Sorğu metodu. Bu üsul da reklamın psixoloji təsir formasının fəal metodu sayılır. Bu üsul ağır əmək tələb edən iş olsa da, başqa üsul və formalardan bilavasitə üstünlüyü ilə daha çox fərqlənir. Onun üstünlüyü, bilavasitə istehlakçılarla kontaktda olaraq, canlı şəkildə onların reklam edilən mallara və xidmətlərə münasəbitələrini öyrənməklə xarakterizə olunur.
Bu və ya digər reklam vasitələrinin faydalılığını müəyyənləşdirmək üçün əvvəlcədən yazılı proqramlar hazırlanır, adamlarla şəxsən söhbət aparılır, radio və televiziya vasitəsilə lazım olan məlumatları adamların diqqətinə çatdırırlar.
Sorğu yolu ilə hansı reklam vasitələrinin (plakat, reklam filmi, elan, malların yığılması və s.) daha çox alıcıların istehlak qabiliyyətlərinə psixoloji cəhətdən təsir görstərməsini müəyyənləşdirmək olar. Məsələn, hansı reklam vasitəsinin yeni mallara alıcıların diqqətini daha çox cəlb etməsini müəyyən etmək aşağıdakiisorğu anketindən istifadə etməklə olar:
Siz yeni malların satışa daxil olmasını necə (haradan) bildiniz:
Tanışlardan;
Sorğunun aparılması çox vaxtın sərf edilməsini və əməliyyata çoxlu sayda adamların cəlb edilməsini tələb edir. Bununla yanaşı, həm də toplanmış məlumatlar kifayət edici hesab olunmamalıdır. Çünki, alıcı özü müəyyən edə bilmir ki, o hansı reklamın psixoloji təsiri altında bu və ya digər malı almışdır.
Bir çox hallarda aparılan sorğuları eksperiment (müşahidə, sınaq) hesab edirlər. Radio və televiziya reklamı vasitəsilə aparılan təbliğatın faydalılığı aşağıdakı üsulla öyrənilir: Veriliş studiyasına qrup halında adamlar dəvət olunur, onlara kiçik formatda anket verilir və onlardan həmin anketdə, peşəsi və s. haqqında qısaca məlumatları yazmağı xahiş edirlər. Daha sonra həmin adamlar reklam verilişlərinə baxır, yaxud da qulaq asırlar. Sonra öz iradlarını və təəssüratlarını xüsusi vərəqələrdə qeyd edirlər. Bütün iradlar uyğun motivlərlə əsaslandırılır. Sonra proqramın müzakirəsi təşkil edilir. Bəzən reklamın nə dərəcədə faydalı olmasını adi səsvermə yolu ilə müəyyən edirlər. Bu qayda ilə müxtəlif reklam vasitələrinin radio və televiziya verilişlərinin faydalılığını müəyyən etmək daha düzgün olur.
Beləliklə də, reklamın psixoloji təsiretmə dairəsini müəyyənləşdirməklə onun haqqında real proqnoz vermək olar.