Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 
İBRAHİM XAN VƏ ONUN DAMADI ŞƏKİ 
HAKİMİ SƏLİM XAN GƏNCƏNİN KÜRƏK 
ÇAYINDA SƏRDARİ-ƏZƏM KNYAZ 
SİSİANOV İLƏ MÜLAQAT EDİB VƏ 
MÖHKƏM ƏHDNAMƏ İLƏ RUSİYA 
DÖVLƏTİNƏ İTAƏT ETMƏKLƏRİNİ 
BƏYAN EDƏR 
 
Çün fövqdə məzkur oldu ki, Ağa Məhəmməd şah əvvəl dəfə Qarabağa 
qala üstə gəlib təsxir edə bilməyib, buradan süxtə damaq və qeyzli halda 
gedib, Tiflis şəhərini qarət və xarab edib, çapıb və yandırdı. Ondan sonra 
qayıdıb səhrayi-Muğana və bəd səmti Şiraz və Kirmana getdi. Onun zülm 
və  cəfasına görə Gürcüstan valisi İrakli xan dəxi Rusiya dövlətinə ərizə 
yazıb mədəd istədi. Haman o ildə  İbrahim xan dəxi imperatoriyyə 
Yekaterina hüzuruna elçi və ərizə göndərib, Mazdok və Yelenada sərdar 
olan qraf Qudoviçə izhari-ixlas və itaət eləmişdi. Haman ilin əvaxirində 
cənabi-sərdari-Valerian Zubov qoşuni-külli ilə ki, Şamaxı  səmtinə 
gəlmişdi, onda dəxi oğlu  Əbülfət ağanı Qarabağın neçə  bəyzadələri ilə 
sərdarın yanına göndərib dövləti-behiyyə üçün sədaqət və iradət izhar 
etmişdi. Aralıqda ülfət və  məhəbbət olub taarüf və tühəf və  hədiyyələr 
göndərmişdi. Ondan bir müddət keçmiş imperatoriyyə  vəfat qəziyyəsi 
vaqe olub sərdar Zubov müavidət edib Rusiyaya getmişdi. Onun ayəndəsi 
ili Ağa Məhəmməd  şah dübarə Qarabağa qala üstə  gəlib,  İbrahim xan 
Dağıstan və Balakənə qaçıb, Ağa Məhəmməd şah daxili-qəleyi-Şuşa olub 
və orada qətlə yetişdi. Xan yenə Balakəndən qayıdıb, Qarabağda öz 
hökumət təxtində möhkəmləndi. O ildə valiyi-Dağıstan Ümmə xan ki, 
İbrahim xanın qohumu idi, vəfat etdi. Carın məscidində də dəfn elədilər. 
Haman ildə  Fətəli şah İranda padşah oldu. İbrahim xanın qızını da alıb, 
qohum oldu. Növ-növ hörmət və  nəvazişlər edərdi. Qarabağın hər  şeyi 
özünəməxsus olmaqla bərabər Qaradağ vüayətinin dəxi tamam 
mədaxilini ona vargüzar etmişdi. Bunlar ilə yenə  şul ildə ki, valiyi-
Gürcüstan  İrakli xan vəfat edib, oğlu Georgi xan yerində qalmışdı. 
Qardaşlan ona müxalifət etməkdən 
 
  
 183

və  İran və Rum və Dağıstan  əhlindən xofnak və vahiməli olduğu 
səbəbdən, o da dübarə  ərizə yazıb padşahi-cahanpənah imperaturi-əzəm 
Pavel Petroviç həzrətlərindən kömək təmənnası eləmişdi. Onun xahişinə 
görə general-mayor Lazarevi sərdar edib, qoşun ilə Gürcüstana ki, 
göndərmişdilər, gəlmişdi Tiflisə. İbrahim xan ona dəxi kağız yazıb və elçi 
göndərib, təcdidi-ixlas və izhari-itaət qılmışdı. Çün o da gedib yerinə 
general Kovalenski mənsub olmuşdu. Ona dəxi İbrahim xan dübarə elçi 
göndərib, izhari-dostluq və itaət eləmişdi.  Əlhəqq, general Kovalenski 
dəxi mərhum xanın göndərdiyi adamlarına çox ezazi tamam edib və xana 
dəxi çox töhfələr və sovqatlar göndərib, kəmali-mehribanlıq  əmələ 
gətirmişdi. Ondan sonra ki, sərdari-əzəm Sisianov ki, knyaz Şpuxter 
derlər idi, sərdar olub, Gürcüstana gəldi.  Əz bəs ki, çox qeyrətli və 
şövkətli və sahibi-hörmət və sahibi-cürət idi. Car və Tala ləzgiyyələrinin 
bir para xəlafi-hərəkatına və Cavad xan Gəncə hakiminin cürbəcür 
etirazlarına o da sair sərdarlar kimi mütəhəmmil olmayıb, onlara tənbeh 
və siyasətlər etdi. Necə ki, fövqdə hamısı  məzkur olundu. Gəncə 
şəhərində 1804-cü ildə üç saat tamam səfəki-dima və  təqliam elədi. 
Əgərçi Gürcüstan vilayətini və qeyriləri mütməin və  qərini asayiş  və 
aram elədi. Amma fılvaqe bu növ qala alınmaq və  qətliam olunmaq 
Çingiz xan qoşunundan və Teymurləng zamanından sonra bu vilayətlərdə 
görülməmişdi. O səbəbə bu ətrafın xəlayiqinə Rusiya qoşunundan çox 
xof və dəşhət və qorxu hasil oldu. 
Əlqissə, sərdar Sisianov bir dəfə mayor Starikovu Gəncədən mərhum 
İbrahim xanın yanına elçi göndərib, padşahi-mərhəmətdar, daimül-qərar 
Rusiyaya itaət dəvət eləmişdi. Xan dəxi mayora çox ezaz və hörmətlər 
edib, demişdi ki, mən keçən illərdə öz xalis olan səmimi-qəlbim və 
rizayi-xatirim ilə imperaturi-üzma Yekaterina həzrətlərinə  və qraf 
Qudoviçə  və  sərdari-sabiq Zubova və Lazarevə sözlər verib, dövləti-
daimül-qərara ixlasi-qaibanə bağlamışam. Ümidvaram ki, ixlasın təğyir 
olmayıb günbəgün ziyadə ola. Bu tövr ilə  qərəzi-kələməti məvədətamiz 
ilə mayoru yola salmışdı. 
Pəs sərdar haman sənə qışı Tiflisdə qalıb, yazda irəvanlı Məhəmməd 
xan və naxçıvanlı  Kəlbəli xan sərdara dil verməkləri səbəbinə, o yazı 
İrəvan üstə getdi. Orada necə ki, məzkur oldu. Fətəli şah və naibüssəltənə 
Abbas Mirzə gəlib, dava və mülaqat olmuşdu. Məhəm- 
 
  
 184

məd xan və Kəlbəli xan dəxi əhdlərindən nikül etmişdilər. Sərdar bineyi-
məram Tiflisə qayıtmışdı. Fətəli  şah və Abbas Mirzə  dəxi Azərbaycan 
sövbinə qayıtmışdı. Pəs sərdari-əzəm knyaz Sisianov gəlib, o qışı da 
Tiflisdə  qışladı. Bahar fəsli olanda Gəncəyə  gəlib, Gəncədən dübarə 
mərhum  İbrahim xana və  şəkili Səlim xana kağız və elçi göndərib hər 
ikisini mülaqat və itaətə təklif etmişdi. Onlar dəxi hər ikisi sərdari-əzəmin 
şahidi-məsulin zivər qəbul ilə  məhəlli edib, İbrahim xan Qarabağdan, 
Səlim xan Şəkidən və knyaz Sisianov Gəncədən gəlib, Kürək çayında 
ittifaqi-mülaqat düşüb mühavirat və traktat vaqe oldu. 
Təfsili-icmal və tövzihi-məqal bu ki, çün sərdari əzəm Sisianov İrəvan 
səfərindən müraciət edib, qışı Tiflis şəhərində idi. Mərhum xan elçi 
göndərib, təvəqqe eləmişdi ki, sərdar Kürək çayına təşrif gətirsin. İbrahim 
xan damadı Səlim xan hakimi Şəki ilə gedib, orada sərdarı görüb, əhd və 
itaəti-dövləti behiyyeyi-Rusiya imperator Aleksandr Pavloviçə itaət 
edələr. Sərdar dəxi vədə vermişdi ki, yaz mövsümü oraya təşrif gətirə ki, 
onlar ilə mülaqat və dər ittifaq hasil ola. Ona görə tarixi məsihiyyə 1805-
ci sənədə olanda may ayında ki, bahar fəsli idi. Sərdar varidi-şəhri Gəncə 
olub, sahəti-Gəncəni zəfəri-ehtişam qıldı. Sonra İbrahim xana və onun 
damadı Səlim xana ki, İbrahim xanın tərəfindən Şəkidə hakimlik əmirinə 
mənsub olmuşdu və onun müavinəti ilə xanlıq və hökumət balışına tikrə 
qılmışdı. Hər ikisinə adamlar göndərib, öz gəlməyini izhar etdikdən sonra 
mücəddədən onları dövlət-aliyeyi-Rusiyanın təcdidi-itaətinə çağırdı və öz 
hökumətlərini rus padşahı vasitəsilə möhkəmləndirməyə  işarə  qıldı. 
Fəlihaza İbrahim xan və böyük oğlu Məhəmmədhəsən ağa və Mehdiqulu 
ağa və Xanlar ağa və Qarabağın təmam ümdə  bəyləri ilə gedib, Səlim 
xanı  dəxi xəbərdar etdilər. O, dəxi  Şəkinin zübdə  bəyzadələri ilə  gəlib, 
ittifaqi-təmam ilə gedib, Kürək çayında sərdari-əzəmi mülaqat etdilər. 
Lazımlı eyş  və bayram və qonaqlıqlar  əmələ  gəlib, işrət və  ləzzət və 
söhbətlər çox vaqe oldu. Aralarında məsləhət və  məşvərət və çox 
müahidat və mühavirat hasil olduqdan sonra bənayi-müsalihə  hər iki 
tərəfdən əhd və iman və şürüt və peyman ilə möhkəm olub, Sərdari əzəm 
knyaz Sisianov əhdnamələr mərqum etdirib, İbrahim xan və Səlim xan o 
əhdnaməni möhür elədilər.  Əlahəzrət imperator əfxəm tərəfindən dəxi 
lazım 
 
  
 185

olan əhd və şərtləri yazıb sərdari-əzəm qol çəkib və dəstxət yazdı
1
. Bəd 
bir-birlərinə çox ezaz və ehtiram və artıq töhfə  və lütfkarlıq göstərib, 
sərdar yaxşı sovqatlar İbrahim xana və Səlim xana və Məhəmmədhəsən 
ağaya və Mehdiqulu ağaya və sair Qarabağın bəylərinə və Şəki bəylərinə 
verib, haman məclisdə general-leytenantlıq mərhum  İbrahim xana və 
şəkili Səlim xana və general-mayorluq Məhəmmədhəsən ağaya və 
Mehdiqulu ağaya və polkovniklik çini Xanlar ağaya sərdari-əzəm vəsatit 
və prisvoit edib imperaturi-əzəm hüzuruna yazdı ki, dörd aydan sonra bu 
iltifatlarının fərmanı və münasib məvacibi-müssəmərri ilə gəlib yetişsin. 
Dəxi haman əhd və  şərtnamədə  də qeyd olunmuşdu ki, İbrahim xan və 
nəslində  nə  qədər ki, varisi vardır sonradan nəsli-imperaturi-əzəm 
tərəfindən Qarabağda tam istiqlaliyyəti olan hakim olalar. Ona görə 
Məhəmmədhəsən ağa ki, İbrahim xandan sonra varisi-Qarabağ idi. Sərdar 
onun özünü və kamalını çox pəsənd eləmişdi və artıq bəyənmişdi. Onun 
ikinci oğlu  Şükrulla ağanı istədi ki, itminan və istihkamı-ümur üçün 
versinlər ki, Gəncə qalasından zaval rəsmi ilə qoşunda qalsın. Hər gündə 
də 10 manat vəchi-nüqrə Rusiya ona məvacib və  vəzifə versin. Bunlar 
hamı məqbul və mərbut olub 11 gün orada bir yerdə olub, bu növ ümurat 
hamı əncam bulub, bəd əz an sərdari-əzəm qayıdıb, Tiflisə getdi. İbrahim 
xan və  Səlim xan dəxi öz vilayətlərinə  gəldi-lər. Dəxi  əhdnamə 
bağlanarkən İbrahim xan və Səlim xan hər ikisi xahiş etdilər ki, hər birinə 
bir dəstə rus qoşunu verilsin ki, topxana ilə gəlib, bizim yanımızda olsun. 
Ona başlanğıc üçün sərdari-valata-bar mayor Lisaneviçi beş yüz soldat ilə 
Qarabağa və  şul qədər qoşun dəxi  Şəkiyə  məmur və  rəvanə edib 
göndərdi. Ondan (sonra) özü qayıdıb Tiflisə, Gürcüstan və Başıaçıq 
vilayətlərinin nizam və işlərinə məşğul oldu. 
 
 
 
 
 
 
 
 
________________ 
 
1 İbrahim xanla Sisianov arasında Kürəkçay kənarında aparılan danışıqlar 14 may 1805-ci ildə 
Qarabağın Rusiya himayəsini qəbul etməsi haqqında müqavilə bağlaması ilə  nəticələndi.  Şəki xanı 
Səlim xan isə Sisianovla 21 may 1805-ci ildə Şəkinin Rusiya himayəsini qəbul etməsi müqaviləsini 
imzaladılar. 
 186

ON DOQQUZUNCU FƏSİL 
 
PAREYİ-SƏBƏBLƏR Kİ, FƏTƏLİ ŞAHIN 
İBRAHİM XANDAN PƏNCİDƏLİYİNƏ 
BAİS OLDU VƏ ARADA MÜNAZİƏ 
ƏMƏLƏ GƏLDİ. ONLARI BƏYAN EDƏR 
 
Əvvəla, bir səbəb bu idi ki, İbrahim xan tamam ömründə sədaqəti-qəlb 
və ixlasi-kamil ilə İran şahına müti olmadı. Səmimi-xatir ilə itaət qılmadı. 
İkincisi, İran padşahı Ağa Məhəmməd şah kimi sahibi-İran burada məqtul 
olundu. Dərya xəzinəsi bu yerdə batdı ki, onun müqabilində Qarabağdan 
və Qarabağın xanı İbrahim xandan İran dövlətinə onda bir və mində bir 
qədər xeyir hasil olmadı. Bəlkə hər zaman zəhmət və qəramətlər yetişdi. 
Salisən  İbrahim xan bir vasitə  və dostrəs tapan vaxtda bitəvəqqüf və 
ehmal Rusiya dövlətinə qayibanə ixlas bəsləyib, heç bir mərhəmət o 
dövlətdən hənuz görməmiş, ona meyil və  rəğbət göstərmişdi. Onu da 
anlayıb və bilmişdilər. Dördüncüsü, Fətəli şahın vaqedə mərhum İbrahim 
xana görə qayətdə çox məhəbbət və  mərhəməti var idi ki, onun qızı 
Ağabəyim ağanı öz hərəmxanasında banuyi-hərəm eləmişdi. Oğlu 
Əbülfət xanı öz hüzurunda tərbiyə edib, əzizləmiş  və möhtərəm qılıb, 
müqərrübül-Xaqan və  əmirül-ümərayi-İran və  məsahib və  mərhəmi  şah 
eləmişdi. Qarabağ vilayətindən heç bir zərrə və bir dinar tama və təvəqqə 
etməyib,  əlavə Qaradağ vilayətinin təmam mədaxilini  İbrahim xana 
vagüzar etmişdi. Bundan masava yenə  hər ildə o ki lazımdır, öz 
tərəfindən  əsb və  şəmşir və  xələt və  ənamlar və  mərhəmətlər mərsul 
edərdi. Dəxi Qarabağ  bəylərindən və  əhllərindən hər kimsə ki, onun 
yanına getmişdilər təmamisinə izzət və hörmət və mənsəb və məva-ciblər 
verib, sahibi-ənamına külliyə eləmişdi. Tamam hamı bunlar ilə yenə 
İbrahim xan ona meyli-qəlb etməyib, sədaqəti-kamil ibraz etməzdi. Bir 
dəxi Qarabağın quldurları bir para nadanlığa görə mərhum xandan xəlvət 
gedib quldurluğa, Gəncə şəhərində olan Rusiya qoşununun ərradə və top 
atanlarını qovub gətirmişlərdi.  İbrahim xan xəbərdar olub, o quldurlara 
acığı tutub, əzim basxast onlara elədi. Atları  dəxi cəm etdirib, sərdar 
Sisianov tərəfindən şul zamanda elçiliyə gələn mayor Dimitri Lisaneviçi 
halı edib, o da sərdara məlum etdi. Sərdarın  əmri ilə  Gəncə böyüyü 
polkovnik Gulugin hüzuruna 
 
 187

göndərdi. Amma əgər İran təvabelərinin dərya qarəti Qarabağa gəlsəydi, 
bir həbbə  rədd etməyə meyli olmazdı.  İbrahim xanın dəxi Rusiya 
dövlətinə itaət etməyinə ümdə  səbəblərdən bais bu idi ki, Ağa 
Məhəmməd  şah Qarabağa gələndə, xan tamam övlad və  əqrəbaları  və 
qohumları ilə qaçıb ki, Balakənə getdi. Vilayət təmam əfsurdə və aclıq və 
çox pərişan və xarab oldu. Xalqın çoxu qeyri vilayətlərə dağılıb, 
pərakəndə oldular. İbrahim xan dəxi sonra Dağıstandan və Balakəndən ki, 
qayıdıb gəldi. Camaat hamı müqəşvəş  və  əfsurdə olmuşdu. Övzadan və 
mədaxildən düşüb, dağılanı dağılıb və qalanları  dəxi nimcan və  pərişan 
olmuşdular.  Ətraf vilayətlərin xanları  dəxi ayaqlanıb,  Şəki və  Şirvanın 
xanları və qeyrilər ədavət və düşmənlik başladılar. Xanın calal və şövkəti 
bir az kəsr və qüsur hasil elədi.  Əlavə, xanın özü qoca və müsini 
olmuşdu. Övladı  və  oğlanları  dəxi bir-biri ilə  ədavət başladılar. 
Qarabağda nifaqlıq vaqe olub İbrahim xanın hökmü dürüst cari olmadı. 
Xüsusən bir para şərir adamlar ara-lıqda  şeytanlıq edib, İbrahim xan ilə 
öz böyük oğlu Məhəmmədhəsən ağanın arasına və Mehdiqulu ağa və 
Xanlar ağanın aralarına küdurət və  iğtişaş saldılar.  İbrahim xanı 
Məhəmmədhəsən ağadan dilxor və rəncidə elədilər. Cəbrayıllı tayfası ki, 
Vərəndə mahalında bir böyük eldir və Məhəmmədhəsən ağanın anasının 
qohumları olan ümdə  bəyləri var idilər. Məhəmmədhəsən ağaya itaət 
edib,  İbrahim xanın  əmrinə müti olmadılar. Bu gunə  işlər çox baisi-
küdurət oldu. Hərçənd mərhum xan iradə elədi ki, Mehdiqulu ağa və 
Xanlar ağa ittifaq olub Məhəmmədhəsən ağanın hökmünü və rütbəsini 
aşağı salalar və cəbrayıllı camaatını dəxi bir növ (sakit) edib, ondan kənar 
və uzaq edələr ki, İbrahim xana dürüst müti olalar. Amma Mehdiqulu ağa 
və Xanlar ağa Məhəmmədhəsən ağa ilə bihörmətlik etməyə razı olmadılar 
ki,  İbrahim xan yaşlaşmışdı. Məhəmmədhəsən ağa sayılan və sahibi-
hörmət və sahibi-əql və  rəftar və  fərasətli və kamallı  və sahibi-ədəb və 
adab və qırx yaşına yetmiş və təcrübə etmiş və hamı vilayətlərdən ümdə 
mötəbər və sahibi-tədbir hesab olunan idi. Məhəmmədhəsən ağanın 
vücudu ilə onlar və sair övlad və qeyrə xəlaf hərəkət etməyə məqdur ola 
bilməzdi. Pəs  İbrahim xan, xəlvət oğlu  Əbülfət xana ki, Fətəli  şah 
hüzurunda əmiriül-üməra hesab olmuş idi, adam göndərib və sifariş edib, 
dəvət elədi ki, şahdan mürəxxəs olub Qarabağa gəlsin ki, ona 
məsləhətlərim var. Çünki Fətəli şah dəxi imperaruri-əzəmdən ki, sərdarı 
Tiflisdə idi, ehtiyat 
 
 188

edirdi ki, İbrahim xan Rusiya tərəfinə getməsin. Elçilər və adamlar 
İbrahim xan ilə  sərdarların arasında gəlib-getməyi dəxi eşitmişdilər. 
Fətəli şah Əbülfət xanı beş min qoşun ilə Qarabağa İbrahim xanın yanına 
məmur elədi. Çox giran ənam və  mərhəmətlər ilə ona göndərdi ki, 
İbrahim xanın inaət və köməyinə iqdam edə. Onun hüzurunda vəkil və 
naib kimi olub, dəxil və  təsərrü edənləri, xüsusən Məhəmmədhəsən 
ağanı, bir para Qarabağın bəyzadələri ilə  Fətəli  şahın hüzuruna rəvanə 
edə. Nə  qədər ki, İbrahim xan hali-həyatdadır, onun xidmətində olub, 
Qarabağda heç bir iş  Əbülfət xanın səlah didindən xaric olmaya. Pəs 
Əbülfət xan sərhədi-vilayətə gəlib, Fətəli şahın bu gunə səlahdidin atası 
İbrahim xana hali elədi. Xan dəxi bir para işlərə  və övladından küdurət 
etməyinə görə  əvvəl hər-çənd bu əmrə razı olmaq istədi, amma sonra 
oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağa və Xanlar ağa hər üçü 
ittifaq olub, əzbəski,  Əbülfət xan bir ədna olan övrətdən olmuşdu və 
həmə vaxt Qarabağda olanda Məhəmmədhəsən ağaya və Mehdiqulu 
ağaya nökərlər rəftarı kimi xidmətlər qılmışdı. Onun şöylə  vəkil və 
sahibi-ixtiyar olmağına razı olmayıb,  İbrahim xanı nikul və  təğyir 
elədilər.  Əbülfət xanın dedikləri kəlamatın  əksinə  rəftar və  əməl 
başladılar. Xan dəxi Fətəli  şahın bir para təklifatını xoşagəlməz bilib 
dübarə  Əbülfət xana yazdı ki, qayıtsın və Qarabağ torpağına gəlməsin. 
Əbülfət xan əhvalatı bu növ görəndə bildi ki, tədbirlər qardaşlarınınkıdır. 
Dəxi atasının  əmrini qəbul etməyib iki nəfər xan dəxi,  şahın  əmri ilə 
həmrah götürmüşdü. Beş min dəxi Qızılbaş qoşunu  əmrində idi. Əvvəl 
Qarabağın Zəngəzur və Qapanat mahalatına daxil olub, hər kənddə və hər 
qəryədəki xanın və Məhəmmədhəsən ağanın və Mehdiqulu ağanın və sair 
bəylərin və ağaların darğa və nökərləri var idi çıxarıb və məzul etdi. Özü 
əlavə nökər və darğa kəndlərə qoydu. Tamam məlikləri və kəndxudaları 
hüzuruna cəm edib, xələt və  bərat verib, özünə müti və münqad elədi. 
Qapan və Çuldur və Günay mahallarına tamam malik olub, ta Bərgüşad 
çayınadək mütəsərrüf oldu. Çayda ordu edib oturdu. Hərçənd İbrahim xan 
bu cür hərəkət-lərdən onu mən edib mükərrər adamlar göndərdi ki, bu 
gunə əməlləri tərk etsin və ya qayıdıb getsin və ya mənim yanıma gəlsin. 
Necə  məsləhət desəm,  şöylə eləsin.  Əbülfət xan baxmayıb və qulaq 
asmayıb hökumət iddiasının əlamətlərini zahil eylədi. Bir para bəylərdən 
ki, onun qohumları idilər Mirzə Əlibəyi və Fazil bəyi ki, ümdə bəylər 
 
  
 189

və övlad və  əqrəbaları çox və  İbrahim xanın  əmizadələri və Qarabağ 
vilayətində ümdə  və zübdə hesab olunan şəxslər idi. Hərçənd, zahirən 
xandan, Məhəmmədhəsən ağadan və Mehdiqulu ağadan və Xanlar 
ağadan ehtiyat edib Əbülfət xana aşikar yardım və kömək izhar edə 
bilməzdilər. Amma batinən onun istiqlalına kömək etməyə  və himayət 
etməyə çalışırdılar. Mirzə  Əlibəyin  əmisi qızını  Əbülfət xan alıb övrət 
eləmişdi.  Şuşa qalasında olurdu. Əbülfət xan Bərgüşad mahalında ordu 
eyləyib oturdu. Qarabağın tamam ilat və  kəndlilərini öz yanına dəvət 
edib, ziyadə  məğrurluq başladı. Axır  İbrahim xan oğlanları 
Məhəmmədhəsən ağa və Mehdiqulu ağa hüzurunda qoşun bina edib, 
Əbülfət xana müqabil getməyə  məcbur oldular. İbrahim xan ilə 
Məhəmmədhəsən ağa Dizaq mahalının Tuğ kəndinə gəldilər. Mehdiqulu 
ağa və Xanlar ağa xandan mürəxxəs olub Zəngəzur mahalına tərəf  əzm 
eylədilər. Xanlar ağa öz müqərrəbi və ixtiyarı olan Əhməd ağa ilə 
Qaraçurlu və Hacısamlı kürdlərinin mahalına daxil olub, Mehdiqulu ağa 
dəxi özünün mötəbidi və müqərribləri Rüstəm bəy və  Uğurlu bəy və s. 
rəşid nökərləri ilə  hərəkət etdi. Qasım bəy, Rüstəm bəyin atası ki, bir 
sahibi-tədbir, rəşid və kardan adam idi, Diq və Gorunzur kəndlərində 
olurdu, Əbülfət xana itaət etməmişdi. Mehdiqulu ağanı Diq və Gorunzur 
kəndlərinə daxil edib, üç yüzdən ziyadə tüfəngçi adamlar ilə 
möhkəmləşib möhkəm məkanda oturub və  Xəzzək kəndinin kuxasına 
ümid və  nəvad verib, Əbülfət xandan rukərda edib öz hüzuruna gətirdi. 
Mehdiqulu ağa dəxi Uğurlu bəyi neçə atlı ilə göndərib,  Əbülfət xanın 
Xəzzək kəndində qoyduğu bəyləri tutub, at və əsbablarını alıb və özlərini 
dustaq elədi. Bu xəbərlərdən Əbülfət xan müstərib olub, sürət ilə Dizaq 
mahalına  əzm eylədi. Məqsudu bu oldu ki, İbrahim xanın və 
Məhəmmədhəsən ağanın hənuz cəmiyyətləri güc toplamamış  gəlib Tuğ 
kəndində Məhəmmədhəsən ağanı tutub və İbrahim xanı dəxi bidəxil edib, 
gəlib Şuşa qalasına daxil ola. Əcəb batil fıkirlər və biəsl xəyallar eləmişdi 
ki, heç ola bilməzdi. Ol vaxtda İbrahim xanın və Məhəmmədhəsən ağanın 
yanında ancaq iki yüz nəfər atlı və piyadə ola bilərdi. Pareyi-bəylər dəxi 
onların hüzurunda var idilər ki, zahirən orada idilər. Amma batinən 
Əbülfət xanı istəyən idilər. Şayət Əbülfət xana dəxi onlar elam etmiş ola 
idilər ki, burada İbrahim xanın və Məhəmmədhəsən ağanın cəmiyyətləri 
kəm və özləri bixəbər və xatircəmdirlər. Gəlmək münasibdir. Və illa 
Əbülfət xandan bu gunə 
 
 190

hərəkəti və ağılı qəbul etməz idilər. Əlqissə, bu əhval məlum olan kimi 
İbrahim xan və  Məhəmmədhəsən ağa Mehdiqulu ağaya ki, Zəngəzur 
mahalında olurdu, kağız yazıb, təcili-təmam ilə istədilər ki, dörd-beş yüz 
atlı  və piyada o səmtlərdən cəm edib, iki günədək buraya Tuğ  kəndinə 
gəlməyəsiniz, işlər xarab olur. Qızılbaş qoşunu və Əbülfət xan Qarabağa 
və  Şuşa qalasına təsəllüd tapacaqdır. Hətta Qasım bəy və  oğlu Rüstəm 
bəy mərdanəlik edib və sədaqət göstərib, Xanlar ağa dəxi öz ixtiyarında 
olan Hacısamlı  və Sultanlı xalqının atlı  və piyadəsin cəm edib, 
Mehdiqulu ağa və Qasım bəy Diğ və Goruzur və Xəzzək və Qala dərəsi 
və müsəlman kəndlərinin rəşid və qoçaq rüfəngçilərindən yeddi yüzə 
yavuq atlı  və piyadə  cəm edib Rüstəm bəy və  Uğurlu bəy və s. 
Mehdiqulu xanın nami və rəşid nökərləri ilə şul gecə vaxtı kamila kamali-
təcil və sürət ilə Tuğ kəndinə İbrahim xanın və Məhəmmədhəsən ağanın 
yanına gəlib, hazır oldular. Haman vaxt idi ki, Əbülfət xan gəlib, Tuğ 
kəndinin iki ağaclığında Qızılqışlaq mənzilinə varid olmuşdu. Yanında 
külli və çox olan cəmiyyət və qoşun ki, o vaxtda məcmu, Qapan və 
Bərgüşad və Dizaq mahallarının kəndlərinin  əhli və Dizaq, Cavanşir və 
Hacılı xalqı və hətta Cəbrayıllı bəyləri və əhlləri tamam ehtiyat və xofdan 
ki, məbada Əbülfət xan çapıb və qarət edə məcmusu onun yanında idilər. 
Əbülfət xanın təsəvvürü bu idi ki, İbrahim xanın və  Məhəmmədhəsən 
ağanın hüzurlarında cəmiyyətləri yox və bəylərin dəxi aralarında nifaqlıq 
və  əksərinin qəlbləri batinən ona maildir. Sübhdən gedib 
Məhəmmədhəsən ağa ya qaçıb Gəncəyə və ya Tiflisə gedər və ya tutulur 
və Qarabağ vilayəti təmamən  əlində olur. Bu cür xəyalda amma bu 
əhvaldan xəbəri yoxmuş ki, Mehdiqulu ağa  şöylə nökərləri ilə  və  şöylə 
zübdə  və zirək-çevik qoşun və tüfəngçi ilə gecə  gəlib Tuğ  kəndində 
İbrahim xan hüzurunda hazır olublar. Pəs sübhdən Qızılqışlaqdan çıxıb, 
qoşunlarını dəstə-dəstə edib, nizam verib, cəmiyyəti-tamam və izdihami-
malakamal ilə Tuğ  kəndinin üstünə yollandılar.  İbrahim xanın və 
Məhəmmədhəsən ağanın üsrünə, Allah, Allah, çəkib yürüşə başladılar. 
Əz qəza haman günü hava bulud və duman idi. Görməzdilər ki, Tuğ 
kəndində  cəmiyyət nə  qədərdir.  Şul qədər gəldilər ki, bir verst qədəri 
kəndə qalmış, duman açılır. Əbülfət xan və qoşunu baxıb, Tuğ kəndində 
cəmiyyəti-küllü və kisrət və izdihami-kami görəndə müztərib-əhval olub, 
xəbər hasil edirlər. Məlum olur ki, o gecə Mehdiqulu ağa çox cəmiyyət 
və tüfəngçi ilə 
 191

varid olub, döyüşə amadə vardılar. Pəs bu gunə gəlməkdə peşman olurlar. 
Amma peşmanlıq dəxi nə fayda edər. Xüsusən ki, çox iddia və qürur ilə 
gəlmişdilər. Dəxi labüdən qalıb davanı başladılar. Orada Əbülfət xanın 
iki nəfər adamını qətlə yetirdilər. Mehdiqulu xanın dəxi bir yaxşı məruf 
nökəri məftul oldu. Birisi dəxi zəxmdar olub gün məğribə yetişib, hava 
artıq soyuq oldu. Ramazan və orucluq ayı idi. Yer dəxi qar idi. Çox 
məğşuş oldular ki, soyuğun çoxluğundan  əlləri iş tutmaq müşkül idi. 
Naçar haman yerdə bir kiçik dağın üstə qarın içində yerbəyerdən tökülüb, 
yüklərini açdılar və sübhə kimi burada qalıb, sübh tezdən köçmək binası 
etdilər ki, dala qayıtsınlar. Nagah Məhəmmədhəsən ağa və Mehdiqulu 
ağanın atlı  və piyadə qoşunları  əzmicəng edib, ətrafdan dava salıb və 
şənlik başladılar. Əbülfət xanın cəmiyyətinə hücum və həmlə qıldılar. Pəs 
Əbülfət xanın qoşunu  şikəst tapıb, yerbəyer yüklərini töküb, qaçmağa 
başladılar. Bir tərəf dəxi öz yanlarından olan Cəbrayıllı  və Hacılı  və 
Cavanşir xalqı həm dönüklük edib, ümdə şikəstliyi onlar saldılar. Əbülfət 
xanın qatırxanası  və sandıqxanası  tədarükatı  və sair xanların tədarükləri 
və qoşun əhlinin yükləri və ulağları  təmamən qarətə gedib, Əbülfət xan 
bir neçə  nəfər məxsus nökərləri ilə Araz tərəfinə  fərari olub, əksər 
qoşunları isə əsir (oldu) və xanlar dəstgir olub, yüz nəfərə yaxın adamları 
qətlə yetişdilər. Qalan qoşunları dəxi soyulub və basılıb əsirvar və piyada 
Araz səmtinə  həzimətə gedib, hər kəs öz tərəfinə dağıldılar. Hətta o 
cümlədən beş yüzə yaxın atlı Əbülfət xanın dalısınca gələrmişlər. Yolda 
Heregül kəndində Cəbrayıllı bəyləri və xalqı tökülüb, onları qarət edir və 
soyub, lüt və piyada mürəxxəs etmişdilər. Pəs Əbülfət xan şul gecə gedib, 
çox xof ilə Araz kənarında qalıb, sübh Arazdan keçib Qaradağa getmişdi 
ki, məhz cərideyi-subay atlı oraya çıxıb təmam  əsbab və barxana və 
tədarükatı qarətə getmişdi. Və bəd Əbülfət xana xəlvət söz verib, təhrik 
edənlər və ona mail olan bəylər  şərməndə  və  xəcalət qaldılar. 
Məhəmmədhəsən ağa dəxi hərçənd ki, onlara cəza və siyasət etməyə 
asanlıq ilə qadir idi. Amma bir para xanın  əmizadələri və bir-iki nəfər 
müsinn və sahibi-hörmət bəylər onların içində var idilər. Dəxi aşkar 
onların xəyanət və batil fikirlərin açıb, bir məvaxizə  və bazxast etmədi. 
Əlqissə, bu xəbərləri dəxi Fətəli  şah eşidib, zahirən  Əbülfət xana 
məzəmmətlər yazıb və İbrahim xana elçi göndərib, izhar etdi ki, Əbülfət 
xan padşah əmrinə xilaf edib ki, xanın əmrinin əleyhinə çıxış edibdir. O  
 192

nə şöylə buyurulmamış idi ki, o növ hərəkət əmələ gətirib. Mən bu babda 
hərgiz  İbrahim xandan və  Məhəmmədhəsən ağadan inciməyib, razı 
varam. Mətləblərinin həmə vaxt məqruni-əncam bilib, ərz edələr ki, hər 
cür ehtiyacları ödənilir. İbrahim xan cavab verdi ki, mən şöylə təsəvvür 
eylədim ki, bundan əvvəl olan keçmiş müqəddimədər  İran dövlətinin 
xatirindən çıxıb. Sair padşahlar kimi öz əhdlərində  vəfa və dürüstlük 
fəramuş olub. Şimdi ki, keçmiş ədavət yenə zühur edib, pəs mənə vacib 
oldu ki, əhdi dürüst olan ədalətli və  mərhəmətli,  ədəbli və hörmətli 
padşaha itaət edəm ki, qoşunu çox nizamlı  və qüdrətli və  mərhəmətli 
padşahdır ki, imperator adlanıbdır. Fətəli  şah, bu sözlərə sakit olmayıb, 
bilirdi ki, İbrahim xan Rusiya dövlətinə itaət edib, Şuşa qalasını ki, ruyi-
zəmində şöylə qala yoxdur və bəlkə əgər olsa da az olur. Bu tövr böyük 
vilayət torpağı  və dağları  və  səhrası çox vəsi və  ərzi məmləkətdir ki, 
quberniya demək olur. Əlbəttə ki, onun damadı Şəki hakimi Səlim xan ki, 
onun da dağları Qafqaz və Dağıstan və Car vilayətinə mübtəsil olur. O, 
dəxi təbii olaraq itaət edir. Bu iki xan itaət edəndə, onların qorxusundan 
Şirvan hakimi Mustafa xan dəxi xahi-nəxahi itaət edəcək. Çünki hərgah 
Rus dövlətinə düşmənlik etsə, Qarabağın və Şəkinin əhlləri Şirvanı qarət 
və xarab edib, zərb ilə çoxusunu köçürüb Şəkiyə və Qarabağa aparırlar. 
Bunlara binaən, o da gərək itaət edə, bu surətdə Azərbaycanın  əlavə 
xanları fürsət tapalar İbrahim xan ilə müttəfiq olub, xarablıçılıq edərlər. 
Belə ki, Şahsevən xanı İbrahim xanın damadı idi. Xoy hakimi damadı və 
Qaradağ xanı  dəxi damadlıq etmiş idi. Şəqaqi və  Təbriz və Marağa 
təmamən Rusiya dövlətinə itaət edərlər. Necə ki, irəli tarixi islamiyyə 
1209 sənədə
1
 imperaruri-üzma Yekaterina əmri ilə  sərdar qraf Zubov 
qoşunu səmti-Şirvana gələndə,  İbrahim xan oğlu  Əbülfət xanı ki, onda 
Əbülfət ağa idi, onun hüzuruna göndərib, dövləti Rusiyaya izhari-itaət 
qılmışdı. O vaxtda, bu qeyd olan xanlar necə ki, fövqdə yazıldı, təmamisi 
İbrahim xana Ağa Məhəmməd  şahdan xəlvət kağızlar yazıb və adamlar 
göndərmişdilər ki, İbrahim xan bizim böyüyümüz və ixtiyarımız və 
atamızdır. Əgər səlah bilib, dövləti-Rusiyaya itaət edirsə bizlər hamı onun 
məsləhətindən xaric olmayıb, itaət edirik. İbrahim xan o vaxtda haman 
kağızları ki, 
 
 
________________________ 
 
1
 Hicri 1209 - miladi 1794/1795 ilə uyğun gəlir. Lakin V.Zubov Şirvana 1796-cı ildə gəlmişdir. 
 193

xəvanini-Azərbaycan yazmışdılar bir nəfər mötəmid adamla sərdar qraf 
Zubovun hüzuruna göndərdi ki, bu gunə əhvalat məlum olsun. Şahid şul 
kağızları qraf Zubova (verdi ki), imperaturi-üzma Yekaterina hüzuruna 
yollamış olar. Bir dəxi o ildə ki, İrəvan səbtində  sərdari-əzəm knyaz 
Sisianov ilə Fətəli şah və naibüssəltənə mülaqat və müharibat etdilər və 
oradan sərdar Sisianov Tiflisə qayıtdı.  Şah dəxi Azərbaycan və Tehran 
sövbinə müraciət etdilər. Ol vaxtlarda şaha xəbər verdilər ki, İbrahim xan 
həmişə Rusiya dövlətinə mail və şaiqdir. Doğru sözü və elçisi və sovqatı 
həmə vaxt onlar ilə gəlib-getməkdədir. İran dövlətinə və Qızılbaşa qəlbən 
bədxah və xaindir. Necə ki, sabiqdə  həmişə  Qızılbaşiyə ilə dava və 
münaqişələr edib. Azərbaycanın keçmiş hakimlərinə və Ağa Məhəmməd 
şah kimi şahi-İrana xain və  bədxah olduğu aydındır. Lakin Rusiya 
böyüklərindən hansı ki, o səmtə  gəlsə  və ya birisinə  dəstrəs  əl versə 
dərhal onlar ilə mehriban və  səmimi və  sədaqət ilə xahan olur. Heç bir 
davasız və münaciəsiz və o dövlət tərəfindən bir artıq hörmət və 
mərhəmət görməmiş, onlara müti və raqib olur. Hərçənd Fətəli şah özü də 
bu gunə  əhvalatın  əsərin müşahidə edərdi, amma necə ki, yuxarıda 
məzkur olundu, İbrahim xana artıq məhəbbət və  mərhəməti və Qarabağ 
əhlinə ziyadə iltifat və şəfəqqəti olduğu səbəbə, bunlara mültəfit olmayıb, 
yenə Kərim xan və Abdulla xanı İbrahim xanın yanına göndərib, kamali-
hörmət və  mərhəmət və mülayimət ilə yazmışdı ki, Allah rizasına 
namusi-islamı  mənzur edib, hər nə  təvəqqeyi var, məndən etsin, yerinə 
yetirim. Urus padşahına itaət etməsin.  Şuşa qalası ki, toxunulmazdır və 
qəleyi-Xudafərin və məmləkətdə səddi-mətindir və İranın giriş qapısıdır, 
Urus dövlətinə verib Rusiya qoşunlarını daxili-şəhr və (onların) qalası 
eləməsin. Və ehtiyat etməsin ki, Urus dövlətindən ona zərər və vilayətinə 
xarabalıq gələr. Mən əvvəla, İran qoşunun zübdə atlısından çox atlı, yaxşı 
rəşid sərkərdə ilə  və öz xərcim ilə  Tərnəküt qalasında ki, Şahbulaq ola, 
qoyaram ki, həm Qarabağı mühafizət edər və həm İbrahim xanın itaətində 
olar. Və saniyən oğlum Abbas Mirzəni sinahi-əzim ilə göndərim ki, sər-
hesab olur. Həm  Şirvan və  Şəki hakimlərini və sairləri tənbeh edər və 
Qarabağdan dağılıb o vilayətlərə qaçan və  təfriqə olan evləri təmamən 
cəm edib, Qarabağa gətirər ki, sabiq əyyamda Qızılbaş  tərəfindən sənin 
vilayətinə yetişən nəqs və  sədəmələrin mükafatı  əmələ  gəlib Qarabağ 
yenə ziyad gözəlləşər və abad olur. Əlavə, iki 
 
  
 194

min piyadə sərbaz və top yollaram Əsgəran qalalarında oturar ki, oradan 
Şuşa qalasına üç ağac yoldur, Rusiya qoşununun qala üstə gələn yoludur. 
Mühafizət edərlər.  Əgər küllü və güclü cəmiyyət Rusiya tərəfindən 
gəlməli olsa, özüm də köməyə  gələrəm. Heç fıkir eləməyin. Çün şul 
vaxtlarda Rusiya dövlətinin necə ki, şimdiki kimi küllü qoşunu və bu tövr 
top və tədarükü və bu gunə əzəmət və əsası yox idi. İbrahim xan cavab 
verdi ki, mən hənuz Urus dövlətinə itaət etməmişəm. Bir güclü və 
qüdrətli və mürüvvətli padşahdır. Onun qoşunu gəlib və  sərdarı Tiflis 
şəhərindədir. Çünki mən sadiq Rusiya dövlətinə, imperaturi-üzma 
Yekaterina hüzuruna və qraf Qudoviçə  və qraf Zubova elçi və adam 
göndərib, izhari-ixlas etmişəm. Layiq deyil ki, şöylə padşahın sərdarı bu 
yaxında Tiflis şəhərində ola, mən (də) ona elçi və adam göndərməyim. 
Əlbəttə ki, təqazeyi-vaxt necə olsa və  qəzayi-fələki nə surət göstərsə, 
şöylə əməl olacaqdır. Əlqərəz, bu növ cavablar ilə Fətəli şahın adamların 
geri qaytardı. Fətəli şah elə ki, bu gunə əhvalatı və cavabları görüb, yenə 
sakit olmayıb, dübarə yenə  Kərim xan və Abdulla xan və  Rəhim xanı 
İbrahim xanın yanına göndərib, müqəllizə andlar və  qəsəmlər edib və 
Quranı möhürləyib, yuxarıda mərqum və  məzkur olan təəhüdat və 
mətalibata dübarə  təkid edib və külli böyük ənamlar və mürəssi və 
cavahir qılınc və qızıl, iri əsbablı başdan-ayağa qaşdaşla bəzənmiş at və 
üç min əşrəfi məzkuk nağd və giranbaha xələt və  şal ilə göndərib yenə 
İbrahim xandan Şuşa qalasını Rusiya qoşununa verməməyə  və rus 
padşahına itaət etməməyə iltimas və  təkid etmişdi.  İbrahim xan şul 
xanları mürəxxəs etməyib qalada göz dustağı kimi saxlayıb, bu əhval və 
hadisələrin sərdar Sisianova məlum eylədi. Sərdar buyurmuşdu ki, əgər 
doğru-həqiqət, canü dil ilə imperaturi-əzəmə  və dövləti-əfxəmə 
(Rusiyaya) ixlas və itaəti varsa, şul xanları ki, qasidliyə gəliblər saxlasın, 
buraxmasın. Və illa onun dövləti öz fikrini yaxşı bilir. Pəs  İbrahim xan 
cavab verdi ki, mən qədimi ixlas və sədaqətimdə sabit və möhkəm varam. 
Heç vaxt təğyir verməmişəm və verməyəcəyəm. O, xanları  dəxi 
buraxmayıb saxladı. Sonra sərdara pişnəhad etdi. Əlqissə,  İbrahim xana 
Fətəli şah hər nə qədər ki, mülayimlik və mərhəmət göstərdisə, hərgiz ona 
xülus və iradət ilə itaət eləmədi. Onun yanında banuyi-hərəmi-şah olan 
əzizeyi-mükərrəmə  qızını  və oğlu Əbülfət xanı və Qarabağ bəylərini ki, 
İran dövlətində  ıdilər və Qaradağ vilayətinin məbaliğ  mədaxilini ki, 
İbrahim xana 
  
 195

yetişirdi və islamlıq və  həmməzhəblik  şərtini ki, məscidlərdə  İbrahim 
xana bəd dualar edəcəklər, təmamini atıb mənzurə  gətirməyib, Rusiya 
dövlətini hörmətli və  şəfəqqətli və  əhdi dürüst və  mərhəmətli bilib, öz 
rizası və səmimi qəlbi ilə bu dövlətin itaətini qəbul eylədi. Axır ki, Fətəli 
şah dəxi incidi və aralığa küdurət düşdü. 
 
İYİRMİNCİ FƏSİL 
Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin