İnformasiya disklərdə fayl şəklində saxlanılır. Fayl disk və ya başqa informasiya daşıyıcısında adlandırılmış bir sahədir. Fayl-da proqram,mətn,sənıd,şəkil,qrafik,səs və s. ola bilər.
Disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının adından istifadə olunur.Disk aparıcıları A,B,C,D və s. adlandırılır. Əslindı A,B,C,D disk aparıcılarının yox,məntiqi disklərin adıdır.Sərt diski(vinçester) 2 və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar.
Mətn faylları ASCİİ simvollarından ibarət olduğundan çox vaxt bu fayllara ASCİİ faylları da deyilir.
Hər bir proqramın tərkibində bu proqram yükləyən fayl mövcuddur ki,bu fayl icra olunan fayl adlanır.İcra olunan faylın genişlənməsi COM və EXE olur. Ümumiyyətlə bir çox proqramlar faylın genişlənməsini özü təyin edir ki,bununla da faylın hansı proqram tərəfindən yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir.
Genişlənmə faylın tipini göstərir və onlardan bi çoxu standartdır. Məsələn:
.MDB –verilənlər bazasının idarəetmə sisteminin faylı
.DOC-Micrsoft Word
.PAS paskal dilinin proqram təminatı
.ASM-assembler dilinin proqram təminatı
Kataloq fayllar haqqında informasiyanı özündə saxlayan xüsusi fayldır.Kataloq həmçinin direktoriya da (arayış kitabçası) adlanır.Windows Ə.S-də kataloq qovluq adlandırılır. Kataloqda faylların tam adı,ölçüsü,yaradılması və ya sonuncu düzəliş vaxtı və s. məlumat saxlanılır.Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa,buna alt kataloq deyilir.
Fayl strukturuna xidmət funksiyaları Ə.S-nin idarəsi altında aparılır və bunlar aşağıdakılardır:
Ø Faylların yaradılması və onların adlandırılması
Ø Kataloqların yaradılması və onların adlandırıması