3. Maliyyə proqnozlaşdırılması



Yüklə 16,77 Kb.
tarix07.05.2023
ölçüsü16,77 Kb.
#109103
referat 5367


Hazırladı: Yunus Kazımov (AƏSMA)
3. Maliyyə proqnozlaşdırılması

Maliyyə menecerinin işinin mühüm istiqaməti maliyyə planlaşdırılması və proqnozlaşdırılmasıdır. Plan və proqnoz anlayışları eyniyyat təşkil edən anlayışlar deyil. Onlardan hər biri idarəetmənin aləti kimi Öz rolunu yerinə yetirir.


Sözün geniş mənasmda maliyyə proqnozlaşdırılması gələcəkdə müəssisənin mümkün maliyyə vəziyyətinin öyrənilməsində, müəyyən xərclər maliyyələşdirirərkən müəssisələrin zəruri sabitliyinin təmin etmək üçün maliyyə sahəsindəki strategiyanın əsas istiqamətlərini işləyib hazırlamaqda ifadə olunur. Belə proqnoz hər şeydən evvəl müəssisənin özü üçün əhəmiyyətlidir. Çünki, müəssisənin davam edən fəaliyyəti kapital cəlb edilməsini və müflisiəşmənin qarşısmm alınmasmı tələb edir. Sivil bazar şəraitimdə rəqabət satış həcminini çoxaldılmasına, xərclərin aşağı salmmasıa, məhsulun keyfiyyətinin təmin edilməsinə, istehsal fəaliyyətinin diversifikasiyasına təhrik edir. Bu isə öz növbəsində daimi kapital axınını və maliyyə sabitliyini tələb edir.
Bununla yanaşı proqnoz anlayışmdan maliyyə planmm tərtibi üçün zəruri olan hesablamaları, məsələn məhsul həcminin reallaşdırılması proqnozunu, xərclərin miqdarı proqnozunu və s. hesablamaq üçün də istifadə edilir. Bu hesablamalara müəyyən çeviklik verir, dəyişən şəraitdən asılı olaraq düzəlişlər etməyə imkan verir.
Müəssisənin maliyyə vəsaitinin perspektivi proqnozu iqtisadi informasiyamn xarici istifadəçiləri üçün də əhəmiyyətə malikdir. Bunlarm sırasma kfeditlərin vaxtmda qaytarılmasında märaqlı olan bankiar daxildir. Bu banklar ssuda borcu olan müəssisələri kreditləşmə prosesində maliyyə resurslan ilə təmin edir. Ona görə də bu bankların müştərilərin cari maliyyə hesabatları ilə tanış olmaq icazələri və təhlil, proqnozlaşdırma aparmaq imkanları vardır. Qərb ölkələrinin təcrübəsinə əsasən demək olar ki, banklarda müəssisələrin müflisləşməsini proqnozlaşdırmaq iizrə əhəmiyyətli işlər yerinə yetirilir. Müflisləşmə ehtimaiınm qiymətləndirilməsinin
tətbiq edilən metodları xüsusi ədəbiyyatlarda o cümlədən ölkəmizdə nəşr olunan ədəbiyyatlarda işıqlandınlır. Maliyyə proqnozuna misal olaraq, həmçinin müəssisənin balansımn qcyri-qənaətbəxş quruluşunu müeyyən etmək üçün müəssisələrin müflisləşməsi haqqmdakı qanunvericiliyin reallaşdırılması məqsədilə işlənib hazırlanmış meyarlar üzrə müəssisənin maliyyə vəzıyyətinin qiymətləndirilməsini də göstərmək olar. Maliyyə vəziyyətinin qiymətləndirilməsi nəticəlerinə uyğun olaraq müəssisə ödəniş qabilliyyətsiz hesab edilə bilər; borclu müəssisənin ödəniş qabiliyyətini bərpa etmək üçün real imkanlar haqqında nəticə çıxarıla bilər; əgər yaxm vaxtlarda kreditorlar qarşısında öhdəliklər yerinə yetirilməzsə müəssisənin ödəniş qabiliyyətini itirməsinin real təhlükəsi haqqında nəticə çıxanla bilər.
Maliyyə proqnozlaşdırılması doğru plan üçün münasib hesab edilən illik və perspektiv maliyyə planlaşdınlması üçün əsas yaradır. Qərb ölkələrinin təcrübəsində bu adətən 3-5 il nəzərdə tutulur.
Maliyyə planlaşdınlması - bu maliyyə idarəetməsinin ən mühüm alətlərindən biridir. ölkəmizdə idarəctmənin mövcud kcçmiş sahə sisteminə uyğun olaraq müəssisənin perspektiv planı illərə bölünməklə 5 ilə tərtib edilir. Dövlət müəssisələrinii maliyyə şöbələrinə beş illik maliyyə planınm göstəricilərini işləyib hazırlamaq, daha gərgin maliyyə tapşırıqları qəbul etməyin perspektiv planın layihəsinə qiymət vermək həvalə edilmişdir. Planlaşdırma sahəsindəki bu hüquqlar demək olar ki formal idi. Plan sahə nazirliklərinin tapşırıqları əşasmda müƏyyən edilirdi. Müəssjsələrin özləri tərəfindən müstəqil olaraq təsdiq etdikləri illik maliyyə planlarmı da reallaşdırılan məhsulun həcmi, mühüm məmulatlann nomenklaturası, mənfəətin məbləği, rentabcllik, budcəyə ödəmələr üzrə müəssisəyə yuxarı təşkilatlar tərəfindən çatdınlan və onlarla razılaşdırılan kontrol rəqəmlər əsasmda tərtib edirdilər. Planlı qərarların sarsılmazlığı tədricən «yuxarıdan» təshih olunmaqla transformasiya olunurdu. Bunun isə altemativ variantlar axtarılması ilə heç bir əlaqəsi yox idi. Planlar olduqca ağır idi və onun bir çox göstəricilərindən idarə ctmədə real istifadə etmək mümkün dcyildi.
Planlaşdırmaya belə yanaşma onun müasir anlamada idarəetmənin aləti etmirdi. Buna görə də maliyyə planlaşdırılması və proqnozlaşdırılması sahəsində toplanmış dünya təcrübəsinin öyrənilmesi xüsusi maraq kəsb edir. Qeyd etmək lazımdır ki, firmadaxili planlaşdırmamn vahid sisemi yoxdur və buna görə də
maliyyə planlaşdırılmasına bütövlükdə onun Azərbəaycan şəraitində istifadə edilə bilən hissələrini ayırıb öyrənmək lazımdır. Maliyyə planlaşdırılmasının müasir metodları artıq ölkəmizin bir sıra müəssisələrində tətbiq edilməkdədir.
Maliyyə planı pul vəasitinin daxil olması və xərclənməsinin sinxronluğunu əks etdirir. Bu, müəssisənin gələcək likvidliyini qiymətləndirməyə, başqa sözlə biznes-plan tədbirlərinin maliyyələşdirilməsi üçün vəsaitin kifayət olmasını və müəssisənin öhdəlikləri üçün hesablamaların kifayət olmasını qiymətləndirməyə imkan verir. Planın tərtib edilməsinin əsasını bütün məsarif və xərclərin büdcədən ayrılan vəsait hesabma ödənilməsini aşkara çıxaran pul potoklarınm hərəkəti metodları; gəlir və daxil olmalar haqqında proqnozların tərtibi təşkil edir.
Yüklə 16,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin