Microsoft Word 53 Tecili yardim hekimi telimat



Yüklə 134,29 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix25.12.2016
ölçüsü134,29 Kb.
#2885
  1   2   3   4


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə 

TƏLİMATI 

 

I.



 

Ümumi müddəalar 

 

1.  



Bu  vəzifə  təlimatı  təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkimin 

vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 

2.  

Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim vəzifəsinə  vəzifəsinə 



baza ali tibb təhsili olan şəxs təyin edilir. 

3. Təcili və  təxirəsalınmaz tibbi yardım üzrə  həkim Azərbaycan 

Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin 

əmri ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilir 

4.  

Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim bilavasitə şöbə müdirinə, 



onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  


Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim aşağıdakıları bilməlidir: 

5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   təcili və təxirə salınmaz tibbi yardım xidmətinin təşkili, strukturu, ştatları 

və təchiz edilməsi ilə bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.  həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13. sanitar-maarifləndirmənin əsaslarını;  



5.14.  daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 


Yüklə 134,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin