Qarabağ problemiNİn həLLİ beynəlxalq iCTİMAİYYƏTİn maraqlarindan uzaqda



Yüklə 26,26 Kb.
səhifə1/3
tarix26.11.2022
ölçüsü26,26 Kb.
#70716
  1   2   3
BMT


QARABAĞ PROBLEMİNİN HƏLLİ BEYNƏLXALQ İCTİMAİYYƏTİN MARAQLARINDAN UZAQDA
Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi başladıqdan sonra beynəlxalq ictimaiyyət bu problemin həlli ilə uzun müddət maraqlanmadı. Buna səbəb problemin həllinin beynəlxalq ictimaiyyətin maraqları ilə üst-üstə düşməməsi, problemin özünün isə maraqlarla üst-üstə düşməsi idi. Hər kəsi maraqlandıran bu proses Sovet İttifaqının dağılmasında rol oynayan proseslərdən biri idi. Amma bu ocağı alovlandıran da elə SSRİ-nin özü idi. SSRİ öz problemlərindən qaçmaq, daxilindəki respublikaların azadlıq hərəkatlarını boğmaq məqsədi ilə bu münaqişəni yaratdı, amma bu siyasət əksinə olaraq, SSRI-nin zəifləməsini və parçalanmasını sürətləndirdi.
Münaqişənin başlamasından müəyyən müddət sonra tərəflərdən biri olan Ermənistanın maraqları dünyadakı siyasi proseslərdə öz təsirini göstərən ABŞ konqresi və Fransa senatının maraqları ilə uzlaşdı. Maraqların uzlaşmasına gətirib çıxardan amillərdən biri də erməni lobbisinin aktivliyi, operativliyi idi.
Ermənistanın Azərbaycana hərbi müdaxilələrini gördükləri halda heç bir təşkilat qəti mövqeyini bildirmədi, BMT, ATƏT, Avropa Birliyi müəyyən qətnamələr, bəyanatlar versələr də, bu münaqişəni dəqiq şəkildə tədqiq etmədilər, günahkar, təcavüzkar tərəfin kim olduğu haqqında beynəlxalq ictimaiyyətə konkret məlumat vermədilər.
Dünyanı inandıran – Erməni Lobbisi
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Erməni lobbisi millət olaraq qurduqları dövlətdən daha güclü siyasi təşkilatdır. Erməni diasporu müxtəlif ölkələrdə, xüsusilə, dünyada söz sahibi olan dövlətlərdə həm öz maraqlarına, həm də fəaliyyət göstərdikləri dövlətlərin maraqlarına uyğun aktiv təbliğat aparırlar. Erməni lobbisinin 2 əsas mərkəzi var: ABŞ və Fransa.
Avropada Erməni lobbisinin ən çox yaşadığı Fransada (təxminən 500 minə yaxın) erməni lobbiçiliyinin Fransanın xarici siyasətinə təsiri çox böyükdür. Ümumiyyətlə, Fransada xüsusi fəallığı ilə seçilən erməni diasporunun və lobbisinin əsas məqsədlərini belə sıralamaq olar: erməni diasporunun siyasi proseslərdə fəal iştirakını təmin etmək, qondarma erməni soyqırımı məsələsini bəlli məqsədlərlə daim gündəmdə saxlamaq, Fransa – Ermənistan əlaqələrinin gücləndirilməsi, Erməni kimliyinin qorunması, Ermənistana və Qarabağla bağlı bu ölkənin əsassız ərazi iddialarına dəstək əldə etmək, erməni diasporunun maraqlarına uyğun olaraq Fransanın xarici siyasətinə, xüsusilə də, bu siyasətin Türkiyə və Cənubi Qafqaz aspektlərinə təsir göstərmək. Amma Fransanın xarici siyasətindəki Türkiyə və Cənubi Qafqazla bağlı olan qərəzliyini təkcə Erməni Lobbisinin təsiri ilə əlaqələndirmək olmaz, Erməni Lobbisi sadəcə maraqlarla siyasət arasında körpü rolunu oynayır. Fransanın geosiyasi maraqları Türkiyə ilə Orta Şərq, Şimali Afrika, Şərqi Aralıq dənizi regionu və Cənubi Qafqazda toqquşur. Ona görə də, Fransa Türkiyənin dəstəklədiyi Azərbaycana qarşı Ermənistana “havadarlıq” edir. Fransanın siyasi təşkilatlarda müəyyən söz sahibi olduğunu bildiyimizə görə, onun Ermənistana belə dəstək verməsi, maraqlarının lobbinin maraqları ilə səsləşməsinin təşkilatların fəaliyyətlərinə geniş təsiri vardır.
Erməni lobbisinin digər mərkəzi ABŞ-da olan fəaliyyəti də çox genişdir. Ta 90-ci illərdən ABŞ-da geniş təbliğat aparan lobbi 907-ci düzəlişin qəbul edilməsinə, SSRİ dağılandan sonra Ermənistanın müstəqilliyinin Azərbaycandan öncə tanınmasına, Porter əlavəsi layihəsinin hazırlanmasına, “Azadlığa dəstək aktı”na Ermənistanın daxil olmasına və bir çox üstünlüklərə nail olmuşdur. 907-ci düzəliş postsovet ölkələrinə yardım dəstəyi üçün hazırlanmışdı, amma Azərbaycan bu yardımdan kənarda qaldı, Ermənistan isə bu yardımdan ən çox yararlanan ölkə oldu, ABŞ Ermənistanın müstəqilliyini Azərbaycandan öncə tanıdı.
Erməni lobbisinin “uğur”larına gəlincə isə, bu “uğur”lar informasiya cəbhəsində müəyyən üstünlüklər əldə etmişdir. Lobbi ermənipərəst və anti-Azərbaycan qüvvələrin üstünlük təşkil etdiyi dövlətlərdə öz məqsədinə daha rahat nail olur və bu həmin dövlətlərin mətbuatında da yer alır. Erməni lobbisinin güclü olduğu dövlətlərdən biri olan İtaliyada, daha doğrusu, onun mətbuatında lobbinin təsiri ilə verilişlər daha çox ermənipərəst mövqedə olmuşdur. Bunlardan biri də “Ria3” kanalında yayımlanan “Report” verilişi olmuşdur, veriliş xəbər məlumatları vermək əvəzinə, qərəzli, yanlış və gerçəyə yaxın olmayan buraxılışlar hazırlamışdır.
Verilişin aparıcısı Milena Gabanellinin qərəzli olduğu onun işğal altında olan ərazilərə gedib yalnız erməni tərəfindən müsahibə götürüb reportaj hazırlamasından bəlli olur. Üstəlik bu verilişdə ekspert qismində iştirak edənlərin də əksəriyyəti ermənilər və ermənipərəstlər olmuşdur.”Report” verilişinin aparıcısı Milena Gabanelli mütəmadi olaraq qərəzli, kəskin və haqsız fikirlərə yol verdiyinə görə onun müəllifi olduğu veriliş bağlanmış, hətta kanala və verilişə qarşı 300 milyon avroluq məhkəmə iddialarının olduğu də üzə çıxmışdır. Məlum olmuşdur ki, verilişdə ayrı-ayrı şəxslər bərəsində qərəzli və böhtan xarakterli məlumatlar yayıldığına görə, “Report” verilişi və “Rai 3” telekanalı müxtəlif vaxtlarda məhkəməyə verilmiş, onlara qarşı külli miqdarda təzminat iddiaları qaldırılmışdır. Çoxsaylı iddiaçılar arasında İtaliyanın keçmiş baş Naziri Silvio Berlusconi, İtaliya neft-qaz şirkəti “ENİ”, nüfuzlu İtaliya qəzeti “Libero Quotidiano”, İtaliya hökümətində 3 dəfə nazir olmuş Claudio Scajola, habelə keçmiş Nazir Renato Brunetta, Romanın keçmiş meri ve keçmiş kənd təsərrüfatı Naziri Gianno Alemanno, İtaliya senotaru və Lombardiya vilayətinin başçısı Roberto Formigoni, Verona meri Flavio Tosi, Ravello şəhərinin keçmiş meri Secondo Amalfitano, İtaliya prokuroru Salvatore Murone, senator Cesare Cursi, deputatlar Roberto Morassut və Monica Faenzi kimi tanınmış şirkət və simalar vardır.

Yüklə 26,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin