38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-cu Sual. Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətləri



Yüklə 209,77 Kb.
səhifə19/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   13   14   15   16   17   18   19   20   21
Dünya iqtisadiyyatı

59-cu Sual. Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətləri
18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan respublikasını Türkiyə bir ay keçmədən, yəni noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanın inkişaf etdirilməsi məqsədilə hər il hərbi manevrlər təşkil olunur..Azərbaycan və Türkiyə - hər iki ölkənin xalqlarının böyük əksəriyyəti türklərin Oğuz boyundandır. Eyni kök və coğrafi yaxınlıq Türkiyənin Azərbaycanla yaxın dialoq qurmasını asanlaşdırır.Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Hər iki ölkədə prezident seçilən dövlət başçısının birinci olaraq qardaş respublikaya getməsi ənənəvi hal alıb və simvolik əhəmiyyət daşıyır.Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır. Türkiyə - Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənasıyla daşıyır. Son 25 ildə iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının bir göstəricisidir.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi içərisində, sülh yolu ilə həllinə səy edir. Bu çərçivədə ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq cəhdlərini əsirgəmir. Xüsusilə, 2016-cı il Aprel döyüşləri, Azərbaycan-Ermənistan arasında yaşanan şiddətli qarşıdurmalar və can itkiləri Dağlıq Qarabağ müzakirələrini daha da artırdı. Amma təəssüf ki, Minsk üçlüyü qərarlı addım atmamaqla müddəti uzadır. Beynəlxalq qərarlara əməl olunmur. Heç nəyə baxmayaraq, Yuxarı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü içində sülh yollarıyla həll edilməsi Türkiyənin Azərbaycana dəstəyilə davam edir.Bundan başqa, enerji mövzusu da iki ölkə arasında əhəmiyyət daşıyan məsələlərdən biridir. Qlobal bir layihə olan TANAP, yəni Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin addımları sürətlənib. TANAP-ın yola düşməsiylə, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi layihələrlə Azərbaycan və Türkiyənin mövqeyi və bölgədəki strateji əhəmiyyəti daha da artacaq. Bu istiqamətdə əzm, qətiyyət və siyasi iradə hər iki ölkədə də vardır.

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin