3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə26/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   22   23   24   25   26   27   28   29   ...   48
referat 1721 (1)

Radiojurnal –bu, məlumatların ayrı-ayrı elementlərini qısa şəkildə özündə birləşdirən informasiyalı reklam xarakterli tematik radioverilişdir.
Radioveriliş –bu hər hansı yarmarka və ya sərgi-satış yerində baş verən hadisələrdən dolayısı yolla yaxud da birbaşa (istehlakçıların aldıqları mallar haqqında təəssüratlar, yeni mallar haqqında məlumatlar və s.) səsləndirilən radioverilişdir.
Televiziya reklamı növləri içərisində ən geniş yayılanlardan televiziya-reklam roliklərini, televiziya reklam elanlarını, telereportajları və televerlişləri, verilişlər arasındakı reklam elanlarını və s. göstərmək olar.
Teleroliklər –bu televiziyada bir neçə saniyədən 2-3 dəq. ərzində nümayiş etdirilən kinoreklam və ya videoroliklərdir. Bu cür reklam roliklər tez-tez populyar kinofilmlərdə, ictimai verilişlərdə və proqramlarda istifadə edilə bilər. hətta kinofilmləri müvəqqəti dayandıraraq həmin kinoroliklərdən reklam kimi istifadə edirlər.
Teleelanlar –diktor tərəfində oxunulan informasiya reklamıdır.
Reklam verilişləri - bir sıra müxtəlif teleproqramları (şou, viktorina, reportajlar, müsahibələr və s. yaxud da mallar və xidmətlər barəsində qısa reklam xarakterli) özündə cəmləşdirir.
Telezastavlar –bu diktor tərəfindən hər hansı reklam verən firmanın nişanlarının (rəmzlərini) verilişin gedişatı zamanı teleekranda musiqinin müşayətilə tərpənməyən rəsmlər yaxud da şəkilli reklam süjetlərində verilməsidir.
Radio və telereklamın üstünlüyü xüsusilə onların çevikliyindədir (bəzən redaksiyaya daxil olan məlumat dərhal efirə gedə bilər.

2.2. Reklam fəaliyyətinin planlaşdırılmasının təşkili.
İstənilən reklam proqramının (yerli, milli,beynəlxalq və s.) uğur qazanmasının açarı onun planlaşdırılmasının təşkilindədir. Planlaşdırma – bir günün sualı deyil. Bu müəyyən proseslərdən ibarətdir: tədqiqat, qiymətləndirmə, qərarların qəbulu, bütün bunların icrası və yerinə yetirilməsi. Yerli reklam vasitələrində planlaşdırmanın adekvat olmaması artıq məsrəflərin ortaya çıxmasına səbəb olmuşdur. Gven və Reya Lemkelərin müvəffəqiyyəti ondan ibarət idi ki, onların planlaşdırması fasiləsiz və çevik idi.
Geniş mənada planlaşdırma dedikdə məqsəd və vəzifələrin təyin olunması prosesinin idarəedilməsi başa düşülür. Planlaşdırma sisteminin formalaşdırılması firma üçün onun vacib problemlərinin həll edilməsi üçün əlverişli şərait yaradır:

  1. Məqsədlərin qoyulması firmanın perspektivlərini təyin edir və onun fəaliyyətinin qiymətləndirilməsi kriteriyalarını yaradır.

  2. Planlaşdırma firmanın individuallığını həm öz həmkarlarının gözündə, həm onun istehlakçılarının, həm də onun şəriklərinin gözündə reallaşdırmağa şərait yaradır.

  3. Qarşıya qoyulmuş məqsədlərə nail olduqda firmanın şöbələri və onun fəaliyyəti kordinatlaşdırılır.

  4. Planların tərtib olunması firmanın gözlənilməyən dəyişiklərə qarşı hazırlıqlı olmağa, fəaliyyət proqramını əvvəlcədən təyin etməyə, mümkun olan təhlükələri və imkanları aşkar etməyə şərait yaradır.

Marketinq planı ümumi firma fəaliyyətinin planlaşdırılması sisteminin bir hissəsidir. Reklam planı- marketinq planlaşdırılması siteminin bir elementidir. Hal-hazırki vəziyyət firmanın reklam fəaliyyətinin daha yüksək səviyyədə aparmağa imkan verir. Reklam planlarının tərtibi çoxlu sayda vacib üstünlüklər əldə etməyə şərait yaradır.
Reklamın planlaşdırmasının əsas üstün cəhətləri aşağıdakılardır:

  • kompleksli şəkildə sistemin analizi, firmanın bütün işləri və həmçinin reklam fəaliyyətinin qiymətləndirilməsi və nəzarəti;

  • marketinq araşdırmaları vasitəsilə reklamın yerinin dəqiq təyin edilməsi;

  • reklam resursları onların lazımi istiqamətlərdə istifadə olunmasına cəmləşdirilir;

  • reklam fəaliyyətinin daha dəqiq və çoxşaxəli inkişafına və reklam büdcəsinin daha effektiv xərclənməsinə imkanlar yaradır;



Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin