3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları


Sifarişlərin yerinə yetirilməsi şöbəsi



Yüklə 380,9 Kb.
səhifə21/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
referat 1721 (1)

Sifarişlərin yerinə yetirilməsi şöbəsi – onun rəisi də daxil olmaqla işçi qruplarının rəhbərlərini özündə birləşdirir. Bunlar sifarişlərin yerinə yetirilməsinin mərkəzində dayanırlar. İşçi qrupunun rəhbərliyi agentlik daxilində bütün sifarişləri sahmana salır.
İstehsalat şöbəsi – reklam daşıyıcılarının hazırlanması, bəzi hallarda istehsalın digər yarıbölmələri – tipoqrafiya, reklam şitlərinin hazırlanması emalatxanasını birləşdirərək öz işlərini yerinə yetirir.
Marketinq şöbəsi - əməkdaşları marketinq tədqiqatlarını, reklam olunan mallar və ya xidmətlər haqqında bazarların təhlili, sifarişçi – müştərinin malı və özü haqda məlumatların toplanması işinin təşkili, reklam kompaniyalarının effektivliyinə nəzarət və s. kimi əməliyyataları yerinə yetirir. Bəzi hallarda reklamların yerləşdirilməsi və efirdə yer alınması funksiyası da bu şöbənin öhdəsinə düşür.
Maliyyə - təsərrüfat şöbəsi – agentliyin bütün əməliyyatlarının daha effektli aparılmasını təmin edir.
Firmaların daxilində fəaliyyət göstərən reklam şöbələri çox vaxt səmərəli olmur. Çünki, onlar firmaya qıraqdan baxa bilmirlər və onlar firmanın reklam fəaliyyətinə onyektiv yanaşa bilmirlər.
İki eyni tam bir-birinə oxşayan firma olmadığı kimi, reklam fəaliyyətinin təşkilati strukturunda bir-birinə oxşayan reklamverən-firmalar mövcud deyil. Həmdə eyni zamanda rekalmverən firmalar öz reklam xidmətlərini aşağıdakı təşkilati funksiyaların köməkliyi ilə yerinə yetirməyi təmin etməlidirlər.:


  • Reklam xidmətləri işçilərinə rəhbərlik edən adminstrasiya;

  • Firmanın reklam fəaliyyətinin planlaşdırılması;

  • Reklamverənlərin digər xidmətlər fəaliyyətinin (istehsal, satış və maliyyə) koordinasiya edilməsi;

  • Reklam büdcəsinin rəhbərlik və maliyyə xidmətlərinin yüksək səviyyədə işlənib hazırlanması;

  • Reklam funksiyalarının (yaradıcı, istehsal, mediaplan, reklam resurslarının alınması və s.) icrə edilməsi;

  • Reklam fəaliyyətinin informasiya ilə təmin edilməsini.(Eyni zamanda ikinci növ informasiyanın analizi və hazırlanması, məlumat bazasının formalaşması, sadə marketinq araşdırmalarının aparılması.)

  • Firmanın effektli olmasına nəzarət etmək;

Reklam menecerləri hamıdan yaxşı bilirlər ki, bu funksiyaların effektli şəkildə həyata keçməsi üçün reklamverən nə qədər vəasit xərcləməlidir. Beləki, onlar reklam proqramları hazırlayır, mütəmadi olaraq reklam agentlikləri ilə əməkdaşlıq edirlər.Bununla əlaqədar olaraq reklam menecerləri reklam büdcəsinin proektini işləyib hazırlamalıdırlar. Onlar bunu ən yüksək rəhbərlik və reklamverənlərin maliyyə xidməti hesab edirlər, hansı ki, büdcə yekun olaraq təsdiq olunur.
Yuxarıda qeyd olunan funksiyalar çox da böyük olmayan firmada bir nəfərə həvalə oluna bilər. Bəzi hallarda isə reklam xidmətlərinin yerinə yetirilməsində yüzlərlə adam çalışa bilər.
Firmanın reklam xidmətlərinin təşkilati strukturu bir çox faktorlardan asılı ola bilər. Bunların ən vacibi aşağıdakılardır:

  1. Firmanın həcmi, ehtiyatların yararlılığı, işçilər arasında əmək bölgüsünün aparılması;

  2. Firmanın çalışdığı fəaliyyət sferası.(istehsal, ticarət, çatdırılma və s.)

  3. Bazar seqmentinin spesifik sərhədləri və istehsal olunmuş məhsulun xarakteristikası;

  4. Reklamın marketinq kompleksində yeri və rolu, firmanın marketinq strategiyası;

  5. Firmanın reklam fəaliyyətinin yerinə yetirilməsində rəhbərliyin cəlb edilməsi;

Bir də ki, yaddan çıxarmaq lazım deyil ki, reklam xidməti firmanın marketinq xidmətinin bir hissəsidir. Buna görə də reklamın firmada yeri bir çox hallarda marketinq xidmətinin təşkili sxemində müəyyən edilir.Adətən marketinqin təşkili müxtəlif tiplərə ayrılır:

    • Funksional;

    • Əmtəə;

    • Regional;

    • Bazar və ya seqmentləşmiş;

Marketinq xidmətlərinin funksional təşkilində onun struktur bölmələri oxşar marketinq funksiyalarının yerinə yetirilməsi kriteriyaları ilə formalaşır.
Reklam menecerləri reklam elanlarını yayımlamaq üçün mütləq reklam vasitələrindən istifadə etməlidir. Bunun üçün ilk növbədə reklam vasitələrinin növlərini bilmək və onların hansının daha effektli olduğunu araşdırmaq lazımdır.
Reklam vasitələrini aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Tətbiq olunduğu yerə görə;

  2. Texniki vasitələrin istifadə edilməsi xüsusiyyətinə görə;

Təyinatına görə reklam vasitələri əhalinin müəyyən qrup topdan və pərakəndə alıcıları üçün nəzərdə tutula bilər. Tətbiq edildiyi yerə görə reklam vasitələri firmanın özündə istifadə edilən və xarici-pərakəndə və topdan ticarət obyektlərində istifadə edilən reklam vasitələrinə ayrılır.
İstifadə edilməsi xüsusiyyətinə görə texniki reklam vasitələrinin bu növləri fərqlənir: sərgi nümayiş etdirmə vitrinləri, mətbuat reklamı, çap reklamı, radio, televiziya xarici və s. reklam vasitələri.

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin