İRANDA FƏTƏLİ ŞAHIN ŞAH OLMAĞINI VƏ
İBRAHİM XAN İLƏ MACƏRASINI BƏYAN EDƏR
Belə ki, Fətəli şaha Baba xan sərdar derlər idi, Ağa Məhəmməd şahın
tərəfındən Fars məmləkətində və Şirazda vali idi
2
. Elə ki şahın Qarabağda Şuşa
qalasında məqtul olmaq xəbərin eşitdi, oradan təcili-tamam ilə ilqar edib Tehran
şəhərinə gəldi və oradan xəzinəyə və əsbabi-padşahlığa malik və mütəsərrif olub
məsnədi-şahlıqda mütəməkkin olub, övrəngi-səltənətdə cülus qılıb, kəmali-
istiqrar və istiqlal ilə əyləşdi. Bu tərəfdən Sadıx xan Şəqaqi ki, Şuşa qalasından
fərar edib getmişdi, o da Azərbaycanda vilayəti sahibsiz görüb, başına külli
.
1
Bəli, dünya belədir ki, gah izzətli olur, gah tikanlı, Adam oynadan dünya, belə oyunlardan çox
edir.
2
Fətəli şah (1797-1834) Ağa Məhəmməd şahın bacısı oğlu idi. Şah Fətəli xanı özünün sələfi
adlandırmışdı
170
cəmiyyət yığıb Tehranı müsəxxər eləmək və öz zaval evlərini xilas edib
gətirmək əzmində və Fətəli şahla cəng və rəzminə İraq səmtinə hərəkət elədi. O
tərəfdən Fətəli şah xəbərdar olub, müqabilə gəlib, dava oldu. Sadıx xan tabi
müqavimət gətirməyib, şikəst oldu və vilayətdən fərari düşüb, tərki-vətən qıldı.
Bəd əz an Fətəli şah istiqlali-tamam ilə təxti-səltənətində əyləşib İranda şah oldu
və İbrahim xan yanına kamali-hörmət ilə elçi göndərib Ağa Məhəmməd şahın
nəşini istəyib və İbrahim xanı dəxi öz itaətinə dəvət elədi. Çün Qarabağ vilayəti
necə ki, qeyd oldu, bir para səbəblər ilə müddəti qoşunkeşlik və aclıq və taun və
sair əqsami-inqilab və iğtişaşə görə və ətraf xəvaninləri dəxi qaldırıb ədavətlər
izhar etməklərinə binaən mərhum İbrahim xan müdara etməyi məsləhət bilib,
münazilə məqamına gəlmədən və buradan Ağa Məhəmməd şahın nəşini ezaz və
ehtiram ilə Tehrana rəvanə edib və bir para xoşayənd peyğamlar dəxi ilqa elədi.
Çün Fətəli şah İbrahim xanın bu cür rəftarlığını və rəviyyə-güzarlığını mülahizə
etdi, xoşhal olub, bunu yaxşı qarşıladı. Xanın göndərdiyi adamlarına tamam
ənam və xələtlər verib qaytardı. İbrahim xana dəxi xələt və şəmşir və Qarabağın
hökumət fərmanını və əlavə Qaradağ vilayətinin tamam mədaxilini yazıb,
göndərib və binayi-qohumluq dəxi təmənna eyləmişdi ki, hər iki tərəf xatircəm
olmaq üçün İbrahim xanın əzizeyi-mükərrəmeyi-səbiyyəsi Ağa Bəyim ağanı dəxi
mənim hərəmxaneyi-şahanəmə layiq görsün ki, bizə banuyi-hərəm olsun. Pəs
mərhum İbrahim xan dəxi məsləhət və məşvərətdən sonra Ağa Bəyim ağanı
Fətəli şaha əqd və nikah edib və bir oğlu Əbülfət xanı ki, o vaxtda Əbülfət ağa
idi, yolladı şahın hüzuruna ki, orada daim şah hüzurunda ola. Fətəli şah dəxi
İbrahim xanın qızı Ağa Bəyim ağanı özünə banuyi-hərəm elədi və Əbülfət ağaya
dəxi xanlıq ləqəbi qoyub, pərvəriş elədi və özünü əmir-ülüməra qılıb öz məclisi-
xassına mərhəm elədi və son dərəcə izzət və hörmətlər edərdi ki, məşhuri-İran
idi. Hər il dəxi İbrahim xana xələt və qılınc və qızıl irəsbablı at və sair sovqat və
hədiyyə-lər Fətəli şahın tərəfindən gəlirdi və oğlu Məhəmmədhəsən ağaya dəxi
əlavə xələt və ənamlar göndərirdi. Əlavə, Qaradağın tamam mədaxilini həm
İbrahim xana vermişdi ki, onun ola və Qarabağ dəxi küllən özünün xalisəsi idi.
171
ON BEŞİNCİ FƏSİL
RUSİYA QOŞUNU DÜBARƏ QAFQAZIN
BU TƏRƏFİNƏ GƏLMƏYİN VƏ
GÜRCÜSTANA MALİK OLUB, ƏLAVƏ
CAR VƏ BALAKƏNİ ALMAĞIN VƏ
VAQE OLAN VƏQAYEYİ-BƏYAN EDƏR
Çün yuxarıda mərğum və məzkur oldu ki, Ağa Məhəmməd şah əvvəlinci
gəlib Qarabağa və Tiflis şəhərini yandırıb və qarət edib getdi. Haman hadisədən
sonra vali İrakli xan dəxi Gürcüstan torpağına gəlməyib, iki il keçənədək vəfat
etdi və böyük oğlu Georgi xanı dualadılar, yerində vali oldu və qardaşları dəxi
ona dürüst itaət etməyib, təmərrud başladılar. İran dövlətində dəxi Ağa
Məhəmməd şah məqtul olub, Fətəli şah məsnədi-səltənətə cülus qılıb, istiqlal
buldu. Vali Georgi xan bir tərəfdən Rumdan və bir tərəfdən İrandan, bir tərəfdən
Dağıstandan və bir tərəfdən qardaşlarının yağı olduqlarından vahimə edib,
dübarə bir ərizeyi-niyazməndanə yazıb, öz böyük oğlu Davud Mirzəni şahənşahi-
əzəm və imperaturi-əfkəm cənab Pavel Petroviçin astani-behiyyəsinə irsal etdi.
Bu kəlamat ilə ki, bu qədər xaric məzhəblər miyanında tənha qalmışam və hər
saatda bir kimsədən ehtiyat etməkdən cana gəlmişəm. Güzəran və istirahətimiz
haram olub və Ağa Məhəmməd şahdan haqqımızda olan zülm və cəfalar həm
hamılara məlum və aşkardır. Övlad və ixvanım hamısı mənə yağı və düşmən
olublar. Diriliyimiz bəsi düşvardır. Ona görə padşahani-aləmyan və imperator
cahandan xahişimiz oldur ki, riayəti-namus, məzhəb və millət edib, inayət və
mərhəmətləri dərmandələr haqqında şamil ola və bizləri himayət etmək ilə
düşmənlər dəfıni vəcheyi-hümmət qıla. Pəs Gürcüstanın seçilmiş, nəcib olan
tavadlarından eşikağası baş Kərsəvan bəyi ki, knyaz Çavçavadze məşhurdur və
irəlicə dəxi padşahi-aləmpənah, astani-şərafət bünyanında məruf idi. Davud
Mirzənin əqəbincə imperatori-əfxəm dərgahına mərsul və rəvanə etdi. Pəs
padşahi-aləmpənahın mərhəməti cuşa gəlib, bir polk qoşun ilə general-mayor
Lazarevi təyin edib göndərdi ki, mühafızəti-hüdudi-Gürcüstanda ehtimami-
tamam əmələ gətirsin və ştatski sovetnik Kovalenskini həm ministr təyin etdi ki,
Gürcüstan valisinin yanında otursun. Bir az müddət keçmiş, mərğum və
172
məzkur olan üməralar qoşun ilə gəlib Tiflisə varid oldular. Bir il ondan
keçəndə Ümmə xan Dağıstani, hakimi-Avar iyirmi min Dağıstan qoşunu
ilə vali üstə gəldi. Bu əzmə ki, çün vali Rusiya qoşununa pənah gətirib və
hüquqi-rəfaqəti-qədimini xatirdən götürüblər və gedib Rusiyanı
Gürcüstandan xaric edərək və Gürcüstan vilayətini və Tiflisi irəliki kimi
xarab və tarac qılıram. Elə ki vali bu əhvalı istina etdi, əz bəski, Ağa
Məhəmməd şahın hadisəsindən və qabaqlar ləzgilərin etdikləri
vaqiələrdən xofnak olmuşdu ki, bu xəbərlərdən çox vahimə edib, çox
pərişan olub, qorxuya düşdü və əhaliyi-Tiflis dəxi vəhşətlər edib fərar
etmək əzm eylədilər. Hər birisi hifzi-bədəni lazım bilib bir diyara qaçmaq
fikrinə düşdülər və general Lazarev nə qədər onlara nəsihətlər və
xatircəmliklər verdisə, fayda etməyib, əhaliyi-şəhər qəflət və
kəmetiqadlıq ilə ona bavər edib mültəfit olmazdılar və nə qədər səy və
cəhd edirdisə, əsla iltifat qılmazdılar. Zira ki, şul zamanədək Rusiya
qoşununun zəfər əsərli olan hünərləri imtahan və təcrübə olmamışdı və
bu diyarın əhlləri onların rəşadət və nizamına müşahidə qılmamışdı.
General bu əhvalı anlayıb Tiflisdə car etdirdi ki, siz əhaliyi-şəhər və
vilayət nahaq yerə məkanınızdan fərar olmayın və əbəs-bica yerə cəlayi-
vətən ixtiyar qılmayın, sakit və asudə yerinizdə oturun, ta mən özüm
məxsus öz qoşunu ilə onların müqabilinə gedirəm və Ümmə xan və
qoşuni-Dağıstan ilə cəng və savaş edərəm. Hərgah qalib oldum fiha ül-
mətlub və ila məğlub olsam və ya onlardan qaçsam, ondan sonra siz də
fərar edərsiniz. Və hansı canibə istərsiniz gedərsiniz.
Pəs əhaliyi-Tiflis bu qissələri istima etdikdən sonra filcümlə aram
buldular. Və bu kəlamatı ağılları qəbul edib təsdiq qıldılar. Pəs general-
məzbur qoşuni-mənsuri fərahəm edib Ümmə xanın müqabilinə çıxdı və
gedib Səğrəlu kəndinin altında və Qabırrı çayının üstündə axşamçağı
təlaqiyi-fəriqin vaqe olub əsakiri-Dağıstan baxıb gördülər ki, urus qoşunu
bir cəmdir. Nəzərlərinə az və çox həqir və zəlil gəlib təəccüblər edib və
heyrətlər qılardılar ki, bir az cəmiyyəti ilə bunlar necə cəng və dəvaye
cürət edirlər və bu gunə uzaq yolları gəlib məmalik hərasətinə iqdam
qılırlar. Pəs hər iki tərəf barinüzül açıb düşdülər və çadırlar tikib
əyləşdilər. Ləzgiyyə qoşunlarının sərkərdələrindən bəziləri dedilər:
“Axşamın xeyrindən isə sabahın şərri yaxşıdır”. Amma Ümmə xanın özü
və bir para sərkərdələr dedilər ki:
173
Çe danəd kəsi qeyri-pərvərdigar,
Ke fərda çe bazi konəd ruzigar.
(Tanrıdan başqa kim bilir ki, ruzigar sabah nə oyun çıxaracaq).
Səlah budur ki, haman bu halda dava başlayıb bu az camaatı tüfəng və
tömeyi-tiğ və tüfəng edib ortadan götürək və ondan Tiflisi qarət və zəbt etməyə
gedək. Pəs Ümmə xan nisfı-ləşkərinə müqərrər etdi ki, generalın qoşununu əhatə
edib aralığa alsınlar, onların dörd ətrafını negini-ənguştər kimi tutub, tənk
mühasirəyə alsınlar. Ləşkəri-Dağıstan bu hökmə əməl etdilər. General əhvala
nəzər edib haman dəm müqərrər etdi ki, atəşbar olan əjdəhadəm toplara od
qoysunlar və rəşid olan nüsrətli soldatlar “uray” çəkib onlara həmlə qılsınlar.
Dağıstanlılar bir vaxt baxdılar ki, aləmi dəryayi-atəş tutub başlar havaya bülənd
oldu və leşlər tökülüb qanları səhranın rəngin qıldı. Filfövr tabi-müqavimət
gətirməyib fərarı qərara ixtiyar qıldılar və əhvali-macəranı gəlib Ümmə xana hali
və bəyan eylədilər. Onlar bu müqəddiməni eşitdikdə qayətdə xofnak və pərişan
olub, təqrir etdilər ki, sabah tezdən bunları zirü zibər edirik. Bu qisas əvəzin alıb
ondan Gürcüstana müvaxizəsinə gedirik.
Əgər ma bemərdi nəyarim nam,
Bavəd in koləh bər səre-ma həram
1
.
General ki, onları fərar edən gördü, ləşkər zəfər əsgərin götürüb, onların
əqəbincə rəvanə olub özlərini onların sığınağına yetirib həməlati mərdanə və
sədəmati-dəliranə ilə onların cəmiyyətlərini dağıdıb bərhəm etdilər. Hərçənd
Ümmə xan və sair sərkərdələr səy və cəhd etdilər ki, o vəhşi xislətləri təskin
edələr və mərdanəlik rəsmilə meydani-cəngə gedələr, heç fayda etməyib. Çünki
Rusiyanın əvvəlinci sədəmati-zəhrə şikafından qayətdə xofnak olmuşdular. Dəxi
durmayıb haman ki, axşam qaranlığı araya gəldi, ləzgiyyə üzü qaralıq edib
atlarına minib fərar etdilər və ta Gəncə torpağınadək heç mənzildə durmayıb,
”Eyn əl-məfəru”
2
söylədilər. Xəyalları bu imiş ki, oradan keçib Qarabağa
gəlsinlər və qışı burada qalıb, yaz mövsümü olanda vətənlərinə azim olsunlar. O
da olmadı və dağlar çox
1
Əgər biz kişi adımızı doğrultmasaq, bu papaq bizim başımıza haram olsun.
2
Eyni yol ilə” (ərəb.)
174
qar olduğu səbəbə geri getmək də müyəssər olmayıb, əhaliyi-Gəncə həm o qədər
azlıq ilə onlara hücumvər olub, bir paraların məqtul etdilər. Axır ləzgiyyə yüz
min məşəqqət ilə Car tərəfində qışlaq edib, əyləndilər. Haman o qışda Ümmə xan
dəxi orada vəfat etdi. Aparıb Carın məscidində dəfn edib dübarə təziyəsində
məhzun və pərişan oldular və rus generalı-məzkur dəxi haman dəm Tiflisə
adamlar göndərib əhval və güzarişatı elan etdi. Amma Gürcüstanda əsla buna
kimsənə inanmazdı və etibar edib bavər qılmazdı. Hətta məqtul olan ləzgiyyənin
başlarından bir neçəsini dəxi göndərmişdi. Yenə heç kəs inanmayıb xatircəm
olmadılar ta ki, bu neçə gündən sonra generali-mənsur və müzəffər (Lazarev)
gəlib yetişdi və ehtiramı-tamam ilə daxili-Tiflis olub, əhali-şəhər şadyanəliklər
eylədilər və tamam Gürcüstan əhli və sairlər Rusiya qoşununun hünər və rəşa-
dətinə müqərr və qail oldular. Ondan sonra generalın hörməti və qoşunun şöhrəti
məşhuri-miyan və məzkuri-billisan oldu. Bəd əz an vəli Georgi xan bir il zində
qaldı. Ondan qış mövsümündə idi ki, 1215-ci il səneyi-islamiyyə tarixində
rəhmətliyə getdi
1
. Pəs onun vəfatından sonra qardaşları Kartilidən çoxlu qoşun
görürüb gəldilər ki, Tiflisdə böyük qardaşları İvan Mirzəni
2
vali və sahibi-ixtiyar
qılsınlar. Elə ki Tiflisdən Yuxarı Bucan
3
kəndinə gəlib yetişdilər, general
Tiflisdən qoşununu götürüb onların müqabilinə getdi və orada dava başlayıb
onları ta Başıaçığadək fərari etdi. Ondan qayıdıb şəhri-Tiflisə valinin böyük oğlu
Davud Mirzəni valilikdə əmani qoydu, ta bahar fəslinədək. Bu sayaq ilə keçib
yaz açılanda, general adyunfantar Knorrinq ki, Liniyada sakin idi, mənsəbinə
dəxi inspektor derlər idi. Tiflisə gəldi və divanxana binası qoydu və dörd nəfər
tavad-zadələrdən
4
müntəxəb edib divanbəyliyə mənsub etdi ki, zərur olan
mühümmat və ərizələr orada qət olunsun. Həmin general Lazarevin mərifəti ilə
özü yenə dalı müraciət qıldı. Bir il dəxi bu qərar ilə dolandı. Bundan sonra
sərdari-əzəm knyaz... İşpextur Sisianov
5
Qafqazın bu tərəfındə olan vilayətlərə
sərdari-sahib ixtiyar olub,
1
Hicri 1215-ci il miladi 1800-cü ilə təsadüf edir. Bu ilin dekabr ayının 28-də
gürcü hakimi XII Georgi ölmüşdür.
2
Yulon nəzərdə tutulur
3
Mirzə Adıgözəl bəy bu kəndin adını Habucala kimi göstərir (Qarabağnamə,səh.96).
4
Tavad - gürcücə knyaz deməkdir
5
Şpuxter, yəni inspektor. Azərbaycanın bəzi yerlərində Sisianovu bu adla çağırmışdılar (bax:
Əhmədbəy Cavanşir, göstərilən əsəri, səh.43).
175
gəldi
1
. Quberniya əsbabını özü ilə gətirib Tiflisdə divanxanələr açdı. Elə ki
valizadələr o vaxtda hamısı Gürcüstanda idilər. Bu cürə binaları görəndə şöylə
ümurata razı olmayıb, keçən əsrlərin zabitlərini təmənna etdilər və bu xüsusda
fasad olan xəyallara və kasıb olan əfallara başladılar. Hərçənd sərdar Sisianov
onlara mülayim nəsihətlər etdisə, onlar qəbul etmədilər və rahat və fəraqət yol
getmədilər. Axırül-əmr sərdar baxdı ki, mövizə və nəsihət onlara əsər eləməz.
Ondan tamamini zor ilə Rusetə rəvanə elədi. O cümlədən, valinin övrəti dəxi
getməkdən təmərrüd və təkəhül edirdi. Sərdar Sisianov general Lazarevi onun
yanına göndərdi ki, mövizə və nəsihət ilə onu bu əmrə razı etsin. General dəxi
gedib, ona nə qədər nəsihət və mehriban olan məvaizlər elədi, qəbul etməyib və
gizlincə bir xəncər çəkib, generalı qətlə yetirdi. Elə ki sərdar bu müqəddimatı
mülahizə etdi, haman dəm əmr qıldı ki, onu da cəbr və qəhr ilə sair valizadələrə
qoşub aparsınlar. Dəxi şöylə yolladı ki, valizadələrdən o diyarlarda bir dəyyar
qalmadı. Çün Gürcüstan məsələlərində filcümlə, fərağət hasil oldu və hər
cəhətdən xatircəmlik əmələ gəldi. Əzbəs ki, Car və Balakənin ləzgiləri, vali
əsirləri kimi Gürcüstanın ətraflarından qarət etmək və adam tutub aparmaqdan əl
çəkməzdilər. Haman vaxt, Gürcüstan əhlinə zəhmətlər və qarətlər yetirirdilər.
Sərdar əvvəl onlara nəsihətamiz kağızlar və hökmlər yazdı ki, keçən zamanlar
vali zəmanlan idi və xudasərlik idi. İndi padşahi-aləmpənah dövlətidir. Bu cür
hərəkati-nalayiq yola getməz. Gərəkdir ki, bu növ nalayiq əməlləri tərk qılasınız
və xələf işlərdən mütəqaid olasınız ki, axırda səməri-nidamət və cəzası xəsarət
olur. Hərçənd bu barədə təkrar etdisə, onlar əl çəkmədilər və adətlərini tərk
qılmadılar. Aqibətül-əmr bir cüzvi ləşkər götürüb onların tənbehi nəsbül-eyn
zəmiri-himmət qılıb səmti Dağıstana üz tutub yollandı. Elə ki ləzgiyyədə bu
əhvalı eşitdilər, qoşun cəm edib, gəlib Qanıq çayının yanında xeymələr tikib,
müntəziri-müharibə oldular. Məqsədləri bu idi ki, Rusiya qoşununun Car
torpağına daxil olmasına mane olub, qovsunlar. Amma bilməzdilər ki atəşi-
suzanə xari-xuşk mane ola bilməz, torpaq və qum böyük selə tab gətirməz.
Çün Rusiya ləşkəri Qanıq çayına yetişdi, orada üzbəüz dava düşdü. Haman
ləhzə Qanıqda şahbaz kimi ləzgiyyenin cəmiyyətlərini pərakəndə edib və çaydan
keçib, ta Balakən torpağınadək onlardan bir
1
Sisianov 1803-cü ilin fevralından Gürcüstanı idarə etməyə başlamışdır
176
əsər qoymadılar. Balakən dəxi onların bərk olan məkanı və möhkəm olan
hasarı idi. Oranı türreyi-xubani-tatar tək tarü mar edib, onlara yaxşı bir
qulaqburması və tənbeh verdilər ki, bir də Gürcüstandan əsir və qarət
etməyi cürət etməsinlər, əvvəlki kimi müxalifət və bietidarlıq təriqinə
getməsinlər. Ondan Car torpağında dəxi qoşun təyin edib, general-mayor
knyaz Orbelianovu və general-mayor Qulyakovu sərkərdəlik əmrinə
mənsub elədi ki, əgər birdən bir də ləzgiyyədən bir hərəkəti xəlaf sadir
olsa və yenə dübarə əsəri-şərarət onlardan zühur qılsa, mane olub,
qoymasınlar və özü dəxi oradan müraciət edib daxili Gürcüstan oldu.
ON ALTINCI FƏSİL
SƏRDAR KNYAZ SİSİANOVUN QƏHR VƏ
QƏLƏBƏ İLƏ GƏNCƏNİ ALMAĞIN VƏ
GƏNCƏ HAKİMİ CAVAD XANI, OĞLUNU
MƏQTUL EDİB, ŞƏHRİ-GƏNCƏNİ
QƏTLİ-AMM QILMASINI BƏYAN EDƏR
Çün sərdar Sisianov Car və Balakən sövbindən qayıdıb Gürcüstana
gəldi. Gəncə hakimi Cavad xanı itaətə götürməyi nəsbül-eyn himmət
qıldı. Əvvəl bir kağız yazıb, Cavad xana təklif etdi ki, itaəti-dövləti-
behiyyeyi-Rusiyanı qəbul qılsın. Təriqi-tüğyan, üsyan və müxalifəti tərk
edib müti və münqad olsun ki, bu dövlət əbədi müddət müxalifətindən
xəsarətdən qeyri, bir səmərə gəlməz. Ədavət, qeyrəz, nədamət bir bəhrə
görməz. Cavad xan şöylə nəsayeh və möizə qəbul etməyib haman vaxt
Qızılbaşiyə dövlətinə şaiq və mail idi. Bir Məhəmmədhüseyn xan adlı,
adı Sərdar, amma qoşunu yox, bir xan dəxi, Fətəli şah yollamışdı ki,
Gəncə qalasında Cavad xanın yanında ola. Buyurmuşdu ki, 5 min qoşun
Azərbaycan vilayətlərində onun üstünə və ixtiyarına cəm olalar ki, Gəncə
qalasını mühafizə edib, Cavad xana kömək olalar. O, dəxi orada var idi.
Amma qoşun hazır olmamışdı. Hənuz bir kimsə, onun təhti ixtiyarına
gəlməmişdi. Cavad xan sərdar Sisianovun kağızına məğruranə cavablar
deyib, itaət etməzdi. Kusi-müxalifəti-bülənd avaz edib rast yola getməzdi.
Buna görə sərdar knyaz İşpextor Sisianov səneyi-məsihiyyə 1803-cü
tarixdə ilin əvaxirində ki, Ramazan idi cuyuyişi-bəhri xüruş ilə o
177
səmtə hərəkət edib, Gürcüstandan və Qazax Şəmsəddinlidən süvarilər cəm edib
və soldatı dəxi götürüb cəmiyyəti-şayani ilə Gəncə üstə gəldi. Cavad xan dəxi
fərahəm ləşkər edib, müqabilə əzm qıldı. Gəncənin iki verstliyində vaqe olan
Quru-qobuda təlaqiyi-əsgəreyi və iştiali-nəvayiri-şurişin əmələ gəlib Cavad xan
yaxşı mərdanəlik ilə savaş edib, axır tabi-müqavimət göstərməyib, qayıdıb
Gəncənin qalasına daxil oldu. Bənaye-qaladarlıq qoyub, ixtiyari-təhəssün qıldı.
Pəs Rusiya qoşunu gəlib, qəleyi-Ərkin dörd ətrafını əhatə edib, şəhər və qalanı
təngnayi-mühasirəyə saldılar. Çün onlar bir aya yavuq mühasirədə qaldılar.
Cavad xan və o Məhəmmədhüseyn xan nə qədər gözlədilər ki, bəlkə Qızılbaşiyə
tərəfindən bir kömək gələ, olmayıb, axır Ramazanın 30-cu gecəsi ki, sabahı
bayram idi - fıtir idi sərdar əmr eyləyib, qoşun qalaya yürüş etdi. Nərdivanlar
tərtib edib, iki yerdən bayıra qalxdılar. Cavad xan dəxi rəşadət birlə süud
edənləri həməlati-mərdanə və sədəmati dəliranə ilə rəf və dəf edirdi. Axır ki,
mayor Lisaneviçin bir gülləsi ilə (Cavad xan) baruyi-həyatından sərazir oldu.
Dəxi Hüseynqulu ağa adlı bir oğlu da, orada qətlə yetişdi. Pəs soldatlar haman
saat dörd tərəfdən hücum edib, daxili-Ərk oldular
1
. O bayram gününü onlara
qara edib, müddəti-üç saat tamam, o şəhərdə xalqı kütləvi şəkildə qırdılar. Bir
növ ki, süknayi-bigünahların xuni-nahaqları ilə şəhərin səhrayi-vəsnül - fəzası
laləzar və türfeyi-gülzar oldu. Üç saatdan sonra sərdar qadağan qıldı ki, dəxi
səfəki-dəmadan əl götürüb, giriftar olanları hüzura gətirsinlər. Xalqı qaladan
kənara çıxarıb, qalanı xalqdan təmizləsinlər, haman Məhəmmədhüseyn xan
məzbur ki, Qızılbaşdan gəlmişdi, odun anbarında gizlənib, oradan uzun saqqalını
qırxıb, erməni övrətlərinin içində çölə çıxıb, 4 günə Gəncədən Şuşa qalasına
gəlmişdi. Pəs rus sərdarının təbarükül hökmündən sonra əhaliyi-şəhrin əyalını
şəhər və Cavad xanın övlad və ətfalını məscidə apardılar. Sonra məsciddən dəxi
çıxarıb, aparıb bir qeyri evdə üstlərində qarovul təyin etdilər. Bəd əz an sərdar
orada divanxana və komendant təyin edib və əhli-vilayətə ümid və təsəllilər
verib, ondan Gürcüstan vilayətinə müraciət qıldı. Həqiqətən bu cür qala almaq və
bütöv qətli-am olunmaq Çingiz xan qoşunundan və Teymurləng zamanından
sonra bu vilayətlərdə və bu məmalikdə görülməmişdi. Ona görə bu tərəflərin
xalqına Rusiya qoşunundan çox əzim xoflar və vəhşətlər hasil oldu. Mail və
raqib olanlar dəxi rub və istibad qıldı.
1
Gəncə ruslar tərəfindən 1804-cü il yanvarın 3-də tutulmuşdur
178
.
ON YEDDİNCİ FƏSİL
SƏRDAR SİSİANOVUN İRƏVAN SÖVBİNƏ
HƏRƏKƏT ETMƏYİN VƏ ORADA FƏTƏLİ
ŞAH VƏ NAİBÜSSƏLTƏNƏ ABBAS MİRZƏ
GƏLİB, DAVALAR OLUB, İRƏVANDAN
Bİ NEYL-MƏRAM QAYIDIB, GÜRCÜSTANA
MÜRACİƏT ETMƏYİN BƏYAN EDƏR
Çün İrəvan hakimi Məhəmməd xan və Naxçıvan hakimi Kəlbəli xan
hər ikisi Fətəli şahdan xaif və harasan var idilər, o səbəbə şahdan qaçıb
İrəvanda sakin olurdular. Oradan 1804-cü ildə hər ikisi sərdar knyaz
Sisianovun hüzuruna elçi və qasid göndərib, sığınacaq təmənnası edib,
öhdəsinə götürmüşdülər ki, hərgah sərdar bu tərəfə təşrif gətirib, bizlərə
kömək və yarlıq edə, biz qəleyi-İrəvanı ona təslim edib və özümüz
dövləti-Rusiyaya itaət edib, xidmətgüzar oluruq. Zira ki, Fətəli şah o
dəmlərdə öz oğlu və vəliəhdi olan naibüs-səltənə Abbas Mirzəni məmur
etmişdi ki, onların tənbehi üçün İrəvan üstə gələ. O da, tədarükdə idi ki,
gəlsin. Lihaza sərdar knyaz Sisianov Gəncə şəhərini zəbt və kütləvi qırğın
və sakit edəndən sonra qayıdıb o qışı Tiflisdə qalıb, yaz açılanda İrəvan
səmtinə hərəkət elədi. Köç bir köç gəlib, ta ki, Üçkilsəyə yetişənədək. O
tərəfdən Abbas Mirzə naibüssəltənə ki, o zamanlarda tifli-Səğir idi, şah
tərəfindən məmur olub, çox sərkərdələr ilə və çoxlu əsgərlərlə İrəvan
üstünə və sərdar Sisianovun müqabilinə gəlməkdə idi. Gəlib yetişib
Üçkilsədə təlaqiyi-fariqin və təqabülü-əsgərin vaqe oldu. Dava düşüb bir
əzim cəngi-sultani baş verdi ki, tez torpağın göyə qalxmasından hər tərəf
və göy üzərində günəşin də rəng və rüxsarı gecə zülməti kimi tirə və tar
oldu. Rusiya əsgərləri o günü üç tip olmuşdular. Qızılbaş qoşunu onlara
bir növ həmləvər və bir şiddət ilə hücum avər oldular ki, işıqlı dünya
onların gözlərinə tirə və siyah olub, bir-birlərindən bixəbər oldular. Hər
birisi belə xəyal eylədilər ki, o biri dəstələri məğlub və mənkub ediblər.
Sərasimlik onlara üz verib ta bir vaxtadək ki, toz-torpaq yatıb, hava
açıldı. Rusiyalılar nəzzarə qılıb gördülər ki, məcmusu sağ-salamatdırlar.
Qızılbaş dəxi bu əhvalı gördülər ki, hər nə tələf olubdursa, bunlardan
imiş. Heyrət edib, oradan köçüb, gedib İrəvanın dağ səmtində Kənəkir
adlı məhəllədə ki, bir mömən,
179
müstəhkəm idi, orada düşüb, ordu bazar edib əyləndilər. Sisianov orada qalıb bir
neçə gün istirahət etdi. Vəqti ki, qoşun aram və ağayiş qıldı, ondan qalxıb onların
dalınca və canibə yola düşdülər. İttifaqən axşamçağı idi. Onlara yetişib qəflətən
həmlə elədilər. Qızılbaş ləşkəri bu halı müşahidə edərək, hərasan olub,
sərreşteyi-intizamı buraxıb, qaçdılar. Tamam ordu bazarları cabəca qalıb, tamam
qəni-mətlərini, xeymə və xərgahlarını Rusiya qoşunu ələ keçirdi. Bəd əz an
oradan köçüb İrəvanı mühasirə etmək bina etdilər. Bu əsnada Fətəli şah özü
sipahi-əzim və ləşkəri-kəsir ilə gəlib, Dəvəli nam məhəldə
1
yolboyu Abbas
Mirzəyə birləşib, birlikdə Rusiya qoşunu İrəvanı mühasirə etmiş ikən onları
mühasirə elədilər. Bir növ ilə onları əhatə qıldılar ki, rahi-tərəddüd qət olub
azuqə və başqa ehtiyaclar Rusiya qoşununa heç bir tərəfdən gəlmək məqdur
olmadı. Pəs çarə və güzəran yolunu onlara şöylə məsbud etdilər ki, Gürcüstan
knyazlarından Sisianov ilə o səfərdən həmrah və həmsəfər olanları o girdabdan
qaçmaq istərkən qaçmaq yolu da tapmayıb, Qızılbaş qoşununa düçar və giriftari-
kəməndi üsar olmuşdular.
Bu halda Fətəli şah oradan Pirqulu xan sərdarı, valiyi-Gürcüstan Aleksandr
mirzə ilə Tiflisə yola saldı ki, gedib orada zəbti-vilayətə məşğul olalar. Onlar
dəxi müstəcilən gedib Gürcüstana əzim şurim və inqilab saldılar. Tamam Qazax,
Borçalı ilatını Rusiya dövlətindən rugərdan edib, bircə məhz Tiflis şəhərindən və
Şəmsəddinlidən savayı məcmuən Gürcüstanın ilat və dihatının dönüklük edib,
hətta Başıaçığa gedən valizadələr dəxi qayıdıb gəlib valiyə mülhəd olub, üsyan
və tüğyan təbilini bülənd avaz elədilər. Qarakilsə kəndində bir qəlil soldat var
idi. Kəndin əhli ilə onları dəxi mühasirə etmişdilər. Təngnayi-mühasirədə qalıb,
müddəti-mütəmadi əsarət çəkirdilər. Əlqissə, müqəddimə bu növ olub: Sərdar
Sisianovun qoşunundan azuqə və zəxirə qurtarıb və kəmyab olub. İrəvandan
mayor Kondratovu ki, qara mayor xitab edirdilər, 150 nəfər soldat ilə yola
saldılar. Sisianov məlik Əbu oğlu Rüstəm bəyi dəxi öz təvabeləri ilə onlara
qoşub, göndərdi ki, gedib Gürcüstan tərəfindən zəxirə gətirsinlər. Qızılbaş
qoşunlan xəbərdar olub onların dalınca gedib, üç gün dava-gunan apardılar.
Pəmbəkə vüsal olacaq, valizadələr Pirqulu sərdara elan etdilər ki, üç gün müddəti
bunlar ilə cəng etmişik. Nəinki bun-
1
Qədim adı Dəvəli olan bu şəhərin adını sovet dövründə ermənilər dəyişdirib “Ararat”
qoymuşlar.
180
lar, bəlkə özümüz də cana yetişmişik. Gərəkdir ki, bizə kömək edəsiniz.
Pirqulu sərdar və valizadələr dəxi onların müavinətinə gəldilər. O
camaata mülhəq oldular. Sübh çağından, ta axşamadək müharibə etdilər.
Çox adamlar tələf oldular. Nə qədər ki, mayor zəxmdar olmamışdı,
bazari-girudvar kərimdi, elə ki mayor üç yerdən güllə ilə zəxmdar oldu,
döyüş meydanı söndü, mayor öldü və əsgərlər əzildi və soldatlar
pərakəndə olub, ermənilər dəxi fərar edib bir mağarı özlərinə məlcə və
məskən qıldılar. Axırül-əmr giriftar və əsir oldular. Pəs haman qoşun
oradan qurtarıb qayıdıb Qarakilsəni mühasirə etdilər və orada qübari-fıtnə
və fəsadi-çərxi-fəvvarə yol verdilər. Qubernator Tiflisdən iki yüz araba
zəxirə bir az soldat ilə serdarın qoşununa irsal etdirdi. Onlar dəxi gəlib,
yaylaqda Cığı
1
adlı mənzildə düşdülər. Pəs haman dəm orada sakin olan
ilatlar gəlib onların keçidlərini tutdular. Onlarlın qitalına müntəzir və
mühəyya oldular. Elə ki, o soldatlar übur və çarə yolunu məsdud
gördülər, haman arabaları özlərinə səngər qayırıb oturdular. Bir sürü
qoyun onların əhşamından götürüb, daxili-səngər edib, sərf qıldılar və
məşquli-xudadari və müdafiə oldular. O camaat dəxi nə qədər səy və
ehtimam elədilər, təsxiri səngərlərdən aciz olub, müstəqir qaldılar. Axır
əhvalı Pirqulu sərdara məlum və hali qıldılar. Pirqulu sərdar dəxi tez
hərə-kət edib oraya gəldi. Nə qədər ciddi-cəhd ilə tədbirlər əmələ
gətirdisə, onları və səngəri almaq məqdur və müyəssər olmayıb, aciz
qaldılar. Axırül-əmr zəfər bulmayıb, bineyi-məram, həsrəti-maləkəlam ilə
hirsindən və həyəcandan xəcalət çəkib ağlarmış. Bu əhval Tiflisdə
müntəşir olub, bir general ilə üç yüz soldat və dörd arabada top
göndərdilər ki, təcili-təmam ilə özlərini onların köməyinə yetirsinlər.
Birlikdə o ehtiyatı sərdarın qoşununa gətirsinlər. Çün general məzkur
səngərdə olan qoşuna mülhəq oldu, dəxi bir kimsə cürət edib, səmtlərinə
gəlmədi. Pirqulu sərdar dəxi döyüş meydanına əzm qılmadı. Zəkirəni
səhih və salamat oradan götürüb, Qarakilsəyə yetirdilər. Əlqissə, o
döyüşdə şah özü bir tərəfdən və naibüssəltənə bir tərəfdən, Məhəmməd
xan və Kəlbəli xan dəxi öz əhdlərindən nigül edib, qalanı sərdara
verməyə qoymadılar. Ətraf və əknafı tamam Qızılbaş qoşunu tutub,
mütləqa azuqə və zəkirə gəlməyə qoymadılar. Dəfələrlə davalar olub, hər
iki canibdən çox qoşunlar tələf oldu. Küllü zərərlər hasil buldu. Sərdar
Sisianov baxıb gördü ki, zəxirə
____________________
1
Mirzə Adıgözəl bəy “Qarabağnamə”sində (səh.106) Cılğı kimi göstərilmişdir.
181
gəlmədi, qala dəxi ələ keçmədi, qızdırma və qeyri naxoşluq dəxi qoşuna
tari oldu. Şöylə hal ilə İrəvanda məks etməyi dəxi məsləhət bilməyib, pəs
oradan müraciət edib Qarakilsəyə gəldi. Orada zəxirəni qoşununa təqsim
qıldı. Elə ki Pirqulu xan sərdar və müxalifətçi valizadəgan bu əhval və
ətvan mülahizə qıldılar, xaib və xasib olub naçar öz əşhəbi-müraciəti tez
rəftar edib qayıdıb Gürcüstandan çıxıb, yenə Qızılbaş ordusuna
qoşuldular. Çün Məhəmməd xan İrəvanlı və Kəlbəli xan Naxçıvanlı öz
əhdlərini sındırıb, qalanı sərdara məsdub edib, Qızılbaş qoşununu qalaya
daxil etmişdilər. Naibüssəltənə Kəlbəli xanı məcmu əhli və əyah ilə
köçürüb Tehrana yolladı. Məhəmməd xanın dəxi hökumət və xanlığını
qət edib. Qacar Mehdiqulu xanı İrəvanda hökumət əmrinə mənsub elədi.
Şul əhdü xəyanətin əvəzində xəsarət və nədamətdən qeyri bir səmərə və
mənfəət görmədilər. Əlqissə, sərdari-əzəm knyaz Sisianov elə ki
İrəvandan qayıdıb, qoşun ilə Qarakilsəyə varid oldu, ilati Borçalı və sair
camaat əhaliyü-Gürcüstan ki, dövləti-qəvibünyan Rusiyadan, rukərdan
olub, həvayi-Qızılbaşiyə ilə havalar başlamışdılar. Sərdarın gəlməyini
eşidəndə öz napəsənd əməllərinə binaən xahiş etdilər ki, dəxi
Gürcüstanda durmayıb, köçüb Qarabağa gedələr. Fərarı qərara ixtiyar
edib üstün tutub qədim vətənlərini tərk edələr. Mayor Lisaneviç xəbərdar
olub, Nəsib bəyin ittifaqı ilə gəlib, onlara çox möizələr və xoşagələn
nəsihətlər edib, niyyətlərindən dönməyi dedilər və təsəlli-verici sözlərlə
onları xatircəm edib, qərini aramiş qılıb əyləndilər, ta ki, sərdar
Gürcüstan torpağına varid olub, şul ilat ağalarını izhar edib, onlara bir
para tünd və tələx hədə-qorxular gəldi. Sonra dəxi cəhalət və
nabələdlikləri səbəbinə, təqsiratlarını əfv və güzəşt edib, haman buyurdu
ki, gərək hər nə qədər əmvali-mənhubə ki, Gürcüstandan qarət edib,
aparıbsınız tamamilə öz sahiblərinə qaytarasız. Ondan sonra daxili
Gürcüstan oldu. Bir neçə gün asayişdən sonra Gürcüstanın
kuhnəşinlərindən yağı və tağı olanların istimalına gedib onları qərini-
aramiş və ətraflara asayiş verəndən sonra qayıdıb daxili-şəhri-Tiflis oldu.
Və qış mövsümünü keçirəndən sonra yaz fəslində Gəncəyə gəldi.
182
ON SƏKKİZİNCİ FƏSİL
Dostları ilə paylaş: |