3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə30/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   26   27   28   29   30   31   32   33   ...   48
referat 1721 (1)

Əmtəə - Hansı əmtəəni satmaq lazımdır? Hansı xidmətləri təklif etmək lazımdır? Mövcud əmtəənin həcminin artırılması və ya azaldılması lazımdırmı? Məhsul nə qədər zəngin olmalıdır? Əgər firmalar öz məhsullarını standart qiymətlərdən aşağı satmağı planlaşdırırlarsa, onda məhsul çeşidi zəngin olmalıdır. əgər söhbət ixtisaslaşdırılmış dükandan gedirsə, onda burada müəyyən nomenklatura olmalıdır. Başqa sözlə firmanın satış konsepsiyası nədən ibarətdir?
Mövcud olan firmaların bu suallara cavab verməsi onların təcrübəsini artırır. Yeni yaranmış firmalar mütləq bazarı ilk növbədə tədqiq etməlidirlər. Çünki sahibkar , bunu edərsə, o zaman o,mal satışı zamanı müəyyən itkilərdən qaçmış olacaq.
Qiymət – Bazarın reaksiyası necə olacaq? Qiymətləri yüksək, aşağı və ya orta səviyyədə etmək olarmı? Qiymətdə nə müzakirə edilməlidir? Kredit kartlarından istifadə məqsədə uyğundurmu? Bütün bu metodlar və siyası qərarlar firmanın imicinə necə təsir edir? Reklamverənlər rəqibləri ilə başqa variantlarla rəqabət aparmırlar, onlar ilk öncə qiymətləri aşağı salaraq özlərinə müştərilər yığırlar. Buna uzunmüddətli aspektdən yanaşdıqda, bu destruktiv xarakter daşıyır. “Canon” firmasının planı tamamilə yeni bazara yönəldilmişdir. Burada alıcı kimi 18 - 45 yaş arası insanlar, peşəkar- həvəskar, birinci dəfə və ya ikinci dəfə fotoaparatlar alan insanlar nəzərdə tutulurdu. Bu insanlar orta və yüksək məvacib alan, savadlı və ailədə qiymətləndirilən insanlardır. Belə qənaətə gəlmək olar ki, bu firmanın reklamı geniş yeni bazar üçün nəzərdə tutulmuşdur
İstənilən firmaların (yerli, regional, milli və beynəlxalq) məqsəd və strategiyalarının müəyyən edilməsi rəhbərlik tərəfindən icra edilən ən vacib siyasi qərarlardır. Seçilmiş məqsəd və strategiyalar firmanın uzun illər ərzində fəaliyyətini müəyyən edir. Bu məqsəd və strategiyalar firmanın bazarda yerini və satıışn stimullaşdırılmasını fəaliyyətini müəyyən edir və onların fasiləsizliyini təmin edir. Ona görə də məqsəd və strategiyalara aid olan qərarlar olduqca konkret olmalı və yazılı formada olmalıdır. Bundan sonra həmin məqsəd və startegiyalar icra edilə bilər.

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin