkətləri zamanı, tələbələrdə olan köhnə kartların bəziləri könüllü
təqdim edildiyindən götürülmüş, təqdim edilən həmin 32 plastik bankomat kartlarına baxış
zamanı tələbələrin təqaüdlərini aldığı plastik bankomat kartlarının itmədiyi və bəzilərinin
2014-cü ilin oktyabr və 2015-ci ilin noyabr ayına kimi etibarlılıq müddətləri olmasına
baxmayaraq, Sahib Hüseynovun 22 noyabr 2013-cü il tarixli 1290 nömrəli məktubla
“Kapital Bank” ASC-nin Ağcabədi rayon filialına müraciət edərək tələbələrin təqaüdlərini
aldıqları plastik bankoma kartlarını itirdiklərini həmin məktubda göstərərək yeni kartlar
sifariş verdiyi və 07 dekabr 2013-cü il tarixdə həmin yeni kartları bankdan götürərək
özündə saxladığı müəyyən olunmuşdur. İstintaqçı aşkar edilmiş bu sənədləri
“...xüsusuiyyətlərinə, aşkar edildiyi yerə görə cinayət işi üçün əhəmiyyət kəsb
etdiklərindən maddi sübut kimi tanıyaraq cinayət işinə əlavə etmişdir”. Bu fakta görə
istintaq orqanı hüquqlarını müdafiə etdiyi şəxsə belə bir ittiham vermişdir ki, guya o,
“...tələbələrin taqaüdlərini aldıqları plastik bankomat kartları itmədiyi və bəzilərinin 2014-
cü ilin oktyabr və 2015-ci ilin noyabr ayına kimi etibarlılıq müddətlərinin olmasına
baxmayaraq, yeni kartlar sifariş verdiyindən və onları özlündə saxlamaqla, köçürülmüş və
36
alınmamış müxtəlif məbləğdə pulları.... şəxsi ehtiyaclarına sərf etmək üçün özündə
saxladığı cəmi 10.563 manat məbləğdə vəsaitin olduğu plastik kartlar xidməti otağından
götürüldüyündən, bilavasitə həmin cinayəti törətməyə yönəldilmiş qəsdən edilən əməli
iradəsindən aslı olmayan qeyd olunan səbələrə görə başa çatdıra bilməyərək, öz qulluq
mövqeyindən istifadə edərək ona etibar olunmuş külli miqdarda özgə əmlakını təkrarən
mənimsəmə yolu ilə talamağa cəhd etmişdir. Odur ki, ona əsassız və qanunsuz olaraq CM-
nin 29, 179.3.2-ci maddəsi ilə ittiham vermişlər. Daha sonra məhkəmənin qərəzli olması
onunla da müəyyən olunur ki, birinci instansiya məhkəməsi cinayət törətmiş şəxsi nəinki
təqsirli bilmişdir, hətta məhkumuluğu olmayan, Təhsil Nazirliyi tərəfindən müsbət
xarakterizə olunan, himayəsində 80 yaşlı kənar köməyə ehtiyacı olan anası və 3 nəfər
uşaqları olan, pedaqogika elmləri üzrə fəlsəfə doktoru dərəcəsi olan və barəsində CM-nin
61.1.1-61.1.13-cü maddələrində göstərilən cəzanı ağırlaşdıran hallar olmayan ziyalı bir
şəxsə CM-nin 58.3, 61, 63, 65 və 66-cı maddələrini özündə ehtiva edən cəzanın təyin
edilməsinin ümümi əsaslarını kobud şəkildə pozmaqla həddən artıq ağır cəza təyin
etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 12
may 2009-cu il tarixli qərarında qeyd edilir ki, ...həqiqəti müəyyənləşdirmək imkanı inkar
edilməsi ədalət mühakiməsinin mənəvi məqsəd və məzmunundan məhrum etməklə
istənilən
ədalətsizliyə
bəraət
verilməsinə
haqq
qazandıra
bilər.
Həqiqətin
müəyyənləşdirməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın yalnız təqsirlilik
dərəcəsinə uyğun məhkum olunması, cinayət qanunun tələblərinə uyğun cəzalandırılması
və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi
borcudur. Beləliklə, müdafiə tərəf hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi belə
bir ittiham hökmü çıxararkən ciddi prosessual və maddi qanun pozuntularına yol vermiş,
ittiham subuta yetirilmədiyi halda, ehtimallara əsasən əsassız və qanunsuz nəticəyə gəlmiş
və hökm CPM-nin müvafiq maddələrinin tələblərinə tam ziddir. Qeyd olunanlara əsasən
hüquqlarını müdafiə etdiyi Hüseynov Sahib Şahlar oğlunun Azərbaycan Respublikası CM-
nin, 29, 179.3.2, 308.1, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü maddələri ilə 11 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 13 avqust 2015-ci il tarixli 1(0890-09/2015 nömrəli hökmünü ləğv edib,
“cinayət hadisəsi olmadığından”, “təqsirliliyi sübuta yetirilmədiyindən” və “əməldə cinayət
tərkibi olmadığından” onun barəsində bəraət hökmünün çıxarılması apellyasiya instansiya
məhkəməsindən xahiş etmişdir.
Məhkəmə istintaqı və proses iştirakçılarının çıxışları:
Dostları ilə paylaş: |