IV.
Məsuliyyət
21. Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi aşağıdakılara görə
məsuliyyət daşıyır:
21.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
21.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və peşəkar seviyyədə yerinə yetirilməsinə;
21.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına
riayət edilməsinə;
21.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
21.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
21.6. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
21.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə
22. Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim əmək intizamının,
qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan
qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi,
inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.