Sərgi-vitrin reklamına pərakəndə ticarət müəssisələrində pəncərə və mağaza daxili vitrinlər və topdan satış bazarlarında, yarmarkalarda, vitrin və malların nümayiş etdirilməsi üçün vitrinlər daxildir.
Mətbuat reklamına isə dövrü mətbuatda çap edilən reklam daxildir. Mətbuatdakı reklam materiallarının şərti olaraq iki qrupa: elan xarakterli reklamlara və mətbuatda dərc edilən icmal xarakterli məqalələri, verilişləri, icmalları birbaşa və ya dolayı yolla çap edilən mətbuatda dərc edilən materiallara ayırmaq olar.
Elan xarakterli reklamlara-mətbuatda ödənişli formada dərc edilən məlumatlar daxildir. Bəzən mətbuatda iri başlıq altında reklam verən müəssisənin fəaliyyətini qısa ve konkret əks etdirən materiallar – məlumatlar dərc edilir. Daha sonra, xırda şriftlərlə dərc edilən məlumatlar çoxlu söz yığımından ibarət olmamaq şərtilə,istehlakçılara malların istehlak xassələri, üstünlükləri haqqıinda məlumat-reklam xarakterli yazılar çap olunur. Reklamın sonunda alıcının hansı ünvana (telefon,faks ve digər rekvizitlər) müraciət edə bilməsi ünvan göstərilir. Son vaxtları mətbuat vasitəsilə edilən reklam-müraciətlərin geri qaytarılması üçün sifariş-blanklar ve ya kəsib göndərilməsi nəzərdə tutulan kupon da çap edilir.
Reklam vasitəsilə verilən elanların tərtibatı mümkün qədər təqdim edilən məzmuna uyğun olmalıdır.Firmanın əsas rəmzi elementləri (mal nişanı,firmanın blankı) yaxşı olar ki, ümumi fondan seçilsin. İcmal-reklam xarakterli məqalələr və digər mətbuat materialları bir qayda olaraq,redaksiya tərəfindən (xarici mətbuatda məlumatların yerləşdirilməsinə daima pullu şəkildə müxtəlif elanları verənlər üstünlük verilir) müəssisənin rəhbəri ilə müsahibə, iş adamları və onların tərəfdaşları haqqında məlumatlar yazılır. Yaxşı olar ki, belə materiallar müxtəlif rəsmlərlə müşayiət edilsin. Çünki belə məqalələr əks halda maraqlı və cəlbedici olmur. Belə mətbuat materiallarının tərtibatında yaxşı olar ki, firmanın rəmzlərindən geniş istifadə edilsin.
Mövzunun qoyuluşundan asılı olaraq bütün mətbuat materiallarını; ictimai-siyasi və ixtisaslaşdırılmış şəkildə (müxtəlif ərazi materialları, nəşri, maraq üzrə mətbuat) təsnifata ayırmaq olar. İctima-siyasi nəşrlərdə əsas üstünlük mallar və xidmətlər haqqında geniş xalq kütləsini məlumatlandıran yazılara üstünlük verilir.
İstehsal-texniki təyinatlı mallar və xidmətlər, mütəxəssislər, yaxud müxtəlif sənaye sahələri elmi və texniki və s. haqqındakı məlumatların ixtisaslaşdırılmış nəşriyyatlarda çap edilməsi daha məqsədə uyğun hesab olunur. Öz gücü və çevikliyi sayəsində populyar və geniş yayılmış reklamın mətbuatında təkrar çap edilməsi ən faydalı cəhətlərdən biri sayılır.
Bir sıra xarici ölkələrdə öz gücünə reklam məlumatlarının dərc edilməsi üçün sərf edilən vəsaitlər çoxluq təşkil edir. Bu cür reklam növü bizim respublikamızda da yüksək templə inkişaf etməkdədir. Günü-gündən sifarişlər əsasında reklam-elanlarını qəbul edən ictimai-siyasi nəşriyyatların sayı çoxalmaqdadır. Çap reklamı - tamaşaçı baxımından ən geniş yayılmış reklam vasitələrindən hesab olunur. Ahənginə görə çap reklamı materiallarını iki əsas qrupa:reklam-kataloq (müəyyən siyahı üzrə düzəldilmiş siyahı) nəşriyyatı və yeni il qabağı reklam-hədiyyə nəşriyyatına ayrılır. Reklam-kataloq nəşriyyatı vasitəsilə konkret mal növləri, məhsullar, yaxud da xidmətlər reklam edilir. Bunlara: kataloqlar, prospektlər (elanlar, preyskurantlar) , bukletlər , vərəqlər və s. daxildir.
Kataloq- məqalə halında bir yerə cəmləşdirilmiş, yaxud da cildlənmiş və məzmunca mallar haqqında sistemləşdirilmiş məlumatları şəkillərlə və rəsmlərlə özündə əks etdirən nəşriyyat reklamıdır. Kataloqun mətn hissəsində, bir qayda olaraq, ilk əvvəl qısaca olaraq müəssisə, istehsalçı haqqında məlumat, daha sonra təklif edilən mallar və onların texniki xarakteristikası haqqında yazılar verilir. Kataqloq – uzun muddət istifadə edilməsi nəzərdə tutulan çox rəngarəng çap nəşriyyatıdır.