Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
  1   2   3   4   5   6   7   8   9   ...   22

 
 
 
QARABAĞNAMƏLƏR 
 
MİRZƏ YUSİF QARABAĞİ 
TARİXİ-ŞƏRİF 
 
MİR MEHDİ XƏZANİ 
KİTABİ-TARİXİ-QARABAĞ 
 
RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU 
PƏNAH XAN VƏ İBRAHİM XANIN 
QARABAĞDA HAKİMİYYƏTLƏP VƏ  
O ZAMANIN HADİSƏLƏRİ 
 
İKİNCİ KİTAB 
 
ŞƏRQ-QƏRB 
 
BAKl   2006 
 
5

Bu kitab "Qarabağnamələr. II kitab" (Bakı, Yazıçı, 1991) nəşri əsasında 
təkrar nəşrə hazırlanmışdır
 
 
 
 
 
 
Tərtib edəni:  
Nazim Axundov 
 
Elmi redaktoru:  
Akif Fərzəliyev 
 
 
 
 
947.54-dc22 
AZE 
Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh. 
 
"Qarabağnamələr"in ikinci kitabında Azərbaycanın XIX əsr salnaməçi-
ləri Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin və Rzaqulu bəy 
Mirzə Camal oğlunun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik 
oçerkləri toplanmışdır. 
 
 
 
ISBN10         9952-34-069-9 
ISBN13 978-9952-34-069-3 
 
 
 
 
©  “ŞƏRQ-QƏRB”, 2006 
 
6

TƏRTİBÇİDƏN 
 
 
“Qarabağnamələr”in ikinci kitabına XIX əsrin 60-70-ci illərində 
Qarabağ tarixi haqqında yazılmış aşağıdakı salnamə və materiallar daxil 
edilmişdir: 
Mirzə Yusif Qarabağinin “Tarixi-Safi”, Mir Mehdi Xəzaninin “Kitabi-
tarixi-Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və 
İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” 
əsərləri. 
Müəlliflərdən Mirzə Yusif Qarabaği “Tarixi-Safi”ni və Rzaqulu bəy 
Mirzə Camal oğlu “Pənah xan və  İbrahim xanım Qarabağda 
hakimiyyətləri və o zamanın hadisələri”ni fars dilində, Mir Mehdi Xəzani 
isə “Kitabi-tarixi-Qarabağ”i Azərbaycan dilində yazmışdır. Ana dilində 
yazılan “Qarabağnamə”lər tarixi, coğrafi, etnoqrafik, onomastik 
məlumatlarla yanaşı, XIX əsrin 40-cı illərindən başlayaraq dövrümüzə 
qədər zəngin dil materialı verən abidələrdir. 
“Qarabağnamələr”in ikinci kitabına daxil edilən əsərlərin əlyaz-maları 
aşağıdakı arxiv və fondlardan toplanılmışdır. 
Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərinin farsca yazılmış yeganə 
nüsxəsi Gürcüstan SSR Elmlər Akademiyasının yanında akademik 
S.N.Canaşia adına Dövlət Muzeyi Əlyazmaları Fondunda 195 nömrəli 
şifrlə saxlanılır. 
Mir Mehdi Xəzaninin Azərbaycan dilində yazılmış “Kitabi-tarixi-
Qarabağ” əsərinin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd 
Füzuli adına  Əlyazmaları  İnstitutunda saxlanılan beş  əlyazmasından B-
518 nömrəli nüsxə keyfiyyət etibarilə digər nüsxələrdən yaxşı olduğuna 
görə əsas götürülmüş, naqis olan iki vərəq başqa əlyazmadan alınmışdır. 
 
7

Rza qulu bəy Mirzə Camal oğlunun “Pənah xan və  İbrahim xanın 
Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”  əsərinin Qarabağ 
tarixi barədə farsca yazılmış 162 səhifəlik  əlyazması Azərbaycan Milli 
Elmlər Akademiyasının Məhəmməd Füzuli adına  Əlyazmaları 
İnstitutunda B-470 şifrlə mühafizə olunur. Müəllifin etiraf etdiyi kimi o, 
atası Mirzə Camalın “Qarabağ tarixi”ni xülasə etmişdir. Rzaqulu bəy 
atasının yazdığı tarixə bir neçə  dəyərli  əlavələr etdiyindən burada çap 
olunmasını məqsədəuyğun bildik. 
Bir küll halında “Qarabağnamələr” yalnız adi tarixi salnamələr 
deyildir. Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq 
abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı  şəxsiyyətlərinə, adət-
ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş 
vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq. 
  
 
8

 
 
 
 
 
 
 
 
 
 
MİRZƏ YUSİF QARABAĞİ 
TARİXİ-SAFİ 
  
 
9

MİRZƏ YUSİF QARABAĞİ VƏ ONUN 
“TARİXİ-SAFİ” ƏSƏRİ
*
 
XIX esrin salnaməçilərindən olan Mirze Yusif Qarabağinin (1798-1864) 
Rusiya-İran münasibətlərinin (1800-1828) və Azərbaycan tarixinin müəyyən 
səhifələrini öyrənmək nöqteyi-nəzərindən qiymətli mənbələrdən birini təşkil 
eden “Tarixi-Safi” əsəri fars dilində yazılmışdır və heləlik bizə onun yeganə bir 
nüsxəsi məlumdur
1
. Mirzə Yusif Nersesov ədəbiyyatımızda hələ XX əsrin birinci 
rübündən bəlli olsa da
2
, onun “Tarixi-Safi” əsəri  əsrimizin otuzuncu illərində 
belə tarixçilərimizə  bəlli deyildi
3
. Bu əser haqqında bizə ilk məlumat verən 
Mirzə Yusif Qarabağinin tərcümeyi-halını tedqiq edən Əli Əjdər Səidzadədir. O 
zaman bu əsəri şəxsən görməmiş olan Ə.Ə.Səidzadə “Tarixi-Safi”nin bizə gəlib 
çatmadığı ehtimalında idi
4
. “SSRİ-də tarix elminin tarixinə dair oçerkləri”ə daxil 
olan Azərbaycan tarixşünashğına həsr olunmuş məqalədə isə bu əsərin ancaq adı 
çəkilir, yanlış olaraq, əsərin yazıhş tarixi XIX esrin birinci yarısına aid edilir
5

“Tarixi-Safi”nin mündəricəsi haqqında çox müxtəsər də olsa, ilk məlumata 
biz “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” adlı  məqaledə  və 
həmin məqale müəlliflərinin iştirakı ilə yazılmış “XIX əsrdə  və XX əsrin 
əvvəllərində Azərbaycanda tarix elminin inkişafı” adlı  əsərdə rast gəlirik
6

Yuxarıda adları  çəkilən her iki əsərdə müəlliflər Mirzə Yusifin müxtəsər 
tərcümeyi-halını verdikdən sonra “Tarixi-Safi”nin qısa məzmunundan danışırlar. 
“Tarixi-Safi” müəllifi Mirzə Yusif 1798-ci ildə Qarabağ mahalının Hadrut 
kəndində anadan olmuşdur. Onun atası Nerses Cənubi Azerbaycanın  Əhər 
şəhərindən idi. O, İran hökmdarlarının ermənilərə münasibətindən narazı qaldığı 
üçün Qarabağa köç-müşdü
7
. Mirzə Yusif öz əsərinin müqəddiməsində hələ uşaq 
ikən Qarabağdan “Qızıl- 
                                                 
* Məqalə  Əli Hüseynzadənin “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” (Bakı, 
1967) əsərindən götürülmüşdür (seh.88-102). 
1  
Gürcüstan SSR EA yanında akademik S.N.Canaşia adına Dövlət Muzeyi Əlyazmaları Fondu, 
inv.195; bu əlyazmanın fotosurəti Azərbaycan SSR EA TİEA, inv.2251. 
2  
S.Mümtaz. Azərbaycan ədəbiyyatı, sayı 2, Molla Pənah Vaqif, Bakı, 1925. 
3  
Q.İmanov. Вопросы историографии Азербайджана. Наука в АССР за 15 лет, Баку, 1936, 
səh. 163. 
      4
  А.А.Сеидзаде.  Мирза  Юсиф  Нерсесов  (Шушинский). “Известия  Азербайджанского 
Филиала Академии Наук СССР”, 1942, №9, səh. 10-11. 
5   
Очерки истории исторической науки в СССР, I cild, Мoskva, 1955, səh.643. 

  А.Н.Гулиев,  И.М.Гасанов.  Историческая  наука  в  Азербайджане  во  второй  половине 
XIX   в., Аzərbaycan SSR ЕА Tarix İnstitunun əsərləri, XIII cild, Ваkı,  1958, səh.236; Ə.N.Quliyev, 
İ.М.Нəsənov, 1.V.Striqunov. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda 
Tarix elminin inkişafı, Bakı, 1960. 
7
  А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушинский). “Известия Азербайджанского 
Филиала Академии Наук СССР”, 1942, №9, səh.12. 
 10

baş vilayətinə” (görünür, Cənubi Azerbaycana. - Ə.H.) aparıldığını qeyd edirsə də, bunun 
səbəbini izah etmir
1

Ə.Ə.Səidzadə bu məsələdən bəhs edərkən Mirzə Yusif Qarabağinin 8-9 yaşlarında 
ikən talan məqsədilə Qarabağa soxulan qarətçilər tərəfindən  əsir edilib aparıldığını  və 
digər  əsirlər sırasında  İran  şahına təqdim olunduğunu göstərir
2
. Mirzə Yusifin özünün 
etirafına görə, o, 18 il İranda  Əmirxan sərdarın
3
 yanında qalaraq, farscanı mükəmmıl 
öyrənmişdi. O, bir müddət divanxana katibliyi vəzifəsində  işləmiş, vaxtının müəyyən 
hissəsini də tarixə dair əsərlər mütaliəsinə sərf etmişdir
4

1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Mirzə Yusif öz doğma 
vətəni olan Qarabağa qayıdır
5
  və bir müddət müəllimliklə  məşğul olur
6
.  İranda 
müsəlmanlığı  qəbul etmiş Mirzə Yusif Qarabağa qayıtdıqdan sonra mitropolit Baqdasar 
Həsən Cəlalyanın təkidi ilə yenidən xristianlığı qəbul edir
7

Mirzə Yusifin dediyinə görə o, 1854-cü ildə Kaspi və  Şimali Dağıstan ölkələrinin 
komandanı general-leytenant knyaz Qriqori Orbelianinin yanında xidmətə girmiş
8
  və 
mütərcimlik etmişdir. Rusiya hərbi komandanlığı ilə  Şamil arasında aparılan yazışmada 
Mirzə Yusifin yaxından iştirak etdiyi ehtimal olunur
9

Mirzə Yusif Dağıstanda işlədiyi dövrdə Teymurxan-Şurada (Buynakskda) Vaqif və 
onun müasirlərinin əsərlərindən ibarət bir ədəbi məcmuə də çap etdirmişdir
10
. Dağıstanda 
üçillik xidmətdən sonra Qarabağa qayıdan Mirzə Yusif yenə  də müəllimliklə  məşğul 
olmuş və 1864-cü ildə öz vətənində vəfat etmişdir
11

Mirzə Yusif əsərin müqəddiməsində öz əsərini “Tarixi-Safi” adlandırmasının səbəbi 
haqqında yazır: “Mən bir zaman köhnə və yeni Əhd (yəni İncil) kimi müqəddəs kitabların 
mütaliəsilə məşğul oldum. Onları tamamilə öyrəndim. Tarix kitablarında təəssübkəşlikdən 
doğan bəzi uyğunsuzluqları gördüm. Yalan xəbərləri eşitdim. Bəzi dostların xahişi və 
göstərişi ilə artıq təriflərdən və yalan xəbərlərdən təmiz və saf bir 
 

Mirzə Yusif Qarabaği. Tarixi-Safi, vər.2a (fotosurəti), TİEA, inv.2225. 

А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушинский). “Известия Aзербайджанского 
Филиала Академии Наук СССР”, 1942, №9, səh.12. 
3
  Əmir xan Sərdar Fətəli  şahın qayınatası, naibüssəltənə Abbas Mirzənin babasıdır. Abbas 
Mirzənin tanınmış sərkərdələrindən olub, hicri 1242 (1826-1827)-ci ildə Rusiya-İran müharibəsində 
Şəmkirdə öldürülmüşdür (bax: Rzaqulu Hidayət. Rövzət-üs-səfa, IX cild). 
4
 Tarixi-Safi, vər.2a. 
5
 А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушинский). Известия Азербайджанского 
Филиала Академии Наук  СССР», 1942, №9, səh.12. 
6
 Yenə orada, səh.13. 
7
 Yenə orada. 
8
 Tarixi-Safi, vər.3a. 

А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушинский). “Известия Азербайджанского  
Филиала Академии Наук СССР”, 1942, №9, səh.13. 
10
Kitabi-məcmuəyi-divani-Vaqif və digər müasirin. Teymur-xan-Şura, 1856. 
11 
А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушинский). “Известия Азербайджанского 
Филиала Академии Наук СССР”, 1942, №9, səh.17.  
 11

tarix yazmaq qərarına gəldim. Bu məqsədlə bir sıra kitabları nəzərdən keçirdim. 
Həqiqətin saxtalaşdırıldığını gördüm. Ona görə  də Asiya xanlarının, Qafqazda 
fəaliyyət göstərmiş böyük adamların  əhvalatından və Qafqazın qüdrətli Rusiya 
dövləti tərkibinə daxil olmasından bəhs edən bir tarix yazmaq fikrinə düşdüm”. 
Gənc yaşlarından tarix həvəskarı olan Mirzə Yusif özünün dediyinə görə, bu 
tarixi yazmazdan əvvəl qədim dini-tarixi kitabları  əsaslı surətdə öyrənmişdir. 
Qafqazın Rusiya ilə birləşdirilməsi prosesində bir çox hadiselərin şəxsən şahidi 
olan və  bəzi hadisələrin gedişini etibarlı adamlardan eşidən müəllif öz əsərini 
yazarkən fars və erməni dillərində bir çox əsərlərdən istifadə etdiyini qeyd edir. 
Lakin konkret olaraq o, Tövrat, İncil və  Zəburdan başqa ayrı müqəddəs 
kitabların, təfsirlərin adını çəkmir. Bu üç dini kitabdan başqa müəllif hələ İranda 
olduğu dövrdən etibarən bir çox tarixi əsərlərin mütaliəsilə  məşğul olduğunu, 
əsərlərin adını göstərmədən ümumi surətdə qeyd edir. 
Mətndə erməni tarixçisi M.Çamçiyandan
1
 və Mirzə Mehdi xandan
2
 başqa heç 
bir müəllifin adı çəkilmir. Müəllifin dediyinə görə, o hələ İranda olduğu zaman 
“Tarixi-Safi”ni yazmaq fikrinə düşür. Lakin məişətdə qarşısına çıxan çətinlik 
üzündən o bu arzusunu həyata keçirə bilmir
3
. Yalnız knyaz Qriqori Orbelianinin 
yanında xidmətə girdikdən sonra, onun tapşırığı  və knyaz D.Georqadzenin 
yardımı ilə
4
 Mirzə Yusif öz əsərini yazmağa başlayır. O, 1855-ci ildə  əsərini 
bitirir
5

 
 
1
Klerikal-feodal erməni millətçiliyinin fanatik nümayəndələrinden olan Mikael Çamçiyan 
(XVIII) mürtəce bir tarixçidir. 1784-1786-cı illərdə çap edilmiş üç böyük cilddən ibarət “Ermənistan 
tarixi”ndə müəllifin əsas məqsədi - bəşəriyyətin ilk dəfə Ermənistan ərazisində meydana gəldiyini və 
İncildə  təsvir edilən bütün hadisələrin burada cərəyan etdiyini isbat etməkdən ibarətdir.”Müəllifin 
mürtəcə görüşləri üzündən Çamçiyanın “Tarixi” öz elmi mahiyyətinə görə, çox 
aşağı  səviyyədədir”. “Müəllifin klerikalizmi “tarix”in, demək olar ki, bütün səhifələrində özünü 
göstərir”. Л.С.Хачикян.Историография («Очерки истории исторической науки в СССР” I cild, 
Moskva, 1955, səh.261-262. 
2
 Mirzə  Məhəmməd Mehdi xan Astarabadi-Nadir şah  Əfşarın  şəxsi katibi (münşisi) və saray 
tarixçisi olmuşdur. Böyük dilşünas olan Mirzə Mehdi xanın “Sənglax” adlı özbək-fars dilləri lüğəti 
məşhurdur. 1747-ci ildə yazdığı “Tarixi-Nadiri” (Nadirin tarixi) adlı əsərində Mirzə Mehdi xan əsas 
etibarilə Nadirin müharibələrini və  qəhrəmanlığını  təsvirə çalışmışdır. Nadir dövründə Zaqafqaziya 
ölkələrinin siyasi tarixini öyrənmək nöqteyi-nəzərindən bu əsər çox əhəmiyyətlidir.Müəllifin bundan 
başqa Nadir dövrünə aid rəsmi vəsiqələrin – fərmanların və məktubların surətindən ibarət “İnşa” adlı 
digər bir mühüm əsəri də vardır (bax: И.П.Петрушевский.  Очерки  по  истории  феодальных 
отношений, səh.13, 40-41). 
3
 Tarixi-Safш, vər.3a. 
4
 Yenə orada. 
5
 Əsərin bitməsi tarixini müəllif aşağıdakı beytdэ ifadэ etmişdir: 
Rəqəm bəsaləş ki biiştibah betarix  
Safi şödэm namegah.  
Bu beytin son misrasının rəqəmlərlə ifadəsində 1855-ci il verilir (Tarixi-Safi, 4a). 
 
 12

 Mən bu tarixin müəllifı kiçik bəndə Mirzə Yusif Qarabaği uşaqlıqdan 
Qarabağdan Qızılbaş vilayətinə gedərək orada sərdar Əmir xanın yanında 18 il 
qalıb, onların dilini mükəmməl surətdə öyrəndim
1*
. Bir müddət divanxanada 
yazı  işləri ilə  məşğul olub, öz vaxtımı tarix və qayda-qanunlar, səyahətlər 
haqqında kitab oxumağa sərf etdim. Hər tayfa və millət ilə əlaqəyə girib onların 
adət və ənənələri ilə tanış oldum. 
Hicri 1244 (1828)-cü ilində qüdrətli Rus dövləti iranlılar ilə ikinci dəfə sülh 
müqaviləsi bağladı. 
Mən İran vilayətindən öz vətənim olan Qarabağa gəldim. Calallı və kəramətli 
rus çarı birinci Nikolay Pavloviç çox mərhəmətli və xeyirxah olduğu üçün heç 
kəsin əqidə və inamına toxunmur, ölkə idarə etmek işi ilə əlaqəsi olmayıb, böyük 
Allahın  əmrinə aid olan din və  şəriət işlərinə qarışmırdı. O heç kəsin tərəfini 
saxlamır və heç kəsə ədavət bəsləmirdi. O bütün tayfaları və Adəm övladını bir 
qayda ilə yola verir və onlar ilə eyni cür rəftar edirdi. 
Mən bir neçə müddət qədim və  təzə müqəddəs ruhani kitablarını  (İncil, 
Tövrat, Zəbur) oxumaqla məşğul olub onlar ilə də lazımi qədər tanış oldum. Bir 
çox tarix kitablarında fərqlər, dolaşıqlar və  tərəfgirlik görüb yalan, uydurma 
sözlər eşitdiyim üçün bəzi dostlarımın xahişilə mübaliğə  və yalandan azad bir 
kitab yazmaq qəranına gəldim. Hər fənnə və elm sahəsinə baxdımsa o sahədə bir 
əsər və ya bir kitab yazıldığını gördüm. Buna görə  mən də Asiya xanları  və 
Qafqazda olan böyüklərin tarixini, habelə bu ölkələrin qüdrətli Rus dövləti 
ixtiyarına necə keçdiyini təsvir etməyə çalışdım. Bu müharibələrin bəzilerində 
özüm iştirak edib, bir çox hadisələri öz gözlərimlə görmüş, bəzilərini mötəbər 
adamlardan eşitmiş  və bir hissəsini də ermənicə  və qeyri kitablardan istifadə 
edib, həqiqəti meydana çıxarmağa cəhd etdim. 
İzah etdiyim hadisə silsiləsinin qırılmaması  və sözün gözəlliyinin itməməsi 
üçün keçmiş  şəxslərin  əhvalından da sonrakı tarixçilərin verdiyi məlumata 
müvafiq şəkildə bəhs etdim, hamı rəğbətlə oxusun deyə, bu tarixi xoş üslub və 
fars dilinin gözəl ibarələri ilə yazdım. 
 
 
 
 
 
 
 
 
                                                 
*
 
1
 
Əsər farscadan sərbəst tərcümə olunmuşdur. - N.A. 
 
 
 13

Adəm  əyyamından başlayaraq,  İsa Məsihinin peyğəmbərliyinə  qədər bir 
tarixi müxtəsər yazdım
1*
 ki, hər məsələni izah etmək asan olsun, dolaşıqlıq və 
təhriflər aradan qalxıb hamı ondan istifadə edə bilsin. Bununla belə maddi 
vəziyyətin çətinliyi üzündən məqsədə çatmaq yolu bağlı olub zəmanənin pisliyi 
ilə  bəxtimin kəmliyindən bu arzumu və dostların xahişini həyata keçirməkdə 
ləngidim. Çünki zəmanənin haqq adamların ziddinə olduğu ağıllı  şəxslərə 
bəllidir. 
Bir neçə vaxt istirahət etmədən bu fıkir ilə yaşadım. Nəhayət, zəmanənin 
zülmü aradan qalxdı, işlər düzəldi və qüdrət sahibləri üçün işləməyə imkan 
yarandı. 
1854 miladi, 1271 hicri ilində iradəli və  tədbir sahibi, böyük və kiçik işləri 
qaydaya salan, gözəl  əxlaq sahibi, lütfkar, nəcib nəsildən olan, yüksək calallı 
fərmandar, Kaspi dənizi ətrafının və Şimali Dağıstan qoşunlarının başçısı, şahlar 
şahının mərhəmət və iltifatına layiq olan general-leytenant knyaz Qriqori 
Orbelianinin icazəsi ilə onun hüzuruna gəlib yanında yazı  işləri üzrə  vəzifəyə 
daxil oldum və onun buyuruğuna görə həmin bu kitabı yazmağa başladım. 
Misilsiz vəzir, qılmc və  qələm sahibi olan, biliklər müəllimi cənab knyaz 
Dmitri Davidoviç Curcazinin tədbiri və köməkliyi ilə bu kitabı yazıb onun mədhi 
ilə qurtardım. 
Bu kiçik töhfəmi böyük utancaqlıqla qarışqanın Süleymana verdiyi bir töhfə 
kimi, o ədalət işığı ilə nurlanmış Q.Orbelianiyə təqdim etdim. 
 
 
 
 
 
 
 
 
 
  
                                                 
1
*
 
Əsərin əfsanəvi tarix xarakteri daşıyan və Qarabağa dəxli olmayan hissəsi ixtisar edilmişdir.
 
 
 14

GƏNCƏ VƏ GƏNCƏ XANLARININ 
ƏSİL-NƏSƏBLƏRİ HAQQINDA
1
 
İstər qədim dövrdə, istər monqolların istilası zamanında və istərsə də səlcuq 
və türkmən sultanlarının hakimiyyəti dövründə, Gəncədə həmişə böyük xanlar və 
bəylərbəyilər oturmuşlar. Amma Səfəvilər dövründə  Şah Abbas Gəncədə 
abadlığın binasını qoyduğu üçün orada çox vaxt Qacar Ziyadoğlunun xanları 
hökmranlıq edir və Qarabağın da ixtiyarı onların  əlində idi. Ziyadoğlu xanları 
həmişə  Səfəvi dövlətinə havadar və sadiq olmuşlar. Buna görə  də  fərman və 
yazılarda onları böyük əmirlər  əmiri, Gəncə  və Qarabağın bəylərbəyisi, Qacar 
Ziyadoğlunun müsahibi kimi adlandırırlar. Tiflis və  Gəncə  sərhədi olan 
Sığnaqdan Xudafərin-Araz körpüsünə kimi bütün ərazi həmin xanların 
ixtiyarında idi. Onlar bəzi vaxtlar hətta Tiflisdə  də hökmdarlıq etmişlər. Hicri 
1148 (1736)-ci ildə, İran şahı seçmək üçün Muğan səhrasında çağırılmış böyük 
qurultaya Nadir şahın  əmr və  fərmanı ilə  hər bir ölkədən camaat toplanmışdı. 
Gəncə xanları isə Nadir şah dövlətinin tərkibinə daxil olmağa razı deyildilər və 
hətta kütləni də təbliğ edirdilər ki, Səfəvi övladlarından başqa heç kimi şahlığa 
seç-məsinlər. 
Buna görə də qəzəbli və kinli Nadir şah səltənətə keçdikdən və müstəqil şah 
olduqdan sonra dərhal Gəncə xanlarını  məhv etmək qərarına gəldi və get-gedə 
onların səlahiyyətlərini  əlindən aldı, sonra Qazax və Borçalı ellərinin ixtiyarını 
da onlardan alıb Gürcüstan valisinə verdi.Nadir şah Qarabağ ellərindən ibarət 
olan Cavanşirlilər, Otuzikililər və  Kəbirlilərin Xorasana köçürülməsi haqqında 
əmr verdi. Qarabağın Xəmsə mahalındakı Çiləbörd, Xaçın, Talış, Vərəndə, 
Dizaq mahallarına ermənilərdən məliklər təyin etdi və onlara əmr verdi ki, heç 
vaxt heç kəsin  əmrinə tabe olmasınlar, özlərinin lazımi  şikayətlərini birbaşa 
padşaha yetirsinlər. Buna görə  də  Gəncə xanlarının səlahiyyətləri  əllərindən 
alındı və get-gedə onlar zəifləşdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
1
 Söhbət Mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyindən gedir. 
 15

QARABAĞIN XƏMSƏ MAHALLARI VƏ XƏMSƏ 
MƏLİKLƏRİNİN ƏSİLLƏRİ HAQQINDA 
 
Qarabağ Taxtaqapısının beş mahalının  əhalisi tamamilə xaçpə-rəst 
olub, Xəmsə adı ilə məşhurdur. Bu mahallar aşağıdakılardır: 
Birinci, Dizaq mahalıdır ki, uzunu Əkərə çayı  və Kültəpədən 
başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat dağına kimidir. 
Bu mahalın torpağı çox məhsuldardır. Burada yaxşı pambıq, çəltik, ipək 
və taxıl yetişdirilir. Araz çayı boyunca bir neçə böyük şəhər var idi. 
Həmin  şəhərlər dağılmış  və indi onların ancaq xarabalıqları qalmışdır. 
Onların məlikləri keçmişdə Rumdan gəlmişdir. Bunlardan Məlik Yegan 
adlı bir şəxs Nadir şahın yanında böyük hörmətə  və ehtirama malik 
olmuşdur və onu babalıq şah adlandırmışdılar. 
Əhvalat belə olmuşdur: qış fəslində Nadir şahın ordusu Muğanda idi. 
Bir gün Nadir şah Məlik Yeganı öz yanına çağırıb imtahan üçün ondan 
göbələk istədi. O da baş üstə deyib şahın yanından getdi. Əyanlar və 
kəndxudalar ona dedilər ki, nə üçün şahın bu çətin tələbini qəbul etdin. 
Məgər ilin bu vaxtında göbələk tapılarmı? Məlik Yegan isə cavabında 
dedi: “Bu sizin işiniz deyil, necə cavab verəcəyimi özüm bilirəm”. 
Beləliklə o, bir neçə gündən sonra şahın qulluğuna gedib dedi: 
- Sizin əmrinizə görə  mən dağlara adam göndərdim, lakin göbə-lək 
bitən yerləri indi qar basdığından göbələk tapmaq mümkün olmamışdır. 
Nadir şah Məlik Yeganın belə itaətkar olduğunu görüb çox xoşu gəldi 
və dedi: “Babamsan, babam. Mən də bilirdim ki, bu mövsümdə göbələk 
olmaz, ancaq sizin nə dərəcədə ağıllı və itaətkar olmağınızı yoxlayırdım”. 
Həmin gündən sonra onu baba çağırmağa başladılar. 
Məlik Yegan Nadir şah dövründə Qarabağın başqa məliklərinə 
nisbətən vəzifə etibarilə böyük hörmətə malik olmuşdu. O bəzi vaxt-lar 
isə bütün mahallarm vəkilliyini də aparmışdır. Onun təmiz və doğruçu 
adam olması haqqında belə nağıl edirlər: bir gün Nadir şahm arvadı da öz 
iltifatım göstərmək üçün Məlik Yeganın arvadmı qonaq çağırır. Məlik 
Yeganm arvadı  şahm hərəmxanasma gəlir.  Şahın mət-bəxində hörmətli 
qonaqlar üçün hazırlanmış cürbəcür xörəklər Məlik 
 
  
 16

Yeganın arvadı üçün də hazırlanır. Xörək hazır olandan sonra onu 
yeməyə  dəvət edirlər. Məlik Yeganın arvadı isə bu təklifə cavab olaraq 
demişdi ki, bu gün pəhriz saxladığına görə yeyə bilməyəcək. Bu sözdən 
sonra onun etiqadlı  və dindar olması  şaha daha çox xoş  gəlmiş  və ona 
hədiyyə verilməsini əmr etmişdir. 
İkinci, Vərəndə mahalıdır ki, o, Kirs dağından başlayaraq  Əli-baba 
düzənliyinə  qədər uzanır. Eni Kirs dağından  Şuşakənd çayına və 
Xəlifəliyə  qədərdir. Bu ərazi çox gəlirli və  məhsuldardır. Burada buğda 
və başqa dənli bitkilər yaxşı yetişir. Adları qeyd olan yerlərin məlikləri 
Göycə və Zivə kəndlərindən gəlib Çanaqçı kəndində məskən salmışlar və 
get-gedə oranın adlı-sanlı adamları olmuşlar. Bu məliklər çox zaman 
Vərəndə mahalı  məlikliyinin işi ilə  də  məşğul olmuşlar. Onlar Məlik 
Şahnəzərlilər adı ilə  məşhurdurlar. Hərçənd məliklik üstündə onların 
övladları arasında çəkişmə və ziddiyyət vardı, amma onlardan hər birinin 
özü üçün çalışdığı aydın idi. Hətta Nadir şah onlardan Mirzəbəy adında 
bir məliki müqəssir bilib onu boğazından asdırmışdı. 
Bir müddət məlik mənsəbliyi başqalarının  əlində idi. Sonra isə yenə 
də  məliklik  Şahnəzərin övladına yetişdi. Məlik  Şahnəzər çox varlı  və 
dövlətli idi. Məlik  Şahnəzər Qarabağ xanlıqları dövründə onlara çox 
xidmət göstərmişdir. Buna görə də böyük hörmətə malik idi. Pənah xan 
da yenicə hökmranlığa başlamışdı və pula böyük ehtiyacı var idi. Məlik 
Şahnəzər bu vaxt Pənah xana yaxından kömək etmiş  və onun lazımi 
maddi ehtiyacını ödəmişdi. 
O həmişə öz oğlu Məlik Cəmşid ilə xanlara qulluq etmiş  və onların 
hörmətini qazanmışdı. 
Hətta Məlik  Şahnəzər işin və  vəziyyətin yaxşılaşması xatirinə  qızı 
Hürzad xanımı  Pənah xanın oğlu  İbrahim xana ərə verdi. Beləliklə  də, 
onların arasında yaxınlıq və qohumluq yarandı. Deyilənə görə, Pənah 
xanın hakimiyyətinin ilk günlərindən birində  Məlik  Şahnəzər onun 
yanına gedib demişdi ki, fikir çəkmə, yeddi il sənin qoşununu köhnə darı 
ilə saxlaram. 
Hazırda Məlik  Şahnəzərin övladları sağdırlar. Rusiya hakimiyyəti 
zamanında da onlar böyük hörmət sahibi idilər. 
Üçüncü, Xaçın mahalıdır, eni Qarqar çayından başlayıb Qabartıda 
qurtarır. Uzunu Qırxqız və Mıxtökən dağından Bayat meşəsinə 
 
  
 17

qədərdir. Bura da keyfiyytcə Vərəndədən yaxşı olmasa da buğda və sair 
məhsulları boldur.Bəzi yerlərində  çəltik də yetişdirilir. Bu yerlərin çoxu 
meşəlik və  cəngəllikdir- Deyilənə görə, Xaçında vaxtilə kiçik bir qala 
olmuş, adına Hetrak qalası demişlər.  İndi isə bu qala kiçik bir kənd 
halında qamaqdadır. Bu kəndin məlikləri qədimdə  Həsən Cəlalovların 
övladlarından olmuşlar. Onların hakimiyyəti bitdikdən sonra Pənah 
xanım dövründə Xndzristandan Məlik Mirzə xan adlı bir nəfər Pənah 
xana göstərdiyi xidmət və  sədaqətinə görə onun tərəfindən məlik təyin 
olunmuşdur. Bu məlikin övladları da məlik olmuş və bu vəzifədə xidmət 
göstərmişlər. Rusiyanın hakimliyi dövründə onların axırıncı məliki Məlik 
Qəhrəman idi. 
Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan 
başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və 
Qabartı çayından Tərtər çayına qədərdir. Burada toxumluq buğda və 
başqa taxıl məhsulu yaxşı yetişdirilir. Bunların məlikləri vaxtilə 
Məğavizdən gəlmişlər və burada məliklik etməyə başlamışlar. Bu 
məlikliyin  əhalisi cəsurluqda və  qəhrəmanlıqda məşhur olmuşdur. 
Buranın  ərazisinin böyük bir hissəsi meşəlikdən və keçilməz yerlərdən 
ibarətdir. Garmırx adlanan məşhur qala da buradadır. Bu qala olduqca 
möhkəmdir. Məliklər həmişə bu qalada yaşamış, igidlik və  rəşadət 
göstəmıişlər. Öz qəhrəmanlığı ilə  məşhur olan həmin məliklərdən biri 
Nəlik Allahqulu idi. Allahqulu Nadir şah dövründə onun xidmətində 
olub,  Abdulla paşa Köprülü oğlu sərəsgər ilə müharibədə böyük rəşadət 
göstərmişdir. Bu səbəbə görə də o, Nadir şahın əmrinə görə Məİik deyil, 
Sultan Allahqulu çağırılmış, böyük nüfuza malik olmuşdur. 
Beşinci, Talış mahalıdr. Bu mahalın uzunluğu Murov və Gülüstani-
İrəm dağından, Kürün kənarına qədər, eni isə  Tərtər çayından Gorana 
qədərdir. Buranın torpağı çox münbitdir. Burada taxıl və sair dənli 
məhsul yaxşı  əmələ  gəlir. Bunların məlikləri  əslən  şirvanlı olub, Talış 
kəndində  məskən salmışlar. Bunlar Bəylərovlar adı ilə  məşhurdurlar. 
Onların övladlarından bir neçəsi də məliklik vəzifəsini daşımışdır. 
Nəhayət, böyük məlik Usub Gülüstan qalasını  zəbt edərək orada 
yerləşmişdir! Onların övladları hazırda Rusiya hakimiyyəti dövründə də 
böyük nüfuza malikdirlər 
 
 18

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin