Marketinq strategiyasının planı: burada əsas məqsəd marketinq problemlərini həll edə biləcək fəaliyyətin planlaşdırılmasıdır: a) marketinqin məqsədləri. b) bazar və məsrəflər startegiyası. c) satışın strategiyası. ç) marketinq kompleksinin elementlərindən istifadə edilməsi. d) ən yaxşı marketinq seqmentlərinin identifikaiyası.
Yaradıcı strategiya planı: burada əsas məqsəd reklam vasitəsilə nə satmaqdan ibarətdir. Müəyyən edilmə qaydası: a) əmtəə alıcı tələblərini necə ödəyə bilər? b) əmtəə reklama necə verilə bilər? c) mətnlərin mövzusu. ç) reklamın konkret məqsədləri. d) reklamın keyfiyyəti və həcmi.
KİV-də məqsədlərin müəyyən edilməsi:burada əsas məqsəd KİV vasitəsilə mümkün ola biləcək məqsəd və startegiyaların təyin edilməsidir.
İnformasiya strategiyasının müəyyən edilməsi: burada əsas məqsəd informasiya məqsədlərini müəyyən istiqamətə gətirməkdir. Bu istiqamət KİV-in seçilməsini və istifadəsini idarə edə biləcək. Burada daha optimal KİV-in seçilir.
Lazım olan KİV-nin toplanması: burada əsas məqsəd hansı KİV qarşıya qoyulmuş məqsədlərə cavab verməsini müəyyən etməkdən ibarətdir. Bura qəzetlərin, jurnalların, radio və TV aiddir. Burada analiz informasiyalar arası müqayisələrin edilməsi prosesidir. Ən vacib müqayisələrdən biri KİV auditoriyasının həcminin müəyyən edilməsidir.
KİV-nin seçilməsi:burada əsas məqsəd kütləvi informasiya vasitələrinin ən səmərəlisinin seçilməsidir. Bu qərarların qəbulu özündə növbəti mərhələləri birləşdirir: a) hansı jurnallarda reklam vermək məqsədə uyğundur. b)əgər TV reklamın seçilməsi lazımdırsa, hansı növləri seçilməlidir: efir və ya kabel, teleşəbəkə və ya reklam televiziyası, əgər teleşəbəkədirsə, onda hansı proqram, əgər televiziyadırsa, onda hansı bazar seçilməlidir. c) əgər radio və ya qəzet reklamı seçilməlidirsə, onda hansı növləri seçmək daha yaxşı olar: hansı bazarı seçmək lazımdır?