Nəticədə erməni lobbisinin açıq fəaliyyəti müxtəlif dövlətlərdə, təşkilatlarda ictimai rəyin Ermənistanın lehinə formalaşmasına şərait yaratdı.
BİRLƏŞƏN MİLLƏTLƏRİN KİFAYƏTSİZ QƏTNAMƏLƏRİ BMT 1945-ci ildə beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi və saxlanılması, millətlər və dövlətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT yarandığı gündən sülh yolunda, insan hüquqlarının müdafiə edilməsi uğrunda bir çox fəaliyyətlərlə məşğul olmuş və məqsədlərinə çatmışdır. BMT hansı prinsiplərlə işləyir? Hansı münaqişə ocaqlarında müsbət rol oynayıb? BMT-nin iş prinsiplərinə bütün üzvlərin bərabərliyi, nizamnaməyə daxil olan öhdəliçiliyi vicdanla yerinə yetirmək, beynəlxalq aləmdə bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etmək, dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələlər daxildir. BMT-nin diskriminasiyaya qarşı yönəlmiş qətnamələri hadisələrin yumşalmasına müəyyən dərəcədə təsir etmişdir, məsələn, genosidin xəbərdarlığı və ona görə cəzalandırma haqqında konvensiya (1948); müstəmləkə zülmü altında olan ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında bəyannamə (1960); irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında bəyannamə (1963); Apartheyd cinayətlərinin qarşısının alınması və ona görə cəzalandırma haqqında konvensiya (1973) və s. BMT-nin münaqişə ocaqlarındakı proseslərə təsiri çox böyük olmuşdur, bəzi məsələlərə təşkilatın Təhlükəsizlik Şurasında baxılması, müəyyən qətnamələrin verilməsi proseslərin müsbət tendensiyaya doğru dəyişməsinə şərait yaratdı. BMT-nin fəaliyyəti nəticəsində 1959-cu ildə Misirdən işğalçı qüvvələri (ingilis, fransız, İsrail qoşunlarının) çıxarıldı, Tunisdə, Əlcəzairdə, Mərakeşdə müstəmləkə rejimləri ləğv olundu və s. Bütün bu qarışıq məsələlərin həllinə qətnamələr qəbul etməklə, tərəfləri vacib tədbirlərə görməyə çağıraraq nail olan BMT niyə Dağlıq Qarabağ münaqişəsi dövründə qətnamələri ilə bir şey edə bilmədi, niyə Ermənistan tərəfini vacib tədbirlər görməyə vadar etmədi? Əvvəla məqalənin əvvəlində də dediyimiz kimi, hegemon dövlətlərə Azərbaycanın maraqları sərf etmirdi (yerləşdiyi regionda üstünlüyün Türkiyənin maraqları ilə səsləşdiyinə görə). BMT-nin də əsas qüvvələrini əvvəldə də adını çəkdiyimiz dövlətlər təşkil edirdi. BMT özünü yarandığı gündən insan hüquqlarının müdafiəçisi, sülh üzrə vasitəçi kimi tanıdıb, amma Dağlıq Qarabağ münaqişəsi dövründə bu xüsusiyyətini bir növ gizlətməyi üstün tutub. BMT-nin Bütün İnsanların Məcburi İtkin Düşmədən Qorunması Haqqında konvensiyası qəbul edilmişdir, həmin konvensiyanın 1-ci maddəsində “məcburi itkin düşmə” dövlətin agentləri və ya insanlar və ya insanlar qrupu tərəfindən dövlətin icazəsi, dəstəyi və ya razılığı ilə azadlıqdan məhrumetmə, həbs, oğurluq və ya məhrumetmənin digər hər hansı bir forması, bunun ardınca isə itkin düşmüş şəxsin azadlıqdan məhrum edilməsinin danılması və ya onun taleyinin və ya yerinin gizli saxlanılması və bununla da, həmin insanın qanunla müdafiəsinin qarşısının alınması kimi izah olunur. Bəs bu konvensiyaya əməl edilirsə, vacibliyi mühümdürsə, niyə o qədər Qarabağ qaçqınlarına bu konvensiya təsir etmədi, niyə Qarabağ qaçqınlarının vəziyyəti Avropada adi hal kimi qarşılandı? Bu konvensiyanın şərtlərini bu günümüzün hadisələri ilə izah edək, Ukrayna-Rusiya müharibəsində Ukraynadan didərgin düşən qaçqınların halına nədənsə Avropa ölkələrinin canı yandı, amma eyni “can yanma”nı Azərbaycan tərəfinə qarşı görmədik. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra bir sıra beynəlxalq təşkilatlara müraciət etdiyi kimi, BMT-yə də müraciət etdi. 1992-ci ilin martında Azərbaycan bu dövlətin üzvlüyünə qəbul edildi, elə eyni vaxtda da Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi açıldı. Bu da Azərbaycanın BMT tərəfindən tamamilə rəsmi şəkildə tanınması demək idi. Bütün bunlardan sonra Azərbaycan Ermənistan təcavüzləri haqqında BMT-yə müraciət etdi və bu məsələlərin qarşısını almasını təşkilatdan xahiş etdi. BMT regiona nümayəndə heyəti göndərsə də, nümayəndə heyəti burdakı vəziyyətlə BMT-nin baş katibinə məlumat versə də, BMT-nin baş katibi ATƏT-in nizamnamələri xaricində fərqli bir şey etmədi, bu da BMT-nin bu məsələyə soyuq münasibətini açıq-aşkar göstərirdi. 1992-ci ilin 8 mayında Şuşanın ermənilər tərəfindən işğal edilməsi Azərbaycanı yenidən erməni təcavüzü haqqında BMT-yə müraciət etməsinə məcbur etdi. Hadisədən 4 gün sonra BMT Təhlükəsizlik Şurası bu məsələni müzakirəyə qoydu, amma bu müzakirənin nəticəsi yalnızca BMT TŞ-nın baş sədrinin adından bəyanatın yayılması oldu. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin