3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları


III fəsil. Müəssisədə reklam işinin tədqiqatı və



Yüklə 380,9 Kb.
səhifə40/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   36   37   38   39   40   41   42   43   ...   48
referat 1721 (1)

III fəsil. Müəssisədə reklam işinin tədqiqatı və
təkmilləşdirilməsi yolları.


3.1. Reklam fəaliyyətində tədqiqat işlərinin aparılması.
Əgər qəbul edilmiş qərar firmanın xarakteri miqyasında prinsipial mövqe güdmürsə, sırf reklamla məşğul olmayan menecerlərin və əməkdaşların intuisiya ilə qəbul olunmuş qərarlar müsbət təsir göstərə bilər. Lakin, riskin səviyyəsi yüksək və vasitələr xərclərinin həcmi müəyyən çərçivədə olarsa, o zaman irimiqyaslı qərarların qəbul olunmasında intuisiya kifayət etmir. İntuisiya ilə qəbul edilmiş irimiqyaslı qərarların qəbulu Ford Motors Co. Firmasının 1965-ci ildə “Edsel” avtomobili üçün təşkil etdiyi reklam kampaniyasına 350 milyon dollar ziyan vurmuşdur. Ən faciəvi maliyyə itkisi “Concorde” beynəlxalq Avropa konsorsiumunun itkisidir. Bu konsorsium bazara iri tutumlu sərnişin təyyarəsini təqdim edərkən təxminən 2 milyard dollar ziyan etmiş oldu.
Reklam fəaliyyətinin aparılması, xüsusilə də beynəlxalq arenada ciddi maliyyə resurslarını tələb edir. ABŞ-da beynəlxalq reklam kampaniyasında ( pepsi-nin 2003-cü ildəki Britni Spirslə çəkdirdiyi reklamı) 70 milyon dollar vəsait xərclənmişdir. Buna görə də, kommunikatorlar hazırki dövrdə riskin səviyyəsini aşağı salmaq və reklamın effektivliyini artırmaq məqsədilə marketinq tədqiqatları aparırlar və əlavə olaraq bazarlar haqqında informasiyalar toplayırlar. Təşkilatın fəaliyyətinin yeni istiqamətlərini və müştərilərin marketinq problemlərini aşkara çıxarmaq üçün tədqiqat layihələrinə nəhəng vasitələr xərclənir. Bundan əlavə tədqiqatlar hansı məqsədlərə çatmaq lazım olduğunu müəyyən edir. Bunlar aşağıdakılardır:

Dünya sənayesinin dövretməsi zamanı ESOMAR ekspertlərinin hesablamalarına əsasən marketinq araşdırmalarına 2007-ci ildə 24,918 milyard dollar vəsait xərclənmişdir (illik artım 6,8%). 2007-ci ildə ən nəhəng bazar ABŞ bazarıdır ki, burada marketinq tədqiqatlarına 8, 239 milyard dollar pul xərclənmişdir.
Postsovet ölkələrinin ərazilərdində marketinq tədqiqatları formalaşma mərhələsini keçmiş və ciddi inkişaf perspektivləri əldə etmişdir. Beləki, Rusiya federasiyasında 2007-ci ildə “Hildiya” ekspertlərinin rəyinə əsasən marketoloqlar 220-yə qədər tədqiqat kampaniyaları aparmışlar. Bazarda ümumi marketinq və sosialoji tədqiqatların həcmini mütəxəsislər 186 milyon dollar olduğunu açıqlamışlar. Bu göstərici digər illərə nisbətən 15% artmışdır. Marketinq (həmçinin reklam) araşdırmaları prosesinin mərhələlərinə nəzər yetirək və onların aparılması üçün lazım olan alətləri müəyyənləşdirək:
Marketinq tədqiqatlarını sistemləşdirilmiş bir toplu şəklində, müəyyən edilmiş sənədlər əsasında analizin və təqdimatın hazırlanması, bu prsedur üçün lazım olan xüsusi və vacib olan məsuliyyətli idarəetmə qərarlarının qəbulu kimi təsəvvür etmək olar. Ümumiyyətlə, marketinq tədqiqatlarının aparılmasının məzmunu və tədqiqatın aparılması metodları aşağıdakı cədvəldə aydın şəkildə öz əksini tapmışdır (Şəkil 11).

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin