Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ


MEHDİQULU XANIN HÖKUMƏTİ-ƏYYAMINDA



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   ...   14   15   16   17   18   19   20   21   22

 
MEHDİQULU XANIN HÖKUMƏTİ-ƏYYAMINDA 
QARABAĞDA VƏ SAİR ƏTRAF VİLAYƏTLƏRDƏ 
VAQE OLAN BƏZİ ƏHVALATI VƏ MÜHARİBATI 
VƏQAYEYİ-MÜTƏFFƏRRİQƏTLƏRDƏN 
BƏYAN EDİR 
 
Çün, səneyi-məsihiyyə 1808 tarixdə və islamiyyə tarixi ilə 1222-ci il 
hicridə sərdar qraf Qudoviç təyin olub, Gürcüstana gəldi. Tiflis şəhərində 
rəxti-iqamət salıb, əyləndi. Bir neçə müddət keçmişdi ki, sultani-Rum ilə 
ədavət və müharibə vaqe oldu
1
. Sərdar qraf dəxi general Nesvetayevi 
qoşun ilə Gömrüdə qoyub, özü əsgərləri ilə Axan kəklik (Axalkalaki) 
sövbünə  rəvan oldu. Orada Axısqa hakimi Xümşizadə  Səlim paşa ilə 
davalar edib, Axan kəklik (Axal-kalaki) qalasına yürüş elədilər. Axır 
mətləb hasil olmayıb, yenə  məqsədə yetmədən Tiflisə müraciət qıldı. 
Sonra xəbər gəldi ki, Yusif paşa sərəsgər olub, əzmi-müqabilə üçün 
Qarsa gəlibdir. Pəs qraf tədarük görüb, Gömrüyə azim oldu. Arpa çayında 
sipahi-Rumiyyə ilə təlaqi olub, hər iki qoşun orada düşüb, əyləndilər. Bir 
neçə gündən sonra əzmi-meydan edib, tərəflər davaya başladılar. Bir gün 
əsr vaxtınadək cəng və guşiş  əmələ  gəlib, axır osmanlı qoşunu məğlub 
olub, axşamçağı  fərar elədilər
2
. Sərdari-qanim və müzəffər çox qənimət 
və axtarma, böyük topları osmanlıdan  ələ  gətirib, fəth və nüsrət ilə 
qayıdıb, yenə Tiflisə gəldi. Qışı Gürcüstanda qalıb, bahar fəslində İrəvan 
və Naxçıvanı  təsxir etmək üçün o tərəfə  hərəkət elədi. Qabaqca general 
Nebolsini cunidi-məsud ilə Qarabağdan Naxçıvan təsxirinə  mərsum və 
müqərrər etdi. Sonra özü dəxi tədarükü-şayan və əsakiri-firavan ilə İrəvan 
üstünə getdi. Naxçıvan müsəxxər olundu. Amma İrəvan qalasma 
müddəti-mühasirədən sonra yürüş elədilər. Çox qoşun tələf oldu. Axır, 
bineyl məqsud müraciət edib, oradan yenə Tiflisə gəldilər. Ondan sonra 
qrafı Rusiyaya izhar etdilər. Yerinə 
 
 
_____________ 
 
1
 
Müəllif səhv edir. Rus-türk müharibəsi hicri 1221 (1806)-ci ilin sonunda başlanmışdır. 
2
 Ruslarla türk ordusu arasında Arpa çay döyüşü 18 iyun 1807-ci ildə baş vermişdır. 
 212

general adinfanter Tormasovu mənsub qıldılar. Bu canibə  gəldi və sülh 
məsləhət bilib, dövləti-osmaniyyə ilə sülh və müsalihə elədilər. Amma 
İran dövləti ilə  həmişə dava-dalaş var idi. Pəs məsihiyyə tarixi 1811-ci 
ildə olan vaxtı, naibüssəltəneyi-İran Abbas Mirzə qoşun ilə Bazar çaymda 
ki, Zəngəzur mahalatının Sisyanında vaqedir, gəlib düşüb ordu eləmişdi. 
General Xanveysov dəxi onun müqabilində var idi. O vaxtda Hacı 
Məhəmməd xan Mustofı ki, bir qoçaq və kardan və  fəribəndə xan idi, 
Qaradağ vilayətində hakim idi. Xəlvət kağızlar yazıb, yollayıb Dizaq 
mahalında olan cəbrayıllı  bəylərini təhrik edib və naibüssəltənə 
tərəfindən onlara ümid-nəvidlər verib ki, köçüb Qaradağa gedələr. Onlara 
kəndlər və mahallar və  ənamlar verilib, xoşgüzəran olalar. Çünki 
Mehdiqulu xan ilə  Cəfərqulu ağanın aralarında necə ki, fövqdə  mərğul 
oldu, həmişə küdurət və daimi sitizə var idi. Cəbrayıllı bəyləri və sairlər 
üçün ki, Cəfərqulu ağanın mənsub və tabeliyində idilər, xoşgüzaranlıq 
məqsədəuyğun ola bilməzdi. Pəs, cəbrayılh bəyləri ki, Mahmud ağa, 
Lütfəli minbaşı, Yaqub ağa və Hüseyn bəy və qeyrə onun yazmağına və 
sözünə etimad edib, Qaradağa köçmək fikrinə düşdülər. Bu əhvalı 
Cəfərqulu ağa bilib, o vaxtlarda ki, Mehdiqulu xan və Cəfərqulu ağa bir 
parayi-sayir bəylər Zəngəzur mahalında general Xanveysovun yanında 
idilər, oradan generaldan mürəxxəs olub, şöylə  fəsadı sakit etmək üçün 
Qarabağın bu tərəfinə  gəldilər. Bu heynlərdə naibüssəltənə Bazar-
çayından köçüb, Təbrizə getdi. General Xanveysov dəxi qayıdıb, geri 
gəldi. Mehdiqulu xan dəxi gəlib, qışlagi-Qırçıda batalyon ilə sakin 
olurdu. Cəbrayıllı  bəyləri və xalqı  dəxi tamam orada idilər. Hacı 
Məhəmməd xan məzbur dəxi qafil deyildi. Həmişə adamı  və kağızı 
Cəbrayıllı  bəylərinin yanına gəlib-gedirdi. Dürüst onları aldadıb və 
xatircəm edib, Qaradağa getməye raqib olmuşdular. Hərçənd Cəfərqulu 
ağa sayıq oldu ki, onlara mane olub, qoymaya, məqdur olmadı. Bu əsnada 
üç fərman, naibüssəltənədən bir bəyzadə ki, Mehdiqulu xanın nökəri idi, 
qaçıb Qızılbaş dövlətinə gedib, qulluq edirdi, gətirib öz əmisinin evində 
qoyub ki, bir əmizadəsi dəxi Cəfərqulu ağaya nökər idi. Ona verələr ki, 
fərmanları  Cəfərqulu ağaya yetirə. Bu xəbəri Mehdiqulu xana hali 
ediblər. Xan bilib, adam göndərib ki, o fərmanları götürün. Adamı tutub 
və fərmanları dəxi hüzuruma gətirə. Çün haman adam qayıdıb getmişdi. 
Əmisini və fərmanları 
 
 213

və  Cəfərqulu ağanın nökərini xanın hüzuruna gətirdilər. Pəs, xan da o 
adamları  və  fərmanları müşkteristki (atıcılar) batalyonunun böyüyü 
mayor Jenyaya verdi. O, dəxi adamları dustaqxanaya salıb, fərmanları da 
Şuşa qalasında olan podpolkovnik Jenkoviçə yolladı. O podpolkovnik 
dəxi bir kamil adam deyildi. Qızılbaşın hiylələrindən xəbərsiz idi. Lazım 
idi ki, həqiqət oluna, ayə  Cəfərqulu ağanın ittilai və getməyə meyli 
vardırmı, ya nə? Heç həqiqət etməmiş hökm yazdı ki, Cəfərqulu ağanı 
tutub, məhbus edə. Mayor Jenya da adam göndərib, Cəfərqulu ağaya 
demişdilər ki, mayor səni tutub, dustaq edəcəkdir. Demişdi ki, mənim nə 
xəlafım var ki, məni dustaq edələr. Qızılbaşın bu növ hiylələri çox 
olacaqdır. Ondan ötrü mən ki, getməyə mail deyiləm. Nədən ötrü məni 
tutacaqdır. Haman saat mayorun evinə  gəlmişdi. Haman ki, Cəfərqulu 
ağa daxil olacaq, qarovullar qapını tutub Cəfərqulu ağa həbsdə qalmışdı. 
Hərçi mayora dəlil və  dəlaillər demişdi, mayor baxmayıb, o günü Qırçı 
qışlağında batalyonun içində dustaq saxlamışdı
1
. Ondan sonra bir gecə bir 
rota soldat ilə bir kapitana tapşırıb, Tiflisə yola saldı. Cəfərqulu ağa çox 
dedi ki, qarovul lazım deyil. Mən evimi və  uşağımı  və istəyən 
nökərlərimi zamin verib, özüm Tiflisə gedirəm. Məni bu xalqın içində 
dustaq göndərmə. Ya möhlət ver, ərizə yazım Tiflisdən cavab gəlsin. 
Əməl elə,  əlac olmadı. Cəfərqulu ağa sübh açılanda Tərtər çayından 
keçən vaxtda belindəki xəncərin alt bıçağını  çıxarıb, atın cilovun kəsib, 
dalısındakı soldatı ki, Cəfərqulu ağa ilə bir ata süvar olmuşdu, dalısından 
salıb, atı çapıb soldatın içindən çıxıb getmişdi. Gedib, qışlağa mayor 
Jenyaya kağız yazmışdı ki, mən dustaq kimi getməyi, ar bildim. İnşallah 
özüm sərdar hüzuruna gedirəm. Naibüssəltənə dəxi şul vaxtda ki, Mişkin 
mahalında Talış  tərəfınə gedirmiş, naibüs-səltənə oradan Qarabağa 
gəlməyə  təəhhüd edib, Cəbrayıllı  bəylərinə adam göndərib, ümid və 
nəvidlər vermişdi. Cəfərqulu eşitmişdi ki, sərdar markiz Pauluççi 
Badkubədə olur və Şirvana gələcək. Pyotr Stepanoviç dəxi hüzurundadır. 
Pyotr Stepanoviçə  və  şirvanh Mustafa xana kağızlar yazıb ki, mənim 
haqqımda belə işlər tutarlar. Orada 
 
________________ 
1
 
Əlyazmanın 91b vərəqinin haşiyəsində eyni xətt və qələmlə yazılmış bir qeyd vardır. Qeyddə 
deyilir ki, Cəfərqulu ağa ilə birlikdə Lütfəli minbaşını  və daha 2 nəfəri dustaqxanaya saldılar. Bu 
əhvalat Cəbrayıllı bəyləri naibüssəltənə Abbas Mirzənin hüzuruna ərzidəşt etmişdilər

 214

sərdara ərz edin ki, izin versin hüzuruna gəlim. Pəs Mustafa xan da belə 
şəxslərin Rusiya dövlətindən uzaq olmağını  və xain olmağını  həmişə 
istərdi. Cəfərqulu ağanın adamlarına yəs və naümidlik cavabı deyib, geri 
qaytarıb və demişdi ki, mən sənin gəlməyinə izin verə bilmənəm. Çünki 
sən soldatın içindən qaçıbsan. Müşküldür. Qərəz, Cəfərqulu ağanın 
adamları o naümidlik xəbərləri ilə qayıdıb, bu günə  yəs və xofnak 
xəbərləri gətirmişdilər. Cəfərqulu ağa ondan sonra qəti-ümid və  məyus 
olub,  İran tərəfınə getməyi azim oldu. Bu əsnada Abbas Mirzə 
naibüssəltənə qoşun və  sərbaz və topxana ilə Araz kənarına yetişib, 
Cəfərqulu ağaya adam göndərmişdi ki, mən onun xilasından ötrü bu qış 
günü səfər etmişəm. Arazdan keçib, güclü atlı ilə öz dayısı  Əmirxan 
sərdarı dəxi, Cəfərqulu ağanın yanına göndərib. Bir vaxtda Cəfərqulu ağa 
xəbərdar olub ki, Əmirxan atlı ilə daxili-qışlaq olub. Cəbrayılılar fövq-
fövq köçüb, Araz tərəfə getməyə başlayıblar. Abbas Mirzə bu növ ilə 
Qarabağa daxil olub, hərçənd ki, Mehdiqulu xan naibüssəltənə Qaradağda 
və Mişkində olanda günbəgün  əhvalatı qalada olan böyük Rifkoviçə  və 
mayor Jenyaya məlum edib, yazırdı ki, naibüssəltənə qoşun ilə  gəlir. 
Mütləqa mayor Jenya inanmazdı. Hətta,  şul gündə ki, qışlağın və 
batalyonun üstünə gəldi. Ona da inanmazdı, ta ki, ləşkəri-qızılbaş gəlib, 
Qırçıda qışlağı  və batalyonu əhatə elədi. Mehdiqulu xan öz hüzurunda 
olan bəylər ilə labüdən öz evlərini qoyub, batalyonun içinə qışlağa daxil 
oldular. Soldatlar ilə Qızılbaş qoşununa tüfəng atıb, dava edirdi. Tamam 
xanın atları  və qatırları  və hamı  bəylərin at qatırlarm və  məcmu 
yanlarında olan əcnas və  əşyaları küllən qarətə getdi. Savayı  səkkiz at 
əldə, batalyonun içində saxlamışdılar. Bir gün sübhdən axşama iki saat 
qalanadək dava olub, mayor Jenya ilə bir əlahiddə mayor və kapitan və 
neçə afiserlər qətlə yetişdilər. Batalyonun yarısı  qırılıb,  əksəri yaralı 
oldular. Bu əsnada Abbas Mirzə  tərəfindən bir çinovnik ki, Rus 
dövlətindən qaçıb Abbas Mirzənin hüzuruna getmişdi, qışlağm kənarma 
gəlib, afiserlər ilə sülh və itaət kəlamatı aralığa salıb, itaətə  təklif elədi. 
Çün mayor Jenya öləndən sonra bir kapitan ki, Cəfərqulu ağanı Tiflisə 
aparırdı ki, yolda Cəfərqulu qaçmışdı. O kapitanı o vaxtda dustaq 
etmişdilər. Afiserlər o halda gedib, onu dustaqxanadan çıxardıb, 
gətirdilər. Qalan afiserlər və soldatlar ona müti oldular. Qızılbaşın 
sərbazları az qalmışdı ki, qışlağın evlərinə 
 215

daxil olalar ki, kapitan soldatlar ilə  həmlə edib, sərbazlardan öldürüb, 
qışlaqdan onları kənar eylədi. Naibüssəltənə baxıb gördü ki, əgər zor ilə 
dava olunar çox sərbaz tələf olunur. Müsalikə danışmağı bu səbəbə 
məsləhət bilmişdi. 
Əlqissə, afiserlər cavab verib, neçə  şərtlər aralığa qoydular. Kapitan 
Mehdiqulu xana təkid elədi ki, sən bəylər ilə əgər imkan olsa, qışlaqdan 
çıxıb, qalaya get. Bizlər hər neçə tədbir edər olsaq, bəlkə iki günədək bizə 
kömək də gələ. Ona görə də gecədən iki saat keçmiş xan ilə on iki nəfər 
bəylər və mülazimlər haman səkkiz at ilə süvar olub, Qırçıdan batalyonun 
içindən çıxıb dağ  tərəfinə, Tərtər çayına səmt qaçdüar. Mirzə Camal 
mərhum yazar ki, mən özüm də orada var idim
1
. O gecə vaxtı qaçdıq. 
Sübh vaxtı idi, Qəsdabad kəndinə  gəlib, daxil olduq. Oradan kağızlar 
yazıb, Tiflisə və Gəncə şəhərinə göndərdik. Çox təkid ilə kömək istədik. 
Qala böyüyü podpolkovnik Brikoviç dəxi neçə gün irəlidən xanın 
yazmağı ilə iki yüz soldat Məlik Vanyanın bələdliyi ilə batalyonun 
köməyinə göndərmişdi. Onlar Şahbulağa gəlib, oradan xəbər bilmişdilər 
ki, batalyon pozulub, yolları tamam Qızılbaş qoşunu kəsib və tutublar. 
Gedə bilməyib  Şahbulaqda qalmışddar. Xan o gecə  Qırçıdan gələndən 
sonra kapitan naibüssəltənə hüzuruna gedib, şərt ilə qayıdıb, sübhdən 
təmam soldatlar və afiserlər ilə naibüssəltənə xidmətinə getmişdilər. 
Naibüssəltənə oradan köçüb Şahbulağa yaxın gəlib,  Şahbulaqda olan 
(rusların) böyüyünün yanına adam göndərib, təklif etmişdi ki, itaətə 
gələlər. Onlar da bir aydın cavab deməyib, möhlət istəmişdilər və haman 
gecə  Məlik Vanyanın bələdliyi ilə  Şahbulaqdan çıxıb, xəlvət yol ile 
qalaya gəlmişdilər. Ondan sonra naibüssəltənə köçüb Təbrizə getmişdi. 
Qarabağın tamam ilatı köçüb Cəfərqulu ağanın hüzurunda Arazın o 
tərəfinə getdilər ki, məcmu Arazdan Goran çayınadək Qarabağın torpağı 
xali qaldı. Məgər bir para cüzvi ilat ki, qaçıb dağlara getmişdilər, orada 
qalmışdüar. Orada Cəfərqulu ağaya xanlıq fərmanı verib, çox hörmətlər 
edib, Qaradağın məcmu Taxta qapı olan mahallannı  və  Əhər qəsəbəsini 
ona vermişdilər. Hər nə ki, Qarabağdan gedən ilatlar var idi, onlar da 
təmam xalisə özününkü idi. Əlavə 
 
_________ 
 
1
 
Bu yeri Mirzə Camalın "Qarabağ tarixi"ndə tapa bilmədik. Ola bilsin ki, Xəzani Mirzə 
Camalın başqa əlyazmasını nəzərdə tutur

 216

 
ki, lazımeyi-tədarük var isə, nağd və cins və çadır və otaq və əsbabi-fərş 
və qab və tədarükat və taxıl və düyü ve sair lazımi mayəhtaclar verib, o ki 
hörmət rütbəsində heç bir qüsur qoymadılar. Cəfərqulu ağa sonra da 
qoşun ilə gəlib, Qarabağdan Tuğ kəndini köçürüb Araz kənarına apardı. 
Cəbrayıllı  və sair xalqlar Arazın bu Qarabağ  tərəfındə rus qoşunundan 
ehtiyat etməyib, qışlaqlar tutub və tabei-qızılbaş olub, oturdular. 
 
İYİRMİ DÖRDÜNCÜ FƏSİL 
 
HÜSEYN XAN SƏRDARİ-İRƏVAN 
MƏĞLUB OLMAĞIN VƏ NAİBÜSSƏLTƏNƏ 
ASLANDUZDA ORDU QILMAĞIN VƏ 
PARAYİ-VƏQAYE ƏMƏLƏ GƏLİB VƏ 
DÖVLƏTEYN ARASINDA GÜLÜSTAN 
SÜLHÜ BÜQU BULMAĞINI BƏYAN EDƏR 
 
Çün Qızılbaş dövləti və naibüssəltənə dail-ül-övqat həngameyi-cəng 
və cidalı  əfsürdə, məhfili-niza və qitalı  pəjmürdə qoymazdı, Rusiya 
dövləti ilə daima bu ətraflarda davaları var idi. Bir dəfə  dəxi bu 
həngamələrdə  şahzadə  Məhəmmədəli Mirzə  xəfiyyətən sərhəddən ürub 
edib, Gürcüstan səmtinə mahali-Borçalını  nəhib və qarət edib, ziyadə 
xəsarətlər yetirib, hədsiz olan əsir və  kəsib aparmışdüar. Ondan bir az 
sonra irəvanlı Hüseyn xan sərdari-Gürcüstan valisinin ittifaqı ilə 
Gürcüstan tərəfinə təyin və rəvanə etmişdilər ki, Axısqa tərəfindən gedib, 
Gürcüstana iğtişaş salsınlar. Çün sərdar Tormasov xəbərdar olmuşdur, 
qoşun ilə  Şəmkürdən (Şamxordan) keçib, təcili-təmam ilə  Sədra 
körpüsünün yanında düşüb, general-leytenant Pau-luççiyə  və general 
Lisaneviçə qoşun verib, Axısqadan Hüseyn xan sərdarın qənşərinə 
göndərmişdi. Onlar oraya yetişib bir gecə nisfi-şəbdə Qızılbaş qoşununa 
qəfil hücum edib, çox adamlarını  qətlə yetirmişdilər. Ləşkəri-qızdbaş 
sərasimə olub, atlı və piyada həzar 
 217

fəlakət ilə nicat tərəf üçün oradan azimi-vadiyi fərar olmuşdular.  Ərzi-
rahda dəxi osmanlı əsgərləri düçar olub, onların əksəriyyətini lüt və qarət 
edib bəqiyətül-seyfi oradan mühayəti-zillət ilə qaçıb, daxili sərhədi-
İrəvan olmuşdular. Hüseyn xan sərdar dəxi bu səbəbə  şərmsar olub, 
dövləti-qızılbaşdan xofnak olduğuna görə  fərar edib, gedib Koroğlu 
qalasında mütəvari oldu. Bir müddətdən sonra (onu) yenə xatircəm edib, 
öz yerinə aparmışdılar. Onun sonuncu ili idi ki, sərdar Tormasov gedib 
yerinə knyaz Pauluççi sərdar olub, Tiflisə  gəldi. Haman ilin qış 
mövsümündə idi ki, Cəfərqulu ağanm Qızıl-başa getməyi və  Qırçıda 
müşktristki (atıcılar) batalyonu dağılmağı vaqe oldu. Sərdari-məzbur 
Tiflisdən Badkubəyə  səfər  əzmi ilə  Gəncə vilayətinə  gəldi. Cavad xan 
gəncəlinin  əhli və  əyalı  və övlad və  ətfalı ki, bir neçə  nəfər Qızılbaş 
xanları ilə  məhbus var idilər, onları mürəxxəs edib, oradan Badkubə 
tərəfinə getdi. Bu heyndə Kaxet və Qısıq bunt etdilər. Cəfərqulu ağanm 
Qızılbaşa getməyi vaqe oldu. Qarabağın elləri sınıb, Qızılbaşa getdilər. 
Qırçıda batalyon dağıldı. Bu müqəddimələrə görə sərdar knyaz Pauluççi 
Badkubə  səfərini bərhəm edib bu gunə  dəhşətli  əhvalata görə qayıdıb, 
Şirvana Mustafa xanın yanına gəlib və oradan - Şamaxıdan Qarabağa - 
Şuşa qalasına gəldi. Pyotr Stepanoviç dəxi yanında idi. Gəlib bir para 
adamlara və Mehdiqulu xana çox itab-xətablar etdi. Xanı hökumətdən 
məzur etmək (işinə) başladı. Amma neçə gün ki, qalada qaldı kağızlara və 
işlərə baxıb gördü ki, Mehdiqulu xan heç gunə  təqsir etməyib, tamam 
əhvalatı naibüssəltənə Təbrizdən çıxıb, ta Mişkindən Qarabağa gələnədək 
xan günbəgün qaladakı böyüyə  və mayor Jenyaya məlum edib və  təkid 
edib ki, batalyonu Şahbulağa apara. İlatı köçürüb dağlara apara. Mayor 
Jenya razı olmayıb və  təqsir eləyibdir. Pəs bir neçə gündən sonra yenə 
sərdar Mediqulu xana nəvaziş  və hörmətlər edib, Pyotr Stepanoviç dəxi 
vəsatət qılıb dübarə hökumətdə  mənsub eylədi. Mığrı  kəndində bir 
batalyon var idi ki, o zamanda Mığrıda olurdu. Onlar üçün taxıl və 
tədarükat bina edib, mayor Rüstəm bəy və podpolkovnik Cəmşid bəy 
özlərindən və  kəndlərindən iki yüz çetvert buğda sərdarın təmənnasma 
görə mühəyya edib, Mığrı qəryəsinə mərsul qıldı. Ondan sonra Şirvan və 
Şəki və Qarabağ  və  Lənkəran və Talış vilayətlərini Pyotr Stepanoviçə 
təfviz 
 218

edib, özü darüssürur Tiflisə azim oldu. Amma rəşid və kamil olan Pyotr 
Stepanoviç  əvvəl öz zirdəstində olan qoşunu ilə Araz kənarında olan 
Cəbrayıllı və sair xalqlara çapavül edib, çox mal və qoyun qarət və kəsib 
elədi. Tuğ  kəndinin xalqını ki, Araz kənarında idilər, hənuz o taya 
getməmişdilər, köçürüb geri yenə özlərinə  gətirdi və öz ziri-hökmündə 
olan polku götürüb Ağoğlanda ordu elədi. Həmişə irəliki böyüklər, 
general Nebolsin və general Xanveysov həmə il qoşun ilə  Əsgəran 
qalalarının yanında ordu edərdilər. Amma Pyotr Stepanoviç Araza yavuq 
ordu elədi ki, sərhəd tərəfindən Arazdan keçib, quldurluğa və düşmənliyə 
gələn qoşunlardan tez xəbərdar olmağa ki, Ağoğlandan Araz kənanna altı 
ağac olub, o ilin bahar fəsli olanda, naibüssəltənə  gəlib Araz kənarında 
Aslanduzda ordu elədi. Haman ildə fransızın Rusiyaya gəldiyi  şöhrət 
buldu
1
. Sərdar markiz Pauluççi məzur olunub Rusiyaya çağırdılar. 
Əvəzində general Rtişşev sərdar olub, bu məmalikə  gəldi. Yenə haman 
ildə İran dövləti ilə saziş və müsalihə nağılı aralığa düşüb, sərdar Rtişşev 
Qarabağa gəldi. General Haqverdiyev Araz kənarına gedib, vəziri-qayim-
məqam Mirzə  Əbülqasım ilə orada güftəgular elədilər.  Əvvəldən Pyotr 
Stepanoviç müsalihə etməyə razı deyildi. İstərdi ki, Qırçı müqəddiməsinə 
bir  əvəz çıxa. Amma sonra yenə  şöylə oldu ki, Haqverdiyev ilə 
qayimməqamın güftü guları mütabiq gəlməyib, o dəfə müsalihə surəti 
əmələ  gəlmədi. Pyotr Stepanoviç Ağoğlanda ordu ilə qaldı. Sərdar 
Rtişşev dəxi qayıdıb, Tiflisə getdi. Bu əsnada qayimməqam Mirzə 
Əbülqasım 200 atlı zübdə süvarilərdən xəlvət yollamışdı ki, Ağoğlandan 
Rusiya qoşununun ilxı atlarını qovub aparalar. Dəxi  əlavə atlılardan 
xəlvət yerlərdə qoyub ki, əgər Qazax polku haraya gəlsələr, onlara həmlə 
edib, şikəst eliyələr. Pəs, rəşid olan Pyotr Stepanoviç xəbərdar olub, bir 
növ nizam ilə Qazax polkunun təyin eylədi ki, təmam Qızılbaşm o 
atlılarını basm, əlli-altmış  nəfərdən ziyadə onlardan qətlə yetirdilər. 
Qalam bineyl məram həzimət qılıb, qayimməqamın o tədbiri özünə zərər 
etməkdən qeyri bir nəf hasil eləmədi.  Əlqissə, haman Rtişşev sərdarın 
vaxtında idi ki, İran dövlətindən Mirzə Əbülhəsən xan əmri-müsalehədən 
ötrü məmur və 
 
 
________________ 
 
1
 
Napoleon qoşunlarının 1812-ci ildə Rusiyaya hücumu nəzərdə tutulur. 
 219

təyin olub, gəldi  Şəb torpağına və Rusiya dövlətindən dəxi mötəmid 
gedib, orada izdihami-təmam və  cəmiyyəti-məlakəlam ilə  bənayi-
müsaliheyi-üstüvar və istiqrar tapdı. O müsalihəyə "Gülüstan sülhü"
1
 adı 
qoydular. Ondan sonra müddəti-fəraqət və  əmniyyət hasil oldu... Hicri 
1229 (1813)-cu ildən ta 1242/1826 tarixədək aləmi-pürfıtnə aram qıldı. 
Ta ki, bir müddət keçəndən sonra general Rtişşev sərdarlıqdan çıxdı. 
Əvəzində general Yermolov mənsub olub, Tiflisə  gəldi. Bundan sonra 
təmam vilayətlərin işlərinə diqqət yetirib, Yermolov təzə qanunlar qoydu. 
Hər vilayətin tələbinə görə zabitlər icad edib, bəzi vilayətlərdə  qəribə 
görünən işlər və səyaqlar başladı. Pyotr Stepanoviç məzur olub, general 
Mədətov  Şəki və  Şirvan və Qarabağ  və Talış  və  Lənkəran vilayətlərinə 
okrujnoy naçalnik mənsub oldu. Dəxi qoşun ilə Qarabağda sükunət edib, 
Mədətov həm pareyi-işlər  əmələ  gətirdi ki, şul zabitə  və ixtiraata 
mütəhhəmmil ola. Bilməyib, o illərdə Qarabağ hakimi mərhum 
Mehdiqulu xan və Şirvan hakimi Mustafa xan Qızılbaşa fərar etdilər. Şəki 
xanı  İsmayıl xan həm vəfat etdi. Bu üç xannəşin vilayətlər 1822-ci ildə 
dövləti-Rusiya təhtinə daxil oldular. Sərdar Yermolov dəxi bu yerlərdə 
divanxanalar açdı. Divanbəylər tikdi (seçdi), komendantlar təyin eylədi. 
Təmam işləri özü ixtira etdiyi qanun və zakona mühəvvəl və mərcu etdi. 
 
 
 
 
 
 
 
 
 
 
____________ 
1
 
Gülüstan sülh müqaviləsi 12 oktyabr 1813 -cü ildə Qarabağın Gülüstan kəndində Rusiya ilə 
İran dövləti arasında imzalandı. Bu müqaviləyə görə Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış 
xanlıqlan Rusiyaya qatıldı. 
 
  
 220

İYİRMİ BEŞİNCİ FƏSİL 
 
QIZILBAŞİYƏ DÖVLƏTİ DÜBARƏ NƏQZİ-ƏHD EDİB, 
İZHARİ-ƏDAVƏT ETDİYİN VƏ 1242HİCRİDƏ 
MÜTABİQİ - 1826 - SƏNEYİ-MƏSİHİYYƏDƏ 
NAİBÜSSƏLTƏNƏ ABBASMİRZƏ ŞUŞA QALASI 
ÜSTƏ QARABAĞA GƏLİB, BURADAN MƏĞLUB OLUB 
GETDİYİN VƏ RUSİYA QOŞUNU VƏ PASKEVİÇ 
SƏRDARIN TƏBRİZƏDƏK ƏZM EDİB, 
GETDİYİN VƏ AXIRINCI ƏHD VƏ 
MÜSALEHƏ DÖVLƏTEYN ARASINDA 
İSTEHKAM BULMAĞIN VƏ CƏNG VƏ 
MÜNAZEƏ BİLMƏRRƏ QƏT OLUB, 
VİLAYƏTLƏR ARAM VƏ FƏRAQƏT 
OLMAĞIN BƏYAN EDİR 
 
Dövləteyn-əliyyətey və səltənəteyni-behannəteyni-İran və rus arasında 
vaqe olan sülh və müsalihə ki, 1808-ci il
1
 tarixi-məsihiyyədə vaqe 
olmuşdu. Lazım olan qanunlarla təsbitləşmiş  və layiq olan qaydalar ilə 
möhkəm və məbud var idi. O vaxta qədər ki, məsihiyyə tarixi 1826 oldu. 
Pəs haman ildə xalqın arasmda şayə  və müntəşe oldu ki, mübaşirini-
dövləti-İran sülh peymamm pozmağı və viran etməyi lazım bilib, dava və 
ədavət fikrinə düşüblər. Əmnai-dövləti-Rusiya bu gunə kəlamata mütləqa 
bavər və etibar etməyib, kizb və xilaf buyurdular. Belə ki, bu əsnada 
imperaturi-əzim tərəfindən rəsuli-mötəmid və  səfiri-mötəqid knyaz 
Menşikov  İran dövlətinə  rəsalət və  səfarətə  məmur olmuşdu. Gəlib 
Qarabağdan və Xudafərin körpüsündən keçib, İran dövlətinə elçiliyə 
getdi. Pəs bu əməl xalqı dəxi artıq fəriq və xatircəm elədi. Əlqissə, haman 
elçi Qoçandan übur edən vaxtda Qızılbaş sipahisi ilə mülaqat edib, dəxi 
məqdur olmayıb ki, əmnayi-dövlətə bu əhvalı izhar edib bu ətrafda olan 
hadisələrdən xəbərdar etsin. Ta ki, Qızılbaş  əsgərləri və naibüssəltənə 
gəlib Araz suyundan keçən vaxtda neçə nəfər qazaxlar çayda bədənlərini 
şüs-tüşu edərmişlər. Onları mtub, məqtul edib, oradan keçib, gəliblər 
 
 
_________ 
1
 
1808 tarixi səhvdir, 1813-cü il olmalıdır.
 
 221

Gorus kəndində olan batalyonun sərvəqtinə. O günlərdə  dəxi, batalyona 
öz naçalniyindən hökm sadir olub ki, təcili-təmam ilə qalaya azim 
olsunlar. Paruçik Səfərəli bəy ki, şul vaxtda Zəngəzur mahalatına naib idi. 
O da qoşuna bələd idi. Gorusdan batalyon çıxıb, qalaya gələrkən, yolda 
Gorunzor kəndinin yanında sipahi-Qızılbaş batalyona düçar olmuşdular. 
Orada dava və qital vaqe olub, hərarəti-aftabdan atəş və susuzluq qoşuna 
kargər edib, çox səyi-təmam və etdimami-malakəlam etmişdilər ki, 
özlərini Həkəri çayına yetirələr. Kapitan Hacı  Ağalar bəy ki, mütai-
Qızılbaş idi, xəbərdar olub, neçə  nəfər bəyzadələrin ittifaqı ilə  əkradın 
süvarə və piyadələri ilə gəlib, çayın bu tərəfini kəsiblər. Bir heyət ilə, iki 
tərəfdən macal verməyib, soldatı aralığa alıb və  bəzisini qılıncla 
öldürmüş  və  bəzilərini giriftari-kəməndi-üsar etmişdilər ki, onlardan bir 
nəfəri fəllahi olub fərar etməyə macal və  məqdur olmamışdı. Pəs o gün 
naibüssəltənə oradan bu əsirləri götürüb, gəlib Gorunzorda Hacı  Ağalar 
bəyə qonaq olub, oradan polkovnik Nazimovu və mayor Kovalevskini və 
sair tutulan afiserləri soldatlar ilə Fətəli şahın hüzuruna ki, o vaxt o qoşun 
ilə Ərdəbil şəhərində idi, fəthnamə göndərdi. Şah dəxi bu əvvəlinci fəthi 
baisi-fət və  zəfər bilib, xoşhal olmuşdu. Haman vaxtda Mehdi-qulu xan 
Qarabaği dəxi Naxçıvanda sakin var idi. Şul 1242-ci ilin məhərrəmül-
həram ayında
1
  Fətəli  şah bir fərman Mehdiqulu xana yazıb, guya onu 
Qarabağın hökumət və əyalətinə mənsub edib, naibüssəltənə xidmətində 
şəraiti-xülus və canfəşani əmələ gətirməyə təkid etmişdi. Mehdiqulu xan 
dəxi  Əmirxan sərdar ilə Naxçıvandan  əzimət edib, gəlib haman vaxtda 
Gorunzor kəndində şahzadəyə mülhəq oldular. Oradan sübh vaxtı köçüb, 
Mehdiqulu xanı Kuhistan səmtindən - kürd tayfalarının obalarının 
içərilərindən yola saldı. Özü Çanaxçı kəndində olan qoşunun sərvəqtinə 
əzm edib, təmam  əsakir ilə yola düşdü. Ondan irəli Araz kənarında 
qazaxlar məqsul olanda Mehdiqulu xanın qardaşı Süleyman ağa pareyi-
əqrəbaları ilə ki, o zamanlar Vərəndə mahalmda sakin idilər. Orada 
rugərdanlıq edib, xəyanəti-aşkar qılmışdılar. General Reutt ki, o vaxtda 
polk komandiri idi, piştdəstlik edib, qoşunu qalaya daxil eləmişdi. Amma 
onlar azuqə gətirənlərə macal verməyib, Zərgər və 
______________ 
1
 
Hicri 1242-ci il məhərrəm ayı – miladi 1826-cı ilin avqust ayına təsadüf edir.  
 
  
 222

Sair  ətrafda vaqe olan Cavanşir, Dizaq ilatları, Ağoğlanı  və qoşunun 
anbar və azuqəsini qarət və  nəhib və tarac eləmişdilər.  Şahzadə oradan 
Gorus yolu ilə Çanaxçı  qəsdinə azim olub, yolda bu əhvalı  eşitdi. Yolu 
döndərib, qala canibinə barvər oldu. Gəlib haman həmlə ilə yürüş edib, 
qalanın (bir) gülləlik (məsafəsinə) və  hətta barının dibinədək gəlib 
yetişib, sonra fikir və  tədbir nə olmuşdursa, genə oradan müraciət edib, 
kənar olmuşdular. Bir para ermənilər şuşakəndli Səfər yüzbaşını götürüb, 
qalanın cənub səmtində vaqe olan Xəzinə qayasında səngər edib, 
oturmuşdular. (Şahzadənin  əsgərləri) onların səngərlərini dəxi tutmaqda 
aciz olmuşdular. Amma şəhəri və qalanı mühasirə və əhatə edib, nikani-
ənguş-tər kimi arahğa aldılar. Məhz  əhaliyi-şəhərdən qeyri-Qarabağın 
təmam ilat və dihatı-mütii-Qızıl-baş olub, məcmu vilayətin bəyləri və 
məlikləri və kəndxudaları küllən Mehdiqulu xanın hüzuruna gedib, o da 
naibüssəltənə xidmətinə yetirib, tanıdıb, orada xədamət əncamı ilə xulai-
fəxirə  və  ənamati-vafırələr ilə faydamənd oldular. Bəd  əz an Qarabağ 
qoşunu da Qızılbaşa kömək edib, şəhərin üstünə hücumavər oldular. Hər 
gün qalada müharibə vaqe olub, iş  yəs və naümidliyə  çəkdi. Dəxi bu 
əsnalarda Talış vilayətindən Rusiya qoşununun çıxmağı  səbəbinə Talış 
xanları  həm Rusiya dövlətindən rugərdan olub, Mirhəsən xan hakimi-
Talış öz qardaşlarını burada naibüssəltənə hüzuruna göndərib izhari-itaət 
elədi. Mustafa xan şirvanlı  dəxi, gedib daxili-vilayəti-Şirvan olub, əhli-
vilayəti təhrik qılıb, onlar dəxi məcmuən itaətə  gəldilər. Hər canibdən 
üsyan və tüğyan avazəsi bülənd olub, həvaxahi-dövləti-Qızılbaşiyə ilə 
havalar başladılar. Dəfəat ilə Rusiya qoşunu ilə cəng və müharibat vaqe 
oldu. Axırül-əmr Şirvan vilayətində hər nə ki, qoşunlar var idi, bilkülliyə 
cəm olub, Quba vilayətinə getdi. Şirvan vilayəti xali olub, Mustafa xan 
yenə istiqlali-təmam ilə  Şirvanda hakim oldu. Köhnə  Şamaxını 
darülimarə qılıb, əyləşib, Qızılbaşa itaət qıldı. Həmçinin Şəki vilayətində 
olan Rusiya böyükləri Şəkini xali edib, Tiflisə getdilər. Şəkili Hüseyn xan 
Səlim xan oğlu dəxi Şəkidə hakim olub, məshədi-xanlıqda istiqlal buldu. 
Dəxi, Zurnaabada olan Rusiya qoşunu xahişmənd oldular ki, daxili-
Gəncə olub, oradan Tiflisə gedələr.  Əhaliyi-Gəncə onlara mane olub, 
şəhərə qoymadılar. Qoşun müraciət qılıb Uğurlu xan dəxi Gəncədə xanlıq 
və hökumət əmrinə mənsub və müstəqil oldu. İrəvan səmtində Hüseyn 
 223

xan sərdar və qardaşı  Həsən xan gedib, Pənbək və  Şuragildən knyaz 
Davud mirzə (Savarsamidze) xaric olandan sonra Rusiyanın orada olan 
təmiratlanm və dam-daşlanın yıxıb və yandırıb, tamam oralara malik 
oldular. Hətta Həsən xan gedib, Borçalı mahalında Göyçə altında olan 
nemsələri qarət edib, əsirlər gətirdilər. Və arabir də, hər gün qızılbaşlar 
belə  təqrir edirdilər ki, sərdar Yermolov Tiflisi xali edib, Rusiyaya 
(gedib) general Mədətovdan dəxi bir əsər hənuz yox idi. Bu qərar ilə bir 
müddət keçib, ta bir vaxtadək, sonra xəbər gəldi ki, sərdar Yermolov 
Tiflisdə kamali-aram və  qərar ilə  əyləşib, Mədətov general dəxi 
Rusiyadan çox hədsiz qoşun ilə gəlibdir. Belə xəbər verirlər ki, padşahın 
öz xassə qoşunudur. Bu xəbərləri eşidəndən sonra Qızılbaş öz qəflət 
yuxusundan bidar olub, naibüssəltənə öz vəliəhdi Məhəmməd mirzəni və 
dayısı Əmir xan sərdan külli qoşun ilə və Nəzərəli xana həm sərbaz verib 
göndərdi ki, gedib Gəncədə oturub kəmali-sər və ehtiyat ilə qaladarhğa 
məşğul olsunlar. Müharisəti-ədada lazım ehtimal qılsmlar ta görsünlər, 
sərəncami-kar nə yerdə münəccər olur. Burada qalanı mühasirə qılandan 
bir neçə gün sonra şahzadə öz yaxını olan Bican xanı ümid və nəvid və 
nəva-zişlər ilə qalaya irsal etmişdi ki, qalanı  təslim eləyim. Bu tərəfdən 
dəxi mayor Klugenaunu qaladan şahzadənin yanına elçi göndərdilər. 
Pareyi-güftəku və müşavirə və mühavirələr vaqe olub, axır qərardad belə 
olmuşdu ki, komendant mayor Çilyayevi bir kapitan ilə  Qızılbaşa zaval 
verdilər. Mayor Klugenaunu və bir yüzbaşı da Qızılbaşiyyə  tərəfindən 
müttəfiq, sərdar Yermolovun hüzuruna Tiflisə göndərdi-lər ki, sərdar 
Yermolov qala təslim olunmağa razı olsun. Onlar Tiflisə gedəndən sonra 
sərdar Yermolov cavabda yazmışdı ki, Rusiya zəbanında kapitulyasiya 
sözü yoxdur. Çünki kapitulyasiya sözünün mənası (fransızca) qala təslim 
etməyə deyirlər
1
. Pəs, mayor Klugenaunun özü orada qalmışdı. Kağızı bir 
İbrahim adlı yasavuldan bu tərəfə göndərmişdilər. Burada kağızı tutub 
vermədilər.  Əlqissə, bu hal əsnasında  İraq tərəfindən Allahyar xan çox 
olan iraqh qoşunu ilə gəlib, şahzadə mülhəq oldu. Dübarə qala üstə yürüş 
binası qoydular. Yenə bir murad hasil olmayıb, həvaliyi-şəhərdə ordu 
edib, əyləşdilər. Bu 
___________ 
1
 
Xəzani qələmə aldığı bu hissələri Mirzə Adıgözəl bəydən (bu nəşrin I kitabı, səh.95) 
götürmüşdür. Orada Yermolovun cavabı  aşağıdakı kimi verilmişdir: "Rus dilində kapitulyasiya 
yoxdur, çünki kapitulyasiya fransız dilində qalanı təslim etməyə deyilir"- 
 
 224

  
hala  Əmir xan sərdarın Mədətov general ilə  Şəmkirdə  (Şamxorda) 
davaları olduğunu və Əmir xan ölüb, qoşunları dağılıb, şikəst bulduğunu 
naibüssəltənəyə  xəbər verdilər. Elə ki şahzadə bu xəbəri eşidib,  ətraf 
qaladan köçüb, Ağdama düşdü, oradan komendant Çilyayevi və Mirzə 
Adıgözəli və  şul kapitam Təbrizə yola saldı. Özü qoşunu ilə  Gəncə 
tərəfinə azim oldu. O tərəfdən general Mədətov ki, gəlib,  Şəmkürdə 
sərdar  Əmir xan ilə dava edib, Əmir xan orada qətlə yetişib, qoşunu 
şikəst olmuşdu. Ondan Mədətov qoşun ilə gəlib, Gəncəyə daxil olmuşdu. 
Onun ardınca general feldmarşal İvan Fyodoroviç Paskeviç qoşuni-əzim 
ilə gəlib, onlara qoşulub, Gəncədə bir neçə gün aram və asayiş edirdilər 
ki, Qızübaş üstə gələlər. Bu halda şahzadə Abbas Mirzə bu tərəfdən köç 
bir köç, gedib Gəncə torpa-ğma daxil olub, yük və çadırlarını Kürək 
çayında qoyub, özü yalnız süvarə qoşununu və  sərbazları götürüb 
Gəncənin Zazalı nam arxının üstündə gecə yatıb, sübhdən ki, sərdar 
Paskeviç və general Mədətov qoşunlarına nizam verib, Şeyx Nizami 
məqbərəsinin yanına gəlmişdilər. Orada Qızılbaş ilə üzbəüz gəlib, 
mülaqat oldu. Pəs orada bir əzim cəngi-sultani vaqe olub, bir neçə saat 
atəşi-cidal naireyi-qital şiddəti-təmam ilə dava edib, axır ki, sipahi-
Qızılbaşiyə münhəzir olub, basüdılar. Naibüssəltənə  nə  qədər guşiş 
etdisə, şikəsti-bəst eləmək mümkün olmayıb, oradan qaçaraq bir gün bir 
gecədə  gəlib, Arazdan keçmişdilər.  İki topları  dəxi Tərtər çayı ilə  İncə 
çaymın arasında qalmışdı. Amma bir xüsusi dəstə  sərbaz o davadan 
sabitqədəm olub, qoşunları  məğlub olub, fərar edəndən sonra Rusiya 
əsgərləri ilə  mərdanə cəng edib, qaçmamışdılar. Ta ol qədər ki, barıt və 
güllələri var imiş, təmam olana kimi tədarükləri olub, ondan məqtul və 
dəstgir olmuşdular ki, o zamanda onları çox tərif edirdilər. 
Əlqissə, Qızılbaş o cəmi kəsir olan qoşunları ilə ki, orada basılıb və 
qaçıb Arazı keçmişdilər, gedib o tayda təmam pərakəndə olub, 
dağılmışdılar. Naibüssəltənə  dəxi  Ərdəbildə  Fətəli  şahın hüzuruna 
getmişdi. O dəmlərdə ki, şah özü həm  Ərdəbildən köçüb, Əhər 
qəsəbəsinin yanında Təviləyi-Şam adlı  məhəldə düşüb təvəqqüf edirdi. 
Orada  şah ilə mülaqat edib, bir para sərkərdələrindən və qoşunun-dan 
şikayət edib, Rusiya dövlətinin sipahını  və  sərkərdələrini  şaha tərif 
eləmişdi. Ondan (sonra) oradan Təbriz və Tehran canibinə azim 
olmuşdular. Paskeviç sərdar dəxi o səfərdə gəlib Qarabağa Təxti- 
 225

tavusda ki, Dizaq mahalında və Quru çay üstə bir məhəldi, orada qoşun 
ilə bir müddət əyləndi. Çərəkən kənarında bir ay yarıım dayandı. Əlhəqq 
Məlik Aslan bəy Dizaqi o vaxtdan sərdar Paskeviç xidmətində çox layiqli 
xidmətlər eləmişdi. Orada qoşuna nabələd vaxtı çox tüncü və  tədarükat 
hazırlayıb, sərdarı və qoşunu məmnun və razı eləmişdi. Bir növ ilə sərdar 
feldmarşal Varşavda olanda dəxi onu razılıq ilə yad etmiş və xatırlamış, 
oğlu kapitan Firudin bəyə o mükafata görə çox iltifat və  mərhəmətlər 
eləmişdi. 
Əlqissə, haman vaxtlarda ki, Paskeviç sərdar qoşun ilə Qarabağda 
dayanırdı, onda Mustafa xan hənuz Şirvanda, Hüseyn xan dəxi Şəkidə öz 
hökumətlərində var idilər. O hallarda Hüseyn xan şəkilinin qardaşı Hacı 
xan  Şəkidən qoşun fərahəm edib, gəlib Goran çaymda Mirzə Adıgözəl 
bəyin obalarını çapıb,  əlavə bir para kəndləri qarət və  nəhib edib, 
aparmışdı. Mustafa xan dəxi  Şirvandan kamali-asayiş ilə xudsər köçüb, 
öz evinə Qaradağa getmişdi. Amma Hüseyn xan hənuz  Şəkidə  məqs 
qalmışdı, ta ki, sərdar Paskeviç bu tərəfdən qoşun ilə gedib, Nuxanın üç 
ağaclığına yetişən vaxtda Hüseyn xan tabi-müqavimət gətirməyib, 
Şəkidən fərar edib, Arazdan keçib, İran dövlətinə getdi. Paskeviç sərdar 
dəxi Arazdan Qaradağ ölkəsinə übur edib, oradan çox çəpavül və qəsbi-
qarət və  əsir gətirib, Qarabağda xalqı cabəca və xatircəm edib, ondan 
izafə  ləşkərini götürüb, Tiflisə azim oldu. Ondan sonra bir dəfə  dəxi 
general Mədətov Qarabağ və Şirvanat qoşunlarını cəm qılıb, soldatı dəxi 
götürüb, Arazı keçib, Mişkinədək gedib, Mişkin və Qaradağdan külli 
qarət və çapavul edib, Şahsevən xanlarım müti edib, onlara xəyanət 
fikrinə düşmə-məkdən (ötrü) aid verdirib, sonra oradan müraciət etdi ki, 
ona da Mişkin çapqmı deyərlər. Hənuz,  əlsəneyi-əvamda məzkur və 
məşhurdur. Mədətov general dəxi oradan qayıdandan sonra Tiflisə getdi. 
Təhiyyeyi-tədarük bina edirdi ki, bahar fəsli olanda İran tərəfmə  əzimət 
etsin. Sərdar Yermolov tədarükati-şayan və istedadi-fıravan ilə Mədətovu 
yola saldı ki, İran səfərinə getsin. Mədətov dəxi Xudafərin körpüsünədək 
gəlmişdi. Qızılbaş  dəxi istiqbal edib; bazari-kiridar gərm olub, binayi-
mərikə başlanmışdı ki, Yermolov sərdarlıqdan məzur olub, Paskeviç 
sərdarlıq ümurunda istiqlal buldu. Baş  sərdarhğa təkyə  qıldı. Bəd  əz an 
polkovnik knyaz Abxazovu bu vilayətlərə naçalnik və hakim pəst qılıb, 
Mədətovun ziri-hökmündə olan qoşunları təmam 
 226

general Pankratova tapşırdı. Abxazovun ştab naçalniyi edib, beş günədək 
Tiflisdən Xudafərin körpüsündə olan orduya özün yetirib, gecə yatıb, 
işləri Mədətovdan alıb, sübh Mədətovu Tiflisə yola salıb, qoşunu oradan 
köçürüb, qayıdıb gəlib Vərəndə mahalının Qozlu çayına daxil oldu. 
Sərdar Paskeviç özü dəxi tədarükati-şəyan ilə  İrəvan səmtinə  hərəkət 
edib, o sahətləri təsxir etməyə müsənnəm oldu, İrəvan sərdarı Hüseyn xan 
sərdar hər tamam ilatı köçürüb, yalnız bir Sərdarabad və bir də  İrəvan 
qalasım mühafızət etməkdən ötrü qardaşı Həsən xanı qala içində qoyub, 
özü  ətraflarda gəzirdi. Bu əsnada, general-mayor sahibi-həmail 
Mehdiqulu xan hakimi-Qarabağ ki, o vaxtlarda Daral-gözdə idi, Paskeviç 
ilə amadu-rəfti vaqe olub, İran dövlətindən rugər-danlıq qılıb, yenə bu 
dövlətin itaətinə  gəlmək istədi. Knyaz Abxazov Pankratov ilə mühavirə 
və müşavirə edib, iki batalyon qoşun götürüb gedib, Ağ karvansarada ki, 
şul vaxtda iki sərhədi-dövləteyn idi, Mehdiqulu xanı (oradan) götürüb, 
xatircəmliklər verib, öz təvabei və  ləvahədləri ilə köçürməyə  məşğul 
oldular. Pəs o halda Ehsan xan Naxçıvani ki, haman vaxt qoşun ilə 
Abbasabad qalasının mühafızət edəni idi, xəbərdar olub, knyaz 
Abxazovun yanına adam göndərib, hali etmişdi ki, bu səmtə  gəlsin ki, 
mütəvəcce olan kimi qalanı onlara təslim edirəm. Bundan sonra əhvalı bu 
növ görəndə, tutiya və təmhid edib, amma sərdarın izni olmamağa binaən 
cürət etmədilər. O dəmdə oradan Abbasabad səmtinə getmədilər. Qayıdıb 
Qarabağa gəlib, buradan macəranı  sərdar hüzuruna ərizədaş  qıldılar. 
Sərdar Paskeviç bu xəbəri eşidən zamanda İrəvan təsxirdən  əl çəkib, 
Abbasabad səmtinə  hərəkət elədi.  Əmnai-dövləti-Qızılbaşiyyə bu əhvalı 
istima edən kimi Məhəmmədəmin xan Qacar neçə  əlavə xanlar, çoxlu 
qoşun və sərbazi-bəxtiyari ilə Abbasabad qalasına irsal qıldılar. İxtiyari-
qəleyi Abbasabad Ehsan xandan səlb olundu. Sərdar Paskeviç gəlib, 
Abbas-abadı mühasirə etdi. Naibüssəltənə dəxi o tərəfdən əsakiri-firavan 
ilə  gəlib, qənşərə nümayan oldu. Pəs, Paskeviç əvvəl suvariye-Qazağı, 
sonra əqəbincə soldatı müqərrər etdi ki, Abbas Mirzəyə müqabil gedələr. 
Onlar Arazdan übur edib getdilər. O tayda Abbas Mirzə ilə cəng və dava 
etdilər. Az zamanda Abbas Mirzə  məğlub oldu. Əsakiri-Rusiya qayıdıb, 
qalanm çar ətrafmdan yürüşə başladılar. Xəndəklər qazıb sibələr 
yeritdilər. Çün əhaliyi-qala Abbas Mirzənin imdadından məyus olub və 
sibənin yaxınlaşmağını gördülər. Ehsan xanı da 
 227

 
  
özlərinə qarşı xain bilib, qalanı  təslinı etməyə razı oldular. Pəs qala 
müsəxxər olandan sonra ki, orada olan təmam top və  tədarükat və 
anbarlar təsərrüfə gəldi, sərdar qalada olan Məhəmmədəmin xanı və baqi 
xanları və sərbazı əsir edib Qarabağ yolundan Tiflisə rəvanə elədi. Ehsan 
xanı xidmətinin  əvəzində Naxçıvanda naib edib, ondan sonra qəleyi-
Abbasabadda kurval (qalabəyi) təyin edib, havanın yay fəslində  hərarət 
ifrat olmaq səbəbinə oradan köçüb qoşun ilə Qarabağ yaylağma gəlib, 
orada aram və asayiş binası qoydu. Sonra Abbas Mirzə eşitdi ki, təxribi-
binayi-qəla üçün Rusiya tərəfındən böyük toplar gətirirlər. Rəqəmlər 
(əmrlər) yazıb, Arazın o tərəfindən ilqar edib, Avaran nam məhəldə 
Rusiya qoşunu ilə bir əzim cəngi-sultani edib, hər iki canibdən rəşadət və 
cəladət zühura gəlib, amma susuz-luq cəhətinə soldata çox zərər 
yetişmişdi. General Krasovskiyə necə güllə  dəyib,  şahzadə buna iktifa 
edib, çox şad və xürrəm olub, ora-dan qayıdıb, azimi-darüssəfayi-Xoya 
varid olmuşdu. Elə ki sərdar Paskeviç Qarababa yaylağmda bu hadisəni 
eşitdi, ehmal və isqah orada qoyub, o kirü dara azim oldu, ta sərdar oraya 
yetişənədək,  şahzadə  çıxıb getmişdi. Sərdar oradan topları götürüb, 
əvvəla Sərdarabad qalasını tupayi-atəşbar sədamati ilə viran və yer ilə 
yeksan edib, müsəxxər elədi. Oradan çox hədsiz zəxirə  və  tədarük və 
bünə təsərrüfə gətirdi. Ondan fariq olandan sonra İrəvan qalasma rəvanə 
oldu. Və oradan dəxi bir neçə gün nayireyi-qital və atəşi-cəng və cidal 
şölələnib, haman əjdahədəm olan toplar ilə qəleyi-İrəvanm bürc-barısmı 
dağıdıb  əhaliyi-şəhr çox səy və  təlaş  əmələ  gətirib, istədilər ki, guşişi-
təmam ilə mane ola bilələr. Məqdur və müyəssər olmadı. Nəhayət, Həsən 
xan və sair ümərayi-İran dəstgir və qəleyi İrəvan məftuh və təsxir olurdu. 
Sərdar oraları təsərrüfə gətirib, tənzim və tənsiq etdikdən sonra qoşununu 
cəm edib, əşhəbi-əziməti-Xoy səm-tinə  kərəmi-cövlan elədi. Qarababa 
yaylağmda olan qoşuna ki, knyaz Eristov sərkərdə idi. Hökm qıldı ki, 
Təbriz canibinə  ərəqraz  şitab olsun. Özü Arazı keçib, gedib bir az 
müddətdə Xoy vilayətini müsəxxər etmişdi. Knyaz Eristov dəxi bi cəngi-
cidal və biduni-sitizə və qital sahəti-Təbrizi öz ixtiyarına keçirdi
1
. Abbas 
Mirzənin cəmiyyətləri pərakəndə olub, özü nəhayət  şərməndəlik ilə 
Marağa hüdudunda 
__________ 
1
 
Rus qoşunları 13 oktyabr 1827-ci ildə Təbrizə girdilər. 226
 
 228

 övqat keçirirdi. Sərdar Paskeviç daxili-Dehxarqan olmuşdu. Hərçənd 
Abbas Mirzə tədbir etdi, dəxi bundan savayı çarə bilməyib, bir neçə nəfər 
üməraların ittifaqı ilə birlikdə  sərdarm hüzuruna azim oldu. Sərdar 
Paskeviç dəxi təzim və təkrimdə dəqiqeyi-naməri etməyib, o ki lazımeyi-
rəviyyə  və  rəftar idi, əmələ  gətirib, müddəti-mədid bir yerdə qaldılar. 
Aralannda müsalehə və sərhəd və qəramətdən ötrü müşavirə və damşıqlar 
çox vaqe olub, şah dəfül-vaxt edərdi, razı olmazdı
1
. Axırda bunlar bir-biri 
ilə danışıq və  məsləhətlər edib, ayrıldılar. Sərdar darülsəltəneyi-Təbrizə 
gəldi. Abbas Mirzə öz məmalikinə azim oldu. Miyanlarında əqdi-irtibati-
möhkəm və rişteyi-ülfət və ixtilat müstəhkəm idi. Dedilər ki, bu binayi-
müsalihəni təxrib edən,  şahdan qeyri-bir əhəd deyildir. Pəs sərdar 
vilayətlərə, özünün qalib qoşunlarına hökmlər yazıb, avazələr saldılar ki, 
buni-saf şahın öz darül-xilafəsinə lazımdır gedəm və paytaxtı olan şəhəri 
gərək zəbt edəm. Naibüssəltənə dəxi atasma yazıb, bu sadir olan əhvalatı 
izhar edirdi. Əxbar etdi ki, sərdar  şimdi nagəhan bəla kimi üstünə 
gəlməkdədir
2
. Axır ki, şah dəxi müsalihəyə razı olub, Türkmənçay adlı 
məhəldə müsaliheyi-möhkəm vaqe oldu
3
. Araz çayının sərhədi-
dövləteyni-əliyyəteyn qərar qoyub, yeddi kürur pul cərimə verməyə razı 
oldular
4
. Neçə məşrutat və müahidat edib, Xoy vilayətini cərimə ödənən 
zamanadək rəhn və girov aldılar. Bundan sonra cərimə pulu gəlib çıxdı. 
Ondan sonra Xoyu da mübaşirini-dövləti  İrana həvalə edib, sərdari-
valatabar qoşunu götürüb, darüssürur Tiflisə müraciət etdi. Qalib və 
müzəffər gəlib, Gürcüstana varid oldu. Dəxi o müddətdən  şimdiyədək 
vilayət kəmali-asayiş və fəraqət ilə aram və istiqrar tutub, günbəgün abad 
olmaqdadır.  Şimdi xəlayiqi-padşahi-zillüllah aləm pənahın zilli-
himayəsində  kəmali-rahətlik və asudəlik ilə  məişət və güzəran edib, 
əmnai-dövləti-əliyyənin  əmr və dövlətlərinə duagu vardırlar. Həqq-
sübhanə və təala bu dövləti-daimül-qərarı ədalət və mürüvvət ilə daim və 
əbədi etsin. Amin, ya müin. 
__________ 
1
 
Danışıqlar 7 noyabr 1827-ci ildə başladı. İngiltərə və Türkiyənin təkidi ilə şah 
danışıqları uzadırdı, çünki Türkiyə tezliklə Rusiyaya müharibə elan edəcəyini şaha söz 
vermişdi. 
2
 Rus qoşunları bu müddətdə, yəni 28 yanvar 1828-ci ildə Urmiyanı, 8 fevralda 
Ərdəbili tutdular. 
3
 Türkmənçay sülh müqaviləsi 10 fevral 1828-ci ildə bağlandı. 
4
 Müqaviləyə görə İran Rusiyaya 20 mln. manat gümüş pul verməli idi. 
 
 229

XATİMƏ 
Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin