Tipik dağ-qəhvəyi torpaqlar. Bu yarımtip yuyulmuş dağ- qəhvəyi torpaqlarla eyni yüksəklikdə yayılmışdır. Əksər hallarda onlar cənub-şərq və şərq yamaclarda müşahidə olunur. Tipik dağ-qəhvəyi torpaqlarda akkumulyativ-humuslu horizontların qalınlığı 60-70 sm –dən çoxdur.Bu torpaqlarda karbonatlar, əsasən “B”, bəzən isə “BC” horizontlarda toplanır. Karbonatlı horizontlarda karbonun miqdarı 150-180 sm dərinlikdə 17 %-ə çatır.
Karbonatlı dağ-qəhvəyi torpaqlar. Əvvəlki torpaqlarla eyni yüksəklikdə yerləşməsinə baxmayaraq, karbonatlı dağ-qəhvəyi torpaqlar orta dağlığın yağıntılarla az təmin olduğu cənub və şərq yamaclarında , bəzən isə ayrı-ayrı yüksəkliklərdə yayılmışdır.
Vaxtilə meşə bitkiləri ilə örtülü olan, lakin hazırda əkin və otlaq sahələri kimi istifadə edilən karbonatlı dağ-gəhvəyi torpaqlarda yağıntıların azlığı ilə əlaqədar torpaq profili karbonatlardan yuyulmamışdır.
Bəzi tədqiqatçılar dağ-qəhvəyi torpaqlar daxilində bozqırdlaşmış dağ-qəhvəyi torpaqlar adı altında xüsusi yarımtipin olduğunu göstərirlər. Bu torpaqların sərbəst yarımtip kimi ayrılması onların meşə altından yaxın tarixi dövrdə çıxması ilə əsaslandırılır.
Dostları ilə paylaş: |