38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-cı Sual. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri



Yüklə 209,77 Kb.
səhifə16/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   13   14   15   16   17   18   19   20   21
Dünya iqtisadiyyatı

56-cı Sual. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri
Hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanan bu beynəlxalq təşkilat 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlanırdı. Azərbaycan Respublikası 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında tamhüquqlu üzv kimi təşkilata qəbul olunmuşdur. Bu barədə qərar Dakar sammitinin yekun kommunikesinin 14-cü maddəsində əksini tapmışdır. İKT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır. İslam dövlətlərinin birliyi və həmrəyliyinə xidmət edən İKT üzv dövlətlərin üzləşdikləri münaqişələrin aradan qaldırılması üçün də addımlar atır. Onun orqanları islam ölkələri ilə bağlı münaqişələr və bu ölkələrin məruz qaldığı təcavüzlərin qiymətləndirilməsində müvafiq qərarlar qəbul edir.
Ermənistanın Azərbaycana qarşı təcavüzü birinci dəfə İKT-nin Xarici İşlər Nazirləri Şurasının Kəraçidə keçirilən sessiyasında müvafiq qətnamə ilə ittiham olunub.Erməni mənbələrinin məlumatına görə İKT-nin hələ 1993-cü il aprelində Kəraçidə keçirilən Xarici İşlər Nazirləri Şurasının görüşünə Ermənistan prezidenti Levon Ter-Petrosyanın məktubunu çatdırmaq üçün həmin ölkənin təmsilçisi Misir nümayəndə heyətinin tərkibində gedib. Məktub lazımi ünvana çatdırılsa da, Kəraçidə ilk dəfə olaraq İKT-nin Ermənistan əleyhinə qətnaməsi qəbul olunub. İslam Konfransı Təşkilatı Mərakeş (1994), Tehran (1997) sammitlərindəki Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham siyasətini növbəti zirvə görüşlərində də davam etdirib. Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə təmsil olunduğu 12-13 noyabr 2000-ci il Doha (Qətər) və 16-17 oktyabr 2003-cü il Putracaya (Malayziya) sammitlərində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunması, Ermənistanın qoşunlarının çıxarılması barədə BMT qətnamələrini (822, 853, 874, 884) yerinə yetirməməsinə cavab olaraq təşkilatın nizamnaməsinin VII fəslinin (sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər) tətbiq olunması, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in 2-3 dekabr 1996-cı il Lissabon zirvə görüşü zamanı qəbul edilmiş prinsiplərin (Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu və Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinə təminat) əsas götürülməsi tələblərini əks etdirən sənədlər qəbul olunub.
Azərbaycan-İKT əməkdaşlığının güclənməsinin əsas göstəricilərindən biri olaraq təşkilatın xarici işlər nazirlərinin 33-cü sessiyası 19-21 iyun 2006-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib. Təşkilat həmçinin İslam İnkişaf Bankı və digər islam xeyriyyə cəmiyyətləri vasitəsilə Azərbaycana, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından zorla qovulmuş Azərbaycanlı qaçqın və məcburi köçkünlərə iqtisadi və humanitar yardımlar göstərilməsini təmin edib.4 oktyabr 2006-cı ildə Heydər Əliyev Fondunda keçirilən görüşdə İSESCO-nun prezidenti Osman əl-Tveycri tərəfindən Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri nişanı təqdim olunub. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.Azərbaycan-İKT əməkdaşlığının davamı olaraq Bakıda təşkilatın növbəti yüksək səviyyəli tədbirləri-İKT turizm nazirlərinin 5-ci görüşü (sentyabr, 2006) və “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda beynəlxalq konfrans (aprel, 2007) keçirilib.Həmin vaxt Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və 2006-cı ildən İSESCO-nun ilk xanım xoşməramlı səfiri olan Mehriban Əliyeva və İSESCO-nun prezidenti Osman əl-Tveycri arasında hər iki qurumun əməkdaşlığı barədə saziş imzalanıb. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Osman əl-Tüceyrci İSESCO-nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyasını yerinə yetirməsində şəxsi nümunə göstərdiyini bildirib.Sonuncu tədbir islamofobiya tendensiyalarının artması ilə əlaqədar xüsusilə əhəmiyyətli idi. Bir çox beynəlxalq təşkilatların və dünya kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi konfransda bir daha bəzi Qərbi Avropa ölkələrinin mətbuatında islam dini və onun peyğəmbəri ilə bağlı karikatura hadisəsi kimi provokasiya hərəkətləri ittiham olunub. 2019-cu il mayın 31-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 14-cü Zirvə toplantısı keçirilib. “Əl-ələ gələcəyə doğru” devizi altında keçirilən Zirvə toplantısında Azərbaycan Respublikasını Baş nazir Novruz Məmmədov təmsil edib. 2019-cu 1-2 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası keçirilib. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 2019-cu il aprelin 24-28-də Əbu-Dabinin Milli Sərgi Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İkinci festivalı baş tutub.

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin