3 I fəsil. Reklam fəaliyyətinin inkişafında təşkilati işlərin məqsədi və nəzəri əsasları



Yüklə 380,9 Kb.
səhifə37/48
tarix03.04.2023
ölçüsü380,9 Kb.
#92843
növüReferat
1   ...   33   34   35   36   37   38   39   40   ...   48
referat 1721 (1)

Td- reklamın təsiri altında əldə olunan mal dövriyyəsi, manatla;
Ts –reklama qədər olan orta mal dövriyyəsi, manatla;
P –reklama qədər və reklamdan sonrakı dövrə qədər olan orta mal dövriyyəsinin inkişafı, %-lə;
D –reklam edilən və reklamdan sonrakı dövrdə mal dövriyyəsinin uçotu, günlə.
Reklamın iqtisadi faydalılığını tədbiq edilən reklam vasitələri və aparılan reklam kampaniyaları ilə də müəyyənləşdirmək olar. İqtisadi nəticə əlavə mal dörviyyəsindən əldə edilən gəlirlə istehlaka və ona çəkilən reklam xərclərinə olan nisbətilə müəyyənləşdirilir.
İqtisadi faydalılıq aşağıdakı düsturla hesablanır:

E= - (Ur + Ud)


Burada,
E-reklam etmənin iqsadi faydalılığı, manatla;
Nt –satılan malların qiymətinə əlavə ticarət güzəşti, %-lə;
Ur –reklama çəkilən xərclər, manatla;
Ud –mal dövriyyəsinin inkişafı üçün əlavə xərclər, manatla.
Bunun üçün biz reklam kampaniyasının faydalılığını və ona çəkilən xərcləri müqayisə edirik. Belə müqayisənin nəticəsi 3 variantda əks edə bilər.

  1. Reklam kampaniyasından əldə olunan fayda, onun keçirilməsi üçün çəkilən xərclərə bərabərdir.

  2. Reklam tədbirlərindən əldə olunan fayda daha gəlirlidir.

  3. Reklam tədbirlərinin faydalılığı azdır (əlverişli olmamışdır).

Bunlarla yanaşı, əldə olunan məlumatlar reklam kampaniyalarının keçirilməsi nəzərdə tutulan tədbirlər planını tutulması üçün kifayət deyildir. Reklam üçün çəkilən xərclər onun rentabelliyi ilə müəyyən edilir.
Reklamın rentabelliyi alınan gəlirin çəkilən xərcə olan nisbətidir. Bu aşağıdaki düsturla hesablanır:

R=


Burada,
R –malların reklam edilməsinin rentabelliyi, %-lə;
P –malların reklam edilməsindən əldə edilən gəlir, manatla;
u –konkret malın reklam edilməsi üçün xərclər manatla.
Reklam vasitələrinin psixoloji təsir etməsinin faydalığı çox saylı alıcı kütləsini əhatə etməklə onların istehlak qabiliyyətlərinə təsir göstərməsi, onların yaddaşında müəyyən işin qalması və özünə cəlb etməsi və s. keyfiyyətləri ilə xarakterizə edilir.
Reklamın istehlaka psixoloji təsir göstərməsinin effektivliyini müəyyən tədqiqatlar və sorğular aparmaqla müəyyənləşdirmək olar.
Müşahidə metodu – ayrı-ayrı reklam vasitələrinin istehlaka təsir göstərməsi üzrə tədqiqatların aparılmasıdır.
Bu metod passiv xarakter daşıyır, çünki bu zaman müşahidəçi alıcıya heç bir təsir göstərmir, əksinə, bunun alıcıya necə təsir etdiyini müşahidə edir. Müşahidəçi əvvəlcədən işlənib-hazırlanmış sxem üzrə müşahidə aparır, toplanmış məlumatları hərtərəfli təhlil edir. Məsələn, müşahidəçi hansı sərgi-satışa, yarmarkalara, mallar nümayiş etdirilən vitrinlərə alıcıların daha çox seyr etməsini, yaxud da baxmasını müşahidə etməklə özündə müəyyən qeydlər aparır. Sonralar isə bu materialları təhlil edir.
Müşahidə metodu təbii şəraitdə müxtəlif reklam vasitələrinin alıcılıq qabiliyyətinə psixoloji cəhətdən necə təsir göstərməsini müəyyənləşdirməyə imkan verir.
Beləliklə, xarici reklam vasitələrin alıcıların diqqətini nə dərəcədə cəlb etməsini aşağıdaki düsturla müəyyənləşdirmək olar:

V=


Burada,

Yüklə 380,9 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin