22 sentyabr 2016-cı il №1(106)36/2016 Şirvan şəhəri


Hüseynov Sahib Şahlar  oğlu



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix26.02.2017
ölçüsü0,98 Mb.
#9869
1   2   3   4   5   6   7   8
Hüseynov Sahib Şahlar  oğlu  Azərbaycan Respublikası CM-nin  29,179.3.2, 308.1, 

311.3.2,  311.3.3,  311.3.4  və  313-cü  maddələri  ilə  nəzərdə  tutulmuş  cinayətlərin 

törədilməsində  təqsirli  bilinərək,  CM-nin  29,179.3.2-ci  maddəsi  ilə  1  (bir)  il  6  (altı)  ay  

müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq 

hüququndan  məhrum  edilməklə  8  (səkkiz)  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına, 

CM-nin  308.1-ci  maddəsi  ilə  1  (bir)  il  müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında 

rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  2  (iki)  il  müddətə 

azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 2 

(iki)  il  müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə 

tutma  hüququndan  məhrum  edilməklə  10  (on)  il  müddətə  azadlıqdan  məhrum  etmə 

cəzasına,  CM-nin  313-cü  maddəsi  ilə  1  (bir)  il  müddətə  dövlət  və  yerli  özünüidarə 

orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 

6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş,  Azərbaycan 

Respublikası  CM-nin  66.3  və  66.4-cü  maddələrinə  əsasən  təyin  edilmiş  əsas  və  əlavə 

cəzaları  müvafiq olaraq qismən toplamaqla və əsas cəzaya əlavə cəza birləşdirilməklə ona 

qəti  olaraq  3  (üç)  il  müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-

məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  11  (on  bir)  il  müddətə  azadlıqdan 

məhrum  etmə  cəzası  təyin  edilmiş,  cəzasını  ümumi  rejimli  cəzaçəkmə  müəssisəsində 

çəkməklə,  cəzaçəkmə  müddətinin  başlanğıcı  11  fevral  2014-cü  il  tarixdən  hesablanmış, 


 

29

hökm  qanuni  qüvvəyə  minənədək  onun  barəsində  seçilmiş  həbs  qətimkan  tədbiri 



dəyişdirilmədən saxlanılmış, 

 

01  yanvar  1950-ci  ildə  Ağcabədi  şəhərində  anadan  olmuş, 



Azərbaycan  Respublikasının  vətəndaşı,  ailəli,  ali  təhsilli, 

Ağcabədi  Pedaqoji  Kollecində  baş  mühasib  işləyən,  əvvəllər 

məhkum olunmamış, Ağcabədi şəhəri, H.Aslanov küçəsi, ev 308-

də qeydiyyatda olan  və  yaşayan, barəsində polisin  nəzarəti altına 

vermə qətimkan tədbiri seçilmiş  

 

Ağayev  Mahir  Fərhad  oğlu  Azərbaycan  Respublikası  CM-nin  29,179.2.1, 

29,179.2.3,  29,179.2.4,  308.1  və  313-cü  maddələri  ilə  nəzərdə  tutulmuş  cinayətlərin 

törədilməsində  təqsirli  bilinərək,  CM-nin  29,179.2.1,  29,179.2.3  və  29,179.2.4-cü 

maddələri  ilə 1  (bir)  il  müddətə  dövlət  və  yerli özünüidarə orqanlarında  rəhbər  və  maddi-

məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum 

etmə cəzasına, CM-nin 308.1-ci  maddəsi  ilə 1 (bir)  il  müddətə dövlət  və  yerli özünüidarə 

orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) 

il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına,  CM-nin  313-cü  maddəsi  ilə  1  (bir)  il 

müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutma 

hüququndan  məhrum  edilməklə  1  (bir)  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına 

məhkum  olunmuş,  Azərbaycan  Respublikası  CM-nin  66.3  və  66.4-cü  maddələrinə  əsasən 

təyin edilmiş əsas və əlavə cəzaları müvafiq olaraq qismən toplamaqla və əsas cəzaya əlavə 

cəza  birləşdirilməklə  ona  qəti  olaraq  1  (bir)  il  6  (altı)  ay  müddətə  dövlət  və  yerli 

özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum 

edilməklə  4  (dörd)  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası  təyin  edilmiş,  Azərbaycan 

Respublikası CM-nin 70-ci  maddəsi tədbiq edilərək ona təyin edilmiş 4 (dörd) il  müddətə 

azadlıqdan  məhrum  etmə  cəzası  şərti  hesab  edilməklə  2  (iki)  il  sınaq  müddəti  müəyyən 

edilmiş,  üzərinə  sınaq  müddətində  davranışına  nəzarəti  həyata  keçirən    orqana  məlumat 

vermədən daimi  yaşayış  yerini dəyişməmək vəzifəsi qoyulmuş, barəsində seçilmiş polisin 

nəzarəti altına  vermə  qətimkan tədbiri  hökm qanuni qüvvəyə  minənədək dəyişdirilmədən 

saxlanılmış, onun davranışına nəzarət Ağcabədi Rayon İcra Şöbəsinə həvalə edilmiş, sınaq 

müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış və   

 

01  aprel  1950-ci  ildə  Ağcabədi  rayonunun  Yeni  Qaradolaq 



kəndində  anadan  olmuş,    Azərbaycan  Respublikasının  vətəndaşı, 

ailəli,  ali  təhsilli,  Ağcabədi  Pedaqoji  Kollecində  metodist 

vəzifəsində  işləyən,  əvvəllər  məhkum  olunmamış,  Ağcabədi 

şəhəri,  Füzuli  küçəsi,  ev  14-də  qeydiyyatda  olan  və  yaşayan, 

barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş  

 

Şirinov  Yusif  Əli  oğlu  Azərbaycan  Respublikası  CM-nin  29,179.2.1,  29,179.2.3, 

29,179.2.4,  308.1  və  313-cü  maddələri  ilə  nəzərdə  tutulmuş  cinayətlərin  törədilməsində 

təqsirli bilinərək, CM-nin 29,179.2.1, 29,179.2.3, və 29,179.2.4-cü maddələri ilə 1 (bir) il 

müddətə  dövlət  və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq 

hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-

nin 308.1-ci maddəsi ilə 1 (bir) il  müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər 


 

30

və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  1  (bir)  il  müddətə 



azadlıqdan  məhrum  etmə  cəzasına,  CM-nin  313-cü  maddəsi  ilə  1  (bir)  il  müddətə  dövlət 

və  yerli  özünüidarə  orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutma  hüququndan 

məhrum  edilməklə  1  (bir)  il  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum 

olunmuş,  Azərbaycan  Respublikası  CM-nin  66.3  və  66.4-cü  maddələrinə  əsasən  təyin 

edilmiş əsas və əlavə cəzaları müvafiq olaraq qismən toplamaqla və əsas cəzaya əlavə cəza 

birləşdirilməklə  ona  qəti  olaraq  1  (bir)  il  6  (altı)  ay  müddətə  dövlət  və  yerli  özünüidarə 

orqanlarında  rəhbər  və  maddi-məsul  vəzifə  tutmaq  hüququndan  məhrum  edilməklə  4 

(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası 

CM-nin  70-ci  maddəsi  tədbiq  edilərək  təyin  edilmiş  4  (dörd)  il  müddətə  azadlıqdan 

məhrum etmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, onun 

üzərinə sınaq  müddətində davranışına  nəzarəti  həyata keçirən  orqana  məlumat  vermədən 

daimi  yaşayış  yerini  dəyişməmək  vəzifəsi  qoyulmuş,  barəsində  seçilmiş  polisin  nəzarəti 

altına  vermə  qətimkan  tədbiri  hökm  qanuni  qüvvəyə  minənədək  dəyişdirilmədən 

saxlanılmış, onun davranışına nəzarət Ağcabədi Rayon İcra Şöbəsinə həvalə edilmiş, sınaq 

müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, iş üzrə maddi sübut 

kimi  tanınmaqla  Azərbaycan  Respublikası  Baş  Prokuroru  yanında  Korrupsiyaya  qarşı 

Mübarizə Baş İdarəsinin  maddi sübutlar otağında saxlanılan, üzərində lüminisent qələmlə 

«KQMİ  2014  Rüşvət»  sözləri  yazılmış  450  (dörd  yüz  əlli)  manat  pulun  Azərbaycan 

Respublikası  Baş  Prokurorluğuna  verilməsi,  təqsirləndirilən  şəxs  S.Ş.Hüseynovdan 

götürülmüş  və  Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  depozit  hesabında 

saxlanılan  5.432  (beş  min  dörd  yüz  otuz  iki)  manat  pul  vəsaitinin  cinayət  yolu  ilə  əldə 

edildiyindən Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə 

tədbiq  edilməklə  əvəzsiz  olaraq  dövlət  nəfinə  alınması,  təqsirləndirilən  S.Ş.Hüsyenovun 

cinayət  yolu  ilə  əldə  etdiyi  pul  vəsaitinin  qalan  630.819  manatının  ondan  alınaraq  dövlət 

nəfinə  ödənilməsi,  xidməti  iş  otağındakı  dəmir  seyfdən  götürülmüş  bir  ədəd  göy  rəngli, 

üzərində  “2013/2014  əyani”  sözləri  yazılmış,  kollecdə  təhsil  alan  tələbələrin  adları  və 

soyadları, ünvanları, telefon nömrələri, oxuduqları qrupların nömrələri və hər birinin ad və 

soyadları  qarşısında  pul  məbləğləri  yazılmış  jurnal,  bir  ədəd  telefon  nömrələri  yazılmış 

jurnal,  56  (əlli  altı)  ədəd  «Kapital  Bank»  ASC  tərəfindən  verilmiş  plastik  ödəmə  kartları  

və həmin kartlara aid açılmamış vəziyyətdə pin-kod vərəqələri, Əliyeva Leyla Səməd qızı, 

Cavadova Afərim Köçəri qızı və Abbasova Sənubər Nazim qızının adlarına olan «Kapital 

Bank» tərəfindən verilmiş plastik ödəmə kartları, həmin kartların pin-kodu olan açılmamış 

vərəqlər,  S.Ş.Hüseynovun  yaşadığı  evə  baxış  keçirilərkən  aşkar  edilmiş  “Kapital  bank”ın 

möhürü  olan  31  yanvar  2014-cü  il  tarixli,  02  ədəd  qəbz,  “Köçürmə/alınma  haqqında”  01 

ədəd  bildiriş,  01  ədəd  A4  formatda  olan  vərəqə,  S.Ş.Hüseynovun  xidməti  otağından 

götürülmüş    2  ədəd  faksimile  klişe,  08  və  18  №-li  əmrlər  kitabları,  tələbələrdən 

götürülmüş  32  ədəd  plastik  bankomat  kartları,  video  və  audio  yazılar  olan  3  ədəd  diskin  

cinayət  işinin  materiallarında  saxlanılması,  891  manat  ekspertiza  xərcinin  824  manat  33 

qəpiyinin  təqsirləndirilən  şəxs  S.Ş.Hüseynovdan,  təqsirləndirilən  şəxslər  M.F.Ağayev  və 

Y.Ə.Şirinovun  hər  birindən  isə  33  manat  33  qəpik  alınaraq  dövlət  büdcəsinə  ödənilməsi 

hökm edilmişdir. 

Lənkəran  Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 1(089)-09/2015 

nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Hüseynov Sahib Şahlar oğlu, onun 

müdafiəçiləri  Əhmədova  Ulduzə  Mehdi  qızı  və  Həsənov  İmamqulu  Vəliqulu  oğlu  həmin 

hökmdən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. 


 

31

 



 

 

 



 

 

Apellyasiya şikayətlərinin dəlilləri:  

 

 

Məhkum  edilmiş  şəxs  Hüseynov  Sahib  Şahlar  oğlu  apellyasiya  şikayətini  onunla 



əsaslandırmışdır ki, guya o, tələbə Məmmədbağırova Cahan Nadir qızından 450 manat pul 

istəmişdir. Belə ki, tələbə Məmmədbağırova Cahan Nadir qızı Respublika Baş Prokururun 

yanında  Korrupsiyaya  qarşı  mübarizə  idarəsinə  rəsmi  ərizə  ilə  müraciət  edərək 

imtahanlardan  keçmək  üçün  ondan  450  manat  pul  istənildiyini  yazmışdır.  Keçirilmiş 

əməliyyat  zamanı  həmin  pul  Cahan  tərəfindən  ona  təklif  olunmuş,  lakin  o  həmin  pulu 

əməliyyat  keçirilməsini  bilmədən  belə  götürməmiş  və  bildirmişdir  ki,  gedib  imtahanlara 

hazırlaşsın.  Tələbə  Cahan  Məmmədbağırova  ona  təklif  olunan  rüşvətin  götürülmədiyini 

görüb  həmin  pulu  saxlamaq  və  kirayə  pulu  adıyla  evində  kirəyədə  qaldığı  kollecdə 

qabyuyan  işləyən  Tamaşa  adlı  şəxsə  vermişdir.  Əməliyyatşılar  pulu  ondan  deyil, 

Tamaşadan  götürmüşlər.  Cahan  üzərinə  qurlaşdırılmış  audio  və  video  qurğularla  bunların 

bütün  hərəkətlərini  çəksə  də  onlar  elə  həmin  anda  onu  həbs  etmişlər.  İş  üzrə  dindirilmiş 

digər  tələbələrin  onlardan  rüşvət  istənilməsi  barədə  ərzələrinin,  yəni  rəsmi  şikayətlərinin 

olmamasına  baxmayaraq,  digər  tələbələr  də  qanunsuz  və  əsassız  dindirilmişdir.  Hətta 

Tamaşa dilindən notarius kağız da vermişdir ki, həmin 450 manat pulu o, kirayə pulu bilib 

götürmüş, hara qol çəkdiyini bilməmiş, çünki o latın qrafikasını bilmir, savadsızdır, yalnız 

dörd sinif qurtarıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin onun haqda olan bu hökmünü 

kifayət  qədər  qanunsuz  və  əsassız  hesab  edərək  həmin  hökmün  ləğv  olunmasını  və 

barəsində  bəraət  hökmünün  çıxarılmasını    zəruri  hesab  edir.  Bundan  başqa  ona  ittiham 

verilmişdir  ki,  guya  o  qeyri-qanuni  olaraq  125  nəfər  tələbəni  əyani  şöbədən  qiyabiyə 

keçirmişdir.  Bu  hal  da  sübuta  yetirilməmişdir.  Birinci,  bu  avqust  ayında  mərhum  direktor 

Vaqif  Hüseynov  tərəfindən  həyata  keçirilmişdir.  Ikincisi  də  bu  qanunidir.  Həmin    125 

nəfər tələbə hal-hazırda beş qrupda qiyabi təhsil alır. Müəllimlər də 5 qiyabi qrupda tədris 

elədiyi  dərsə görə onun  həbsdə  olduğu 1il 6 ay ərzində  hər ay əmək  haqqı almışlar. Belə 

olan  halda  niyə  1.679  manat  dövlətə  qaytarılmışdır?  Halbuki  yenidən  həmin  qrupa  əmək 

haqqı  verilir.  Ona  başqa  bir  ittiham  da  verilmişdir  ki,  guya  o,  15  müəllimə  2  qrup 

vermişdir. Kollec yaranandan müəllim çatışmadığına görə bir müəllimə 2 qrup verilmişdir. 

Ona  başqa  bir  ittiham  verilib  ki,  guya  o,  32  tələbənin  təqaüd  kartlarını  pin  kodları 

açılmadan  seyfdə  saxlamağı  dövlət  malını  yeməyə  cəhddir.  200-ə  yaxın  tələbə  ifadə 

verərkən aydın oldu ki, 32 nəfər həqiqətən kollecdən uzaq rayonlarda praktikada olduqları 

üçün kartlarını  götürməyiblər. Həm də təqaüd kartlarının bir qismi tələbələrin  ərizələri ilə 

itirdiklərinə  və  vaxtı  qurtardıqlarına  görə  dəyişdiriliib  və  eləcdə  təqaaüdlərini  onlar  özləri 

alıb. Ona cəza təyin edilərkən aşağıda göstərilənlər məhkəmə kollegiyası tərəfindən nəzərə 

alınmamışdır:  1.  Kollecdə  cəmi  4  ay  direktor  əvəzi  işləməyi,  heç  bir  imtahan  və  zaçota 

qarışmamağı, imtahanların kompüterlə götürülməsi və imtahana qərargahın nəzarət etməsi; 

2. Pedoqogika üzrə fəlsəfə doktoru olması, yazdığı kitabların respublikada dərs vəsaiti kimi 

istifadə  olunması  və  elmi  işlərinin  yarımçıq  qalması;  3.  Yeni  Azərbaycan  Partiyasının 

Ağcabədi  rayonunda  ilk  təşkilatını  yaradanlardan  biri  və  Yeni  Azərbaycan  Partiyası  ilk 

təşkilatının  sədri  olması;  4.Qarabağ  müharibəsi  veteranı  olması,  sağlamlığını 

torpaqlarımızın  azadlığı  yolunda  verməsi  və    I  qrup  şəkər  xəstəsi  olması(elə  bunun 

nəticəsidir ki,  istintaq təcridxanasında  həkim  nəzarətindədir); 5.  Öhdəsində az  yaşlı  və 80 

yaşında  çox  uşaqlı  və  əmək  veteranı  qoca  və  gözündən  əlil  anası  olması.  Odur  ki, 

apellyasiya  şikayətinə  qismən  məhkəmə  istintaqı  aparılmaqla  baxılmasını  və  barəsində 



 

32

ədalətli qərar qəbul edilməsini Şirvan Apellyasiya Məhkəməsindən xahiş etmişdir. 



 

 

Müdafiəçi 



Əhmədova 

Ulduzə 


Mehdi 

qızı 


apellyasiya 

şikayətini 

onunla 

əsaslandırmışdır  ki,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il, 



1(089)09/15 nömrəli hökmünü məhkum edilmiş Hüseynov Sahib Şahlar oğluna aid hissədə 

qanunsuz  və  əsassız  hesab  edir.  Hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  hökm 

çıxararkən  Azərbaycan  Respublikası  CPM-nin  399.1.2  və  399.1.3-cü  maddələrinin 

tələblərini pozmuşdur ki, bu  hallar da birinci  instansiya  məhkəməsinin  hökm  və qərarının 

apellyasiya  qaydasında  ləğv  edilməsi  və  ya  dəyişdirlməsi  üçün  əsaslardandır.  Hüseynov 

Sahib Şahlar oğlu ona görə təqsirli bilinmişdir ki, o, tələbə Məmmədbağırova Cahan Nadir 

qızından 450 manat pul istəmişdir. Belə ki, Məmmədbsğırova Cahan Nadir qızı Respublika 

Baş  Prokuroru  yanında  Korrupsiyaya  qarşı  mübarizə  idarəsinə  rəsmi  ərizə  ilə  müraciət 

edərək,  Ağcabədi  pedoqoji  Kollecinin  direktor  əvəzi  işləmiş  Hüseynov  Sahib  Şahlar 

oğlunun  ondan  imtahanlardan  keçmək  üçün  450  manat  pul  istədiyini  bildirmişdir. 

Keçirilmiş  əməliyyat  tədbiri  zamanı  məhkum  edilmiş  şəxs  Şahlar  Hüseynov  ona  təklif 

edilən  pulu  götürməmiş  və  tələbə  Cahan  Məmmədbağırovaya  bildirmişdir  ki,  “get 

imtahanlara  hazırlaş”.  Sonuncu  isə  Şahlar  Hüseynovun  ona  təklif  edilən  rüşvəti 

götürmədiyini  görərək  həmin  pulu  kirayə  pulu  adı  ilə  evində  kirayədə  qaldığı  Kollecdə 

qabyuyan  işləyən  Tamaşa  adlı  qadına  vermişdir.    Əməliyyatşılar  pulu  məhkum  edilmiş 

şəxs  Şahlar  Hüseynovdan  deyil,  Tamaşa  adlı  qabyuyan  qadından  götürmüşlər.  Cahan 

Məmmədbağırovanın  üzərinə  qurlaşdırılmış  audio  və  video  çəkiliş  qurğuları   

əməliyyatçıların bütün hərəkətlərini çəksə də, onlar elə həmin anda Sahib Hüseynovu həbs 

etmişlər.    Bütün  bunlardan  sonra  da  Sahib  Şahlar  oğlu  Hüseynova  etmədiyi  cinayətlərə 

görə qanunsuz  və əsassız  ittihamlar  verilmişdir.  Lənkəran  Ağır Cinayətlər Məhkəməsində 

cinayət işinə baxılarkən dindirilmiş 118 nəfər şahidin hamsı bildirmişdir ki, istintaq zamanı 

onlar aldadılmış, onlara  hədə-qorxu  gəlinmiş, onların  ifadələri kütləvi şəkildə  istintaqçılar 

tərəfindən  yazılaraq  onlara  oxutdurulmadan  imza  etdirilmişdir.  Hətta  həmin  ifadələrdə  nə 

yazılmasından  belə  şahidlərin  xəbərləri  olmamışdır.  Bütün  bunlardan  başqa  məhkum 

edilmiş  şəxsin  tanımadığı  tələbələrdən  80  nəfərə  yaxın  məhkəmə  zamanı  dindirilmiş 

olsalar  da  heç  biri  Sahib  Hüseynova  rüşvət  vermədiklərini  və  istintaqdakı  ifadələrində  də 

nə  yazıldığını  bilmədiklərini  göstərməklə  məhkəmə  zamanı  vermiş  olduqları  ifadələrini 

təsdiq  etmişlər.  Sonradan  da  əməliyyat  qrupu  S.Hüseynova  rüşvət  kimi  təklif  edilən  450 

manat  pulu  da  Tamaşa  adlı  qadının  üzərindən  axtarış  zamanı  aşkar  etmişdir.  Tamaşa  nə 

qədər desə də ki, həmin pulu saxlamaq üçün götürmüşdür, lakin yenə də onun sözünə heç 

bir  əhəmiyyət  verilməmişdir,  hətta  Tamaşanın  ürəyi  getmişdir.  Məhkum  edilmiş  şəxsə 

rüşvət təklif edilən zaman tələbə Cahan Məmmədbağırovanın üzərində aparat olmuşdur ki, 

bu  hərəkətlər  də  video  çəkilişlə  aparılmışdır.  Göstərilənlərə  əsasən,    Lənkəran  Ağır 

Cinayətlər  Məhkəməsinin  13  avqust  2015-ci  il,  1(089)09/15  nömrəli  hökmünü  məhkum 

edilmiş şəxs Hüseynov Sahib Şahlar oğluna aid hissədə ləğv edərək onun barəsində bəraət 

hökmü çıxarılmasını, apellyasiya şikayətinə məhkmə baxışını məhkum edilmiş şəxslərin və 

zərərçəkmiş  Məmmədbağırova  Cahan  Nadir  qızının  iştirakını  təmin  etməklə  və  məhkəmə 

istantaqı  aparılmaqla  keçirlməsini  apellyasiya  instansiya  məhkəməsindən  xahiş  etmişdir.

 

Müdafiəçi  Həsənov  İmamqulu  Vəliqulu  oğlu  apellyasiya  şikayətini  onunla 



əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi belə nəicəyə gələrkən maddi və 

prosessual  hüquq  normalarını  kobud  surətdə  pozmuşdur.  Belə  ki,  birinci  instansiya 

məhkəməsi ittiham tərrəfindən məhkəmə baxışına təqdim edilmiş bütün sübutları məhkəmə 

iclasında  tədqiq  etmədən  məhkəmə  istintaqını  yekunlaşdırmış,  məhkəmə  istintaqı  zamanı 



 

33

baxılmamaış  sübutları  CPM-nin  144-145-ci  maddələrində  nəzərdə  tutulmuş  qaydada 



yoxlayıb, qiymətləndirmədiyi halda ittiham hökmündə həmin ziddiyyətli və bir-birini inkar 

edən  şahid  ifadələrinə  və  ekspert  rəylərinə  istinad  etmiş,  iş  üzrə  mühüm  əhəmiyyət  kəsb 

edən  bütün  faktiki  halları  araşdırmamış,  CPM-nin  346.1.1-346.1.6-cı  və  346.1.8-ci 

maddələrində  göstərilən  məsələlərə  təsdiqedici  cavab  verilmədiyinə  baxmayaraq, 

S.Hüseynovun  təqsirliliyinə  dair  aradan  qaldırıla  bilməyən  şübhələri  onun  xeyrinə  şərh 

etməməklə onun təqsirini qərəzli  olaraq sübuta yetirmiş hesab etmiş, eləcə də məhkəmənin 

gəldiyi  nəticələr  işin  faktiki  hallarına  uyğun  olmamış,  müəyyən  etdiyi  kimi  göstərdiyi 

halları  əslində  subuta  yetirməmiş,  irəli  sürülmüş  ittihamın  məhkəmədə  hərtərəfli,  tam  və 

obyektiv  araşdırılması  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  sübutların  tədqiqini 

məhdudlaşdırmış,  ittiham  hökmü  çıxararkən  CPM-nin  349.3-349.5.3-cü  maddələrinin 

tələblərinə  əməl  etməmiş,  cinayət  qanunu  normasını  düzgün  tətbiq  etməmiş,  təqsirsizlik 

məsələsini  həll  edərək  məhkəmə  baxışının  nəticələrinə  dair  bəraət  hökmü  çıxarılmalı 

olduğu  halda  bunu  etməmiş,  təqsirləndirilən  şəxslərdən  M.Ağayevə  və  Y.Şirinova  fərqli 

mövqe  göstərək  bərabərlik  prinsipini  pozaraq  onlara  təyin  edilmiş  cəzanı  sınaq  müddəti 

ərzində  şərti  hesab  etdiyi  halda,  hüquqlarını  müdafiə  etdiyi  şəxsə  münasibətdə  isə 

məhkəmə  baxışı  zamanı  onun  təqsiri  sübuta  yetirilmədiyi  halda  ittiham  aktının  mətnini 

hökmə  köçürtməklə  və  şahidlərin  ifadələrini  təhrif  etməklə  cinayət  hadisəsi  törətmiş 

S.Hüseynovu  həddən  ağır  cəzaya  məhkum  etmişdir.  Ağcabədi  Pedaqoji  Kollecində 

müəllim  və  metodist  vəzifəsində  çalışan  şəxslər  təşkilati-sərəncamverici  və  ya  inzibati-

təsərrüfat  funksiyalarını  həyata  keçirən  şəxslər  hesab  edilmirlər.  “Korrupsiyaya  qarşı 

mübarizə haqqında” Qanunun 2-ci maddəsinin 2.1.4-cü bəndinə görə, “Dövlət orqanlarının 

müvafiq  struktur  vahidlərində  dövlət  idarə  müəssisə  və  təşkilarında,  habelə  dövlətin 

nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici  və  ya 

inzibati-təsərrüfat  funksiyalarını  həyata keçirən şəxslər,  həmin Qanunun 2.1-ci  maddəsinə 

əsasən  korrupsiya  ilə  əlaqədar  hüquqpozmaların  subyektləridirlər.  Müstəntiq  Tural 

Vəlibəyov  tərəfindən  ekspertlər  qarşısında  ekspertizanın  predmetinə  aid  olmayan,  hüquqi 

məsələyə  aid  olan  belə  bir  sual  qoyulmuşdur:  Sahib  Hüseynov  Kollecdə  təhsil  alan  digər 

tələbələrin  intahanlardan  müvəffəq  qiymətlər  almaları,  dərsə  gəlməmələri,  imtahanlarda 

iştirak  etməmələri  qarşılığında,  pedoqoji  təcrübənin  edilməsi  və  ya  yaşadıqları  yerdə 

təcrübəni  keçmələri  üçün  və  ya  tələbələrin  qiyabi  təhsilə  keçirilmələri  müqabilində  və 

dövlət imtahanlarından tələbələrə qiymətlər almaları qarşısında qeyd edilən xüsusatlar üzrə 

ayrı-ayrılıqda  tələbələrdən,  ümumilikdə,  hansı  məbləğdə  rüşvət  almışdır?  Müdafiə  tərəfi 

hesab edir ki, rüşvətin alınmasını müəyyən etmək üçün istintaqçı tərəfindən təyin olunmuş 

ekspertizanın  bu  növü  qanunvericlikdə  nəzərdə  tutulmamışdır.  Belə  bir  eksperizanın 

keçirilməsi ekspertlərin səlahiyyətlərinə aid olmayan hüquqi xarakterli məsələdir. Ona görə 

də  ekspert  qarşısında  belə  suallrın  qoyulması  yolverilməzdir  və  CPM-nin  97.1,  97.2  və 

97.3-cü maddəsinin tələblərinə ziddir.Birinci instansiya məhkəməsi isə öz hökmündə şahid 

ifadələrinə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  qiymət  vermək  əvəzinə  şahid 

T.Cəbrayılovanın məhkəmədəki ifadəsini (“11 fevral 2014-cü il tarixdə saat 11 radələrində 

o,  bufetdə  işlədiyi  zaman  ona  yaxınlaşıb  pul  vermiş,  pulu  saxlamasını,  pulun  onda 

qalmasını 

demişdir. 

Lakin 

həmin 


pulun 

miqdarını 

bilməmişdir. 

O, 


Cahan 

Məmmədbağırovadan  pulu  alıb  saxlamışdır.  Cahan  Məmmədbağırovadan  pulu  götürmək 

barədə  Sahib  Hüseynov  ona  göstəriş  verməmişdir.  Cahan  Məmmədbağırovadan  pulu 

aldıqdan  sonra  prokurorluq  əməkdaşları  onu  saxlamış  və  pulu  təqdim  etməsini  tələb 

etmişlər.  Cahan  Məmmədbağırovadan  aldığı  pulu  prokurorluq  əməkdaşlarına  təqdim 


 

34

etmişdir”)  əsas  götürmək  əvəzinə,  onun  ibtidai  istintaq  zamanı  verdiyi  ifadəsini  əsasız  və 



qanunsuz  olaraq  mötəbər  sübut  kimi  qəbul  etmişdir.  Yəni  öz  hökmündə  Tamaşa 

Cəbrayılovanın  ibtidai  istintaq zamanı aldadılıb alınan  ifadəsini  mötəbər sübut kimi qəbul 

etmişdir.  Məhkəmə  bu  ifadələr  arasında  ziddiyyətləri  aradan  qaldırmadan  və  CPM-nin 

349.5.1,  351.3.2,  351.3  və  351.3.3-cü  maddələrinin  tələblərini  pozmaqla  şahidin 

məhkəmədəki  ifadəsini  deyil,  istintaqdakı  ifadəsini  mötəbər  sübut  kimi  qəbul  etmişdir. 

CM-nin  311.1-ci  maddəsinin  dispozisyasına  görə  “rüşvət  alma,  yəni  xidməti  vəzifəsinin 

icrası ilə əlaqədar hər hansı hərəkətə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya 

laqeydlik  müqabilində  özü,  yaxud  üçüncü  şəxslər  üçün birbaşa  və  ya dolayı  yolla, şəxsən 

və ya vasitəçidən istifadə etməklə almada ifadə olunur. Göründüyü kimi burada tövsifedici 

əlamət olan “xidməti vəzifəsinin icrası ilə əlaqədar” yuxarıda sadalanan əmək funksiyaları 

mövcud deyildir və hüquqları müdafiə etdiyi şəxs korrupsiya ilə əlaqədar hüquqpozmaların 

subyekti  ola  bilməz.  Həmçinin  “Korrupsiyaya  qarşı  mübarizə  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  2-ci  maddəsinə  əsasən  korrupsiya  ilə  əlaqədar  hüquqpozmaların 

subyektləri--Azərbaycan  Respublikası  Konstitusiyası  və  qanunları  ilə  müəyyən  olunmuş 

qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; xüsusi səlahiyyət əsasında 

dövlət  orqanlarını  təmsil  edən  şəxslər;  inzibati  vəzifə  tutan  dövlət  qulluqçuları;  dövlət 

orqanlarının  müvafiq  struktur  vahidlərində,  dövlət  idarə,  müəsssisə  və  təşkilatlarında, 

habelə  dövlətin  nəzarət  səhm  zərfin  sahib  olduğu  təsərrüfat  subyektlərində  təşkilati-

sərəncamverici  və  ya  inzibati-təsərrüfat  funksiyalarının  həyata  keçirən  şəxslər;  qanunla 

müəyyən  edilmiş  hallarda  dövlət  orqanlarının  səlahiyyətini  yerinə  yetirən  qeyri-dövlət 

orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən 

şəxslər; öz nüfuzundan və ya əlaqələrindən istifadə edərk vəzifəli şəxsin qərarına qanunsuz 

təsir  göstərmək  müqabilində  maddi  və  sair  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  əldə  edən 

şəxslər;  vəzifəli  şəxsə  qanunuz  olaraq  maddi  və  sair  nemətlər,  imtiyazlar  və  ya  güzəştlər 

təklif  edən  və  ya  vəd  edən,  yaxud  verən  fiziki  və  hüquqi  şəxslər  və  ya  belə  hərəkətlərdə 

vasitəçilik  etmiş  şəxslər  kimi  müəyyən  edilmişdir.  Göründüyü  kimi,  təqsirləndirilən  şəxs 

Hüseynov  Sahib  Şahlar  oğlu  2005-ci  ildən  2013-cü  ilin  7  oktyabrına  kimi  hər  hansı  bir 

təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını deyil, müəllimlik peşəsi ilə 

bağlı  fuksiyanı  yerinə  yetirmişdir  ki,  bu  şəxslər  isə  vəzifəli  şəxs,  yəni  CM-nin  311-ci 

maddəsində  nəzərdə  tutulmuş  cinayətin  subyektiv  sayıla  bilməz.  Çünki  Sahib  Hüseynov 

Azərbaycan  Respublikası  CM-nin  308-ci  maddəsinin  qeyd  hissəsində  sadalanmış  vəzifəli 

şəxslər  kimi  xarakterizə  edilmiş  heç  bir  qrupa  aid  deyildir.  Eyni  zamanda  istintaq  orqanı 

bir tərəfdən S.Hüseynova “990 nəfərdən rüşvət alma”ya görə ittiaham verir, digər tərəfdən 

isə  CM-nin  312-ci  maddəsində    “rüşvət  vermə”nin  cinayət  əməli  olduğu  halda  həmin 

şəxslərə  bu  maddə  ilə  ittiham  vermir  və  ya  onlara  maddi  zərər  dəydiyi  halda  onlar 

zərəçəkmiş  şəxslər  kimi  tanınmır  və  onlara  dəyən  zərərin  ödənilməsi  ittiham  aktında 

göstərilmir. Halbuki, CM-nin 312-ci maddəsinin “Qeydinə” görə rüşvət verən şəxs o şərtlə 

cinayət  məsuliyyətindən  azad  edilə  bilər  ki,  o,  cinayət  işi  başlanana  kimi  “rüşvət  vermə 

haqqında  müvafiq  dövlət  orqanın  könüllü  məlumat  versin”  və  ya  “rüşvət  verən  şəxs 

vəzifəli  şəxs  tərəfindən  tətbiq  edilən  hədə-qorxu  nəticəsində  rüşvət  versin”.  Lakin  iş 

materiallarında S.Hüseynova rüşvət verməsi ehtimal edilən 990 nəfər şəxsin 4-7 il bundan 

əvvəl ”rüşvvət vermələri haqqında“ ərizələri mövcud deyildir və ola da bilməz. Çünki belə 

bir ərizələr olsaydı 4-7 il bu ərizələr hərəkətsiz saxlanılmazdı və vaxtında müvafiq tədbirlər 

görülərdi.  Daha  sonra  məhkəmə  istintaqında  dindirlmiş  bütün  şahidlər  göstərmişdir  ki, 

S.Hüseynov onlara hədə-qorxu gəlməmiş və onlar hüquqlarını  müdafiə etdiyi şəxsə rüşvət 


 

35

verməmişlər.  Eləcə  də  S.Hüseynov  elə  səlahiyyətlərə  malik  olmamışdır  ki,  tələbələrə 



imtahanlardan  məqbul  qiymət  yazılmasına    təsir  etsin  və  ya  onun  əmrinə  əsasən  tələbələr 

kollecdən  qovulsun.  Son  4-7  ildə  belə  bir  fakt  istintaq  tərəfindən  aşkar  olunmamışdır  ki, 

şahid  kimi  dindirilmiş  və  rüşvət  verdikləri  halda  məsuliyyətə  alınmamış  şahidlərdən  bir 

nəfəri belə S.Hüseynovun ona hədə-qorxu gəldiyi barədə dövlət orqanlarına və ya kollecin 

rəhbərliyinə  şikayət  etsin.  Bununla  da  müdafiə  tərəf  hesab  edir  ki,  CM-nin  212-ci 

maddəsini  istisna  edən  “hədə-qorxu  nəticəsində  rüşvət  vermə”  əlaməti  istintaq  orqanının 

mülahizəsidir.  Belə  ki,  CM-nin  312.1-ci  maddəsinə  görə  “rüşət  vermə,  yəni  xidməti 

vəzifəsini  icrası  ilə  əlaqədar  hər  hansı  hərəkətin  edilmısi  və  ya  belə  bir  hərəkətin 

edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və üçüncü şəxslər üçün 

birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə  maddi və sair nemət, 

imtiyaz  və  ya  güzəşt təklif olunması, rədd  edilməsi  və  ya  verilməsi”də  ifadə olunur.  Eyni 

zamanda  “Dələduzluq  cinayətlərinə  dair  işlər  üzrə  məhkəmə  təcrübəsi  haqqında” 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli 

Qərarının  36-cı  maddəsində  göstərilir  ki,  “rüşvət  vermə  və  ya  rüşvət  verməyə  cəhd  etmə 

cinayətlərinin  törədilməsi  zamanı  isə  şəxs  tərəfindən  istər  vəzifəli  şəxsə,  istərsə  də 

rüşvətxorluqda  vasitəçilik etmiş  və  ya rüşvətxorluqda  vasitəçilik etmək adı  ilə dələduzluq 

etmiş şəxsə verilmiş pul, ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və 

həmin  şəxs  bu  maddi  nemətlərin  nə  vaxtsa  qaytarılması  yox,  rüşvətin  müqabilində  onun 

xeyirnə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin edilməsini gözəyir.  İzah 

edilsin  ki,  özgənin  əmlakını  ələ  keşirmək  məqsədi  ilə  vəzifəli  şəxs  öz  qulluq  mövqeyinə 

görə  onun  səlahəiyyətlərinə  aid  olmayan  hər  hansı  hərəkətin  edilməsini  vəd  edərək  buna 

görə pul aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır 

ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul vermiş şəxsin əməli rüşvət 

verməyə  cəhd  kimi  CM-nin  29,312-ci  maddəci  ilə  tövsif  edilir,  onların  zərər  çəkmiş 

qisimində tanınması istisna olunur, CM-nin 312-ci  maddəsinin qeydində nəzərdə tutulmuş 

hallar  müəyyən  edilmədikdə  həmin  şəxslərin  də  cinayət  məsuliyyətinə  cəlb  edilmələri 

məsələsi  qanuna  müvafiq  qaydada  həll  olunur.  Məhkəmədə  ifadə  vermiş  şahidlərin 

ifadələri  ilə  təsdiq  olunur  ki,  istintaqın  ehtimalı  ilə  990  nəfər  tələbə  S.Hüseynova  rüşvət 

verərkən  CM-nin  312-ci  maddəsinin  qeydindəki  hallar  mövcud  olmuşdur.  Lakin  istintaq 

orqanı bu halda da qanunu düzgün tətbiq etməmişdir. Plastik bankomot kartları ilə əlaqədar 

aparılan  istintaq  hərəkətləri  zamanı,  tələbələrdə  olan  köhnə  kartların  bəziləri  könüllü 

təqdim edildiyindən götürülmüş, təqdim edilən həmin 32 plastik bankomat kartlarına baxış 

zamanı  tələbələrin  təqaüdlərini  aldığı  plastik  bankomat  kartlarının  itmədiyi  və  bəzilərinin 

2014-cü  ilin  oktyabr  və  2015-ci  ilin  noyabr  ayına  kimi  etibarlılıq  müddətləri  olmasına 

baxmayaraq,  Sahib  Hüseynovun  22  noyabr  2013-cü  il  tarixli  1290  nömrəli  məktubla 

“Kapital Bank” ASC-nin Ağcabədi rayon filialına müraciət edərək tələbələrin təqaüdlərini 

aldıqları  plastik  bankoma  kartlarını  itirdiklərini  həmin  məktubda  göstərərək  yeni  kartlar 

sifariş  verdiyi  və  07  dekabr  2013-cü  il  tarixdə  həmin  yeni  kartları  bankdan  götürərək 

özündə  saxladığı  müəyyən  olunmuşdur.  İstintaqçı  aşkar  edilmiş  bu  sənədləri 

“...xüsusuiyyətlərinə,  aşkar  edildiyi  yerə  görə  cinayət  işi  üçün  əhəmiyyət  kəsb 

etdiklərindən  maddi  sübut  kimi  tanıyaraq  cinayət  işinə  əlavə  etmişdir”.  Bu  fakta  görə 

istintaq  orqanı  hüquqlarını  müdafiə  etdiyi  şəxsə  belə  bir  ittiham  vermişdir  ki,  guya  o, 

“...tələbələrin taqaüdlərini aldıqları plastik bankomat kartları itmədiyi və bəzilərinin 2014-

cü  ilin  oktyabr  və  2015-ci  ilin  noyabr  ayına  kimi  etibarlılıq  müddətlərinin  olmasına 

baxmayaraq, yeni kartlar sifariş verdiyindən və onları özlündə saxlamaqla, köçürülmüş və 


 

36

alınmamış  müxtəlif  məbləğdə  pulları....  şəxsi  ehtiyaclarına  sərf  etmək  üçün  özündə 



saxladığı  cəmi  10.563  manat  məbləğdə  vəsaitin  olduğu  plastik  kartlar  xidməti  otağından 

götürüldüyündən,  bilavasitə  həmin  cinayəti  törətməyə  yönəldilmiş  qəsdən  edilən  əməli 

iradəsindən  aslı  olmayan  qeyd  olunan  səbələrə  görə  başa  çatdıra  bilməyərək,  öz  qulluq 

mövqeyindən  istifadə  edərək  ona  etibar  olunmuş  külli  miqdarda  özgə  əmlakını  təkrarən 

mənimsəmə yolu ilə talamağa cəhd etmişdir. Odur ki, ona əsassız və qanunsuz olaraq CM-

nin  29,  179.3.2-ci  maddəsi  ilə  ittiham  vermişlər.  Daha  sonra  məhkəmənin  qərəzli  olması 

onunla  da  müəyyən  olunur  ki,  birinci  instansiya  məhkəməsi  cinayət  törətmiş  şəxsi  nəinki  

təqsirli  bilmişdir,  hətta  məhkumuluğu  olmayan,  Təhsil  Nazirliyi  tərəfindən  müsbət 

xarakterizə  olunan,  himayəsində  80  yaşlı  kənar  köməyə  ehtiyacı  olan  anası  və  3  nəfər 

uşaqları olan, pedaqogika elmləri  üzrə  fəlsəfə  doktoru dərəcəsi  olan  və barəsində CM-nin 

61.1.1-61.1.13-cü  maddələrində  göstərilən  cəzanı  ağırlaşdıran  hallar  olmayan  ziyalı  bir 

şəxsə  CM-nin  58.3,  61,  63,  65  və  66-cı  maddələrini  özündə  ehtiva  edən  cəzanın  təyin 

edilməsinin  ümümi  əsaslarını  kobud  şəkildə  pozmaqla  həddən  artıq  ağır  cəza  təyin 

etmişdir.  Halbuki  Azərbaycan  Respublikası  Konstitusiyası  Məhkəməsi  Plenumunun  12 

may 2009-cu il tarixli qərarında qeyd edilir ki, ...həqiqəti müəyyənləşdirmək imkanı inkar 

edilməsi  ədalət  mühakiməsinin  mənəvi  məqsəd  və  məzmunundan  məhrum  etməklə 

istənilən 

ədalətsizliyə 

bəraət 

verilməsinə 



haqq 

qazandıra 

bilər. 

Həqiqətin 



müəyyənləşdirməsi  və  bununla  da  işin  ədalətli  həlli  məhz  təqsirkarın  yalnız  təqsirlilik 

dərəcəsinə  uyğun  məhkum  olunması,  cinayət  qanunun  tələblərinə  uyğun  cəzalandırılması 

və  nəticə  etibarilə  təqsirsizə  şərtsiz  bəraət  verilməsi  hakimin  həm  vəzifə,  həm  də  mənəvi 

borcudur. Beləliklə, müdafiə tərəf hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi belə 

bir  ittiham  hökmü  çıxararkən  ciddi  prosessual  və  maddi  qanun  pozuntularına  yol  vermiş, 

ittiham subuta yetirilmədiyi halda, ehtimallara əsasən əsassız və qanunsuz nəticəyə gəlmiş 

və  hökm  CPM-nin  müvafiq  maddələrinin  tələblərinə  tam  ziddir.  Qeyd  olunanlara  əsasən 

hüquqlarını müdafiə etdiyi Hüseynov Sahib Şahlar oğlunun Azərbaycan Respublikası CM-

nin, 29, 179.3.2, 308.1, 311.3.2, 311.3.3, 311.3.4 və 313-cü  maddələri ilə 11 il  müddətinə 

azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilməsinə  dair  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  13  avqust  2015-ci  il  tarixli  1(0890-09/2015  nömrəli  hökmünü  ləğv  edib, 

“cinayət hadisəsi olmadığından”, “təqsirliliyi sübuta yetirilmədiyindən” və “əməldə cinayət 

tərkibi olmadığından” onun barəsində bəraət hökmünün çıxarılması apellyasiya  instansiya 

məhkəməsindən xahiş etmişdir. 

 

 

   



       Məhkəmə istintaqı və proses iştirakçılarının çıxışları: 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin