Şəkil 12: Reklamın tədqiqinin quruluşu.
Reklamın tədqiqinin quruluşu
Yekun tədqiqat
Reklam tədbirlərinin keçirilməsi manitorinqi
İlkin tədqiqat
Nəticələrin yekunlarının qiymətləndirilməsi
Media – tədqiqat və reklam vasitələrinin seçilməsi
Reklam strategiyasının müəyyən edilməsi
Buradan belə aydın olur ki, reklam tədqiqatları ilk növbədə firmanın mal yeridilişi ilə sıx əlaqədədir. Məsələn, əgər reklam kampaniyasının əsas məqsədi bazar payının artmasından ibarətdirsə, onda bu payın müəyyən edilməsi üçün tədqiqatlar kampaniyadan əvvəl və ya sonra da aparıla bilər. Məlum olduğu kimi tədqiqatlar prosesinin formalaşması 2 cür aparılır. Bunlar kəmiyyət və keyfiyyət tədqiqatlarıdır.
Kəmiyyət tədqiqatları seçilmiş metodların və ciddi statistik təhlilin hazırlanmasına və əldə olunmuş məlumatların analizinə əsaslanır. Reklamda onların istifadə edildiyi əsas sferalar aşağıdakılardır:
Məqsədli auditoriyaların tipologiyası (brend haqqında informasiyaya yiyələnmək, markaya münasibət və başqaları);
Markanın üstünlüyünün yerləşdirilməsi (qeyd olunan üstünlüklər və situasiyalara yanaşma nöqteyi nəzərindən);
Demoqarafik xarakteristikanın analizi (coğrafi: region, şəhər, vilayət və s. individual: yaş, cins, milliyət, gəlir və s.);
Psixoqrafik xarakteristikanın öyrənilməsi (fikirlər və maraqlar, fəaliyyət, qiymətləndirmə və s.);
Şəxsi xarakteristikanın araşdırılması (şəxsin nəyəsə inanması barədə hər şey; intellekt xarakteristikasının ölçülməsi tədqiqatı);
Reklamla kontaktların analizi (tezlik, vəziyyət, kontakt zamanı qəbuledicilərin sayı, reklama göstərilən reaksiyanın xarakteri və s.)
Dostları ilə paylaş: |